Ətirli bənövşə

Ətirli bənövşə (lat. Viola odorata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü.

Ətirli bənövşə
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3-22 sm, sürünən, yerüstü nazik zoğların qoltuğunda kök salan, gövdəsi olmayan çoxillik ot bitkisidir. Kökümsovu qalıntəhər, buğumlu, ağımtıldır. Yarpaqları uzun saplaq üzərində yerləşmiş, dəyirmi və ya enli yumurtaşəkillidir, qaidə hissəsi dərin ürəkşəkillidir, kənarları mişarvari-dəyirmi dişlidir, uc hissədə korbucaqlı və ya az sivriləşmiş və ya bəzən dəyirmiləşmişdir, demək olar ki, çılpaq və ya çox qısa tüklüdür. Çiçəkləri uzun saplaqda yerləşib, ətirlidir, tünd-bənövşəyi və ya bənövşəyi-göy rəngdədir; çiçəkaltlıqları çiçək saplağının ortasında və ya orta hissəsindən yuxarıda yerləşmişdir. Qutucuq şarşəkili və yarım şarşəkillidir, qismən sıx qısa tüklüdür. Mart-aprel (may) aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

BQ (Quba), KQ şimal, KQ mərkəzi, Lənk. dağ., Nax. düz. Orta dağ qurşağına qədər.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Meşələrdə, kolluqlarda, səhralarda yaşıllıq və su olan yerdə, bəzən otlu yamaclarda rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Dekorativ bitkidir. Qədimdə çiçək və kökü öskürəyə qarşı dərman kimi istifadə olunurdu. Bənövşə yağından parfumeriyada istifadə olunur. Balverən bitkidir.

Təbabətdə istifadə qaydaları

[redaktə | mənbəni redaktə et]
  • Ətirli bənövşə yarpaqlarının şərbətindən kəskin öskürəkdə, ağciyər xəstəliklərində, ləçək və yarpaqlarından arpa unu ilə yaxşı hazırlayıb şişləri əritmək üçün, yağından ekzemaya, yarasağaldıcı kimi, çiçəklərindən çay kimi dəmləyərək boğaz ağrılarına və bronxitə qarşı istifadə edilir. 10 qram quru xammalın üzərinə 400 ml qaynar su tökərək ağzı qapalı halda 2 saat saxladıqdan sonra süzüb, gün ərzində (4 dəfəyə) içmək lazımdır.
  • Yaxud ətirli bənövşə bişirilir: bunun üçün 10 qram quru xammalın üzərinə 200 ml qaynar su töküb, ağzı qapalı halada 15 dəqiqə su hamamında saxladıqdan sonra 40-45 dəqiqə otaq temperaturunda soyudub süzmək və seliyin ayrılması üçün qalığı sıxmaq lazımdır, alınmış çıxarış gündə 3-4 dəfə, yeməkdən sonra isti halda, hər dəfə bir xörək qaşığı qəbul edilir.
  • Ətirli bənövşə və çöl bənövşəsi bəlğəmgətirici yığıntıların tərkibində də istifadə edilir.
  • Çöl bənövşəsinin otundan öskürəyə qarşı istifadə edilir. Dəmləməsi bronxial vəzilərin sekresiyasını artırır, sinə yumuşaldıcı təsir göstərir.
  • Çöl bənövşəsinin otundan hazırlanmış çay sarılıq xəstəliyində, revmatizm və podaqrada işlənir. Köklərinin və otunun dəmlənməsi çay kimi xalq təbabətində ishala və dizenteriyaya qarşı istifadə edilir. Bundan əlavə köklərindən, yarpaq və çiçəklərindən çay kimi dəmləyib öd yolları xəstəliklərində, qıcolma, bronxial astma və əsəb xəstəliklərində işlədilir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Viola hirta var. odorata (L.) Fiori
  • Viola hirta subsp. odorata (L.) Fiori
  • Viola martii subsp. odorata (L.) Schimp. & Spenn.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 934.