Anna Qrbaç — amerikalı qadın voleybolçu. Blokçu mövqeyində oynayır. 1989-cu ildə Çikaqoda anadan olmuşdur.
Ariel Vilson Arielle Wilson | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Ariel Vilson |
Doğum tarixi | |
Doğum yeri | Çikaqo ABŞ |
Vətəndaşlığı | amerikalı |
Voleybolçu məlumatları | |
Boyu | 1.91 m |
Çəkisi | 72 kq |
Zərbəsi | 303 |
Bloku | 308 |
Mövqeyi | Blokçu |
Karyerası | |
Komandası | Lokomotiv Bakı |
Nömrəsi | 2 |
Həvəskar karyerası | |
2003–2007 | Proviso East HS |
Klub karyerası | |
2002–2010 2011–2012 2012–2013 2013 2013–2014 2014– |
Pensilvaniya İmpel Vrotslav Azərreyl Bakı İqtisadçı Manokvari Lokomotiv Bakı |
Milli komanda karyerası | |
ABŞ |
Ariel Vilson 2007-2010 illəri ərzində ölkəsində "Pensilvaniya State University"nin komandasında oynamışdı. Adından da məlum olduğu kimi universitet komandası olan Pensilvaniyada dörd dəfə NCAA klublar çempionlar liqasının qalibi olmuşdu.[1]
Voleybolçu 2012-ci ildən etibarən Azərbaycan Superliqasında da oynamışdı. O, ilk öncə Azərreyl Bakıdan gələn transfer təklifini müsbət qarşılamış, bu klubda oynamağa razılıq vermişdi. Burada o, Azərbaycan çempionatının gümüş medalına da yiyələnmişdi.
Vilson 2013-cü ildə digər bir Bakı klubu İqtisadçı ilə müqavilə imzaladı. Karyerasındakı ikinci universitet klubu olan İqtisadçıda çıxışı bəyənilməməsinə baxmayaraq yarım mövsüm bu komanda da oynamışdı. Nəhayət 2013-cü ilin dekabrında komandadan qovulmuşdur.[2][3]
İqtisadçıdakı uğursuz çıxışının ardından İndoneziyada özünə iş yeri tapan voleybolçu burada “Valeriya Manokvari Papua Barat” adlı klubla anlaşmışdı.[4] Onun Asiya karyerası isə uzun çəkməyib. Hansısa komandada duruş gətirməyi bacarmayan və əvvəlki formasından qat-qat zəif oyunçu burada da istəniləni verə bilməyib. Bu dəfə isə ona Lokomotiv elçi düşüb və yüksək məbləğ qarşılığında onunla danışıqları müsbət yekunlaşdırıb. Nəticədə həmin il transfer siyasətində ancaq səhvlərə yol verən Bakı təmsilçisi Ariellə 2014-cü ilin may ayına qədər müqavilə imzalamışdı.[5]