Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dikson-Entrans boğazı
Dikson-Entrans boğazı (ing. Dixon Entrance) -Boğaz Sakit okeanın şimal-şərqində Alyaska və Vaşinqton ştatları arasında yerləşir. Üstəlik boğaz Kanada və ABŞ sərhəddini təşkil edir. İnzibati cəhətdən isə ABŞ tərəfdən Alyaska ştatının və Kanadadan isə Britaniya Kolumbiyası ərazisini təşkil edir. == Coğrafiyası == Boğaz Hayda-Quain adasını Aleksandr arxipelaqından ayırır. Ondan cənubda Hekate boğazı, şimalda isə Klarens boğazı ilə birləşir. Uzunluğu və eni 80 km təşkil edir. Boğaz əsasən buzlaşmanın nəticəsində əmələ gəlmişdir. == Tarixi == Boğaz Kanada və ABŞ arasında ərazi mübahisəsi olaraq qalır. Belə ki, Kanada A-B xətti deyilən anlayışa əsasən boğaz sularını beynəlxalq dəniz suları hesab edərək iki ölkə arasında sərhəd təşkil etdiyini bildirir.
Antrakt
Antrakt (fr. Entr'acte; alm. Zwischenspiel‎ və ya Zwischenakt; isp. Intermedio; it. Intermezzo) — teatr və ya oxşar səhnə sənətlərində, iki pərdə arasında keçən zaman, verilən ara.
İntranet
İntranet — adətən kənar şəxslərin girişini istisna etmək şərtilə təşkilat daxilində məlumat mübadiləsi, asan kommunikasiya, əməkdaşlıq alətləri, əməliyyat sistemləri və digər hesablama xidmətləri üçün kompüter şəbəkəsi. Termin internet kimi ictimai şəbəkələrdən fərqli olaraq istifadə olunur, lakin internet protokol dəstinə əsaslanan eyni texnologiyadan istifadə edir. Təşkilat miqyasında intranet daxili kommunikasiya və əməkdaşlığın əsas mərkəz nöqtəsini təşkil edir. Bu, daxili və xarici resurslara daxil olmaq üçün vahid başlanğıc nöqtəsini təmin edir. Ən sadə formada lokal şəbəkələr (LAN) və genişmiqyaslı şəbəkələr (WAN) texnologiyaları ilə intranet qurulur. Bir çox müasir intranetlərdə axtarış mühərrikləri, istifadəçi profilləri, bloqlar, bildirişləri olan mobil tətbiqlər və infrastrukturları daxilində hadisələrin planlaşdırılması mövcuddur. İntranet bəzi hallarda ekstranetdən fərqlidir. İntranet ümumiyyətlə təşkilatın işçiləri üçün məhdudlaşdırılsa da, ekstranetlərə müştərilər, təchizatçılar və ya digər təsdiq edilmiş tərəflər də daxil ola bilər. Ekstranetlər autentifikasiya, avtorizasiya və mühasibat uçotu üçün xüsusi müddəalarla özəl şəbəkəni internetə genişləndirir. == İstifadəsi == Bir çox təşkilatların intranetləri məzmununun əhatə dairəsi və müxtəlifliyi, həmçinin sistem interfeyslərinin sayı səbəbilə öz ictimai internet saytlarından daha mürəkkəb olur.
Milli intranet
Milli intranet — öz sakinlərinin kommunikasiyalarına nəzarət etmək və monitorinq etmək, habelə onların xarici mediaya çıxışını məhdudlaşdırmaq məqsədi ilə qlobal internetin milli əvəzedicisi kimi bir milli dövlət tərəfindən saxlanılan internet protokolu əsaslı qapalı platforma şəbəkəsi. İslam ölkələrində halal internet termini işlənir. Bu cür şəbəkələr əsasən dövlət tərəfindən idarə olunan mediaya və xarici internet xidmətlərinin milli alternativlərinə çıxışla təmin edilir: axtarış sistemləri, veb-əsaslı e-poçt və s. == Ölkələr üzrə == === Myanma === Myanma 2011-ci ildən əvvəl "Myanmar Wide Web" adlı daxili istifadə üçün ayrıca intranetə malik idi. === Kuba === Kubanın milli internet adlı dövlət tərəfindən idarə olunan öz intraneti var. === Rusiya === Rusiya 2020-ci ildə "RuNet" kimi tanınan daxili interneti sınaqdan keçirmişdir. === İran === İranın Milli İnformasiya Şəbəkəsi Çinin Böyük Od Divarı kimi işləyir. 2011-ci ilin aprelində yüksək səviyyəli İran rəsmisi Əli Ağa-Məhəmmədi hökumətin islam dəyərlərinə uyğun gələn və müvafiq xidmətlər göstərən öz "halal internet"ini işə salmağı planlaşdırdığını elan etmişdir. Şimali Koreya nümunəsinə bənzər belə bir şəbəkənin yaradılması İrandan kənarda istənməyən məlumatların qapalı sistemə daxil olmasının qarşısını almaq imkanına malikdir. İranın divarlı bağının öz lokallaşdırılmış e-poçt xidmətinin və axtarış sisteminin olması planlaşdırılır.
Şodon-Norant
Şodon-Norant (fr. Chaudon-Norante, oks. Chaudon e Noranta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04055. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 144 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 100 nəfər arasında (15–64 yaş) 72-i iqtisadi, 28-i fəaliyyətsizdir (fəaliyyət göstərici 72,0%, 1999-cu ildə 71,8%). Fəal olan 72 nəfərdən 66 nəfər (33 kişi və 33 qadın) işləyir, 6 nəfər işsizdir (1 kişi və 5 qadın).
Enant turşusu
Enant turşusu (heptan turşusu ) СH3(CH2)5СООН - birəsaslı doymuş karbon turşusudur. Bu yağlıtəhər rəngsiz maye xoşagəlməz qoxumuş yağ iyinə malikdir. Enant turşusunun duzları və anionları enantatlar adlanır. Enant turşusu suda az, lakin etanolda yaxşı həll olur. == İzomerləri == Enant turşusunun aşağıdakı izomerləri var: n-heptan turşusu СН3-СН2-СН2-СН2-СН2-СН2-COOH 5-metilheksanturşusu СН3-СН(СН3)-СН2-СН2-СН2-COOH 4-metilheksanturşusu СН3-СН2-СН(СН3)-СН2-СН2-COOH 3-metilheksanturşusu СН3-СН2-СН2-СН(СН3)-СН2-COOH 2- metilheksanturşusu СН3-СН2-СН2-СН2-СН(СН3)-COOH 3-etilpententurşusu СН3-СН2-СН(СН2-СН3)-СН2-COOH 2-etilpententurşusu СН3-СН2-СН2-СН(СН2-СН3)-COOH == Mənbə == Merck Index, 11th Edition, 4581 David J. Anneken, Sabine Both, Ralf Christoph, Georg Fieg, Udo Steinberner, Alfred Westfechtel "Fatty Acids" in Ullmann's Encyclopedia of Industrial Chemistry 2006, Wiley-VCH, Weinheim.