Xələfşə

XələfşəAzərbaycan Respublikasının Füzuli rayonunun Cuvarlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Xələfşə
39°33′15″ şm. e. 47°06′55″ ş. u.HGYO
Ölkə
Region Füzuli rayonu
Rayon Füzuli rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Xələfşə xəritədə
Xələfşə
Xələfşə
Xələfşə xəritədə
Xələfşə
Xələfşə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.

Xələfşə kəndi Füzuli şəhər mərkəzindən 6 km çənub-qərbdə, düzənlikdə yerləşir. Kəndi Xələf şah adlı şəxs saldığına görə kəndə də onun adı verilmişdir. Azərbaycan dilində "şah"titul bildirən söz ilə şəxs adı olan Xələf sözü birləşərək, Xələfşə oykonimini əmələ gətirir. "H" səsi burada düşmüşdür. Bəzi ehtimallara görə toponim XVIII əsrdə Qarabağ xanının vəkili olmuş Mirzə Xələfin adı ilə əlaqədardır. XVIII əsrdə (1727-ci il) aid "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə kəndin adı Xəlifəşahlı kimi yazılmışdır. Xələfşə (Xələfşah) oykonimi dərviş Səfəvi ordeni ilə bağlıdır.

2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir

Düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Xələfşah adlı şəxs saldığına görə kənd onun adı ilə adlandırılmışdır. Xələfşə variantında da qeydə alınmışdır.[2]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq olub.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]