Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Vərəndə sahəsi — Şuşa qəzasının sahələrindən biri.
Qarabağ xanlığı 1822-ci ildə ləğv edildi. Rusların 42-yeger alayının komandiri polkovnik Reut Şuşa şəhərində yerləşdi. Bu zamandan Qarabağ Rusiyanın inzibati-ərazi bölgüsünə daxil edildi. 1840-cı ildə qədim mahallar yenidən formalaşdı. Şuşa qəza statusunu aldı. Şuşa qəzasına Vərəndə, Cavanşir, Kəbirli, Muğru və Zəngəzur sahələri aid edildi. Sahəni murov, rus dilində uçaskovıy zasidatel-idarə edirdi. Vərəndə sahəsinin murovlari: Avət Mamikanov, Kavalyev, Əhməd bəy Cavanşir və başqaları.
Vərəndə sahəsi 1867-ci ildə ləğv oludu. Bu sahənin oba və kəndləri Cəbrayıl, Şuşa qəzaları arasında paylandı.