Alpaqut (döyüş sənəti)

Alpaqut (Alp: döyüşçü, Qut: müqəddəs) — Müqəddəs Döyüşçü mənasındadır. Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünya görüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini, müasir döyüş sənəti üzərində konsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən bir idman növüdür.

Alpaqut
Azərbaycan Alpaqut Federasiyasının loqosu. Mənası: Türklərə məxsus qurd, şahin və mavi rəng
Azərbaycan Alpaqut Federasiyasının loqosu. Mənası: Türklərə məxsus qurd, şahin və mavi rəng
Tam adı Alpaqut
Şüarı Turan Döyüş Sənəti
Yaranma tarixi 2013
Mənzil-qərargahı Bakı ş, Bəsti Bağırova 12, ofis 102
Banisi Vasif Namazov
Müasir təşkilatları Dünya Alpaqut Federasiyası, Azərbaycan Alpaqut Federasiyası

Alpaqut döyüş sənəti, türk döyüş sənətləri üzrə araşdırmaçı, beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov tərəfindən, Türk xalqlarının qədim döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilərək qurulmuşdur. Alpaqut döyüş sənəti, Türk xalqlarının döyüş mədəniyyətindən qaynaqlandığı üçün, bu idman növünün markası "Turan döyüş sənəti" (Turan: türksoylu xalqların yaşadığı, böyük çöl adlanan coğrafiya) adlanır.

Alpaqut döyüş sənətinin təlim proqramı 8 baza texnikalarından ibarətdir. İmtahan proqramı isə 4 üstüngü mərhələlərdən ibarətdir. Yarışma qaydaları isə 4 sistemdən ibarətdir.

Bu sistemlər belə adlanır:

1) Aypara sistemi
2) Batur sistemi
3) Caymaz sistemi
4) Qurşaq sistemi.
5) Kaçut

Qısa olaraq bu sistemləri əlifba sırasıyla A, B, C, G, və K də adlandırmaq olar.

Alpaqutlar

Bu döyüş sənəti bütün türk dünyasına aid olsada ancaq o bütün hüquqi haqlarla Azərbaycana məxsusdur. Belə ki, bütün türksoylu xalqlar kimi, Azərbaycan xalqının tarixi və mədəni irsinə aid olan Alpaqut adı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 14.10.2014 cü il tarixli № 37 saylı sənədi əsasında bu döyüş sənətinin müəllifi, Türk Döyüş Sənətləri üzrə araşdırmaçı, Beynəlxalq  Dərəcəli  idman  ustası Namazov Vasif İmran oğluna istifadəsi üçün rəsmi icazə verilmiş, eyni zamanda Azərbaycan Respublikası Patent üzrə Dövlət Komitəsi tərəfindən 17.11.2014 ci il tarixli iddia sənədinin 201400542 nömrəli Patent Şəhadətnaməsidə verilmişdir. Əlavə olaraq, Alpaqut idman növünün təlim və tədrisinin həyata keçirilməsi üçün hazırlanan metodiki vəsait proqramları Azərbaycan Respublikası Müəllif Hüquqları üzrə Dövlət Agentliyinin 16.10.2015 tarixli 04/C-8157-15 saylı Şəhadətnaməsi ilə təsdiq olunmuşdur.

Alpaqut idman növünün beynəlxalq arenada inkişafı məqsədilə Dünya Alpaqut Federasiyası adında qurum 12 fevral 2014-cü il tarixində B14003831 saylı sənədinə əsasən beynəlxalq idman təşkilatı kimi qeydiyyata alınmışdır.

Qurucusu[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]