İrəvan (Vərəndə)

İRƏVAN — Yuxari Qarabağın Vərəndə nahiyəsində məzrə (əkin yeri) adı.

Türk dillərində ir "dağın gündüşən tərəfi", "dalğavari suayrıcı", "dağ döngəsi" və farsca van "yer" sözlərindən ibarətdir. İrəvan şəhərinin adı ilə mənaca eynidir. Qeyd edilmişdir ki, V-XII əsrlər qədim erməni mənbələrində "Yerevan" şəhər adı çəkilir. İrəvan şəhər adının "Yerevan" forması erməni yazılışıdır, qədim erməni dilində "e" səsindən əvvəl "y" səsinin əlavəsi və bu səsin "ye" kimi oxunuş qaydası vardır. Bu söz Ermənistanda İrəbad və İrəkənd adlarında vardır. Qədim türk dillərində ir sözü Qara-İr (Goranboy rayonu), İrqar (Kəlbəcər rayonu Baş Qaracılı kəndi ərazisində təpə adı), İrdaq (Astara rayonu), Gürcüstanda Borçalı bölgəsində Qalaq-İr, Ermənistanda Aqut-ir oronimlərdə də var. Qədim türkmənşəli ir sözü Gürcüstanda V əsrdən çəkilən Taşir (orta əsrlərdə Dağ Borçalıda mahal adı) toponimində (türk dillərində taş "qaya" və ir sözlərindən) əksini tapmışdır. 1828-ci il Türkmənçay müqaviləsinin IV bəndinə görə İran-Rusiya sərhəd xətti Adnabazao çayının sahilində Çiko-İr dağından keçirdi. Bu ad qədim türk dillərində çik "dar dərə" və İr sözlərindən ibarətdir.[1]

İrəvan xanlığı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

http://garabagh Arxivləşdirilib 2017-10-08 at the Wayback Machine

  1. B.Budaqov, Q.Qeybullayev. Yuxarı Qarabağın Toponimləri . Bakı,2005