Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Briefcase
Briefcase– Windows əməliyyat sistemində: özü və başqa qovluq arasında faylların iki sadə üsulla sinxronlaşmasını dəstəkləyən xüsusi qovluq. Windows 95 sistemindən tətbiq olunmağa başlayıb. Briefcase fərdi kompüterlərin mobil istifadəçiləri üçün nəzərdə tutulub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ariel
Ariel (Uranın peyki)
Breea
Qanqal (lat. Cirsium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çoxillik, az hallarda ikiillik otlardır. Çiçəkləri boruşəkilli olub, səbətcik formalı çiçək qrupunda yerləşir. Çiçək sarığı və yarpağının kənarı tikancıqlı, toxumları uçağanlıdır. Şimal yarımkürəsində 200, Qafqazda 60, Azərbaycanda isə 32 növü yayılmışdır. Şotlandiyanın milli gülüdür. Gövdəsinin hündürlüyü 50—130 sm, yarpaqları oturaqdır. Şaquli kökləri 3–5 m dərinliyə gedir, yan köklər yaruslarla yerləşir. Toxumla və vegetativ yolla çoxalır.
Brior
Brior (fr. Briord) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lyui kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01064. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 893 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 587 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 457 nəfər İqtisadi cəhətdən fəal, 130 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 77.9%, 1999-cu ildə 74.9%). 457 fəal sakindən 411 nəfər (221 kişi və 190 qadın) işləyir, 46 nəfər işsizdir (17 kişi və 29 qadın). 130 hərəkətsiz 36 nəfər arasında şagird və ya tələbə, 40 nəfər təqaüdçü, 54 digər səbəblərə görə hərəkətsizdir.
Brioş
Brioş - keksə bənzəyən yüngül, şirin fransız çörəyi. Yüksək miqdarda yumurta və kərə yağı ehtiva edir. İstehsalı mayalama və gözlətmə əməliyyatları təxminən 1.5 gün çəkir.
Brixen
Brixen — Bolzanonun təxminən 40 kilometr şimalında İtaliyanın şimalındakı Cənubi Tirol əyalətində bir şəhər. == Coğrafiyası == Adı ilk dəfə 901-ci ildə çəkilmişdir. Brixen əyalətin üçüncü böyük və ən qədim şəhəridir və vadinin mədəniyyət mərkəzidir. Brixen şəhəri İtaliya-Avstriya sərhədində Bolzanonun 40 kilometr şimalında və Brenner Pass 45 kilometr cənubunda Eisak və Rienz çaylarının qovuşmasında yerləşir. Bu ərazi Ploze və Teleqraf (Monte Telegrafo) dağlarının (2504 m) şərq tərəfində və Königzanger (Monte Paskolo) (2436 m) dağlarının qərb tərəfindədir. Brixen əsasən xizəksürmə kurortu (Plose) ilə tanınır. Digər sahələrə hidroelektrik enerji, meyvə bağı və üzüm bağlarıdır. == Həmçinin bax == İtaliya == Ədəbiyyat == Heraldry of the World: Bressanone "Volkszählung 2011/Censimento della popolazione 2011". astat info. Provincial Statistics Institute of the Autonomous Province of South Tyrol (38): 6–7.
Trier
Trir (alm. Trier‎; lat. Augusta Treverorum) — "Şimali Roma", Reynland-Pfalts əyalətində yerləşən və Almaniyanın ən qədim şəhəri olan alman şəhəri. E.ə.15-ci ildə Roma imperatoru Oktavian Avqust tərəfindən əsası qoyulmuş şəhərin ilk adı "Avqusta Treverorum" olmuşdur. Şəhər Reynland-Pfaltsın qərbində, Lüksemburq ilə sərhədə yaxın ərazidə yerləşir. == Qardaşlaşmış şəhərlər == Qloster, Birləşmiş Krallıq; Pula, Xorvatiya; Fort-Uort, ABŞ; Askoli-Piçeno, İtaliya; Veymar, Almaniya; Mets, Fransa; Naqaoka, Yaponiya; Hertoqenbos, Niderland.
Arif
Arif (ərəb. عارف‎) — Azərbaycan kişi adı. Arif Axundov — Azərbaycanlı atlet. Arif Məmmədli — şair, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Arif Həsənov — Kimya elmləri doktoru, professor. Arif Qasımov Arif Qasımov (aktyor) — Azərbaycan aktyoru, rejissor. Arif Qasımov (icra başçısı) — Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı. Arif Qeybiyev — Kross qaçışı üzrə üçqat Azərbaycan Çempionu, 2-ci Qarabağ müharibəsinin şəhidi. Arif Mədətov (I) — Azərbaycan Yazıçılar Birliyinin üzvü. Arif Mədətov — Azərbaycan aktyoru, televiziya rejissoru.
Ariel (şirkət)
Ariel — 7 işçiyə malik avtomobil şirkəti. İldə 100-ə qədər avtomobil istehsal etməklə Böyük Britaniyanın ən kiçik avtomobil şirkətlərindən biridir.
Ariel (şəhər)
Ariel (ivr. ‏אריאל‏‎) — İsraildə şəhər, 1978-ci ildə əsası qoyulub. İordan çayının qərb sahilində Samariyada yerləşir. Şəhər statusunu 1998-ci ildə alıb, İudeya və Samariya dairəsinin ən böyük şəhərlərindəndir. 2010-cu il məlumatına görə, əhalisi 17700 nəfərdir, o cümlədən MDB ölkələrindən 7 min nəfər də orada yaşayır.
Ariel Anri
Ariel Anri (fr. Ariel Henry; h.kreol Ariel Henry; 6 noyabr 1949, Haiti) — 20 iyul 2021-ci ildən etibarən Haiti Baş naziri və Haiti Prezidenti vəzifələrini icra edən Haiti siyasətçisi və neyrocərrah. == Həyatı == Anri 1977-ci ilin martından 1981-ci ilin dekabrına qədər Fransanın Monpelye şəhərində professor Klod Qrosun yanında neyrocərrahiyyə rezidenti olaraq çalışdı. 1981–1984-cü illərdə Monpelye Universitetinin tibb fakültəsində neyrofiziologiya və neyropatologiya təhsili aldı və doktorluq dissertasiyasını 1982-ci ilin yanvar ayında təqdim etdi. O, 1983-cü ilin sentyabrında Monpelye Universitetindən elektroensefaloqrafiya üzrə sertifikat aldı. 1989-cu ildə Loma Linda Universitetində "beynəlxalq sağlamlıq" xalq sağlamlığı sahəsində magistr dərəcəsini tamamladı. 1990-cı ilin fevralından may ayına qədər Boston Universitetində "Beynəlxalq sağlamlıq üçün idarəetmə üsulları" mövzusunda doktorluq dissertasiyasını da davam etdirdi. Ariel Anri Yeddinci Gün Adventist kilsəsinin keşişi və ağsaqqalı olan Eli Anrinin oğludur. Arielin atası 20 dekabr 2015-ci ildə vəfat etdi. Anni Klod Masso ilə evlidir və Monik Anri, Edlin Anri Rişar, Eli Anry və Elvir Anri adlarında qardaş və bacıları var.
Ariel Kebbel
Ariel Kebbel (ing. Ariele Kebbel; 19 fevral 1985, Vinter-Park[d], Florida) — amerikalı aktrisa və modeldir. Amerika Tortu: Düşərgə Kamandası (2005), Con Tuker Ölməlidir (2006), Akuamarin (2006) və Vampir Məni Dişlədi (2010) filmləri ilə tanınır. Eyni zamanda Gilamur Qızları (2003-04), Vampirin gündəlikləri (2009-2014), Gözlənilməyən həyat (2010) və 90210 (2011-13) teleserialları da ona uğur gətirən filmlərdəndir. == Həyatı və model karyerası == Ariel Florida ştatının Vinter Park şəhərində doğulub. Anası Şeri, öz şəxsi kompaniyasənda istedadlı menecerdir. Ariel Üinter Parkda yerləşən Crenshaw School məktəbində məzun olub. O 2002-ci ildə Miss Florida Teen USA tamaşasında iştirakçı kimi çıxış edib. Aktrisalığa başlamazdan əvvəl, Ariel model şirkətində çalışırdı. Həmin vaxtlar o, Maxim, H, Lucky, Men's Health, FHM, kimi jurnallarda görünürdü.
Ariel Uilson
Anna Qrbaç — amerikalı qadın voleybolçu. Blokçu mövqeyində oynayır. 1989-cu ildə Çikaqoda anadan olmuşdur. == Karyerası == Ariel Vilson 2007-2010 illəri ərzində ölkəsində "Pensilvaniya State University"nin komandasında oynamışdı. Adından da məlum olduğu kimi universitet komandası olan Pensilvaniyada dörd dəfə NCAA klublar çempionlar liqasının qalibi olmuşdu. Voleybolçu 2012-ci ildən etibarən Azərbaycan Superliqasında da oynamışdı. O, ilk öncə Azərreyl Bakıdan gələn transfer təklifini müsbət qarşılamış, bu klubda oynamağa razılıq vermişdi. Burada o, Azərbaycan çempionatının gümüş medalına da yiyələnmişdi. Vilson 2013-cü ildə digər bir Bakı klubu İqtisadçı ilə müqavilə imzaladı. Karyerasındakı ikinci universitet klubu olan İqtisadçıda çıxışı bəyənilməməsinə rəğmən yarım mövsüm bu komanda da oynamışdı.
Ariel Universiteti
Ariel Universiteti (ivr. ‏אוניברסיטת אריאל בשומרון‏‎) — İsrail ali təhsil müəssisəsi. İordan çayının qərb sahilində, Samariyada, Ariel şəhərində yerləşir. 1982-ci ildə kiçik bir kollec kimi yaradlaraq universitet pilləsinə qədər inkişaf yolu keçib. 2014-cü ildə universitetdə 14 min nəfər tələbə təhsil alır və 100 nəfər professor çalışırdı. Universitet kampusunda yəhudilər, ərəblər, dünyəvi və dini təhsil nümayəndələri, ölkə vətəndaşları və xarici ölkələridə yaşayan yəhudi ailələrindən tələbələr təhsil alır. == Həmçinin bax == == Mənbə == Ариэльский университет, официальный сайт на русском языке "Ариэльский университет в Самарии (ing.)". en:Council for Higher Education in Israel. 2014-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 03 июля 2014.
Ariel Vilson
Anna Qrbaç — amerikalı qadın voleybolçu. Blokçu mövqeyində oynayır. 1989-cu ildə Çikaqoda anadan olmuşdur. == Karyerası == Ariel Vilson 2007-2010 illəri ərzində ölkəsində "Pensilvaniya State University"nin komandasında oynamışdı. Adından da məlum olduğu kimi universitet komandası olan Pensilvaniyada dörd dəfə NCAA klublar çempionlar liqasının qalibi olmuşdu. Voleybolçu 2012-ci ildən etibarən Azərbaycan Superliqasında da oynamışdı. O, ilk öncə Azərreyl Bakıdan gələn transfer təklifini müsbət qarşılamış, bu klubda oynamağa razılıq vermişdi. Burada o, Azərbaycan çempionatının gümüş medalına da yiyələnmişdi. Vilson 2013-cü ildə digər bir Bakı klubu İqtisadçı ilə müqavilə imzaladı. Karyerasındakı ikinci universitet klubu olan İqtisadçıda çıxışı bəyənilməməsinə rəğmən yarım mövsüm bu komanda da oynamışdı.
Aristid Brian
Aristid Brian (fr. Aristide Briand; 28 mart 1862[…], Nant – 7 mart 1932[…], Paris) — fransız siyasi xadimi, Fransanın 73-cü (1906–1909) baş naziri.
Benjamin Briqs
Benjamin Briqs (ing. Benjamin Spooner Briggs) — kabus gəmi hesab olunan "Meri Kalest" gəmisinin kapitanı. "Meri Kalest" gəmisi küləyin təsiri ilə Cəbəllütariq boğazı istiqamətində hərəkət edərkən sahibsiz şəkildə aşkar edilmişdir. Gəminin kapitanı Benjamin Briqs, həyat yoldaşı Sara Briqs, iki yaşlı qızları Sofia Matilda və digər dörd nəfər itkin düşmüşdür.
Brits (Berlin)
Brits (alm. Britz‎) — Berlin şəhərinin Neyukölln dairəsində yerləşən şəhər. Britz şəhərinin ilk qeyd edilməsi 1237-ci illərə aiddir.
Britt Dahlen
Britt Marqareta Dahlen (isveçcə:Britt Dahlén) - İsveçli müğənnidir. Daha çox 1980-ci illərdə populyarlıq qazanmışdır. Britt İsveçin Örebro şəhərində doğulmuşdur. Karyerasına ifaçılıq ilə başlamışdır. Onun seçilən mahnısı "Try Me" mahnısı İsveç və Yaponiya kimi ölkələrdə məşhurluq qazanmışdır. Həmçinin, "Into The Night" və "Love Me Forever" mahnıları seçilən mahnılarının sırasındadır.
Briud (rayon)
Briud (fr. Bonneville) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Yuxarı Luara. Suprefektura — Briud. Rayonun əhalisi 2006-cı ildə 46 149 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 30 nəf / km² . Rayon ərazisi — 1529 km².
Briye (rayon)
Briye (fr. Briey) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Mört və Mözel. Suprefektura — Briye. Rayonun əhalisi 2006-cı ildə 160 735 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 141 nəf / km² . Rayon ərazisi — 1143 km².
Brzeq qəsri
Brzeq qəsri ― Polşanın Brzeq şəhərində qəsr. Hal-hazırda muzey olaraq fəaliyyət göstərən tikili Piast sülaləsinin mavzoleyini də ehtiva edir. == Coğrafiya == Brzeq qəsri Polşanın cənub-qərbindəki Aşağı Sileziya voyvodalığı ilə Opol Voyvodeşip vilayətlərinin sərhədindəki Odra çayının qərbindəki uçurumda yerləşir. Qəsr Namısluv və Stşelin şəhərləri arasındakı milli yolun yaxınlığında yerləşir. == Tarix == Qəsrin mövcudluğuna dair ilk məlumatda Sileziya qrafı I Henrinin dövründə, 1235-ci ildə inşa edilmiş, xəndək və möhkəm divarları olan kiçik bir qala təsvir edilmişdir. Qalaya bitişik olaraq "Aslan qalası" kimi tanınan kvadrat qüllə tikilmişdi. Brzeq hersoqluğunu idarə edən Piast ailəsi, 1311-ci ildən 1675-ci ilə qədər qəsrdə yaşamışdır. 1342-ci ildə qəsr knyazlığın paytaxt iqamətgahına çevriildikdən sonra dəfələrlə təmir edildi. 1370-ci ildə Şahzadə I Lyudovik qəsri genişləndirdi və Piast sülaləsinin mavzoleyini əhatə edən ibadətgah inşa etdi. 1544-cü ildə II Fridrix Leqnitskinin dövründə başlayan təmir işləri 1560-cı ildə tamamlandı və qəsrə daha çox bina əlavə edildi.
Bulbophyllum ariel
Bulbophyllum ovalifolium (lat. Bulbophyllum ovalifolium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Çindən Malayziyanın mərkəzi hissələrinə qədər yayılmışdır. == Sinonimləri == Bulbophyllum amblyoglossum Schltr. Bulbophyllum ariel Ridl. Bulbophyllum diploncos Schltr. Bulbophyllum hirsutum (Blume) Lindl. Bulbophyllum ovatilabellum Seidenf. Bulbophyllum parvulum Lindl. Bulbophyllum pusillum (Blume) Rchb.f.
Boie
Henrix Boye (alm. Heinrich Boie‎;4 may 1794 – 4 sentyabr 1827, Boqor) — Alman zooloqu.
Ariel Şaron
Ariel Şaron (ivr. ‏אריאל שרון‏‎; 26 fevral 1928[…] və ya 27 fevral 1928 – 11 yanvar 2014[…], Ramat-Qan, Təl-Əviv dairəsi) — İsrailin keçmiş baş naziri, diplomat. Müxalif Kadima Partiyasının qurucusu və ilk lideri olub. == Həyatı == 4 yanvar 2006-cı il tarixində Ariel Şaron beyin qanaması keçirərək xəstəxanaya aparıldı. Ehud Olmert baş nazirliyə təyin edildi. Bu tarixdən sonra Ariel Şaron bir daha şüurunu qazana bilmədi. Səkkiz illik komadan sonra Ariel Şaron 11 yanvar 2014-cü ildə vəfat etdi. O, dövlət dəfn idi və onun təsərrüfat üzrə növbəti ikinci həyat yoldaşı Lilly dəfn edilmişdir. == Fəaliyyəti == Ariel Şaron 1982-ci ildə Livan vətəndaş müharibəsi zamanında müdafiə naziri vəzifəsində idi. Müşahidəçilər İsrailin gözləri önündə həyata keçirilən Səbra və Şətila qırğınından Ariel Şaronu günahkar bilirdilər.
Aries Spirs
Aries Spirs (ing. Aries Spears; 1975) — ABŞ aktyoru, yazıçısıdır. 2016 -cı ildə American Dad və Turbo Fast animasiyalarını səsləndirmişdir.
BRICS
BRICS — beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Üzvlər: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (Brazil, Russia, India, China, South Africa, BRICS). 2011-ci ilə qədər təşkilatla bağlı BRIC abreviaturası istifadə olunurdu. BRIC-ə CAR-ın birləşməsiylə əlaqədar 18 fevral 2011-ci ildə, hind maliyyə nazirinin ərizəsi üzrə bundan sonra qrup BRICS adını daşımağa başladı. Goldman Sachs-ın fikrincə, 2050-ci ilə ümumi ölçü üzrə qrupun ölkələrinin iqtisadiyyatları dünyanın ən zəngin ölkələrinin iqtisadiyyatlarının ümumi ölçüsünü ötəcək. BRICS üzvləri ən tez inkişaf edən böyük ölkələr kimi səciyyələnirlər. Əlverişli vəziyyət bu ölkələrə onlarda mövcudluğu resursların dünya iqtisadiyyatı üçün böyük miqdarda əhəmiyyətli təmin edir: Braziliya — kənd təsərrüfatı məhsuluyla zəngindir; Rusiya — dünyada ən böyük mineral resursların eksportçusudur; Hindistan — ucuz intellektual resurslar; Çin — ucuz əmək resurslarının sahibidir; Cənubi-Afrika respublikası — təbii resurslar. == Xarici keçidlər == Goldman Sachs — BRICs Arxivləşdirilib 2009-05-14 at the Wayback Machine Thomas Harr. BRIC The Major Issues Kristalina Georgieva.
Birə
Birə — müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar. Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır. Birələr - qansoran həşəratlar qrupuna daxildir.
Arifə Xanım
Arifə Xanım — Osmanlı Dövləti Türk Divan Ədəbiyyatı şairidir. Doğulduğu tarix və məkan bilinmir. XVI əsrdə yaşadığı haqqında məlumat vardır. Osmanlı Dövlətində divan ədəbiyyatı şairlərindən olduğu deyilir. Şeirlərinin məcmuasından ibarət bir divanı olduğu haqda məlumat olsa da, hələ də tapılmamışdır. Arifə xanımdan sadecə iki misradan ibarət bir şeir nümunəsi qalmışdır. Ölüm tarixi və harada öldüyü bilinmir. Arifə Xanımdan bir şeir nümunəsi Niyyət-i əzm ü əməl səbir ü səbat Bəşəri məqsədinə nail edər.