İradə Akif qızı Gülməmmədova (1 oktyabr 1962, Şuşa, DQMV) — azərbaycanlı dövlət xadimi, Abşeron rayonunun icra başçısı (2015–2022)
İradə Gülməmmədova | |
---|---|
2 sentyabr 2015 – 19 yanvar 2022 | |
Əvvəlki | Zakir Fərəcov |
Sonrakı | Abdin Fərzəliyev |
2014 – 2015 | |
Başçı | Zakir Fərəcov |
2006 – 2014 | |
Başçı | Zakir Fərəcov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 oktyabr 1962 (62 yaş) |
Doğum yeri |
|
Partiya | |
|
|
Təltifləri |
İradə Gülməmmədova 30 sentyabr 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1969–1979-cu illərdə orta təhsil almış, 1979-cu ildən 1985-ci ilə qədər N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya ixtisası üzrə ali təhsil davam etdirmişdir.
İradə Gülməmmədova Yeni Azərbaycan Partiyasının üzvüdür.
İradə Gülməmmədova Yolçu Gülməmmədov ilə ailəlidir, Məhəmməd adında bir oğul və Vüsalə adında bir qız övladı var.
1986-cı ildə Bakı şəhər 6 saylı uşaq xəstəxanasında pediatr-interna olaraq çalışan İradə Gülməmmədova 1986-cı ildən 1995-ci ilə qədər Balakən rayon xəstəxanasında pediatr-neonotaloq olaraq çalışıb.
1995–2006-cı illərdə Abşeron rayon uşaq poliklinikasının baş həkimi, 2006–2014-cü illərdə Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini, 2014–2015-ci illərdə isə birinci müavini vəzifələrində çalışıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Abşeron rayonunun icra başçısı vəzifəsinə təyin edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 19 yanvar 2022-ci il tarixli sərəncamı ilə Abşeron rayonunun icra başçısı vəzifəsindən azad olunub[1]
26 dekabr 2012-ci ildə Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[2]