Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bənövşə
Bənövşə (lat. Viola) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinə aid bitki cinsi. == Yayılması == Şimal yarımkürəsində dağlarda və mülayim iqlim zonalarında bitən 681 bioloji növü məlumdur. Bu cinsin növünə görə ən çox yayıldığı yer mülayim iqlim zonalarından Şimali Amerika, And dağları və Yaponiyadır. Bir çox növü Cənubi Amerikada olan And dağları üçün xarakterikdir. Bir neçə növü Braziliyanın subtropik zonalarında, Cənubi Afrikada, Avstraliyada, Yeni Zelandiyada, Cənubi Sandviç adalarında yayılıb.
Xələfşə
Xələfşə — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. == Tarixi == Xələfşə kəndi Füzuli şəhər mərkəzindən 6 km çənub-qərbdə, düzənlikdə yerləşir. Kəndi Xələf şah adlı şəxs saldığına görə kəndə də onun adı verilmişdir. Azərbaycan dilində "şah"titul bildirən söz ilə şəxs adı olan Xələf sözü birləşərək, Xələfşə oykonimini əmələ gətirir. "H" səsi burada düşmüşdür. Bəzi ehtimallara görə toponim XVIII əsrdə Qarabağ xanının vəkili olmuş Mirzə Xələfin adı ilə əlaqədardır. XVIII əsrdə (1727-ci il) aid "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə kəndin adı Xəlifəşahlı kimi yazılmışdır. Xələfşə (Xələfşah) oykonimi dərviş Səfəvi ordeni ilə bağlıdır. 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir == Toponimikası == Xələfşa Füzuli rayonunun Cuvarlı inzibati ərazi vahidində kənd.
Bənövşə (bitki)
Bənövşə (oyun)
Bənövşə — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış qədim uşaq oyunu növüdür. == Ümumi məlumat == Yaz fəslinin gəlişi ilə əlaqədar uşaqların, cavanların həyatında yeni bir gün başlayır – "Bənövşə günü". Üz tuturlar bənövşə ətirli dağ ətəklərinə, dərələrə, güney yamaclarına, bulaqların yan-yörəsinə, minbir həvəslə gül-çiçək toplayırlar. Qız-gəlinlər tellərinin uclarına bənövşə düzər, yaxalarına bənövşə taxar, saçlarına minbir rəngli, minbir ətirli çiçəklərdən çələng hörürlər. Bənövşədən dəstə tutub "yaz nübarı"dır, – deyə ana və bacılarına, qohum-qonşuya paylayar, nişanlı qızları sevindirər, şənlik edər, mahnı oxuyarlar: Bu zaman yaz çiçəyi bənövşənin adından götürülən sözlü-nəğməli "Bənövşə" oyunu oynayarlar. Novruz bayramında da "Bənövşə" oyunu oynamaq adətdir. Bənövşə oyunu zamanı gənclər iki dəstəyə ayrılır və bir dəstə o biri dəstəyə müraciət edərək deyir: Bənövşə, sizdən bizə kim düşə? == Oyunun qaydaları == Bu oyun uşaqlar arasında iki qrupa ayrılaraq oynanan oyundur. Bir qrupdan digər qrupa bir kişi qaçaraq gəlir əl-ələ tutan digər qrupun ən zəif yerindən keçməyə çalışır. Qrupu keçə bilirsə, o qrupda bir nəfəri öz qrupuna götürür (yalnız özünün yardığı əllərdən birini tuta bilər).
Bənövşə (rəqs)
Bənövşə — Azərbaycanın milli rəqsi. Olduqca zərif rəqsdir. Rəqs əsasən qadınlar tərəfindən həm aram, həm də cəld tempdə ifa olunur. 1910-cu ildə yaranmışdır.
Bənövşə Ağabalayeva
Bənövşə Mövlüd qızı Ağabalayeva — kolxozçu. == Həyatı == 1941-ci ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, bitərəfdir, orta təhsili var. 1961-ci ildən Xaçmaz rayonundakı M. Qorki adına sovxozun fəhləsi olmuşdur, 1974-cü ildən "Ukrayna" sovxozun fəhləsidir. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Xudat seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.
Bənövşə Daşdılı
Bənövşə Daşdılı (Bənövşə Heydər qızı İbadzadə; 29 aprel 1954, Laçınkənd, Laçın rayonu) — Azərbaycan Yazıçılar Birliyinin, "Vahid", "Araz", "Dirili Qurbani" ədəbi birliklərinin üzvü. "Qızıl Qələm" media mükafatı laureatı. == Həyatı == Bənövşə Daşdılı 29 aprel 1954-cü ildə Laçın rayonunda Qarıkaha sövetliyinin Laçın kəndində anadan olub. anadan olub. Atası Hüseynov Heydər Bahadur oğlunun işi ilə əlaqədər Laçın rayonunun Taxtazavodu adlanan Hacısamlı qəsəbəsinə köçüblər. İbtidai təsilini Hacısamlı kəndində alıb. Orta təhsilini Kürthacı kənd orta məktəbndə bitiribdir. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bititib. Uzun müddət Baki şəhərinin Yasamal rayonunda M.Müşfiq adına 18 saylı Pilot orta məktəbdə ibtidai sinif müəllimi vəzfəsində çalışıb. Bununla yanaşı yeni təhsil sistemi ilə əlaqədar olaraq Bakı Problemlər İnistitunun təşkil etdiyi Ümumtəhsil məktəblərinin 1–4 siniflər üçün fənn Kurrikulumlarında müəllimlərə dərslər keçib.
Bənövşə oyunu
Bənövşə — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış qədim uşaq oyunu növüdür. == Ümumi məlumat == Yaz fəslinin gəlişi ilə əlaqədar uşaqların, cavanların həyatında yeni bir gün başlayır – "Bənövşə günü". Üz tuturlar bənövşə ətirli dağ ətəklərinə, dərələrə, güney yamaclarına, bulaqların yan-yörəsinə, minbir həvəslə gül-çiçək toplayırlar. Qız-gəlinlər tellərinin uclarına bənövşə düzər, yaxalarına bənövşə taxar, saçlarına minbir rəngli, minbir ətirli çiçəklərdən çələng hörürlər. Bənövşədən dəstə tutub "yaz nübarı"dır, – deyə ana və bacılarına, qohum-qonşuya paylayar, nişanlı qızları sevindirər, şənlik edər, mahnı oxuyarlar: Bu zaman yaz çiçəyi bənövşənin adından götürülən sözlü-nəğməli "Bənövşə" oyunu oynayarlar. Novruz bayramında da "Bənövşə" oyunu oynamaq adətdir. Bənövşə oyunu zamanı gənclər iki dəstəyə ayrılır və bir dəstə o biri dəstəyə müraciət edərək deyir: Bənövşə, sizdən bizə kim düşə? == Oyunun qaydaları == Bu oyun uşaqlar arasında iki qrupa ayrılaraq oynanan oyundur. Bir qrupdan digər qrupa bir kişi qaçaraq gəlir əl-ələ tutan digər qrupun ən zəif yerindən keçməyə çalışır. Qrupu keçə bilirsə, o qrupda bir nəfəri öz qrupuna götürür (yalnız özünün yardığı əllərdən birini tuta bilər).
Bənövşə rəqsi
Bənövşə — Azərbaycanın milli rəqsi. Olduqca zərif rəqsdir. Rəqs əsasən qadınlar tərəfindən həm aram, həm də cəld tempdə ifa olunur. 1910-cu ildə yaranmışdır.
Xələfşə kəndi
Xələfşə — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. == Tarixi == Xələfşə kəndi Füzuli şəhər mərkəzindən 6 km çənub-qərbdə, düzənlikdə yerləşir. Kəndi Xələf şah adlı şəxs saldığına görə kəndə də onun adı verilmişdir. Azərbaycan dilində "şah"titul bildirən söz ilə şəxs adı olan Xələf sözü birləşərək, Xələfşə oykonimini əmələ gətirir. "H" səsi burada düşmüşdür. Bəzi ehtimallara görə toponim XVIII əsrdə Qarabağ xanının vəkili olmuş Mirzə Xələfin adı ilə əlaqədardır. XVIII əsrdə (1727-ci il) aid "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə kəndin adı Xəlifəşahlı kimi yazılmışdır. Xələfşə (Xələfşah) oykonimi dərviş Səfəvi ordeni ilə bağlıdır. 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir == Toponimikası == Xələfşa Füzuli rayonunun Cuvarlı inzibati ərazi vahidində kənd.
Çılpaq bənövşə
Çılpaq bənövşə (lat. Viola epipsila) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik bitkidir. Hündürlüyü 8-15 sm olur. Yarpaqları azacıq dairəvidir. Yarpaqların yuxarı hissəsi daha çox hamardır. Çiçəkləri zəif iyli olur və rəngi göyə çalır, ölçüsü isə mahmızla birlikdə 1,5-2 sm olur. May-iyun aylarında çiçəkləyir. Vegetativ yolla çoxalır. == Mühafizə statusu == Geniş yayılmasına baxmayaraq, çılpaq bənövşə Polşanın Qırmızı kitabına salınıb.
Üçrəng bənövşə
Üçrəng bənövşə (lat. Viola tricolor) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Jacea tricolor (L.) Opiz Mnemion tricolor (L.) Spach Viola tricolor subsp. erecta Ehrh. Viola tricolor var. major Roth Viola versicolor Salisb. == Yarımnövləri == Viola tricolor subsp. curtisii (E.Forst.) Syme Viola tricolor subsp. macedonica (Boiss. & Heldr.) A.F.W.Schmidt Viola tricolor subsp.
Ətirli bənövşə
Ətirli bənövşə (lat. Viola odorata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 3-22 sm, sürünən, yerüstü nazik zoğların qoltuğunda kök salan, gövdəsi olmayan çoxillik ot bitkisidir. Kökümsovu qalıntəhər, buğumlu, ağımtıldır. Yarpaqları uzun saplaq üzərində yerləşmiş, dəyirmi və ya enli yumurtaşəkillidir, qaidə hissəsi dərin ürəkşəkillidir, kənarları mişarvari-dəyirmi dişlidir, uc hissədə korbucaqlı və ya az sivriləşmiş və ya bəzən dəyirmiləşmişdir, demək olar ki, çılpaq və ya çox qısa tüklüdür. Çiçəkləri uzun saplaqda yerləşib, ətirlidir, tünd-bənövşəyi və ya bənövşəyi-göy rəngdədir; çiçəkaltlıqları çiçək saplağının ortasında və ya orta hissəsindən yuxarıda yerləşmişdir. Qutucuq şarşəkili və yarım şarşəkillidir, qismən sıx qısa tüklüdür. Mart-aprel (may) aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), KQ şimal, KQ mərkəzi, Lənk. dağ., Nax.
Bənövşə (dəqiqləşdirmə)
Bənövşə — bənövşəkimilər fəsiləsinə aid bitki cinsidir. Həmçinin bu mənaları da ifadə edə bilər: Bənövşə (rəqs) — Bənövşə — Azərbaycanın milli rəqsi. Bənövşə (oyun) — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış oyun növü. Bənövşəkimilər — İkiləpəlilər sinfinin Malpiqaçiçəklilər sırasına aid bitki fəsiləsi. Bənövşəyi – rəng çaları. Bənövşələr — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində qəsəbə.
Benetise
Benetise (çex: Benetice) - Çex Respublikasının müalicəvi suları ilə dünyada məşhur olan şəhəri. 2007-ci ilin statistik məlumatlarına görə şəhərin 37 nəfər əhalisi vardır. Paytaxt Praqadan təxminən 130 km qərbdə.
Ərəfsə
Ərəfsə (Culfa)
Ərəfsə (Culfa)
Ərəfsə — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənddir. Kənd rayon mərkəzindən 55 km şimalda, Əlincə çayının sağ sahilində yerləşir. Kənd Zəngəzur silsiləsinin ətəyindədir. Ermənistanın Sisian rayonunda da əhalisini azərbaycanlıların təşkil etdiyi Ərəfsə kəndi olmuşdur. == Tarix və etimologiyası == Kənd ərazisində Son Tunc və İlk Dəmir dövrünə aid yaşayış məskəni aşkar edilmişdir. Buradan e.ə II minilliyə aid monoxrom boyalı gil qablar və digər maddi-mədəniyyət nümunələri tapılmışdır. 1590-cı ilə aid sənədlərdə kəndin adı "Ərəfsax" kimi işlədilmişdir. Bəzi tədqiqatçıların fikrincə bu, "sak ərlərinin eli, yurdu" mənasını verir. Onu da qeyd edək ki, sak tayfaları e.ə II minillikdə Culfanın yerli sakinlərindən olmuşlar. Kəndin adı ərəfsəli tayfasının adı ilə əlaqədardır.
Ərəfsə (Qarakilsə)
Ərəfsə — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Ermənistanın Sisian rayonunda kənd. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sisyan nahiyəsində Ərəfsa kimi qeyd olunmuşdur Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 iyul 1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib, Ərəfsə sözünün əvəzinə ermənicə "Günəşli" mənasını verən Arevis qoyulmuşdur. Ərəfsənin tarixi adlarından biri də Şəhərcikdir. 1903-cü ildə nəşr olunmuş "Qafqaz" xəritəsində kəndin adı məhz "Şəhərcik" kimi verilmişdir. == Tarixi == Ərəfsə kəndi müxtəlif vaxtlarda ətrafda mövcud olan dövlət qurumlarının tərkibinə daxil olub. Xanlıqlar dövründə Qarabağ xanlığının tərkibində olmuşdur. XIX əsrin əvvəllərində Rusiyanın Şimali Azərbaycanı işğal etməsindən sonra kənd əvvəlcə Tiflis, sonra isə Yelisavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, mərkəzi Qarakilsə olan Sisian mahalının tərkibində olmuşdur. Çar Rusiyasının çökməsindən sonra Ərəfsə kəndi yuxarıda göstərilən quberniya və qəza tərkibində Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil olmuşdur. Şimali Azərbaycanın təkrar Rusiya tərəfindən — bu dəfə bolşeviklərin iştirakilə işğal oluunmasından sonra Zəngəzur qəzası Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzonun layihəsinə uyğun olaraq, iki yerə bölünmüş, şərqi Azərbaycan SSR-ə, qərbi isə Ermənistan SSR-ə verilmişdir. Bununla da Türkiyənin Azərbaycan və Orta Asiya türkləri ilə birbaşa təmasda olmasının qarşısı alınmışdı.
Ərəfsə körpüsü
Ərəfsə körpüsü — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonunun Ərəfsə kəndində tarixi abidədir. Həmçinin "Culfa körpüsü" adı ilə də tanınır. == Ümumi məlumat == Ərəfsə kəndi ilə Korəhmər adlı ərazini birləşdirir. Əlincə çayı üzərindədir. 1991-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi tərəfindən tədqiq olunmuşdur. == Tarixi == Səfəvilər dövründə, XVI–XVII əsrlərdə inşa edilmişdir. == Xüsusiyyətləri == Körpü fərqli ölçülərdə olan çay və dağ daşlarından istifadə edilərək tac formasında inşa olunmuşdur. Tağları yonulmuş ağ daşlarla haşiyələnmişdir. Körpünün orta hissəsində isə xüsusi çay daşlarından istifadə olunmuşdur. Körpünün torpağa bitişik hissələri çay yatağından 1,5 metr hündürlükdə inşa edilmişdir.
Ərəfsə piri
Ərəfsə piri — Culfa rayonunun Ərəfsə kəndində оrta əsrlərə aid dini ziyarətgah. Ziyarətgahın iki böyük otağı, cənub və şimal tərəfə eyvanları var. Əsas ziyarət obyekti nisbətən böyük ölçüyə malik mərkəzi otaqdakı qəbirdir. Əlincəçayın sоl sahilindəki təpənin üstündə yerləşir. == Tarixi == Buranın pir olması barədə dəqiq məlumat yoxdur. Lakin yerli əhali arasında rəvayətə görə, nə vaxtsa üç ərəb burada məskən salıb yaşamışdır. Sonradan kənd meydana gəlmişdir. Ərəblər öləndən sonra yanaşı dəfn edilmiş və və onların qəbirləri ziyarətgaha çevrilmişdir. Kəndin adı məhz "üç ərəb" mənasında "ərəb" və farsca "sə" (üç) sözlərin birləşməsindən əmələ gəlmişdir. Pir ətrafında arxeoloji araşdırmalar zamanı Son Tunc və İlk Dəmir dövrlərinə aid keramika parçaları tapılmışdır.
Bense Balzam
Bense Buyaki
Bense Buyaki (25 sentyabr 1993) — Macarıstanlı peşəkar kişi BMX velosipedçisi. Bense Buyaki Macarıstanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Bense Buyaki 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.733 saniyəlik nəticəsi ilə 67-ci yeri tutdu.
Bense Talas
Edvard Beneş
Edvard Matey Beneş (çex. Edvard Matey Beneš;28 may 1884[…], Kojlani[d][…] – 3 sentyabr 1948[…], Sezimovo-Usti[d]) — Çexoslovakiyanın (Çexiya) dövlət və siyasi xadimi, diplomat. 1935–1948-ci illərdə Çexoslovakiyanın ikinci prezidenti (əslində 1935–1938-ci illərdə və 1945–1948-ci illərdə, 1938–1945-ci illərdə mühacirətdə, 1940–1945-ci illərdə sürgündə prezident kimi) olub. İkinci Dünya müharibəsində qalib dövlətlər tərəfindən tanınan 1938–1945-ci illərdə Çexoslovakiya dövlətinin mövcudluğunun davam etdirilməsi nəzəriyyəsi baxımından prezident səlahiyyətləri 1938–1945-ci illərdə də davam edib. Birinci Dünya müharibəsi illərində Çexoslovakiyanın müstəqilliyi uğrunda hərəkatın liderlərindən biri, 1918–1935-ci illərdə Çexoslovakiyanın Xarici İşlər Naziri, İkinci Dünya müharibəsi illərində Çexoslovakiya Müqavimətinin və Mühacir Çexoslovakiya hökumətinin rəhbəri. Prezident kimi Beneş iki böyük böhranla üzləşdi və hər ikisi onun istefası ilə nəticələndi. Onun ilk istefası Münhen sazişi zamanı və Almaniyanın 1938-ci ildə Çexoslovakiyanı işğalından sonra baş verdi. Bu ona hökumətini Böyük Britaniyaya mühacirətə getməsinə gətirib çıxardı. İkincisi istefası Çexoslovakiya Sosialist Respublikasını yaradan 1948-ci il kommunist çevrilişi ilə baş verdi. Prezident olana qədər Beneş həm də Çexoslovakiyanın ilk xarici işlər naziri (1918-1935) və dördüncü baş naziri (1921-1922) olub.
Qızıl kilsə (Ərəfsə)
Qızıl kilsə — V əsr Bizans memarlığına aid kilsə. Qərbi Azərbaycanın Zəngəzur mahalında Sisian rayonunun Ərəfsə və Comartlu kəndləri arasında, yolun qarşı tərəfində yastan üzərində inşa olunub. V əsrdə Bizans stilində inşa olunub. Ərəfsə kəndinin tarixinin bilicilərindən olan Elxan Cümşüdovun Qızıl kilsənin son dövr tarixi barədəki məlumatı: "1985-ci ildə Sisian rayon partiya komitəsinin katibi bizə gəldi və yolları yaxşı tanıdığım üçün xahiş etdi ki, onları Qızıl kilsəyə aparım. Mən onların maşınlarına minəndə, orada daha iki nəfər gördüm. Bunlardan biri italiyalı alim, digəri isə tərcüməçi idi. Biz Qızıl kilsəyə çatdıq, italyan alim əllərini kilsənin uçuqlarına sürtərək kilsənin təxminən V əsrdə inşa edildiyini söylədi. Dəqiq fikri isə analizlər aparıldıqdan sonra deyə biləcəyini dedi. Sonra kilsənin ətrafına fırlandı və divara vurulmuş ermənicə lövhəni göstərib, raykom katibindən orada nə yazıldığını soruşdu. Katib orada qədim erməni kilsəsi sözlərinin yazıldığını bildirəndə, italyan alim başını yelləyib, "Çıxarın o lövhəni buradan", - dedi və əlavə etdi ki, "Bu kilsənin ermənilərə heç bir aidiyyatı yoxdur.