Gülşən Əliyeva (xanəndə)

Gülşən Əliyeva (tam adı: Gülşən Yasin qızı Əliyeva; d. 11 sentyabr 1986, Mingəçevir, Azərbaycan SSR, SSRİ) — Azərbaycan xanəndəsi, ifaçı, "Ana Kürüm" respublika mahnı müsabiqəsinin qalibi, "Xalq ulduzu" musiqi müsabiqəsinin finalçısı (2011)[1].

Gülşən Əliyeva
Gülşən Yasin qızı Əliyeva
Ümumi məlumatlar
Doğum tarixi (37 yaş)
Doğum yeri Mingəçevir, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə
Fəaliyyət illəri 2000–davam edir
Janrlar muğam
xalq musiqisi
vokal
estrada
Təhsili Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci (2009–2012)
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (2019–)

Şəfiqə Axundova, Hacı Xanməmmədov, Oqtay Kazımi, Ramiz Mirişli, Elza İbrahimova, Emin Sabitoğlu, Cahangir Cahangirov, Hökümə Nəcəfova, Zakir Bağırov, Andrey Babayev, Vasif Adıgözəlov, Səid Rüstəmov, Rauf Hacıyev, Ələkbər Tağıyev, Fikrət Əmirov, Telman Hacıyev, Tofiq Bakıxanov, Nüşabə Muradova və s. kimi bəstəkarların mahnılarına müraciət etmişdir.

Həyatı[redaktə | mənbəni redaktə et]

Əliyeva Gülşən Yasin qızı 11 sentyabr 1986-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur.

2004-cü ildə Mingəçevir şəhər 15 nömrəli orta məktəbi bitirmiş, orta təhsil müddətində Mingəçevir şəhəri 3 nömrəli uşaq musiqi məktəbində xanəndə ixtisası üzrə təhsil almışdır.

2012-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecini əməkdar müəllim Qəzənfər Abbasovun sinfini xanəndə ixtisası üzrə bitirmişdir. 2019-cu ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə daxil olub və hazırda xanəndəlik ixtisasl üzrə xalq artisti Simarə İmanovanın sinfində 3-cü kurs tələbəsidir.[2]

Uşaq yaşlarından etibarən bir çox musiqi müsabiqələri və festivallarda iştirak etmişdir. Ana Kürüm respublika mahnı müsabiqəsinin qalibi, 2011-ci ildə keçirilmiş Xalq ulduzu müsabiqəsinin finalçısı olmuşdur. İlk klipi Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general Polad Həşimovun xatirəsinə həsr olunmuşdur.

Şəfiqə Axundova, Hacı Xanməmmədov, Oqtay Kazımi, Ramiz Mirişli, Elza İbrahimova, Emin Sabitoğlu, Cahangir Cahangirov, Hökümə Nəcəfova, Zakir Bağırov, Andrey Babayev, Vasif Adıgözəlov, Səid Rüstəmov, Rauf Hacıyev, Ələkbər Tağıyev, Fikrət Əmirov, Telman Hacıyev, Tofiq Bakıxanov, Nüşabə Muradova və s. kimi bəstəkarların mahnılarına müraciət etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Gülşən Əliyeva. Mədəniyyət TV". YouTube. 4 aprel 2020. İstifadə tarixi: 9 mart 2022.
  2. Sarıyeva, İradə. "Tanınmış sənətçi Zül­fiy­yə El­dar­qı­zı ye­ni ya­şı­na qə­dəm qoy­du". Mədəniyyət (az.). baki-xeber.com. 20 iyun 2017. 9 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2022.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

П:  Musiqi portalı П:  Azərbaycan portalı