Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Döyüş
Döyüş — bir-biri ilə münaqişədə olan ya müharibə vəziyyətində olan iki tərəf arasında baş verən irimiqyaslı hərbi əməliyyatlara deyilir. Döyüşün adı əsasən hərbin baş verdiyi ərazinin adından götürülür. Döyüş müharibənin gedişatında xüsusi çəkiyə malik olub, onun taleyini tam həll etmiş olur. Qədim Dünyada, Orta Əsrlərdə və yeni Tarixdə döyüş konkret bir məkanda, açıq bir yerdə, dənizdə, donmuş göl üzərində baş verir və bir neçə gündən artıq davam etmirdi. Müasir dövrdə döyüş geniş bir coğrafiyada baş verir və aylarla davam edə bilir.
Döyüş Bayrağı
Döyüş bayrağı — quruda olarkən bir ölkənin hərbi qüvvələri tərəfindən istifadə olunan milli bayrağın bir növü. Dəniz ekvivalenti dəniz bayrağıdır. Hazırda az sayda ölkə müvafiq müharibə bayraqlarına sahibdir və əksəriyyəti bu məqsədlə dövlət bayraqlarını və ya standart milli bayraqlarını istifadə etməyi üstün tuturlar. == Azərbaycan döyüş bayrağı == Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı ikiüzlü qumaşdan, ağac dəstəkdən, qotazlı qaytandan ibarətdir. Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnmiş, ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanmışdır. Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipəkdən 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilmişdir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı ipəklə "Azərbaycan uğrunda" şüarı tikilib. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm-dir. Qumaşın arxa tərəfində qırmızı zolağın ortasında qurama vardır: Silahlı Qüvvələrin emblemi (hündürlüyü 55 sm), aypara (hündürlüyü 22 sm), ayparanın yuxarı yönəldilmiş iti ucları arasında mavi zolaqda qarşı duran təpələrinin arası 12 sm olan sәkkizguşәli ulduz yerləşib.
Döyüş Sambosu
Sambo (rus. самбо) — SSRİ-də inkişaf etdirilmiş müasir döyüş sənəti, mübarizə idmanı və özünü qoruma sistemi. Sambo sözü rus dili "Самооборона без оружия" (silahsız özünümüdafiə) sözlərinin ixtisarından düzəlmişdir. Sambonun fəndlərini bilən adam nəinki bir, hətta bir neçə cinayətkarın öhdəsindən gələrək onların silahlarını əlindən almağı bacarar. Silahlı qüvvələr (hərbçilər) üçün istifadə edilən və inkişaf etdirilən Döyüş Sambosu müasir qarışıq hərbi incəsənətlərə oxşayır, vurmağın və tutaşmağın geniş formaları daxil olmaqla Döyüş Sambosu zərbələrə imkan verir, təpiklər, dirsəklər, dizlərdən istifadə olunur. Rəqibləri qoruyucu jaketlər (üzlükləri) geyir, həmçinin baş, qasığ və əl zarbələri üçün əlcəklərdən istifadə olunur. MMA-da döyüş sambosundan güləş növü olaraq striking (zərbə) və grappling (tutaşmaq) istifadə olunur.
Döyüş arabası
Cəng arabası və ya Döyüş arabası - qədim zamanlarda xüsusən hərbidə hərəkət vasitəsi kimi istifadə edilən ikitəkərli və dördtəkərli zirehli qoşqu arabası. == İcad edilməsi == Cəng arabası Ur müharibə və sülh ştandartlarına əsasən təxminən e. ə. 2600-cü illərdən müharibələrdə istismar edilməyə başlanılmış ən qədim döyüş texnikası sayılır. Təxminlərə görə ilk dəfə e.ə. III minillikdə şumerlər tərəfindən ağır diskli ikitəkərli və dördtəkərli formada hazırlanmış bu döyüş arabaları sonradan e.ə. II yüzillikdə yüngül mil təkərlərlə əvəz edilərək ikitəkərli çevik araba formasını almış və eramıza qədər geniş tətbiqini tapmışdır. Bu araba vasitəsilə oxatanlar, nizəçilər, qılıncoynadanlar döyüşə atılarmışlar. Zəmanəsinə görə at qoşqulu bu arabalar çox baha başa gəldiyindən, belə arabalar əsasən varlı və adlı-sanlı cəngavərlərə məxsus idi. Homer öz məşhur poeması "İliada"da belə cəngavərlərin təsvirinə geniş yer vermişdir.
Döyüş baltası
Döyüş baltası ənənəvi olaraq müharibələrdə istifadə edilən balta növüdür. Əksəriyyəti yüngül olub və bir əllə tutmaq üçündür, daha ağır olanları isə iki əl ilə istifadə edilməsi üçündür. Onların çəkisi 0,5 kq ilə 3 kq arasında dəyişir.
Döyüş droidləri
Droid — "Ulduz müharibələri" elmi fantastik franşizasından müəyyən dərəcədə süni intellektə malik uydurma robot. Termin "android" sözünün qısaldılmış formasıdır və əvvəlcə insan kimi görünmək və hərəkət etmək üçün nəzərdə tutulmuş robotlara istinad edirdi. "Android" sözünün özü qədim yunanca "insan kimi" mənasını verən "androīdēs" sözündəndir. Yazıçı və rejissor Corc Lukas orijinal "Ulduz müharibələri" filminin 28 yanvar 1975-ci ildə tamamlanan ssenarisinin ikinci layihəsində "droid" terminindən istifadə etmişdir. Bu sözün presedenti var – Mari Vulf adlı yazıçı bu sözü 1952-ci ildə "Dünyanın robotları! Qalxın!" hekayəsində işlətmişdir. Lukasın "Ulduz müharibələri" filminin ssenarisini yazarkən bu məlumatdan xəbəri olub-olmadığı, yoxsa bu termini özünün uydurduğu məlum deyil. == İstinadlar == == Xarici keçidlər == Astromech droid — Vukipediya saytında.
Döyüş filmi
Döyüş filmi — Film janrlarından biridir. Döyüş filmlərinin səciyyəvi xüsusiyyəti süjet xətti boyu kaskadyor hərəkətlərinin, savaşların, maşın partlayışlarının və s. olmasıdır. İndiki vaxtda filmlərdə, həqiqi səhnələr əldə etmək üçün kompüter texnologiyasından faydalanılır. Əsasən, filmlərdə təhlükəli səhnələrin çəkilişində, aktyor və ya aktrisa yerinə dublyordan istifadə edilir.
Döyüş oyunları
Döyüş oyunları (ing. Fighting - döyüş) - kompüter oyununun janrlarından biridir. İlk döyüş janrında hazırlanan oyun 1979-cu ildə Tim Skelli tərəfindən hazırlanan "Warrior" oyunudur. 1984-cü ildə hazırlanan "Karate Champ" oyunu ilk professioanl döyüş janrında olan oyunlardandır. Bu janrda olan ilk məşhur oyun 1991-ci ildə hazırlanan "Street Fighter II" oyunu sayılır. Ardınca döyüş janrında çoxlu oyunlar hazırlanmış və onlardan ən çox məşhurluq qazanan "Mortal Kombat" oyunu olmuşdur. Döyüş oyunu qəddar janrı ilə seçilir.
Döyüş raketi
Raket silahı məhvedici vasitənin lazımı məqsədə çatdırılması üçün tətbiq olunan silah növüdür. Reaktiv mühərriklə işləyən, yönəldici sistemə malik pilotsuz mərmilər, yerdə, göydə, dənizdə hədəfləri vurmaq üçün tətbiq edilən müxtəlif raket komplekslərinin toplusunu buna misal göstərmək olar. Raket silahının tərkib hissələrinə aşağıdakılar daxildir: İdarəetmə sisteminə malik mərmilər üçün raket daşıyıcılar, Buraxma qurğuları, Texniki təchizat vasitələri, nəqletmə və saxlama. Daşıyıcı sistemlərinə görə bölünürlər: “Yer hədəfi əleyhinə” “Yer-yer” “Tank əleyhinə” “Hava hədəvi əleyhinə” “Yer-göy” “Göy-göy” “Raket əleyhinə” “Dəniz hədəfi əleyhinə” “Süni peyk əleyhinə” və s. Kiçik ölçülü raketlər daşıyıcısız olub əsgərlər tərəfindən daşına bilirlər. Məsələn “Stinger” raketini əsgər boynunda oturtmaqla havada uçan təyyarəni vura bilmək imkanına malikdir. Raket silahların hədəfi axtarma sisteminin təsir əhatəsi başqa uçan aparatlara nisbətən məhdud olduğundan, kombinasiya edilmiş sistemlərdən də istifadə edirlər. İlkin olaraq raket təxmini olaraq hədəf istiqamətində buraxılır və sonra havada onunla idarəetmə sistemi arasında informasiya əlaqəsi nəticəsində hərəkət trayektoriyası korreksiya edilir. Sonuncu mərhələdə raketin öz sisteminin köməyi ilə hədəf dəqiq nişanlanır.
Döyüş sənəti
Şərq döyüş növlərinin tarixi Şaolin Məbədinə əsaslanır. Çində, Yaponiyada, Koreyada və digər Asiya ölkələrində yaranan bu döyüş növlərinin qismən də olsa bir-birinə oxşamasına səbəb onların Şaolin Məbədində yaranan Uşu ilə sintezidir. Belə ki, Kunq Fu yarandğı vaxtlarda onu çinlidən başqasına öyrətmək qadağan idi. Lakin bəzi çinli tacirlər Asiya ölkələrinə səfər zamanı Kunq Fu ilə maraqlanan bəzi adamlara öyrətdilər.
Döyüş topu
Döyüş topu — ağir artilleriya silahı. Böyük güllə şəklində olan ağır mərmiləri uzaq məsafəyə atmaq üçün yaradılmışdır. İlk dəfə Çində və Avropada istifadə edildi. == Mənbə == Chase, K. W. Firearms: a Global History to 1700. — Cambridge University Press. — 2003. — 290 p. — ISBN 0521822742 Kelly, Jack. Gunpowder: Alchemy, Bombards, and Pyrotechnics: The History of the Explosive that Changed the World. — Basic Books.
Döyüş əməliyyatları
Döyüş əməliyyatı — Silahlı Qüvvələrin bölmələrinin (qüvvələri), birləşmələrinin və birliklərinin, ayrı-ayrı döyüş silahları, xüsusi təyinatlı qüvvələr və hərbi hissələr tərəfindən döyüş tapşırıqlarını yerinə yetirmək üçün qüvvə və vasitələrin mütəşəkkil istifadəsi, yəni əməliyyat, taktiki və operativ səviyyədə müharibə aparılmasıdır. Daha yüksək, strateji bir təşkilat səviyyəsində müharibə aparmaq hərbi fəaliyyət adlanır. Beləliklə, döyüş əməliyyatlardakı hərbi əməliyyatların ayrılmaz hissədir - məsələn, hərbi əməliyyatlar keçirdikdə cəbhə (cəbhə qrupu) strateji hücum əməliyyatı (və ya əməliyyatlar arasında), cəbhəyə daxil olan ordu və korpuslar hücum, basqınlar və s. daxildir. Hərbi əməliyyatların növləri - hava hücumundan müdafiə (hava hücumundan müdafiə), hərbi hava qüvvələri (hərbi hava qüvvələri), donanma (donanma), quru qoşunların (qüvvələrin) hərbi əməliyyatları və s. aid edilir. == Tərkibi == Əsas növləri: hücum müdafiə Kömək edən qüvvələr: Qarşı döyüş Xəndək döyüşü Taktiki yenidən toparlanma və s. Həm də ərazi və ilin fəsillərinə görə fərqlənirlər (bölünür): Dağlarda döyüşlər; Səhrada döyüşlər; Şəhərdə döyüşlər; Qış aylarında döyüşlər; Və s. == Özünə məxsus xüsusiyyətləri == Müasir zamanda döyüş əməliyyatları aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur: məqsədlərin müəyyən edilməsi; geniş məkan əhatəsi; yüksək manevr; dinamizm; Silah və hərbi texnikanın döyüş xüsusiyyətləri döyüş əməliyyatlarının təşkilinin keyfiyyətini və effektivliyini müəyyənləşdirir. == Ədəbiyyat == А — Бюро военных комиссаров / [под общ.
Döyüş əməliyyatı
Döyüş əməliyyatı — Silahlı Qüvvələrin bölmələrinin (qüvvələri), birləşmələrinin və birliklərinin, ayrı-ayrı döyüş silahları, xüsusi təyinatlı qüvvələr və hərbi hissələr tərəfindən döyüş tapşırıqlarını yerinə yetirmək üçün qüvvə və vasitələrin mütəşəkkil istifadəsi, yəni əməliyyat, taktiki və operativ səviyyədə müharibə aparılmasıdır. Daha yüksək, strateji bir təşkilat səviyyəsində müharibə aparmaq hərbi fəaliyyət adlanır. Beləliklə, döyüş əməliyyatlardakı hərbi əməliyyatların ayrılmaz hissədir - məsələn, hərbi əməliyyatlar keçirdikdə cəbhə (cəbhə qrupu) strateji hücum əməliyyatı (və ya əməliyyatlar arasında), cəbhəyə daxil olan ordu və korpuslar hücum, basqınlar və s. daxildir. Hərbi əməliyyatların növləri - hava hücumundan müdafiə (hava hücumundan müdafiə), hərbi hava qüvvələri (hərbi hava qüvvələri), donanma (donanma), quru qoşunların (qüvvələrin) hərbi əməliyyatları və s. aid edilir. == Tərkibi == Əsas növləri: hücum müdafiə Kömək edən qüvvələr: Qarşı döyüş Xəndək döyüşü Taktiki yenidən toparlanma və s. Həm də ərazi və ilin fəsillərinə görə fərqlənirlər (bölünür): Dağlarda döyüşlər; Səhrada döyüşlər; Şəhərdə döyüşlər; Qış aylarında döyüşlər; Və s. == Özünə məxsus xüsusiyyətləri == Müasir zamanda döyüş əməliyyatları aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur: məqsədlərin müəyyən edilməsi; geniş məkan əhatəsi; yüksək manevr; dinamizm; Silah və hərbi texnikanın döyüş xüsusiyyətləri döyüş əməliyyatlarının təşkilinin keyfiyyətini və effektivliyini müəyyənləşdirir. == Ədəbiyyat == А — Бюро военных комиссаров / [под общ.
Qaydasız döyüş
Qarışıq döyüş sənəti (ing. mixed martial arts, MMA) kimi tanınan döyüş sənəti qədim Yunan erası ərzində ora tutaşmağın və vurmağın kombinasiyaları bacarıqlarını göstərmiş Pankration kimi idman, tanınan qədim Olimpiya döyüşü mövcud idi,onun oxşar müasir forması isə qarışıq döyüş növüləri olmuşdur. Bu idman Qədim Yunanıstanda yarandı və Romalılara sonra ötürüldü. Bu döyüş növü Pride FC və UFC kimi keçirilən beynəlxalq turnirlərdə istifadə olunmağa başladı.
Təkbətək döyüş
Təkbətək döyüş - iki fərd arasında vuruşma, çarpışma, dava. Təhlükəli hallarda özünü və yaxınlarını qorumaq üçün insanların istifadə etdikləri üsul. Təkbətək döyüş 4 cürə ola bilər: Hərbi döyüş; İdman döyüşü; Təkbətək döyüşün Şərqi növləri; Qarışıq üsullar ilə döyüş. == Hərbi döyüşlər == Hərbi təkbətək döyüşün məqsədi ölümcül təhlükə altında ölaraq vuruşub sağ qalmaq, məğlub olanda isə rəqibə mümkün qədər çox zədə vurmaqdır. Müasir əsgərlər hərbi məktəblərdə əlbəyaxa, soyuq və odlu silahla döyüşməyi öyrənirlər. Əsas tədris kursları: Operativ əlbəyaxa döyüş; Ordu bıçaq döyüşü; Süngü döyüşü; Tapança ilə əlbəyaxa döyüş. və s. Hərbçilər yalnız xüsusi əməliyyatların keçirilməsi zamanı əlbəyaxa döyüş fəndləri tətbiq etmək hüququna malikdirlər. Digər hallarda döyüş fəndlərinin tətbiqi qadağan edilir və ardınca hərbçi hətta cinayət məsuliyyətinə cəlb oluna bilər. == İdman döyüşləri == İdman döyüşlərinin məqsədi yüksək idman nailiyyətlərinə nail olmaqdır.
Ölümcül döyüş
Ölümcül döyüş (ing. Mortal Combat) – 1995-ci ildə rejissor Pol Uilyam Skott Anderson tərəfindən döyüş janrında çəkilən filmdir. Filmin distribütori New Line Cinema kinokompaniyasıdır. == Məzmun == Xarici Dünyanın İmperatoru olan Şao Kannın Dünyanı ələ keçirməsi üçün Böyük Tanrılar tərəfindən yaradılan "Ölümcül döyüş" turnirində bir-birinin ardınca 10 turniri qazanması lazımdır. Bu səbəbdən cadugər Şanq Tsunqun gücündən istifadə edir. İmperator "Ölümcül döyüş" turnirinin doqquzunu qazanır. Şanq Tsunq turnir üçün dünya ölkələrdə yaşayan ən yaxşı döyüşçülər axtarır. Bu səbəbdən Şanq Tsunq döyüşçüləri aldadaraq və ya onların intiqam duyğularından istifadə edərək, turnirə qatılmağa vadar edir. Şimşək tanrısı olan Reydenin vəzifəsi isə Dünyanı İmperatorun dəstəsindən qorumaqdır. Şanq Tsunq və Çen "Ölümcül döyüş" turnirində qarşılaşırlar.
Əlbəyaxa döyüş
Əlbəyaxa döyüş — == Hərbi döyüşlər == Hərbi təkbətək döyüşün məqsədi ölümcül təhlükə altında ölaraq vuruşub sağ qalmaq, məğlub olanda isə rəqibə mümkün qədər çox zədə vurmaqdır. Müasir əsgərlər hərbi məktəblərdə əlbəyaxa, soyuq və odlu silahla döyüşməyi öyrənirlər. Əsas tədris kursları: Operativ əlbəyaxa döyüş; Ordu bıçaq döyüşü; Süngü döyüşü; Tapança ilə əlbəyaxa döyüş. və s. Hərbçilər yalnız xüsusi əməliyyatların keçirilməsi zamanı əlbəyaxa döyüş fəndləri tətbiq etmək hüququna malikdirlər. Digər hallarda döyüş fəndlərinin tətbiqi qadağan edilir və ardınca hərbçi hətta cinayət məsuliyyətinə cəlb oluna bilər. == İdman döyüşləri == Boks yarışından bir fraqment İdman döyüşlərinin məqsədi yüksək idman nailiyyətlərinə nail olmaqdır. İdman döyüşlərində travmatizmi minimallaşdırmaq məqsədilə daha sərt qaydalar və məhdudiyyətlər istifadə olunur. Həmçinin müxtəlif qoruyucu ləvazimatlar istifadə olunur (əlcəklər, boksda və karatedə kapalar, qılıncoynatmada dəbilqə, maskalar). İdman təkbətək döyüşlərinin əsas növləri — boks, qılıncoynatma (rapira, qılınc), sərbəst güləş, klassik güləş, sambo, kikboksinq və s).
Alpaqut (döyüş sənəti)
Alpaqut — Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini, müasir döyüş sənəti üzərində konsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən bir idman növüdür. == Haqqında == İdman növünün adı Mahmud Qaşqarlı tərəfindən XI əsrdə yazılmış Divanü Lüğat-it-Türk kitabından götürülüb.Bu kitabda "alpaqut" sözü 3 dəfə çəkilib. Alpaqut cəsur döyüşçü, igid deməkdir. İdman növü Vasif Namazov tərəfindən yaradılıb. 2014-cü il fevralın 12-də Dünya Alpaqut Federasiyası fəaliyyətə başlayıb. 2022-ci il mayın 17-də Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası (ICSSPE) Dünya Alpaqut Federasiyasını rəsmi olaraq üzvlüyə qəbul edib. Döyüş növü qədim türklərin Təktanrçılıq fəlsəfəsini özündə əks etdirir. İdmançılar qədim türk döyüşçülərinin geyimi əsasında yaradılmış Çapan adlı geyimdə döyüşlərə çıxırlar. Börü (3 x 3) və Berkut (6 x 6) tipli yarış meydanları var. == Alpaqutun unikallığı == Alpaqut Turan Döyüş sənəti aşağıdakı unikallıqları (fərqliliyi) ilə seçilir: 1.
Ağdam uğrunda döyüş
Ağdam uğrunda döyüş (12 iyun-23 iyul 1993) — Qarabağ müharibəsinin gedişində baş vermiş döyüş. Döyüş 23 iyul 1993-ci ildə Ağdam şəhərinin erməni qüvvələri tərəfindən işğalı ilə bitmişdir. == Şəhərin əhəmiyyəti == SSRİ dağıldıqdan sonra Ağdamda yerləşən nəhəng hərbi anbar Azərbaycan ordusuna dövr edilir. Qarabağ müharibəsi zamanı hərbi baza Azərbaycan Ordusu tərəfindən hərbi istinadgah kimi istifadə edilmişdir. Xankəndində Ağdamın əhəmiyyətini anlayır və onu "düşmən yuvası" adlandırırdılar. Münaqişənin ilk mərhələlərində və hərbi əməliyyatların qızışmasına qədər ermənilər Ağdamın sakinlərini "ermənilərin hər kəsdən yaxşı istifadə etdiyi silah" olan terrorizmdən istifadə etməklə ruhdan salmağa çalışırdılar. Bu strategiyanı reallaşdırmaq üçün Ağdam ətrafında erməni millətçiləri tərəfindən bir neçə terror aktı həyata keçirilmişdir. Məsələn, 1990-cı ilin avqustunda erməni terrorçuları Tbilisi-Ağdam marşrutu ilə gedən avtobusu partlatdılar və nəticədə 20 dinc vətəndaş həlak oldu. 1991-ci ilin sentyabrında Ağdam-Xocavənd və Ağdam-Qaradağlı marşrutlarında müvafiq olaraq 5 və 8 sərnişinin həlak olduğu avtobus hücumları həyata keçirdilər. Nəhayət, 28 yanvar 1992-ci ildə ermənilər Ağdamdan Şuşaya uçan mülki helikopteri vurdular, nəticədə 41 dinc sakin, həmçinin 3 ekipaj üzvü həlak oldu.
Bakı uğrunda döyüş
Bakı döyüşü (ing. Battle of Baku, rus. Битва за Баку) — 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə Daşnak-Sentrokaspi qüvvələri arasında olmuş döyüş. Sonradan döyüşə Böyük Britaniya, Ermənistan qüvvələri də qoşulmuş və bu döyüş Qafqaz kampaniyasının son döyüşü olmuşdur. Lakin Bakı döyüşü ilə gərginlik bitməmiş və hadisələr Azərbaycan-Ermənistan müharibəsi ilə davam etmişdir. == Tərəflərin qüvvələri == === Qafqaz İslam Ordusu === === Bakı Kommunası === Bolşeviklərin əsas dayaqlarından biri keçmiş çar ordusunun inqilabi təbliğatın təsirinə düşmüş əsgər və matrosları idi. Dəfələrlə onları silahları təhvil vermədən sovet hissələrinə qoşulmağa çağıran bolşeviklər bir çox hallarda öz istəklərinə nail olurdular. Rusiyaya qayıtmaq istəyənlərə silahları Azərbaycanın milli hissələrinə deyil, məhz sovet qoşunlarına təhvil vermək çağırışları da öz işini görürdü. Hələ Birinci Dünya müharibəsi getdiyi dövrdə çar hökuməti tərəfindən yaradılan erməni hərbi hissələri Türkiyə ordusuna qarşı vuruşmaq üçün ən müasir silahlarla təmin olunurdu. 1918-ci il martın əvvəllərində S. Şaumyan Moskvaya göndərdiyi teleqramda yazırdı kı, Bakı Sovetinin qoşunları 7 min bolşevik və 4 min erməni silahlısından ibarətdir.
Blok (döyüş sənəti)
Blok və ya qorunma — Müxtəlif zərbə və silahlarla hücumun qarşısının alınması üçün müdafiə texnikasının kifayət qədər səlis icra olunmuş böyük əhəmiyyət kəsb edir. == Xarakteristika == Rəqib həmləsi hiss olunan və ya qəflətən həyata keçirilə bilər. Belə hücumu bacarıqla dəf etmək yüksək müdafiə şücaətinə malik olmaq qabiliyyəti tələb edir. Uzun zamanlar məşq prsesində mənimsənən müdafiə texnikasının real həyatda demək olar ki, istifadə edilmir. İdmançının ömrünün bir hissəsi belə təlimlərə sərf olunur. Müdafiə, bədəni meyl etmək, arxaya, yana çəkilmək, irəli şahin kimi şığımaqla, açıqəl, yumruq, bilək dirsək və qıçın müxtəlif hissələri ilə həyata keçirilir və zərbədə olduğu kimi bədənin müdafiə səyi bütövlüklə hədəfə yönəldilir. Müdafiə olunarkən eyni zamanda bədən rəqib zərbəsinin istiqamətindən münasib tərəfə yayınır. Müdafiə, tək əllə deyil, birgə kəsişən, birləşən vəziyyətli qollarla da yerinə yetirilir. Döyüş sənətlərində müdafiə elementləri rəqib zərbəsini saxlamağa (buna daha yüksək güc tələb olunur) deyil, onu tarazlıqdan çıxarmağa, dalbadal zərbə vurmaq cəhdinə imkan verməməyə yönəldilir və ani şəkildə əks hücumla tamamlanır.
Britaniya uğrunda döyüş
Britaniya uğrunda döyüş (alm. die Luftschlacht um England‎; ing. Battle of Britain) — 1940-cı ilin iyul-oktyabr aylarında İkinci dünya müharibəsi zamanı hava döyüşləri. "Britaniya uğrunda döyüş" termini ilk dəfə Britaniyanın baş naziri Uinston Çörçill tərəfindən nasist Almaniyasının İngiltərənin cənubu üzərində hava üstünlüyü əldə etmək və Britaniya xalqını mənəvi cəhətdən sarsıtmaq cəhdini təsvir etmək üçün istifadə edilmişdir. Şiddətli hava döyüşlərində Kral Hərbi Hava Qüvvələri ilə nasist Almaniyasının Hərbi Hava Qüvvələri (Luftwaffe) arasında hava üstünlüyünə nail olmaq uğrunda mübarizə getmiş, Almaniyanın Britaniya Hərbi Hava Qüvvələrini məhv etmək, ölkənin sənayesini və infrastrukturunu məhv etmək, əhalinin mənəviyyatını pozmaq və bununla da Britaniyanı təslim olmağa və ya sülh bağlamağa məcbur etmək cəhdləri dəf edilmişdir. Britaniya döyüşü Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin müstəsna olaraq iştirak etdiyi ilk hərbi kampaniya idi. 1940-cı ilin iyulundan Almaniyanın bombardmanının əsas hədəfləri sahil konvoyları və Portsmut kimi dəniz bazaları idi, lakin bir ay ərzində Lüftvaffe Britaniya aerodromlarına hücuma keçdi. Döyüş zamanı təyyarə zavodları və yerüstü infrastruktur obyektləri də bombalandı. Nəhayət, Almaniya Hərbi Hava Qüvvələri qorxuducu bombardman taktikasına və yüksək siyasi əhəmiyyət kəsb edən hədəflərə hücum etmə üsuluna əl atdı. Almaniyanın bu kampaniya zamanı məqsədlərinə çatmaması nasist Almaniyasının İkinci dünya müharibəsindəki ilk məğlubiyyəti və dönüş nöqtələrindən biri hesab olunur.
Dzirav çölündə döyüş
Dzirav çölündə döyüş — 371-ci ildə Sasani və Roma arasında baş vermiş döyüş. Nəticədə Albaniya Otena (Uti), Sakasena, Kambisena, Girdiman və Kolt vilayətlərini müvəqqəti olaraq itirib.
Dünkerk uğrunda döyüş
Dünkerk uğrunda döyüş (fr. Bataille de Dunkerque) — İkinci Dünya müharibəsi dövründə müttəfiqlər və Almaniya qüvvələri arasında 26 may - 4 iyun 1940 tarixlərində Vermaxtın Fransanın işğalı zamanı baş vermiş döyüş. Qəribə müharibə bitdikdən sonra 1940-cı il may ayının 10-da Fransa uğrunda həqiqi döyüş başladı. Şimalda alman ordusunun «B» qrupu Niderlandı ələ keçirərək cənub-şərqə Belçikaya doğru irəlilədi. Almanların üç tank korpusu Ardenlər üzərindən hücuma keçərək şimal-qərb istiqamətində La-Manşa doğru çıxdılar. Lord Con Qortun komandanlığı altındakı Britaniya Ekspedisiya Qüvvələrinin hissələri, 16-cı korpusun bir hissəsi olan Fransa hərbi birləşmələri və Belçika qoşunlarının qalıqları Dünkerk şəhərinin ərazisində sıxışıb qaldılar. Bununla da Dünkerk ətrafında müttəfiq orduları ilə Üçüncü Reyx qoşunu arasında mayın 26-dan iyunun 4-ə qədər döyüş baş verdi. == Tarixi == 1930-cu illərdə Fransanın hərbi naziri olmuş A.Majinonun təklifi ilə Almaniya, Lüksemburq və qismən Belçika sərhədində uzunmüddətli fortifikasiya qurğuları sistemi tikildi. Bu istehkamlardan ibarət müdafiə sisitemi nazirin adı ilə Majino xətti adlandırıldı. Xətt 1929-1936-cı illərdə tikilib 1940-cı ilə qədər təkmilləşdirilmişdi.
Döyüş-macəra oyunu
Döyüş-macəra oyunu — həm döyüş, həm də macəra elementlərini daşıyan videooyun janrı. Macəra oyun janrının populyarlığının tənəzzülə uğramasından sonra, terminin istifadəsi daha ümumiləşmişdir. Oyunçuların bir oyunun janrını sadəcə "döyüş" və ya "macəra" adlandırması qeyri-adi bir haldır. Döyüş-macəra mürəkkəb bir janrdır və buna görə də, terminin tərifi çox inklüzivdir. Bu fakt, döyüş-macəranın bəlkə də ən genişhəcmli videooyun janrı olmasına gəlib çıxarır. Adətən, saf macəra oyunlarında oyunçuların həll etməsi üçün situativ məsələlər olur və çox az və ya heç bir döyüş hissəsi olmur. Bu tip oyunlarda döyüş elementləri olsa da, onlar yalnız mini-oyunların içərisinə yerləşdirilmiş olur. Saf döyüş oyunlarının reflekslərə meydan oxuyan gerçək-zamanlı qarşılıqlı əlaqəyə əsaslanan geympleyi olur. Bu səbəblərə görə, döyüş-macəra oyunları həm refleksə, həm də zəkaya, həm zorakı, həm də qeyri-zorakı situasiyalarda meydan oxuyur. == Altjanrlar == Döyüş-macəra oyunlarının rəngarəng olması və çətin təsnifatlaşdırılmasına baxmayaraq, terminin bir qolu olan xüsusi altjanrlar var.
"Beynəlmiləlçi-döyüşçüyə" medalı
"Beynəmiləlçi-döyüşçüyə" döş nişanı — müxtəlif ölkələrdə sülh məqsədilə döyüşən keşmiş SSRİ döyüşçülərinə verilib.[mənbə göstərin]
"Beynəlmiləlçi döyüşçüyə" döş nişanı (SSRİ)
"Beynəmiləlçi-döyüşçüyə" döş nişanı — müxtəlif ölkələrdə sülh məqsədilə döyüşən keşmiş SSRİ döyüşçülərinə verilib.[mənbə göstərin]
"Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqı adından" medalı (Əfqanıstan)
"Cəsur döyüşçü" medalı
"Cəsur döyüşçü" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Cəsur döyüşçü" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması zamanı müstəqil və ya digər qoşun növləri ilə birlikdə strateji və ya xüsusi əhəmiyyətli ərazilərin tutulması üzrə döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, havada və yerdə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan "Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "İgidliyə görə" medalından sonra taxılır.
"Döyüş xidmətlərinə görə" medalı
"Döyüş xidmətlərinə görə" medalı — SSRİ Ali Sovetinin 17 oktyabr 1938-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı
"Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı — SSRİ Ali Sovetinin 25 may 1979-cu il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"Döyüşdə fərqlənməyə görə" medalı
"Döyüşdə fərqlənməyə görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Döyüşdə fərqlənməyə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Döyüşdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə döyüş şəraitində tapşırıqların icrası zamanı və həyat riski ilə əlaqəli xüsusi əməliyyatlar zamanı göstərilən fərqlilik, cəsarət və fədakarlıq, habelə döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsinə kömək edən bacarıqlı, təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş, eləcə də döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi zamanı tabelikdə olan bölməyə peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan "Döyüşdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Döyüşdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Cəsur döyüşçü" medalından sonra taxılır.
"Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı
"Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı — MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləlçi döyüşçülərin işləri üzrə Komitəsinın mükafatı. == Məlumat == 5 may 2013-cü il tarixində MDB Müdafiə Nazirləri Şurası Əfqanıstan Demokratik Respublikasından sovet qoşunlarının çıxarılmasının 21 illik yubileyi ərəfəsində (19 fevral 2014-cü il) "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalının təsis edilməsi barədə qərar qəbul edir və medal haqqında əsasnaməni və onun təsvirini təsdiq edir. == Təltif qaydası == Medal ilə ƏDR ərazisində 1979–1988-ci illər ərzində SSRİ Silahlı Qüvvələri tərkibində döyüş əməliyyatları veteranlarının və onlara bərabər tutulan şəxslərin təltif edilməsi üçün nəzərdə tutulub. Həmçinin medalla itkin düşmüş döyüşçülərin talelərinin və həlak olanların yerinin və adlarının müəyyən edilməsində, həmçinin veteran hərəkatının fəaliyyətində fəal iştirak edənlər, beynəlmiləlçi döyüşçülərin və onların ailə üzvlərinin sosial, tibbi reabilitasiyası işində fəal iştirak edənlər təltif edilir. Xatirə medalı Əfqanıstan Veteranlar İttifaqına daxil olan ictimai təşkilatların rəhbərlərinin təqdimatı ilə həyata keçirilir.
13-cü döyüşçü (film, 1999)
"13-cü döyüşçü" — 1999-cu il istehsalı ABŞ filmi. == Məzmun == Şərq ölkələrindən birində zadəgan və saray şairi olan Əhməd ibn Fəhdlan cəzalandırılaraq şimala, vəhşi vikinqlərin ölkəsinə səfir göndərilir. O burada vikinqlərlə birlikdə vəhşi meyid yeyən millət olan vendallara qarşı döyüşdə iştirak edir.
2014-cü il avqust döyüşləri
2014-cü il avqust döyüşləri — Azərbaycan və Ermənistan arasında 2014-cü ildə baş vermişdir. İtkilərin sayına görə 1994-cü il Atəşkəs müqaviləsindən sonra ən diqqət çəkənlərdən biridir. == Reaksiyalar == Ermənistan Ermənistanın baş naziri Hovik Abrahamyan bildirdi ki, Serj Sarkisyan yaxında İlham Əliyevlə Soçidə vəziyyəti sakitləşdirmək üçün görüşəcək. Azərbaycan Qənirə Paşayeva beynəlxalq təşkilatları Azərbaycan və Ermənistan arasında baş verən son hadisələrdə laqeydliklərinə görə tənqid etdi. Qarabağ FK komandasının oyunçuları Rəşad Sadıqov, Ansi Aqolli, Reynaldo, Qara Qarayev, keçmiş türk futbolçu Hakan Şükür, Fənərbaxça PFK komandasının azarkeşləri, Azərbaycan qadın milli voleybol komandasıın oyunçuları Oksana Parxomenko, Valeriya Korotenko, Kseniya Kovalenko, Ayşən Əbdülməzimova və baş məşqçi Onat Kurt, Türkiyəli müğənni Sibel Can ölən insanların ailələrinə öz baş sağlıqlarını ifadə etdilər. Rusiyalı Serebro qrupu hadisələrdən əziyyət çəkən ailələrə hörmət əlaməti olaraq Bakıdakı konsertlərini təxirə saldı. Azərbaycanlı futbolçu Rauf Əliyev Futbol üzrə Azərbaycan çempionatı 2014/2015də ilk qolunu müharibənin qurbanlarına təzim edərək qeyd etdi.
2020 Qərbi Səhra döyüşləri
Qərbi Saxara döyüşləri - 2020-ci il 13 noyabrda başlamış, və hal-hazırda Mərakeş və Qərbi Saxara dövlətləri arasında davam edən döyüşdür. == Reaksiyalar == Rusiya - Rusiya Mərakeşi qınayaraq hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edib Mavritaniya - Mavritaniya Qərbi Saxara ilə olan sərhədini bağlayıb. Qətər - Qətər Mərakeşi tam dəstəklədiyini bildirib.
258 №-li piyada döyüş maşınının ekipajı (film, 2014)
258 №-li piyada döyüş maşınının ekipajı tammetrajlı sənədli filmi rejissor Elcan Məmmədov tərəfindən 2014-ci ildə çəkilmişdir. Film Nəcəf Nəcəfov Fondunun istehsalıdır.Film 1993-cü il iyunun 12-də Azərbaycanın Ağdam rayonunun Mərzili kəndi uğrunda döyüşlərdə məşhur erməni terrorçusu Monte Melkonyanı məhv etmiş ekipaj üzvlərindən – 258 nömrəli Piyada Döyüş Maşınının ekipajından bəhs edir. == Məzmun == Film 1993-cü il iyunun 12-də Azərbaycanın Ağdam rayonunun Mərzili kəndi uğrunda döyüşlərdə məşhur erməni terrorçusu Monte Melkonyanı məhv etmiş ekipaj üzvlərindən – 258 nömrəli Piyada Döyüş Maşınının ekipajından bəhs edir. Film müəllifləri sənədlər,şahidlərin,hadisələrin həyatda olan iştirakçılarının ifadələri əsasında döyüş əməliyyatlarının xronologiyasını bərpa ediblər. Film Melkonyanın məhz həmin vaxt və həmin yerdə öldürüldüyünü əsaslı şəkildə sübut edərək,bütün digər iddiaların yalan olduğunu üzə çıxarır. Film "ASALA" terror təşkilatının başçılarından birini kimin və harada məhv etdiyi haqqında uzun mübahisələrə nöqtə qoyur.
3234-cü təpə döyüşü
3234-cü təpə döyüşü (rus. Бой у высоты 3234) — Əfqanıstan müharibəsi zamanı 7–8 yanvar 1988-ci il tarixlərində, XL Qızıl Ordunun 345-ci qvardiya paraşütçü-desantçı alayına daxil olan 9-cu paraşütçü-desantçı bölüyü ilə mücahidin döyüşçüləri arasında, Əfqanıstanın Pəktiya vilayəti ərazisi daxilində yerləşən 3,234 metr (10,610 ft) hündüryülündəki təpədə (33°20′53″ şm. e. 69°18′10″ ş. u.) gerçəkləşmiş döyüş. == Zəmin == 1987-ci ilin noyabr ayında Boris Qromov rəhbərliyindəki XL Qızıl Ordu Qardəz ilə Xost şəhərləri arasındakı, mücahidin mövqelərinə yaxın yolu hava qüvvələrinə açmaq üçün nəzərdə tutulmuş «Magistral» əməliyyatına start vermişdir. Əməliyyata start verilməzdən əvvəl əraziyə bir neçə hava hücumu və dörd saat davam etmiş artilleriya bombardmanı edilmişdir. == Döyüş == Əməliyyat davam etdiyi müddət əsnasında XL Qızıl Ordunun komandirləri Qardəz ilə Xost şəhərləri arasında bütün yolu zərərsizləşdirmək istəyirdilər. Əhəmiyyətli nöqtələrdən biri 3,244 metr (10,643 ft) hündürlüyü ilə təyin edilmiş adsız bir təpə idi. Bu təpə polkovnik Valeri Vostrotinin rəhbərliyindəki 345-ci qvardiya paraşütçü-desantçı alayına daxil olan 9-cu paraşütçü-desantçı bölüyünə tapşırılmışdı.
Aaxen döyüşü
Aaxen döyüşü — İkinci Dünya müharibəsi zamanı, 2–21 oktyabr 1944-cü il tarixlərində Aaxen vilayətində və şəhərin özü uğrunda ABŞ və Almaniya qoşunları arasında döyüş. == Döyüş == 7 oktyabrda Ziqfrid xəttinə qarşı döyüşlərdə Kortni Hocesin komandanlığı altındakı 1-ci ABŞ Ordusu Aaxen istehkamlarına hücum etmişdir. Bir sıra döyüşlərdən sonra şəhər 10 oktyabrda mühasirəyə alınmışdır ​​və üç gün sonra amerikalılar şəhərə daxil olmuşdur. Buna baxmayaraq, alman qarnizonu yalnız 21 oktyabrda təslim olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Vikianbarda Aaxen döyüşü ilə əlaqəli mediafayllar var.
Abu Klea döyüşü (1885)
Abu Klea döyüşü — 17 yanvar 1885-ci ildə general-mayor Herbert Stevartın başçılığı ilə 1 400 nəfərlik ingilis qoşunu ilə 13 000 nəfərlik Sudan qoşunu arasında Sudanın Xartum şəhərində baş vermişdir. İngilis qoşunlarının qalibiyyəti ilə başa çatmışdır.
Adrianopol döyüşü
Adrianopol döyüşü — Qədim dünya tarixinin ən əhəmiyyət kəsb edən vuruşmalarından biridir. Döyüş 378-ci il avqustun 9-da Roma imperatoru Valentin ilə Fritxigernin komandanlıq etdiyi vestqotlar arasında baş vermişdir.. Döyüş Adrianopoldan (Türkiyənin Avropa hissəsində Yunanıstan və Bolqarıstanın sərhəddində yerləşən indiki Ədirnə şəhəri) 13 km şimalda olmuşdur. Romalılar döyüşdə məğlub olmuş, imperator Valentin öldürülmüşdü. Adrianopol döyüşü Roma imperiyasının süqutunu sürətləndirmişdir.
Afrin döyüşü
Əfrin və ya Ərz əl-Hatim döyüşü — 29 iyun 1149-cu ildə Raymond de Poitiers və Əli ibn Vəfanın komandanlığındakı birləşmiş Antioxiya knyazlığı və Xaşxaşilərin ordusu ilə Suriya atabəy bölmələrinin müttəfiq xaçlı ordusunu yox etdiyi, Antioxiyanı yağmaladığı və xristian knyazlığının şərq torpaqlarını işğaldan qurtardığı döyüşlərdən biridir. == Arxa plan == Atabəy Nurəddin Zənginin atası İmaməddin Zənginin 1146-cı ildə ölümündən sonra Raimund de Poitiers Hələb əyalətini işğal etdi. Bununla birlikdə, 1147-ci ildə Nurəddin Zəngi Hələbin nəzarətini geri aldı və Şamı xaçlılara qarşı uğurla müdafiə etdi. Bundan sonra, 1148-ci ilin sonunda Antioxiya knyazlığını işğal etdi və Apameanı mühasirəyə aldı. Raimund onu məğlub etdi və cəbhəxanasını ələ keçirdi. Atabəy bir neçə ay sonra Jaqra hücum etmək üçün geri döndüyündə Raimund onu yenidən Hələbə geri çəkilməyə məcbur etdi. 1149-cu ilin iyununda Nurəddin Zəngi Antioxiya knyazlığını yenidən işğaldan azad etdi və Şam hökmdarı Unur və türkmənlərin dəstəyi ilə İnab qalasını mühasirəyə aldı. Atabəyin çoxu at üstündə olmaqla, təxminən 6 min döyüşçüsü var idi. Raimund və qonşusu Edessa qrafı II Josselin 1146-cı ildən Raimundun Jesselinə yardım üçün qoşun göndərməməsindən sonra düşmən olmuşdular. II Josselin Raimonda qarşı Nurəddin Zəngi ilə ittifaqa belə girdi.
Aksi döyüşü
Aksi döyüşü — e.ə. 31-ci il sentyabrın 2-də Qədim Romada vətəndaş müharibəsi dövründə Aksi burunu yaxınlığında dəniz döyüşü. Oktavianın Aqrippanın komandanlığı altında döyüşən 260 gəmidən ibarət donanması həlledici vuruşda Antoni və Kleopatranın 230 gəmidən ibarət donanmasını əzmişdir. Döyüşün qızğın çağında savaşın uduzulduğunu zənn edən Kleopatra Misir donanmasına döyüşdən çıxmaq haqqında əmr verdi. Vuruşan gəmilər arasından sivişib qaçan 60 gəmi araya çaxnaşma saldı. Antoni Kleopatranın xəyanətinə inana bilmirdi. Antoni onun uğrunda vuruşub-ölən döyüşçüləri tərk edərək sürətli gəmiyə minib Kleopatranın ardınca getdi. Antoninin sərkərdəsiz qalmış donanması məğlubıyyətə uğradı və təslim oldu. Antoni ilə Kleopatra Misir İsgəndəriyyəsinə gəldilər.
Alacadağ döyüşü
Alacadağ döyüşü — 1877-1878 Rusiya-Osmanlı müharibəsi gedişatında baş tutan döyüş. Qarsın Diqor bölgəsində baş tutan döyüş rusların qələbəsi ilə başa çatmışdır.
Alamana döyüşü
Alamana döyüşü ― Yunanıstan İstiqlaliyyət müharibəsi zamanı 22 aprel 1821-ci ildə yunanlar və Osmanlı imperiyası arasında baş verən döyüş. == Döyüş == 1 aprel 1821-ci ildə Levadiya şəhərinin Afanasios Diakos və Vasilis Busqosun başçılıq etdiyi yunan döyüşçülərindən ibarət kontingentə təslim olandan sonra Hurşid Ahmed Paşa Fessaliyadan olan iki ən səriştəli komandirləri Ömər Vrioni və Köse Mehmedi 8000 nəfər ordu ilə Rumeli üsyanının yatırılmasına və daha sonra Peloponnesə keçərək Tripoli mühasirəsinin dağıdılmasına göndərdi. Dimitrios Panuryas və Yannis Dyovuniotisin döyüşçüləriylə gücləndirilən Afanasios Diakos və dəstəsi osmanlıların Rumeliye irəliləməsini dayandırmaq üçün Fermopillər yaxınlığında müdafiə mövqeləri tutmağı qərar verdi. 1500 nəfərlik yunan qüvvələri üç hissəyə bölündü: Divuniotis Qorqopotamos körpüsünü, Panurgias Halkomata təpəsini və Diakos Alamana körpüsünü qorumalı idi. Lamiya şəhəri yaxınlığında Lianokladidəki düşərgələrini tərk edən osmanlılar qısa müddətdə qüvvələrini böldülər. Əsas güc Diakosa yollandı, digəri sürətlə darmadağın edilən Divuniotisa hücum etdi, Panurgias yaralanandan sonra isə onun adamaları təslim oldular. Yunan qüvvələrinin əksəriyyəti qaçdı, osmanlılar hücumlarını Diakosun Alamana körpüsündəki mövqeyinə yönəltdilər. Məğlubiyyətin zaman məsələsi olduğunu görən Diakosla birlikdə döyüşən Busqos yalvarırdı ki, onunla təhlükəsiz yerə getsin. Diakos qalmağı və bir neçə saat ərzində 48 nəfərlə vuruşmağı seçdi Diakos yaralandı və qılıncının qırılmasından sonra əsir düşdü. === Diakosun vəfatı === Afanasios Diakos Ömər Vrioninin qarşısına gətirildi və ona türk ordusunda zabit rütbəsi təklif olundu.
Alaşkert döyüşü
Ələşgird döyüşü — 29 iyul-1 avqust 1421-ci ildə Qaraqoyunlularla Teymurilər arasında baş vermiş döyüş. == Arxaplan == Qaraqoyunlu dövlətinin (1410-1468) əsas düşmənlərindən biri də Xorasanda bərqərar olmuş Teymuri hökmdarı Şahrux idi. O, 1420-ci ilin yayında 200 minlik qoşunla Azərbaycana doğru hücüma başladı. Təbrizdən düşməni qarşılamaq üçün 50 minlik qoşunla yola çıxan Qara Yusifin qəflətən xəstələnməsi və vəfat etməsi, şahzadələrdən heç birinin ordu qərargahında olmaması ciddi hərc-mərcliyə səbəb oldu. Həmin dövrdə şahzadələrdən Şahməhəmməd Bağdadda, İskəndər Kərkükdə, İspənd Adilcəvazda, Cahanşah Sultaniyyədə Əbu Səid isə Ərzincanda idi. Teymuri qoşunlarının yaxınlaşmasından vahiməyə düşən Qaraqoyunlu əmirləri ordugahdan qaçdılar. Beləliklə heç bir müqavimətə rast gəlməyən Şahrux Azərbaycanı zəbt etdi. Qara Yusifin ölümü ilə Şahrux Mirzə Qaraqoyunlu şahzadələri ilə qarşı-qarşıya qaldı. Qaraqoyunlu əmirlərinin ittifaqı ilə Qara Yusifin yerinə taxta çıxan İsgəndər Mirzə bir tərəfdən Şahruxa öz itaətini bildirmiş, digər tərəfdən isə Mardinə hücum edən Qara Yuluq Osman bəy üzərinə səfər etmək üçün hazırlıqlara başlamışdı . 1421-ci ilin mart ayında Qara Yuluq Osman İsgəndər Mirzə tərəfindən məğlub edildi.
Alaşəhər döyüşü
Alaşəhər döyüşü və ya Antioxiya ad Maeandrum döyüşü — Nikeya imperiyası ilə Anadolu Səlcuqlu dövləti arasında 1211-ci ildə baş vermişdir. Türklərin məğlubiyyəti, Kiçik Asiyanın Ege bölgəsinin sahilində İznik hakimiyyətini davam etdirdi. Səlcuqlu sultanı I Qiyasəddin Keyxosrov döyüş meydanında öldürüldü. Döyüş Aydının Quyucak bölgəsində olan modern Yamalak qəsəbəsi yaxınlarında baş vermişdir. == Arxa plan == İstanbulun IV Səlib yürüşü (1204) qüvvələri tərəfindən ələ keçirilməsinin və Bizans imperiyasının bölünməsinin ardından 1208-ci ildə imperator olan Teodoros Laskaris (1205-1222) qərbi Anadolunun köhnə Bizans torpaqlarında güc formalaşdırdı. Yeni hakimiyyət Nikeya imperiyası olaraq bilinəcəkdi. İznik Bizans imperiyasının mirasına haqq iddia edən başlıca rum varis dövlətlərindən biri idi, digər varis dövlətlər Epirus və daha sonra Yunanıstanın qərbindəki Selanik imperiyası idi. İznik xaçlılar tərəfindən qurulan yeni Latın imperiyası tərəfindən şimaldan və şərqdən Anadolu Səlcuqlu dövləti tərəfindən təhdid edilirdi. Səlcuqlular ilə edilən sülh 1211-ci ilin əvvəllərində köhnə Bizans imperatoru III Aleksiosun (1195-1203) Antalya limanına çatmasıyla pozuldu. Başda Səlcuqlu tərəfindəki Əli ibnül Əsir və Nikiforos Qriqoras adlı əsərləri olmaqla, yaxın çağdaş qanaqlar ilə digər əsərlərdə istinadlarla Nikitas Honiatis tərəfindən Teodoros Laskaris şərəfinə yazılan yazıda döyüş haqqında bəzi detallar mövcuddur.
Alita: Döyüş mələyi (film, 2019)
Alita: Döyüş mələyi (ing. Alita: Battle Angel; yap. アリータ: バトル・エンジェル) – Yukito Kişironun "Battle Angel Alita" manqa seriyası əsasında çəkilmiş 2019-cu il istehsalı ABŞ kiberpank və macəra filmi. Ceyms Kemeron və Con Landaunun prodüserliyi, Robert Rodrigesin rejissorluğu, Kemeron və Laeta Kaloqridisin ssenaristliyi ilə çəkilən filmin 14 fevral 2019-cu ildə ekranlaşdırılması planlaşdırılır. Buraxılış və istehsal tarixi Kemeronun "Avatar" sikvelləri üzərindəki işlərinə görə daim ertələnmişdir. Filmin baş rollarında Roza Salazar, Kristof Valts, Cennifer Konnelli, Maherşala Ali, Ed Skreyn, Ceki Erl Heyli və Kian Conson çıxış edirlər. "Alita: Battle Angel"-da Dison İdo adlı kibertibb mütəxəssisi tərəfindən tapılan Alita adlı yaddaşını itirmiş kiborq qız əslində kim olduğunu kəşf etməyə çalışır. == Məzmun == Ceyms Kemeron Yukito Kişironun orijinal manqasının əsas hekayəsi və ilk 4 cildi əsasında filmi çəkməyi planlaşdırdığını bildirmişdir. O, xüsusilə 3-cü və 4-cü cildlərdə vacib yer tutan uydurma motorbol idman növünün filmə daxil edilməsini istəyir. == Rollarda == Roza Salazar Alita rolunda: əsas kiborq qəhrəman.
Almaqulağı döyüşü
Almaqulağı döyüşü — 21 iyun 1503-cü ildə Səfəvilər dövləti və Ağqoyunlu dövləti arasında baş verən döyüş. Bu döyüşdən sonra Ağqoyunluların ikinci qolu süqut etdi. == Döyüş ərəfəsi == 1503-cü ilin yazında I Şah İsmayıl Qənbər ağa adlı müridini məktubla Sultan Muradın yanına göndərib, ondan itaət etməsini tələb etdi. Səfəvilərlə Ağqoyunluların qohumluq əlaqələrini xatırladan qızılbaş rəhbəri onun hakimiyyətini tanıdığı təqdirdə İraqi-Əcəmin bir hissəsini Sultan Murada təklif edirdi. Sultan Muradın cavabı mənfi oldu. Belə olduqda İsmayıl 12 min nəfərlik qoşunla Təbrizdən çıxaraq, Qızılüzən çayını keçdi və cənuba – Həmədana doğru hərəkət etdi. Sultan Murad 70 min nəfərlik böyük qoşun topladı. == Döyüşün gedişatı == Şah İsmayıl tərəfindən Xüləfa bəy və Mənsur bəy Qıpçaği irəlidə hərəkət etmək üçün başçı təyin edildilər. Qarapiri bəy Qacar isə 1500 süvari ilə ehtiyatda saxlanıldı. Qalan qızılbaş əmirləıri – Dədə bəy Talış (Əbdüləli bəy Dədə də odur), Hüseyn bəy Lələ, Məhəmməd bəy Ustaclı, Bayram bəy Qaramanlı, Əbdi bəy Şamlı, Yeqan bəy Təkəli, Sarı Əli (möhrdar) cinahlarda, İsmayıl özü isə mərkəzdə mövqe tutdular.
Almaqulağı döyüşü (1503)
Almaqulağı döyüşü — 21 iyun 1503-cü ildə Səfəvilər dövləti və Ağqoyunlu dövləti arasında baş verən döyüş. Bu döyüşdən sonra Ağqoyunluların ikinci qolu süqut etdi. == Döyüş ərəfəsi == 1503-cü ilin yazında I Şah İsmayıl Qənbər ağa adlı müridini məktubla Sultan Muradın yanına göndərib, ondan itaət etməsini tələb etdi. Səfəvilərlə Ağqoyunluların qohumluq əlaqələrini xatırladan qızılbaş rəhbəri onun hakimiyyətini tanıdığı təqdirdə İraqi-Əcəmin bir hissəsini Sultan Murada təklif edirdi. Sultan Muradın cavabı mənfi oldu. Belə olduqda İsmayıl 12 min nəfərlik qoşunla Təbrizdən çıxaraq, Qızılüzən çayını keçdi və cənuba – Həmədana doğru hərəkət etdi. Sultan Murad 70 min nəfərlik böyük qoşun topladı. == Döyüşün gedişatı == Şah İsmayıl tərəfindən Xüləfa bəy və Mənsur bəy Qıpçaği irəlidə hərəkət etmək üçün başçı təyin edildilər. Qarapiri bəy Qacar isə 1500 süvari ilə ehtiyatda saxlanıldı. Qalan qızılbaş əmirləıri – Dədə bəy Talış (Əbdüləli bəy Dədə də odur), Hüseyn bəy Lələ, Məhəmməd bəy Ustaclı, Bayram bəy Qaramanlı, Əbdi bəy Şamlı, Yeqan bəy Təkəli, Sarı Əli (möhrdar) cinahlarda, İsmayıl özü isə mərkəzdə mövqe tutdular.
Dönüş
Filmlər Dönüş (film, 1972) — Dönüş (film, 2006) — rejissor Pedro Almodovarın filmi. Dönüş (film, 2018) — rejissor Rüfət Əsədovun filmi.
Doğuş
Doğum — hamiləliyin başa çatması və döl, cift, döl qişalarının ana orqanizmindən ayrılaraq, təbii doğum yollarından keçməsi ilə müşayiət olunan mürəkkəb fizioloji proses. Doğum populyasiyada vahid zaman ərzində orqanizmin yeni fərdlərinin həyata gəlməsi hadisəsi, yəni doğum əmələ gəlir. Yeni fərdlərin əmələ gəlməsi yumurtadan çıxma, toxumla cücərmə və bölünmə yolu ilə ola bilər. Zaman vahidi ərzində doğulanların sayı sabit kəmiyyət olmayıb populyasiyanın fərdlərinin ölçü və yaşından, həm də mühit şəraitindən asılı olaraq dəyişir. Doğum çox olduqda ərazi vahidinə düşən fərdlərin sayı artaraq sıxlığı yüksəlir. Bu zaman ərazi, dişilər və yem üstündə fərdlərarası rəqabət güclənir. Nəticədə fərdlər arasında ölüm halları artır.
Böyük çöküş
Böyük Çöküş (ing. Big Crunch) — nəzəriyyəsi Big Bangdən (Böyük Partlayış) sonra genişləyən kainatı getdikcə sürətlənərək içinə çökəcəyini irəli sürən nəzəriyyədir. Nəzəriyyəyə görə bu çöküş kainat bütün kütləsini itirib sonsuz sıxlıqdakı bir nöqtəyə çevrilənə qədər davam edəcək.Kainatın yaradılışı Big Bang adlandırılan böyük partlama ilə başlamışdır və o zamandan bəri kainat genişləyir. Alimlər kainatın kütləsinin kafi miqdara çatdığında, cazibə qüvvəsi səbəbi ilə bu genişləmənin dayanacağını və bunun kainatın öz içinə çökməyə, büzülməyə başlamasına səbəb olacağını bildirirlər. Alimlər büzülən kainatın sonunda “Big Crunch” (Böyük Çöküş) deyilən çox yüksək temperatur və sıxılma ilə nəticələnəcəyini ifadə edirlər. Bu isə bildiyimiz bütün canlıların yox olması mənasını verir. Stanford Universitetində fizika professoru olan Renata Kallosh və Andrei Lindenin bu mövzu ilə bağlı şərhləri belədir: “Kainatın aqibəti kiçilməyə və yox olmağa doğru gedir. Gördüyümüz və daha uzaqlardakı görə bilmədiyimiz hər şey protondan belə kiçik nöqtə şəklində kiçiləcək. Sanki Qara dəlik içindəsiniz… Bu enerjinin ən yaxşı tərifinin belə olduğunu tapdıq: mərhələ-mərhələ mənfi hala gələn bu quru enerji, kainatın tarazlığının dəyişməsinə səbəb olacaq və büzülüb çökəcək… Fiziklər Qara enerjinin mənfi enerjiyə çevriləcəyini və kainatın yaxın gələcəkdə büzüləcəyini bilirlər… Lakin bu gün görürük ki, biz bu hadisənin başlanğıcında deyilik, amma kainatımızın həyat sirkulasiyasının ortasında ola bilərik”. Big Crunch kimi ifadə edilən bu elmi fərziyyəyə Quranda belə işarə edilir: O gün göyü yazılı səhifələrin büküldüyü kimi yenə əvvəlki halına qaytaracağıq.
Böyük döyüş (film, 1972)
Böyük döyüş (ing. The Big Fight) və ya Günəşdəki qan (ing. Blood on the Sun) — 1972-ci ildə Yuan Şinq San və Sunq Tin Mey tərəfindən çəkilən Honkonq döyüş filmi. == Süjet == İkinci Dünya müharibəsində, Çinin şimalında yerləşən bir qəsəbədə işğalçı Yaponiya qüvvələri bacarıqlı döyüşçülərin yerli mübarizəyə qoşulmaqlarından qorxurdu. Buna görə də, onlar çinli döyüşçüləri öldürmək üçün böyük bir turnir həyata keçirirlər. == İstinadlar == == Xarici keçidlər == The Big Fight — Internet Movie Database saytında.
Böyük Zab çayı üzərində döyüş
Böyük Zab çayı üzərində döyüş (ərəb. معركة الزاب‎) — 25 yanvar 750-ci ildə, Üçüncü fitnə əsnasında indiki İraqda, Böyük Zab çayının sahilində Əməvilər və Abbasilər arasında döyüş. Abbasilərin qələbəsi Əməvi xilafətinə son qoymuş və Abbasilər xilafətinin başlanğıcı olmuşdur. == Effektlər == II Mərvan döyüş meydanından qaçmış və Şam şəhərinə qayıtmışdır. Abbasilər ciddi müqavimətlə qarşılaşmadan şəhərə daxil oldular və II Mərvan Misirdəki Əbusir şəhərinə sığınmalı olmuşdur. Suriyadakı kiçik müqavimət göstərən qruplar bir neçə ay ərzində Abbasilər tərəfindən darmadağın edilmişdir. Böyük Zab çayı üzərindəki döyüşündən bir neçə ay sonra II Mərvan 1 və ya 5 avqust 750-ci ildə öldürülmüşdür. Əməvilər sülaləsini Abbasilər sülaləsi əvəz etmişdir. == İstinadlar == == Xarici keçidlər == "Сражение Марван и Абдаллах". vafrike.ru.
Böyük görüş (teleserial, 2004)
Böyük görüş (türk. Büyük Buluşma) — Samanyolu TV-də yayımlanan dini teleserial. Teleserialın 1-ci mövsümündə baş qəhrəman Amil obrazını Ümid Açar, 2-ci mövsümdə isə Yusif Sezgin canlandırmışdır. Ümumilikdə 155 seriyadan ibarət olan teleserial 4 mövsüm davam etmiş və 27 iyun 2008-ci ildə başa çatmışdır. == Haqqında == Teleserial həyatda insanlara ölümdən sonra, həyatın mənasını və dəyərini ifadə edir. Bir mənada insanın vicdanı ilə hesablaşması Dilin demədiyini vicdanın danışması. Bu film dramı parlaq hala gətirir. Həyatın əsl mənasının başa düşülməsinə kömək edir. Həyatdan köçən insanlar öldükdən dərhal sonra "Fərah qapısı" adlı məkana gəlirlər. Burada onların vicdanlarının əksi olan Amil onlara keçmişlərini xatırladır və dünya həyatında etdikləri səhvləri və yaxşılıqları xatırladır.