Ariel Universiteti (ivr. אוניברסיטת אריאל בשומרון) — İsrail ali təhsil müəssisəsi. İordan çayının qərb sahilində[2][3], Samariyada, Ariel şəhərində yerləşir. 1982-ci ildə kiçik bir kollec kimi yaradlaraq universitet pilləsinə qədər inkişaf yolu keçib. 2014-cü ildə universitetdə 14 min nəfər tələbə təhsil alır və 100 nəfər professor çalışırdı. Universitet kampusunda yəhudilər,[4] ərəblər, dünyəvi və dini təhsil nümayəndələri, ölkə vətəndaşları və xarici ölkələridə yaşayan yəhudi ailələrindən tələbələr təhsil alır.[5]
Ariel Universiteti | |
---|---|
אוניברסיטת אריאל בשומרון | |
32°06′14″ şm. e. 35°12′28″ ş. u.HGYO | |
Əsası qoyulub | 1982 |
Rektor | prof. Mixail Ziniqard |
Tələbə sayı | 14 000 |
Şəhər | Ariel |
Ölkə | |
Sayt | ariel.ac.il |
Vikianbarda əlaqəli mediafayllar |