Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəradər (uydurma)
Köməkçi, bəradər və ya saydkik (ing. sidekick) — qeyri-mütləq halda adətən uydurmada, birlikdə səyahət etdiyi şəxsin tabeliyində olan və ya elə qiymətləndirilən yaxın yoldaş və ya həmkar. Tanınmış bəradərlərə Don Kixotun Saço Pansası, Şerlok Holmsun Doktor Uatsonu, Harri Potterin Ron Uizlisi, Şrekin Eşşəyi, Marionun Luicisi, Sonikin Teylzi və Betmenin Robini daxildir. == Mənşə == Köməkçi sözünün kökü olan "Kömək" qədim türk dilindən törəmişdir. Əlavə olaraq, bəradər sözü isə fars dilindən törəmişdir (برادر) və "qardaş" deməkdir. "Saydkik" termini əsrin XIX əsrin axırları və XX əsrin əvvəllərində cibgirlik slenqindən törəmişdir. "Kik" şalvar cibinin ön hissəsinə deyilirdi və ən təhlükəsiz hissə hesab edilirdi. Beləliklə, analoqiyaya görə, "sayd-kik" şəxsin ən yaxın yoldaşı olmuşdu. Tarixdə qeydə alınmış ilk köməkçilərdən biri Gilqameşin müttəfiqi olan Enkidudur. Digər erkən nümunələrə İliada dastanındakı Patrokl və Əhdi-Ətiqdəki Harun daxildir.
Bikaner
Bikaner — Hindistanın şimal qərbində, Racəstan ştatında şəhər. == Əhalisi == Əhalisi 576 min (2005). == Coğrafiyası == Tar səhrasında yerləşir. Nəqliyyat qovşağı. == Tarixi == 1488-ci ildə eyniadlı Racput knyazlığının paytaxtı kimi salınmışdır; Mərkəzi Asiya ilə Şimali Hindistanı Qucarat portları ilə birləşdirən karvan yolları üstündə mühüm ticarət mərkəzi olmuşdur. == Memarlığı == Hündürlüyü 5–9 m olan qala divarları, qırmızı qumdaşıdan orta əsrlərə aid Cunaqarh fortu (1588–93, ərazisində bir sıra saray kompleksləri vardır) saxlanılmışdır. Racəstan Universitetinin filialı; muzey (1937; terrakota, sikkə pullar, silah, miniatür kolleksiyası); Dəvəçilik milli elmi mərkəzi var. Hər il dəvə festivalı keçirilir. == Sənayesi == Bikaner ticarət mərkəzidir. Elektrotexnika sənayesi müəssisələri; şüşə və dulusçuluq istehsalı var; xalça, toxuculuq məmulatı, yun parça, ayaqqabı və s.
Brander
Brander və ya Alovsaçan (alm. Brander‎) — yüngül yanacaq və ya partlayıcı materiallar ilə yüklənmiş, düşmən gəmisinə alov vurmaq üçün istifadə olunan gəmi. Gəmini idarə edən heyət yarı yolda onu tərk edərək, onu rəqib gəmisinin uzərinə, tarana istiqamətləndirir.
Luis Abinader
Luis Rodolfo Abinader Korona (isp. Luis Rodolfo Abinader Corona; 12 iyul 1967, Santo-Dominqo) — Dominikan Respublikasının hazırkı Prezidenti vəzifəsində çalışan dominikalı iqtisadçı, iş adamı və siyasətçi. == Həyatı == Abinader 12 iyul 1967-ci ildə Santo-Dominqoda anadan olub. Valideynləri Sibao bölgəsindəndir. Anası Roza Sula Korona Kaba Konsepsion-de-la-Veqa əyalətindən olan kanarlı, atası Xose Rafael Abinader isə Livan əsilli iş adamı və siyasi liderdir və Santyaqo əyalətindəndir. Ata babası 1898-ci ildə ölkəyə gələn və Tamboril şəhərində məskunlaşan Livanın Baskinta şəhərindən olan livanlı mühacir Xose S. Abinader idi. Abinader orta təhsilini Loyola Kollecində bitirib. Kembric, Massaçusetsdəki Halt Beynəlxalq Biznes Məktəbində layihə idarəçiliyi üzrə aspirantura təhsili aldı. O, eyni zamanda Harvard Universitetində korporativ maliyyə və maliyyə mühəndisliyi və Nyu-Hempşirdəki Dartmut Kollecində idarəetmə təhsili alıb. Abinader livan əsilli iş adamları Elias Arbaxe Farah və Marqarita Soninin qızı Rekel Arbaxe Soni ilə evlidir.
Mikania bradei
Mikania bradei (lat. Mikania bradei) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Stiven Brayer
Stiven Brayer (ingl. Stephen Breyer, d. 15 avqust 1938-ci il, San-Fransisko, Kaliforniya) - amerikalı hüquqşünas, ABŞ Ali Məhkəməsinin üzvü. ABŞ prezidenti Bill Klinton tərəfindən təyin edilmişdir. Yəhudi ailəsində doğulmuşdur. Stenford universiteti və Harvard hüquq məktəbində təhsil almış, Harvard hüquq məktəbində dərs demişdir. Brayerin müəllimlərindən biri Nürnberq prosesinin "memarlarından" biri Benjamin Kaplan idi. 1980-ci ildən 1994-cü ilə qədər ABŞ birinci dairə Apelyasiya məhkəməsində hakim olmuşdur (1990-1994-cü illərdə həmin məhkəmənin sədri vəzifəsində çalışmışdır). 3 avqust 1994-cü ildə Senatın təsdiqindən sonra Ali Məhkəmənin üzvü olmuşdur. Məhkəmənin ən liberal hakimlərindən biri sayılır.
Məhəmməd Əl-Baradei
Məhəmməd Əl-Baradei (ərəb.: محمد البرادعي, d. 17 iyun 1942, Qahirə, Misir) — 1997-ci il 1 dekabr tarixindən Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru. Səlahiyyətləri 30 noyabr 2009-cu ildə başa çatdı. Rəhbərlik etdiyi təşkilatla birlikdə 2005-ci il Nobel Sülh Mükafatı laureatıdır.
Denis Rader
Denis Rader dünyanın ən məşhur və ən təhlükəli qatillərindən biridir. Denis 1974-1991-ci illərdə Kanzasda ən az 10 nəfəri qətlə yetirib. BTK (bind, torture, kill-bağla, işgəncə ver, öldür) adı ilə tanınır. Hər cinayıtindın sonra isə polisə qurbanını necə əzab verərək öldürdüyünü təsvir edən məktublar göndərib. Çox maraqlı öldürmə üsulu olub. Əvvəlcə qurbanını tutub kəndirlə bağlayır, sonra qəsdən qaçmasına şərait yaradır və bu prosesi dəfələrcə təkrarlayaraq onların cinsi fəal vəziyyətə gəlməsinə səbəb olurdu. Daha sonra isə onları zorlayaraq öldürürdü. Bir maraqlı fakt isə odur ki, BTK mühafizə şirkətinin əməkdaşı olub, işi isə evlərə qatillərdən qorunmaq üçün siqnalzasiya sistemin quraşdırmaq olub.
Birxadəm
Birxadəm (ərəb. بئر خادم‎ fr. Birkhadem) — Əlcəzairin şimalında, Əlcəzair vilayətinin ərazisində kommuna. == Etimologiya == "Birxadəm" adı mürəkkəb sözdür, ərəbcə "quyu" mənasını verən "bir" və "qul" mənasını verən "xədim" sözlərindən yaranmışdır. Burada "xədim" xüsusi addır, "Xadəm" kimi yazılır, yəni bu ad "Xədimin quyusu" kimi tərcümə olunur . == Coğrafi mövqe == Kommuna vilayətin orta hissəsində, dəniz səviyyəsindən 98 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı və vilayət mərkəzi olan Əlcəzair şəhəri ilə birbaşa bitişikdir və onun mərkəzindən təxminən 7 kilometr aralıdadır.
Birələr
Birələr (lat. Siphonaptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Birələr tam metamorfozla inkişaf edən cücülər içərisində yeganə dəstədir ki, onların hamısı qanadsızdır. Qanadsız olmaları, adətən parazit həyat tərzi keçirmələri ilə əlaqədardır. Parazitizm ancaq birələrin imaqosu üçün səciyyəvidir, sərbəst həyat tərzi keçirən sürfələrə quş və gəmirici yuvalarında, məməlilərin yaşayış yerlərində rast gəlmək olar. Quşlarda və məməlilərdə parazitlik edirlər. Örtüyü güclü sərtləşmişdir, bədən yanlardan sıxılmışdır. Sıçrayıcı ayaqları var. Qanla qidalanırlar, ağız aparatı deşici-sorucudur. Düyünlü taun (Xenopsylla) və yatalaq (Nosopsyllus) xəstəliklərinin keçiricisidir.
Prader-Villi sindromu
Prader-Villi sindromu — 15-ci xromosomdakı bəzi genlərin funksiyasını itirməsindən yaranan genetik bir xəstəlik. Yeni doğulmuş uşaqlarda simptomlara əzələ zəifliyi, zəif qidalanma və yavaş inkişaf daxildir. Uşaqlıqdan bu xəstəliyə tutulmuş insanlar daimi bir aclıq yaşayırlar, bu da tez-tez piylənməyə və tip 2 diabetə səbəb olur. Bu xəstəliyə malik olan insanlarda yüngül və orta dərəcədə zəka qüsurları və davranış problemləri də geniş yayılmışdır. Çox vaxt bu xəstəliyə məruz qalmış insanlar dar bir alına, kiçik qollara və ayaqlara, qısa boya və açıq dəri və saç rənginə malik olurlar. Onların əksəriyyəti heç vaxt övlad sahibi ola bilmirlər. Xəstəlik halının təqribən 74%-i atanın 15-ci xromosomunun bir hissəsi çıxarıldıqda baş verir. Yerdə qalan 25% hallarda isə xəstə anadan 15-ci ana xromosomunun iki nüsxəsini alır və ata nüsxəsi olmur. Ana xromosomunun hissələri genomik imprintinq səbəbindən deaktivləşdirildiyindən, onlara müəyyən genlərin işləyən nüsxələri qalmır. PVV ümumiyyətlə genetik yolla ötrülmür; lakin, yumurta, sperma və ya erkən inkişaf zamanı genetik dəyişikliklər baş verə bilir.
Session Border Controller
Session Border Controller (SBC; azərb. Sessiya sərhəd nəzarətçisi‎) — internet protokolu (VoIP) şəbəkələri üzərindən SIP əsaslı səsi qorumaq üçün yerləşdirilən şəbəkə elementi. SBC-lərin ilkin yerləşdirilməsi bir baxış mühitində iki xidmət təminatçısı şəbəkəsi arasındakı sərhədlərə yönəldilmişdir. Bu rol indi yaşayış və/və ya müəssisə müştərilərinə xidmət göstərmək üçün xidmət təminatçısının giriş şəbəkəsi ilə magistral şəbəkə arasında əhəmiyyətli yerləşdirmələri əhatə etmək üçün genişlənmişdir. == Adlandırma == "Sessiya" termini iki və ya daha çox tərəf arasında ünsiyyətə aid edilir. Bu, telefoniya kontekstində zəng deməkdir. Hər bir zəng zəngə nəzarət edən bir və ya bir neçə zəng siqnalı mesajı mübadiləsindən, zəng statistikası və keyfiyyəti ilə bağlı məlumatla birlikdə zəngin audio, video və ya digər məlumatlarını daşıyan bir və ya bir neçə zəng media axınından ibarətdir. Bu axınlar birlikdə seans təşkil edir. Seansların məlumat axınına təsir göstərmək sessiya sərhəd nəzarətçisinin işidir. "Sərhəd" termini şəbəkənin bir hissəsi ilə digəri arasındakı sərhəd nöqtəsinə aid edilir.
İradə
İradə — subyektin fəaliyyət və davranışının tənzimlənməsini həyata keçirən fenomen. İradə əsasən məqsədlərin yaradılması (formalaşdırılması) və onlara nail olmaq üçün daxili səylərin cəmlənməsinə cavabdehdir. İradə nə fiziki, nə emosional, nə də həmişə şüurlu insan fəaliyyəti deyil; lakin seçilmiş fəaliyyətin məqsədinin dəyər xüsusiyyətlərini göstərən fəaliyyətdir. Könüllü hərəkətlər edən insan impulsiv istəklərə müqavimət göstərir. İradi davranış iki əsas komponentə bölünür — qərar qəbul edilməsi və onun sonrakı həyata keçirilməsi. Lakin hərəkətin məqsədilə qərar qəbul etmək ehtiyacı arasında uyğunsuzluq varsa, bu vəziyyət çox vaxt seçim aktı ilə müşayiət olunur və ya psixoloji ədəbiyyatda adət olduğu kimi, bu vəziyyəti motivlərin mübarizəsi adlandırmaq olar. Şəxs tərəfindən seçilmiş qərar sonradan müxtəlif psixoloji şəraitdə həyata keçirilir. Belə şərtlərin spektri qərar qəbul etmək üçün kifayət olan anlardan başlaya bilər və bu seçimdən sonra sonrakı hərəkət sanki öz-özünə baş verir. Bu psixoloji model üçün boğulan uşaq nümunəsini göstərə bilərik, onu xilas etmək üçün yalnız cəsarət toplamaq lazımdır və yalnız bundan sonra vəziyyət "avtomatik" rejimə keçir. Könüllü davranış və seçimin həyata keçirilməsinə bəzi güclü ehtiyacın qarşı çıxdığı şərtlər də var.
Bərabər işarəsi
Bərabər işarəsi — indiki formasına yaxın bir şəkildə ilk dəfə 1557-ci ildə riyaziyyatçı Robert Rekorde (1510–1558) tərəfindən istifadə edilmişdir. == Tarixi == XVI əsrə qədər bütün riyaziyyatçılar özlərinə xas bərabərlik işarəsindən istifadə edirdilər və vahid işarə olmadığından bir-birilərini çətin başa düşürdülər. Emre Robert Rekorde 1557-ci ildə The Whetstone of Witte adlı əsərində : "Bərabərdir sözünü bezdirici bir şəkildə tez-tez istifadə etmək əvəzinə öz işlərimdə də istifadə etdiyim iki paralel xətdən istifadə etmək olar" deyərək ilk dəfə istifadə etmişdir.
Badər Alhomoud
Badər Alhomoud (ərəb. بدر الحمود‎; 13 sentyabr 1985) — Səudiyyə film rejissoru, yazıçısı.. == Həyatı == Badər Alhomoud 1985-ci ildə əş-Şərqiyyədə, doğulub.
Bidər sultanlığı
Bidər sultanlığı və yaxud Bəridşahlar dövləti — 1492–1619-cu illər arasında Hindistanda Dəkkən bölgəsinin cənubunda hökm sürən Türk-İslam xanədanı. == Tarixi == Xanədanın qurucusu Əmir Qasım Qafqaz (Borçalı) türklərindən olub gənclik illərində Bəhməni şahı III Məhəmmədin (1463–1482) xidmətinə girmiş, onun sarayında bərid-i məmalik mövqeyinə qədər yüksəlmiş və xanədana da bu vəzifəsi dolayısıyla Bəridşahilər deyilmişdir. Əmir Qasım Mahmud şahın səltənəti sırasında (1482–1518) öncə kutval (qalabəyi), Nizamülmülk Məlik Həsənin vəfatından sonra da baş vəzir (əmir-i cümlə) təyin edilmişdir. Bəhmənilərin zəifləməsinə görə ölkə torpaqları parçalanmış, Bicapurda Adilşahilər, Əhmədnagarda Nizamşahilər, Bərarda İmadşahilər, Qolkondada Qütbşahlar və bir müddət sonra Bidərdə Bəridşahilər müstəqilliklərini elan etmişldilər (1492). Əmir Qasımın ölümündən sonra yerinə "Dəkkən tülküsü" deyə şöhrət tapan oğlu Əmir Bərid keçdi (1504–1543). Əmir Bəridin zamanında Bəhmənilərdən III Əhməd, Əlaəddin, Vəliyyullah və Kəlimullah onun vəsayəti altında sadəcə adları hökmdar idilər. Əmir Bərid ədəbiyyat, sənət və memarlığa ilgi duyan bir şəxsiyət idi. Paytaxtda Rəngin Mahalı inşa etdirən də odur. Bəridşahilər Vicayanagar racələri və digər bəzi qonşularıyla sürəkli mübarizə etdilər. Son Bəridşahi sultanı III Əmir Bərid şah (1609–1619) Adilşahilərin hücumuna məruz qaldı.
İradə Ağasıbəyli
Həsənova İradə Aslan qızı — azərbaycanlı aktrisa. == Həyatı == İradə Həsənova 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir. Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışmışdır. 1990-cı ildən Akademik Milli Dram Teatrında çalışır. Bir neçə filmdə və televiziya tamaşasında obrazlar yaratmışdır. 25 iyun 2013-cü ildə əməkdar artist fəxri adına layiq görülmüşdür. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Əsas rolları == Sumqayıt Dövlət Musiqili Dram Teatrı Almaz (C.Cabbarlı) — Almaz Vəfalı Səriyyə (C.Cabbarlı) — Səriyyə Bağdada putyovka var (Ə.Əylisli) — Kama Tamahkar (S.S.Axundov) — Məryəm Adamın adamı (Anar) — Balaxanım Akademik Milli Dram Teatrı Dişi canavar (F.Lorka) — Amella Anamın kitabı (C.Məmmədquluzadə) — Zivər Ağqoyunlular və qaraqoyunlular (Ə.Əmirli) — Qaraqoyunlu bibi Mesenat (Ə.Əmirli) — Luiza Özümüzü kəsən qılınc (B.Vahabzadə) — Banuçiçək Ədirnə fəthi (C.Cabbarlı) — İnci Hərənin öz payı (X.Qoca) — falçı Kəllə (N.Hikmət) — Paolina Kaş araba aşmayaydı (O.İoseliani) — Kokola == Filmoqrafiya == Kişi sözü (film, 1987) Ah məhəbbət, məhəbbət (film) Unudulan adam (film, 1987) Qu quşunun məhəbbəti (film) Yurd yeri 2 Qırmızı qar (film, 1998) Nə gözəldir bu dünya...
İradə Aşumova
İradə Süleyman qızı Aşumova (25 fevral 1958, Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən güllə atıcısı və məşqçisi. 1974-1991-ci illərdə Sovet İttifaqı yığmasını, 1991-2015-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edib. Üç dəfə — 1985, 1998 və 2002-ci illərdə Dünya Çempionatlarının gümüş medallarına sahib olan İradə Aşumova 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarını bürünc medalla başa vurdu. İradə Aşumova Azərbaycan idmanında xidmətlərinə görə 2002-ci və 2004-cü ildə illərdə "Tərəqqi" medalı ilə təltif edilib. == Həyatı == İradə Aşumova 1958-ci il fevralın 25-də Bakı şəhərində anadan olub. İradə Aşumova evlidir, 2 oğlu var. Onun əri güllə atcılığı üzrə məşqçi Vladimir Lunyovdur, oğlu isə güllə atıcılığı üzrə Azərbaycan yığmasının üzvü Ruslan Lunyovdur. == Karyerası == İradə Aşumova birinci uğuruna 1985-ci ildə Mexico şəhərində baş tutan Dünya Çempionatında imza atdı. Turnirin nəticələrinə əsasən İradə Aşumova 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində gümüş medalın sahibi oldu. 1986-cı ildə İradə Aşumova Zul şəhərində (Almaniya) baş tutan World Cup turnirində 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində bürünc, 25 metr məsafəyə atəşaçma turnirində isə qızıl medala sahib oldu.
İradə Bağırova
İradə Səid qızı Bağırova — Azərbaycan alimi, tarix üzrə elmlər doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun "Ümumi tarix" şöbəsinin müdiri. == Həyatı == İradə Səid qızı Bağırova 1956-cı il fevralın 12-də Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1976-cı ildə əla oxuduğu ilə əlaqədar M. V. Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin üçüncü kursuna qəbul olunmuşdur. 1979-cu ildə MDU-ni bitirdikdən sonra Azərbaycan Respublikası Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutuna təyinat almışdır və həmin İnstitutda baş laborant vəzifəsində çalışmağa başlamışdır. 1982-ci ildən 1985-ci ilədək Tarix İnstitutunun aspiranturasında (əyani şöbəsində) oxuyub. 1979-cu ildən 2004-cü ilədək baş laborantdan aparıcı elmi işçi və şöbə müdiri vəzifəsinədək yüksəlmişdir. == Elmi fəaliyyəti == İ. S. Bağırova 1987-ci ildə "XX əsrin əvvəllərində Azərbaycanda baş verən inqilabi hərəkatın müasir qərb tarixşünaslığında işıqlandırılması" adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 1997-ci ildə İ. S. Bağırovanın "XX ərin əvvəllərində Azərbaycanın siyasi partiyaları və təşkilatları (1900–1917-ci illər)" adlı fundamental monoqrafiyası çap olunub. Monoqrafiyada müəllif əsrin əvvəlində Azərbaycanda fəaliyyət göstərən 20-dən artıq partiyanın və siyasi təşkilatların mövcudluğunu müəyyən edib, onların siyasi proseslərdə rolunu göstərmişdir.
İradə Bəxtiyeva
Bəxtiyeva İradə Ağaməlik qızı (d.1960) — Azərb. SSR Ali Sovetinin (11-ci çağırış) deputatı == Həyatı == 1978-ci ildən əmək fəaliyyətinə Bakı Uşaq Paltarları Tikiş İstehsal Birliyində başlamışdır. Azərb. SSR Ali Sovetinin (11-ci çağırış) deputatı, Ali Sovetin Xalq istehlakı malları və əhaliyə xidmət komissiyasının üzvü olmuşdur.
İradə Gözəlova
İradə Vaqif qızı Gözəlova — Azərbaycan teatr rejissoru, Gəncə Dövlət Dram Teatrının baş rejissoru. == Həyatı == İradə Vaqif qızı Gözəlova 1982-cı ildə Bakı şəhərində anadan olmuşdur.1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu ixtisasına qəbul olunmuş, 2003 ildə bitirmişdir.1999 –2003 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa işləyib 2003–2009 il. Azərbaycan Dövlət "YUĞ" Teatrında rejissor işləyib. 2009 ildə Moskva şəhərində yerləşən A.P. Çexov adına Moskva Bədai Teatrının maqistraturasına qəbul olunmuş və 2011-ci ildə bitirmişdi.2014 ildə Gəncə Dövlət Dram teatrina baş rejissor vəzifəsinə təyin olunmuşdur, hal-hazirda bu vəzifədə çalışır.2017-ci il 10 martda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunub. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Quruluş verdiyi tamaşalar (2000–2015) == "Lay-lay" – (A.P. Çexovun hekayələri əsasında) – rejissor (Azərbaycan Dövlət"YUĞ" teatrı) "Ömər…Ömər…Ömər" – (Ömər Xəyyamin rübailəri əsasında) — rejissor (Azərbaycan Dövlət "YUĞ" Teatrı) "Səni görüm"- müəllif və rejissor (Azərbaycan Dövlət "YUĞ" Teatrı) "Qəribə oğlan" (İlyas Əfəndiyevin) — rejissor (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "Bəlayi-eşq" (M. Fizulinin qəzəlləri əsasinda) — rejissor (Azərbaycan Dövlət"YUĞ" Teatrı) "Pulxafan" — rejissor (Moskva şəhərində, Meyerxold adına mərkəzdə); "Oğlum"- müəllif və rejissor (Moskva şəhərində,Meyerxold adına mərkəzdə) "Ailə səhnələri" (A.Yablonskaya) — (Moskva çəhərində, "Dok" teatrında) "Mən debiləm"( N.Duxaninanın) — (Moskva şəhərində, Meyerxold adına mərkəzdə) "Alisa, sən hara?"-rejissor, ssenari müəllifi (Azərbaycan Dövlət Rus Dram Teatrı) "Leyli və Məcnun" Nizami Gəncəvi (xip-xop muzikl) — rejissor, ssenari müəllifi (H.Əliyev adına Sarayda) "Evlənmə" (N.V.Qoqol) –rejissor (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "1001 gecə" — rejissor, ssenari müəllifi (Azərbaycan Dövlət Mingəçevir Dram Teatrı) "Şah İsmayil Xətai" — (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "Kimdir müqəssir?" (Ə.B.Haqverdiyev) — (Azərbaycan Dövlət Musiqi Teatrı) "Dağ Qadin və ya inadçının ram edilməsi" (V. Şekspir) — (Udmurtiya Rus Dram Teatrında, İjevsk şəhərində) "Mənim günahım" (İlyas Əfəndiyev) — (Azərbaycan Dövlət Musiqili Teatrı) "999-cu gecə" ("1001 gecə"də Şəhrizadın danışdığı 999-cu nağılı əsasında) — (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "Sabir" (Şəfaət Mehdiyev) — (Azərbaycan Dövlət Gəncə Teatrı) == İştirak edib == Moskvada keçirilən Çexov adina gənc rejissorlsar seminarında; Londonda olan "Royal Court" teatrında stajirovkada; Sankt-Peterburqun Aleksandrinka teatrında stajirovkada; Ukraynada "Lyutıy fevral" festivalında "Səni görüm" tamaşasına görə mükafat; Ukraynada "Klassika bu gün" festivalinda Qoqoln "Evlənmə" tamaşasına göre mükafat Udmurtiyanin Rus Dram Teatrında Şekspirin "Dağ Qadin və ya inadçının ram edilməsi" tamaşasına göre mükafat. Udmurtiyanın İjevsk şəhərində " Şekspir dünyası" laboratoriyanin qalibi olub.
İradə Gülfir
İradə Gülfir (Quluyeva İradə Gülməmməd qızı) — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Şəki Regional şöbəsinin sədri, Tədris İstehsalat Mərkəzinin direktoru, Əlillərin Ümumrespublika festivalının 7 qat qalibi, bir çox müsabiqələrin laureatı, 11 kitabın müəllifi. == Həyatı == İradə Gülfir 1958-ci il dekabr ayının 25-də Şəki rayonunun Bideyiz kəndində anadan olmuşdur. Dünya işığını, gözəlliklərini görməkdən məhrum olsa da, bəsirət gözü açıqdır. Ürəyinin gözü ilə görüb, yazıb yaradır. == Yaradıcılığı == İradə Gülfir 11 adda kitabın müəllifidir. Minlərcə şeirləri, 45 adda poeması, rübailər kitabı var. 22 şeirinə mahnı yazılıb. Vətənpərvər şeirlərinə görə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov diplomçusudur, işlədiyi cəmiyyətin fəxri üzvüdür. Əlillərin Ümumrespublika festivallarının (1998, 2001, 2004, 2007, 2010, 2013-cü illər) qalibi olub, şeir naminasiyası üzrə 1-ci dərəcəli diplomçudur. 1988-ci ildən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Şəki rayonlararası Təşkilatında çalışır və hal-hazırda da həmin təşkilatın sədridir.
İradə Gülməmmədova
İradə Akif qızı Gülməmmədova (1 oktyabr 1962, Şuşa, Dağlıq Qarabağ) — azərbaycanlı dövlət xadimi, Abşeron rayonunun icra başçısı (2015–2022) == Həyatı == İradə Gülməmmədova 30 sentyabr 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1969–1979-cu illərdə orta təhsil almış, 1979-cu ildən 1985-ci ilə qədər N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya ixtisası üzrə ali təhsil davam etdirmişdir. İradə Gülməmmədova Yeni Azərbaycan Partiyasının üzvüdür. İradə Gülməmmədova Yolçu Gülməmmədov ilə ailəlidir, Məhəmməd adında bir oğul və Vüsalə adında bir qız övladı var. == Fəaliyyəti == 1986-cı ildə Bakı şəhər 6 saylı uşaq xəstəxanasında pediatr-interna olaraq çalışan İradə Gülməmmədova 1986-cı ildən 1995-ci ilə qədər Balakən rayon xəstəxanasında pediatr-neonotaloq olaraq çalışıb. 1995–2006-cı illərdə Abşeron rayon uşaq poliklinikasının baş həkimi, 2006–2014-cü illərdə Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini, 2014–2015-ci illərdə isə birinci müavini vəzifələrində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Abşeron rayonunun icra başçısı vəzifəsinə təyin edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 19 yanvar 2022-ci il tarixli sərəncamı ilə Abşeron rayonunun icra başçısı vəzifəsindən azad olunub == Mükafatları == 26 dekabr 2012-ci ildə Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
İradə Hüseynova
İradə Hüseynova (tarixçi) — tarix elmləri doktoru, professor, Əməkdar Müəllim. İradə Hüseynova (biokimyaçı) — AMEA-nın həqiqi üzvü.
İradə Həsənova
Həsənova İradə Aslan qızı — azərbaycanlı aktrisa. == Həyatı == İradə Həsənova 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir. Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışmışdır. 1990-cı ildən Akademik Milli Dram Teatrında çalışır. Bir neçə filmdə və televiziya tamaşasında obrazlar yaratmışdır. 25 iyun 2013-cü ildə əməkdar artist fəxri adına layiq görülmüşdür. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Əsas rolları == Sumqayıt Dövlət Musiqili Dram Teatrı Almaz (C.Cabbarlı) — Almaz Vəfalı Səriyyə (C.Cabbarlı) — Səriyyə Bağdada putyovka var (Ə.Əylisli) — Kama Tamahkar (S.S.Axundov) — Məryəm Adamın adamı (Anar) — Balaxanım Akademik Milli Dram Teatrı Dişi canavar (F.Lorka) — Amella Anamın kitabı (C.Məmmədquluzadə) — Zivər Ağqoyunlular və qaraqoyunlular (Ə.Əmirli) — Qaraqoyunlu bibi Mesenat (Ə.Əmirli) — Luiza Özümüzü kəsən qılınc (B.Vahabzadə) — Banuçiçək Ədirnə fəthi (C.Cabbarlı) — İnci Hərənin öz payı (X.Qoca) — falçı Kəllə (N.Hikmət) — Paolina Kaş araba aşmayaydı (O.İoseliani) — Kokola == Filmoqrafiya == Kişi sözü (film, 1987) Ah məhəbbət, məhəbbət (film) Unudulan adam (film, 1987) Qu quşunun məhəbbəti (film) Yurd yeri 2 Qırmızı qar (film, 1998) Nə gözəldir bu dünya...
İradə Ələsgərova
İradə Ələsgərova (tam adı: İradə Hacı qızı Ələsgərova; d. 12 noyabr 1956, Ağdam şəhəri, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (15.07.2015), Tarix üzrə fəlsəfə doktoru (2015), Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Naşirlər və Poliqrafistlər Birliyinin (2012) üzvü, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərsliklərin bədii-texniki tərtibatı üzrə eksperti, "Azərbaycan" nəşriyyatında İstehsalat şöbəsinin müdiri, Azərbaycan Texniki Universitetində *Poliqrafiya mühəndisliyi* ixtisası üzrə diplom müdafiəsi üzrə Dövlət Komissiyasının sədri (2022, 20023), Bakı Dövlət Universitetinin "Kitabşünaslıq və informasiya" kafedrasının s/h (saat hesabı) müəllimi, Əmək veteranı, Respublika" qəzetinin ştatdankənar müxbiridir. == Həyatı == İradə Ələsgərova 12 noyabr 1956-cı ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olub. Ailənin ikinci övladıdır: atası Hacı Salman oğlu Ələsgərov orta məktəbdə kimya-biologiya (APİ), anası, Tofiqə Hüseyn qızı Qurbanova dil-ədəbiyyat (BDU-nun məzunu) fənnlərini tədris edib. İradə şəhər 1 saylı orta məktəbi (1965–73) əla qiymətlərlə bitirib. 1972 və 1973-cü illərdə orta məktəb şagirdləri arasında keçirilən riyaziyyat üzrə respublika olimpiadalarının qalibi olub. Orta təhsillə yanaşı, 7 illik Ağdam şəhər 1 saylı musiqi məktəbini də ekstrerni imtahan verib (fortopiano sinfi) vaxtından əvvəl, yəni 6 ildə bitirib. İvan Fyodorov adına Ukrayna Poliqrafiya İnstitutunda (1973–78) təhsil alan ilk azərbaycanlıdır (D № 259288 Q-11). 01.08.1978-ci ildə ali təhsilli mütəxəssis kimi "Dövlətnəşrkom"un "Yeni kitab" mətbəəsinə təyinat alıb. Cild sexində usta kimi işə başlasa da, az bir vaxtda mühəndis (çap sexi), yeni texnika, kəşf, ixtira və səmərələşdirici təkliflər üzrə mühəndis, Baş mexanik vəzifələrinə irəli çəkilib, 22.06.1979-cu ildə müsabiqə yolu ilə "Dövlətnəşrkom"da Baş mühəndis vəzifəsinə təyin olunub.
İradə Əyyubova
Əyyubova İradə Hafiz qızı (13 iyul 1971, Bakı) — Tatarıstan Respublikasının mədəniyyət naziri. == Həyatı və təhsili == 13 iyul 1971-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını mühəndis-riyaziyyatçı ixtisası üzrə bitirib. Daha sonra Tatarıstana köçərək orada Tatar Biznesə Təşviq İnstitutunda hüquqşünas təhsilini alıb. == Fəaliyyəti == 10.1994–06.1998 — "Nijnekamskşina" ASC — mühəndis proqramist 06.1998–07.2000 — "Nijnekamsk" Kommersiya Mərkəzi — baş mütəxəsis 07.2000–04.2004 — Biznesə Dəstək Komitəsinin Kazan şəhər şöbəsi — şöbə müdiri, komitə sədrinin müavini 04.2004–09.2005 — Kazan şəhər administrasiyasının kadrlar şöbəsinin müdiri 09.2005–08.2006 — Biznesə Dəstək Komitəsinin Kazan şəhər şöbəsi — sədr 08.2006–07.2008 — Tatarıstan Respublikası İqtisadiyyat Nazirliyi — şöbə müdiri 07.07.2008–22.05.2011 — Tatarıstan Respublikası Mədəniyyət nazirinin müavini 23.05.2011–21.11.2015 — Tatarıstan Respublikası Mədəniyyət nazirinin birinci müavini 22.11.2015–30.05.2016 — Tatarıstan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi 31.05.2016–03.05.2018 — Tatarıstan Respublikasının Dövlət Arxiv İşləri Komitəsinin sədri 03.05.2018 — hazırda — Tatarıstan Respublikasının mədəniyyət naziri == Ailəsi == Ailəlidir bir qızı var. == Mükafatları == 2014-cü ildən Tatarıstan Respublikasının əməkdar iqtisadçısıdır.