Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tarix qavramı barədə tezislər
Tarix qavramı barədə tezislər — Alman-yəhudi filosof Valter Benyaminin 1940-cı ildə Gestapodan qaçarkən intihar etməsindən bir necə ay öncə şəxsi qeydləri arasına yazdığı tezislər nəzərdə tutulur. == Mahiyyəti == Benjaminin tarix düşüncəsi avtomatik bir inqilab gözləyişinin yersizliyi tənqidi ilə başlayır. Benjaminə tarixi əzilənlərlə əzənlər arasından intiqam alma sahəsi olaraq təsəvvür edir. Benjaminin əsas tənqid hədəfləri o dövrün sosial-demokratlarıdır. Ona görə kültür və mədəniyyət nümunələri əzənlərin qanlı zəfərləri üzərində yüksələn barbarlıq nişanələridir. Gec kəşf edilən əsər olmasına baxmayaraq, sol teleolojik tarix təxəyyülündə və fəhlə sinfinin mütləq inqilab edəcəyi fikrində mühüm qırılmağa səbəb olmuş, Yəhudi ilahiyyatı ilə Marksist ideologiyanı qovuşdurmuşdur.
Berende butası
Berende buxtası (bolq. залив Беренде, ‘Zaliv Berende’ \'za-liv be-ren-'de\) — 3.3 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Qrinviç adası sahillərindən 1.15 km cənub-qərbdə yerləşmişdir. Pelişat burnundan cənubda yerləşmişdir. Buxta qərbi Bolqarıstanda yerləşən Berende şəhərinin adını daşıyır. == Yerləşməsi == Berende buxtası 62°28′25″ c. e. 59°58′35″ q. u. koordinatlarında yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Bərəndəq
Bərəndəq (fars. برندق‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,488 nəfər yaşayır (381 ailə).
Cirəndə
Cirəndə — İranın Gilan ostanında yerləşən şəhər. Cirəndə əhalisinin əksəriyyətini tatlar təşkil edir.
Vərəndə
Vərəndəçay — Azərbaycanda çay. Vərəndə sahəsi — Şuşa qəzasının sahələrindən biri. Vərəndə mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri.
Xanəndə
Xanəndə — Azərbaycan mədəniyyətində müğənni, muğam ifa edən musiqiçi. Xanəndələr klassik musiqi sərvətlərinin — muğamların yaradıcıları və qoruyucularıdır. Xanəndəlik sənəti bu gün də yaşayır və fəal inkişaf edir. == Xanəndəlik == Xanəndəlik xalqın mənəvi aləminin ifadəçisi olan xalq musiqisini və muğam sənətini təbliğ etmək, yaşatmaq və qoruyub saxlamaq sənətidir. Azərbaycan musiqi mədəniyyətinin inkişafında bir çox görkəmli xanəndələrin adları dərin iz salmışdır. Bu xanəndələr musiqi sənətinin bir çox janrlarının inkişafında aparıcı qüvvə olmuşdur. Şifahi ənənəli musiqi mədəniyyəti xəzinəsini öz yaratdıqları nadir sənət inciləri ilə zənginləşdirən xanəndələrin, eyni zamanda, Azərbaycan operasının yaranmasında və bəstəkar yaradıcılığının genişlənməsində böyük xidmətləri olmuşdur. == Azərbaycan xanəndələri == Ağabala Ağasəid oğlu (1860–1928) Ağabala Məmmədbağır oğlu Abdullayev (1910–1976) Ağaxan Minaxan oğlu Abdullayev (1950–2016) Alim Həmzə oğlu Qasımov (1957) Arif İmran oğlu Babayev (1938) Aygün Əliqulu qızı Bayramova (1967) Baba Mahmud oğlu Mirzəyev (1940–2006) Bahadır Mehralıoğlu (1883–1962) Bakir Musa oğlu Haşımov (1926–1989) Cabbar Qaryağdıoğlu (Cabbar Məşədi İsmayıl oğlunun təxəllüsü; 1861–1944) Canəli Xanəli oğlu Əkbərov (1940–2021) Cümşüd Malıbəyli (1845–1915) Eynulla Eynulla oğlu Cəbrayılov (1935–1992) Eynulla Fətulla oğlu Əsədov (1930–1976) Əbdülbaqi Kərbəlayi Əli oğlu Zülalov (təxəllüsü "Bülbülcan"; 1841–1927) Əbülfət Əsəd oğlu Əliyev (1926–1990) Ələsgər Baba oğlu Abdullayev (1866–1929) Əlibaba Balaəhməd oğlu Məmmədov (1930–2022) Firuz Əmirxan oğlu Məmmədov (1972) Hacı Hüsü Neftali oğlu (təqribən 1830 illər, Şuşa — 1898, Aşqabad) Hacıbaba Hüseynəli oğlu Hüseynov (1919–1993) Haşım Səməd oğlu Kələntərli (1899–1984) Həmid Malıbəyli (Qurbanov Həmid İmamqulu oğlunun təxəllüsü; 1869–922) Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirovun təxəllüsü; 1901–1979) İqbali Azər Əbülhəsənxan (Əbdülhəsənxan Musa oğlunun təxəllüsü; 1870–1971) İslam Tapdıq oğlu Rzayev (1934–2008) Qaraxan İmran oğlu Behbudov (1935–2020) Qədir Çərkəz oğlu Rüstəmov (1935–2011) Qəzənfər Abbasov (1962) Qulu Rüstəm oğlu Əsgərov (1928–1989) Məcid Behbudalı oğlu Behbudov (1873–1945) Məhəmməd Keçəçioğlu (Məhəmməd Məşədi Xəlil oğlunun təxəllüsü; 1864–1940) Məhəmmədhəsən İsmayıl oğlu Mirzə (1951–1917) Mələkxanım Məzahir qızı Əyyubova (1963) Məmməd oğlu Ağa Mirzə Əli Əsgər Qarabaği (XIX əsr) Məmmədbağır Məmmədəli oğlu Bağırzadə (1950–2005) Mənsum İsrafil oğlu İbrahimov (1960) Məşədi Məmməd Fərzəliyev (1872–1962) Mircavadov Mirməmməd Mirbala oğlu (04.10.1953, Bakı) — xanəndə, muğam bilicisi.
Zayəndə
Zayəndə çayı İranın mərkəzində çay adıdır. Zagros axan bu çay İsfahan şəhərinin ortasından keçərək qavxuni bataqlığına tökülür . Uzunluğu 405 kilometrdir . == Xarici keçidlər == Vikianbarda Zayəndə ilə əlaqəli mediafayllar var.
Bəndə
Bəndə — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 2008-ci ildən bu günəcən fəaliyyətdədir. == Qrupun tarixi == Qrup 2008-ci ildə Sumqayıt şəhərində Elçin Emin və Səttar Məhərrəmov tərəfindən qurulub. Müxtəlif problemlərlərə (maliyyə, məkan, musiqi təchizatları) baxmayaraq işinə davam eləyən qrup Şəhər Bağı (QorSad) Mədəniyyət Evini özünə məkan seçir. Bəzi təchizatlar isə İbrahim Emin (Yuxu, Sirr) tərəfindən təmin edilir. Zərbdə ifa üçün Şahin Şəmiyev dəvət olunsa da, Şahinin heç vaxt zərbdə ifa etməməsi səbəbindən bir az məşq etməsi lazım bilinir. Vokal və qrupa ad axtarışı qrupun vaxtını çox alır; Belə ki, öncə Kamran daha sonra Fərid vokal olaraq qrupa dəvət olunsa da, istənilən nəticə əldə olunmadığı üçün onlarla yollar ayrılır. Sumqayıtın yerli televiziyası olan Dünya TV-də Ramin Quliyevin çıxışını görən Elçin qrupun digər üzvləri ilə Ramin Quliyevin qrupa vokalist olaraq dəvət olunması üçün məsləhətləşir və beləcə Ramin qrupda vokalist kimi fəaliyyət göstərməyə başlayır. === İlk çıxış === İlk çıxış 15 mart 2008-ci ildə Half Way Inn-də Ozanla birlikdə olur. Bu konsertdə qrupun 6 ifası səslənir.
Rəndə
Rəndə — taxtanın qatlarını siyirərək yonmaq üçün nəzərdə tutulmuş əl aləti. Rəndədən, taxta məmulatlarının üzərinin düzlənmə, ensizləmə, yumrulama və ümumiyətlə lazımı formaya salmaq və onlara lazımı hamarlıq vermək üçün yararlanırlar. Əl və mexaniki rəndələr olur.
Bəhlul Danəndə
Bəhlul Danəndə — Yaxın Şərqdə folklor surəti. Bəhlul adı ilə məşhur olan Bəhlul Danəndə 9-cu əsrdə Bağdadda yaşamışdır. Rəvayətə görə, o, tarixi şəxsiyyət Harun ər-Rəşidin qardaşı olub, siyasət və səltənət taxtından üz döndərmiş, özünü dəliliyə vurub, incə sözləri ilə xalq arasında şöhrət qazanmışdır. Rəvayətlərdə həmçinin Bəhlulun İmam Cəfəri-Sadiqin səhabəsi olduğu, onlara qarşı təqiblərin olması üzündən özünü dəli kimi göstərməsi də qeyd olunur. Əsasən, ərəb folkloru surəti olan Bəhlul Danəndə, dünya folklorundakı "ağıllı axmaqlar"ın Şərq prototipidir. Bəhlul danəndə bir çox lətifə, didaktik şeir və hekayənin hökmdar, ruhani və varlılara qarşı çıxan hazırcavab, tədbirli və müdrik qəhrəmanıdır. Azərbaycan şifahi xalq ədəbiyyatında da Bəhlul Danəndənin adı ilə bağlı lətifələr var. Xalq arasında Divanə Bəhlul kimi də tanınmışdır. == İstinadlar == == Ədəbiyyat == "Ön söz". Məmmədhüseyn Təhmasib.
Fərruxzad Bavəndi
Fərruxzad Bavəndi (v. 665) — Sasani generalı, Bavəndilər sülaləsinin banisi, Fərrux Hörmüzün ikinci oğlu. == İlkin həyatı == Sasanilər dövründə Atropatena və Xorasan sipahbədi idi. Cəlulə döyüşündə Sasani ordusuna başçılıq etmiş və məğlub olmuşdu. Daha sonra Bəhram Çubinin nəvəsi Siyavuş Mehranini məğlub edərək Təbəristanı ələ keçirmiş və öz şahlığını elan etmişdir. 665-ci ildə Valaxş Karen tərəfindən öldürülmüşdür. == Ailəsi == 5 oğlu olmuşdur: Şahrəm I Söhrab - Təbəristan şahı İsfəndiyar - Azərbaycan mərzbanı Bəhram -Talış hakimi Fərruxan == İstinadlar == == Mənbə == Pourshariati, Parvaneh (2008). Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London and New York: I.B. Tauris. ISBN 978-1-84511-645-3.
Səttar (xanəndə)
Səttar (XIX əsr) — azərbaycanlı xanəndə. == Həyatı == Aleksandr Barnov "Köhnə Tiflisin musiqiçiləri" kitabında yazır: "Səttar əslən İran Azərbaycanından idi. O, Ərdəbildə XIX əsrin 20-ci illərində anadan olmuşdur. Səttar elə uşaqlıq vaxtlarından musiqiyə meyl göstərmişdir. Parlaq istedada və şirin ləhcəyə malik olub. O əvvəlcə dinə qulluq etməyə başlayır. Lakin onu axıra kimi davam etdirmir. İki-üç ildən sonra dindən uzaqlaşır. Şənliklərdə və toylarda muğam və xalq mahnılarını ifa etməyə başlayır. Səttar Şərqin görkəmli klassik şairlərindən Sədi, Hafiz, Füzuli və başqalarının qəzəlləri üstündə muğamları və təsnifləri çox ustalıqla ifa edir.
Vərəndə (dəqiqləşdirmə)
Vərəndəçay — Azərbaycanda çay. Vərəndə sahəsi — Şuşa qəzasının sahələrindən biri. Vərəndə mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri.
Vərəndə mahalı
Vərəndə mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri. 1747-ci ildən 1822-ci ilədək mövcud olub. == Etimologiyası == Qarabagın mahallarından birinin adı. Quruçay, Kirs və Kirs dağından Əlibaba düzünə qədər olan ərazinin əhatə edirdi.. Peçeneq və qıpçaq tayfalarından birinin adıdır. Rus salnamələrində 1097-ci ilə aid məlumatda peçeneqlərlə yanaşı Berende adı da çəkilir. Bir məlumata görə Bərəndə oğuz tayfalarındandır (İst., II s. 346–347). N. A. Baskakova görə, Rus salnamələrində adları çəkilən Tork, (Türk), Berende və Köv tayfaları Uz tayfasının qolları idi. (Baskakov İqorove, s.79).
Vərəndə məlikliyi
Vərəndə nahiyəsi
Vərəndə mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri. 1747-ci ildən 1822-ci ilədək mövcud olub. == Etimologiyası == Qarabagın mahallarından birinin adı. Quruçay, Kirs və Kirs dağından Əlibaba düzünə qədər olan ərazinin əhatə edirdi.. Peçeneq və qıpçaq tayfalarından birinin adıdır. Rus salnamələrində 1097-ci ilə aid məlumatda peçeneqlərlə yanaşı Berende adı da çəkilir. Bir məlumata görə Bərəndə oğuz tayfalarındandır (İst., II s. 346–347). N. A. Baskakova görə, Rus salnamələrində adları çəkilən Tork, (Türk), Berende və Köv tayfaları Uz tayfasının qolları idi. (Baskakov İqorove, s.79).
Vərəndə sahəsi
Vərəndə sahəsi — Şuşa qəzasının sahələrindən biri. == Tarixi == Qarabağ xanlığı 1822-ci ildə ləğv edildi. Rusların 42-yeger alayının komandiri polkovnik Reut Şuşa şəhərində yerləşdi. Bu zamandan Qarabağ Rusiyanın inzibati-ərazi bölgüsünə daxil edildi. 1840-cı ildə qədim mahallar yenidən formalaşdı. Şuşa qəza statusunu aldı. Şuşa qəzasına Vərəndə, Cavanşir, Kəbirli, Muğru və Zəngəzur sahələri aid edildi. Sahəni murov, rus dilində uçaskovıy zasidatel-idarə edirdi. Vərəndə sahəsinin murovlari: Avət Mamikanov, Kavalyev, Əhməd bəy Cavanşir və başqaları. Vərəndə sahəsi 1867-ci ildə ləğv oludu.
Zayəndə Rud
Zayəndə çayı İranın mərkəzində çay adıdır. Zagros axan bu çay İsfahan şəhərinin ortasından keçərək qavxuni bataqlığına tökülür . Uzunluğu 405 kilometrdir . == Xarici keçidlər == Vikianbarda Zayəndə ilə əlaqəli mediafayllar var.
İrəvan(Vərəndə)
İRƏVAN — Yuxari Qarabağın Vərəndə nahiyəsində məzrə (əkin yeri) adı. == Toponimikası == Türk dillərində ir "dağın gündüşən tərəfi", "dalğavari suayrıcı", "dağ döngəsi" və farsca van "yer" sözlərindən ibarətdir. İrəvan şəhərinin adı ilə mənaca eynidir. Qeyd edilmişdir ki, V-XII əsrlər qədim erməni mənbələrində "Yerevan" şəhər adı çəkilir. İrəvan şəhər adının "Yerevan" forması erməni yazılışıdır, qədim erməni dilində "e" səsindən əvvəl "y" səsinin əlavəsi və bu səsin "ye" kimi oxunuş qaydası vardır. Bu söz Ermənistanda İrəbad və İrəkənd adlarında vardır. Qədim türk dillərində ir sözü Qara-İr (Goranboy rayonu), İrqar (Kəlbəcər rayonu Baş Qaracılı kəndi ərazisində təpə adı), İrdaq (Astara rayonu), Gürcüstanda Borçalı bölgəsində Qalaq-İr, Ermənistanda Aqut-ir oronimlərdə də var. Qədim türkmənşəli ir sözü Gürcüstanda V əsrdən çəkilən Taşir (orta əsrlərdə Dağ Borçalıda mahal adı) toponimində (türk dillərində taş "qaya" və ir sözlərindən) əksini tapmışdır. 1828-ci il Türkmənçay müqaviləsinin IV bəndinə görə İran-Rusiya sərhəd xətti Adnabazao çayının sahilində Çiko-İr dağından keçirdi. Bu ad qədim türk dillərində çik "dar dərə" və İr sözlərindən ibarətdir.
İrəvan (Vərəndə)
İRƏVAN — Yuxari Qarabağın Vərəndə nahiyəsində məzrə (əkin yeri) adı. == Toponimikası == Türk dillərində ir "dağın gündüşən tərəfi", "dalğavari suayrıcı", "dağ döngəsi" və farsca van "yer" sözlərindən ibarətdir. İrəvan şəhərinin adı ilə mənaca eynidir. Qeyd edilmişdir ki, V-XII əsrlər qədim erməni mənbələrində "Yerevan" şəhər adı çəkilir. İrəvan şəhər adının "Yerevan" forması erməni yazılışıdır, qədim erməni dilində "e" səsindən əvvəl "y" səsinin əlavəsi və bu səsin "ye" kimi oxunuş qaydası vardır. Bu söz Ermənistanda İrəbad və İrəkənd adlarında vardır. Qədim türk dillərində ir sözü Qara-İr (Goranboy rayonu), İrqar (Kəlbəcər rayonu Baş Qaracılı kəndi ərazisində təpə adı), İrdaq (Astara rayonu), Gürcüstanda Borçalı bölgəsində Qalaq-İr, Ermənistanda Aqut-ir oronimlərdə də var. Qədim türkmənşəli ir sözü Gürcüstanda V əsrdən çəkilən Taşir (orta əsrlərdə Dağ Borçalıda mahal adı) toponimində (türk dillərində taş "qaya" və ir sözlərindən) əksini tapmışdır. 1828-ci il Türkmənçay müqaviləsinin IV bəndinə görə İran-Rusiya sərhəd xətti Adnabazao çayının sahilində Çiko-İr dağından keçirdi. Bu ad qədim türk dillərində çik "dar dərə" və İr sözlərindən ibarətdir.
Arif Babayev (xanəndə)
Arif İmran oğlu Babayev (20 fevral 1938, Sarıhacılı, Ağdam rayonu) — Azərbaycan xanəndəsi, professor (1996), Azərbaycan SSR xalq artisti (1989), Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının sabiq müdiri. == Həyatı == Arif Babayev 20 fevral 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib (1962). Azərbaycan Dövlət Filarmoniyasında (1963–1966), Azərbaycan Dövlət Opera və Balet Teatrında (1966) çalışıb. O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaratmışdır. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olmuşdur. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonar isə Azərbaycan Dövlət opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü. Hacıbəyov-"Leyli-Məcnun", "Əsli və Kərəm "), Aşıq Qərib (Z. Hacıbəyov-"Aşıq Qərib"), Camal (Ş. Axundova-"Gəlin qayası") kimi yaddaqalan obrazlar yaratmışdır. Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənmiş və lentə alınaraq AzTR Fonduna daxil olmuşdur. 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb.
Gülşən Əliyeva (xanəndə)
Qasım Abdullayev (xanəndə)
Qasım İbrahim oğlu Abdullayev və ya Zabul Qasım (1873, Şuşa – 1927, Şuşa, Dağlıq Qarabağ) — xanəndə. == Həyatı == Abdullayev Qasım İbrahim oğlu 1873-cü ildə Şuşada anadan olmuşdur. O, ömrünün son illərində Şuşa musiqi məktəbində muğamatdan dərs demiş, incəsənət işçilərinin respublika həmkarlar ittifaqı şurasının sədri vəzifəsində çalışmışdır. Qasım Abdullayev 1927-ci ildə Şuşada vəfat etmişdir. == Fəaliyyəti == "Zabul" muğamını xüsusilə yaxşı ifa etdiyinə görə tanınan Qasım Abdullayev xalq arasında "Zabul Qasım" adı ilə məşhurlaşmışdı. O dövrdə, Azərbaycan xalqının məclislərində ”Segah" muğamı daha populyar idi. Lakin XIX əsrin son illərində xanəndələr “Zabul-segah”a daha çox meyl edirdilər. Bu populyarlığın əsas səbəbi tarzən Sadıqcanın tarın qoluna "Zabul" pərdəsini əlavə etməsi idi. XX əsrin əvvəllərində Zabul Qasım Bakıda bir neçə dəfə konsert vermiş və tamaşaçıların sonsuz rəğbətini qazanmışdır. Zabul Qasım ilk dəfə Bakı tamaşaçıları qarşısında 1903-cü ilin yanvar ayının 27-də H.Z.Tağıyevin teatr binasında verilən “Şərq konserti”ndə Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər və Seyid Mirbabayevlə birlikdə çıxış etmişdir.
Sabir Mirzəyev (xanəndə)
Sabir Nüsrət oğlu Mirzəyev (1943, Astraxanbazar rayonu – 23 iyul 2011, Təbriz) — Azərbaycanın Əməkdar artisti (2007), Azərbaycan xanəndəsi, Çahargah muğamının görkəmli ifaçısı. == Həyatı == Sabir Mirzəyev 1943-cü ildə Cəlilabad rayonunda anadan olmuşdur. Azərbaycan incəsənətinin tanınmış xadimləri sırasında S. Mirzəyevin layiqli yeri vardır. O, əmək fəaliyyətinə 1960-cı ildə başlamışdır və 40 il ərzində Dövlət Filarmoniyasında, "Azərkonsert" birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şərkətində öz sənəti ilə xalqa xidmət etmişdir. Tanınmış sənətkarların ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan S. Mirzəyev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirmişdir. Onun ifa etdiyi "Qarabağın maralı", "Şuşanın dağları", "Nazlana-nazlana", "Gülə-gülə", "Aşıqəm" xalq mahnıları, "Cahargah" və "Rast" muğamları qızıl fondunda saxlanılır. O, Prezident təqaüdçüsü idi. 2007-ci ildə Əməkdar artist adını almışdır. 23 iyul 2011-ci ildə Təbrizdəki xəstəxanada vəfat etmişdir.
Sabir Əliyev (xanəndə)
Sabir Məhərrəm oğlu Əliyev (13 fevral 1948, Pərdi, Astraxanbazar rayonu – 22 dekabr 2020, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti, Azərbaycan Respublikasının Xalq artisti (2017). == Həyat və yaradıcılığı == Sabir Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. 1967–1972-ci illərdə A.Zeynallı adına Bakı Musiqi texnikumunun muğam şöbəsində, 1981–1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilmiş və 50 ildən artıq bu teatrın muğam bölməsinin solisti olmuşdur. Teatrda çalışdığı illər ərzində muğam bölməsinin tamaşalarında bir çox yadda qalan obrazlar — "Leyli və Məcnun"da (İbn Səlam, Zeyd, Şeyx), "Koroğlu"da (Vəli, Nadir), "Vaqif"də (Xanəndə, Züvvar), "Şah İsmayıl"da (Çapqınçı), "Əsli və Kərəm"də (Sofi, Osmanlı), "Aşıq Qərib"də (Aşıq Vəli, Şahvələd), "Gəlin qayası"nda (Əmioğlu, Şeyx), "Natəvan"da (Aşıq), "Sevil"də (Azançı) rolları yaratmışdır. S. Əliyev müxtəlif səhnələrdə, radio və telekanallarda, Türkiyə, BƏƏ, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və b. ölkələrdə qastrol səfərlərində olmuş və böyük uğurla çıxış etmişdir. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 16 sentyabr 2005-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına, 15 sentyabr 2017-ci ildə isə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adına layiq görülmüşdür. Sabir Əliyev 22 dekabr 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Süleyman Abdullayev (xanəndə)
Süleyman Cümşüd oğlu Abdullayev vəya Dədə Süleyman (14 fevral 1939, Qaryagin – 23 oktyabr 2022) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2012). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002) == Həyatı == Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu il fevral ayının 14-də Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olmuşdur. 1959-cu ildə istedadlı musiqiçilər sorağıyla Füzuli rayonuna gələn böyük xanəndə Seyid Şuşinski, Süleyman Abdullayevin səsini yüksək qiymətləndirmiş və o, peşəkar təhsil almaq üçün Bakıya dəvət edilmişdir. 1960–1964-cü illər ərzində S. Abdullayev ADMM-də Seyid Şuşinskinin sinfində bütün muğam dəsgahlarını tam şəkildə öyrənmişdir. 1964-cü ildən Süleyman Abdullayev Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlamış, xalq çalğı alətləri ansamblları ilə çalışmışdır. 1969-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən ümumdünya festivalının qalibi olmuşdur. Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi, bir çox muğamların yadda qalan təfsiri ilə tanınır. Süleyman Abdullayev zəngin tembrli, yüksək tessituralı səsə malik xanəndədir. O, ifa etdiyi muğamda sözün düzgün tələffüzünə, qəzəlin mənasının dinləyiciyə çatdırılmasına çalışır. Süleyman Abdullayevin ifasında "Segah", "Dəşti", "Çahargah", "Şur" muğam dəsgahlarının lent yazıları AzTR Fonduna daxil olmuşdur.
Brend
Brend və ya marka (ing. brand, [brænd] — marka) — marketinq termini, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiya. Brend deyiləndə hər hansı şirkətin və ya məhsulun özünəməxsus və onu bazardakı digər rəqiblərdən fərqləndirən ad və ya imici nəzərdə tutulur. Brendinq keyfiyyətdə, qiymətdə və komfortda unikal olmaqdır. Şirkətin və ya məhsulun brendi onun: adı, loqosu, sloqanı, rəngi, melodiyası ola bilər. Brend həmçinin aşağıdakılar deməkdir: vəzifəsi və fərdi atributları: adı, loqotip və şirkəti fərləndirən digər vizual elementləri (şrift, dizayn, simvolu və rəng sxemi). obraz, imic, şirkətin reputasiyası və s. "brend" sözü qədim skandinav dilindəki "Brandr" sözündən törəyib, "yandırmaq, alov" kimi tərcümə olunur. Damğalar belə adlanırdı, hansıkı heyvan sahibləri öz mal-qarasını onun vasitəsiylə işarələyirdilər. === Şəxsi brendinq === Şəxsi brendinq bir şəxsin tanıtımıdır.
Brene
Brene (fr. Bresnay) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03039. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 394 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını üzümçülük təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15–64 yaş) 187 nəfəri iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,6%, 1999-cu ildə 68,4%). Fəal 187 nəfərdən 176 nəfəri (90 kişi və 86 qadın) işləyir, 11 nəfər işsizdir (5 kişi və 6 qadın).
Bamenda Universiteti
Bamenda Universiteti (fr. Université de Bamenda) — Kamerunun Bamenda şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 2011-ci ildə qoyulmuşdur.
Bulbophyllum bariense
Bulbophyllum bariense (lat. Bulbophyllum bariense) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Vyetnam üçün endemik növdür.
Munqi Bavendi
Munqi Bavendi (15 mart 1961, Paris) — Amerika-Tunis-Fransız kimyaçısıdır. O, hazırda Massaçusets Texnologiya İnstitutunda Lester Vulf professorudur. Bawendi yüksək keyfiyyətli kvant nöqtələrinin kimyəvi istehsalında əldə etdiyi nailiyyətlərlə tanınır. 2023-cü ildə Luis Bryus və Aleksey Yekimov ilə bərabər Kimya üzrə "Nobel" mükafatına layiq görülüb.
Barens adası
Barens adası (norv. Barentsøya) — Şpitsbergen arxipelaqına daxil olan və yaşayışı olmayan ada. Arxipelaqın şərqində, Edj adası ilə Qərbi Şpisbergen adaları arasında yerləşir. Adanın sahəsi 1288 km² təşkil edir. Arxipelaqın sahəsinə görə dördüncü adasıdır. Ada hollad araşdırmaçısı və dənizçi Villem Barensin şərəfinə adlandırılmışdır. == Coğrafiya və iqlimi == Adada horizontal şəkildə mezozoy dövrünə aid əhəng daşı və paleozoyun çökmə süxurları ilə örtülüdür. Qərbində qranit təbəqə yüksəklik əmələ gətirir. Sahəsinin 558 km² buzlaqla örtülüdür. Digər hissəsi tundradır.