Milli intranet — öz sakinlərinin kommunikasiyalarına nəzarət etmək və monitorinq etmək, habelə onların xarici mediaya çıxışını məhdudlaşdırmaq məqsədi ilə qlobal internetin milli əvəzedicisi kimi bir milli dövlət tərəfindən saxlanılan internet protokolu əsaslı qapalı platforma şəbəkəsi.[1]İslam ölkələrində halal internet termini işlənir.
Bu cür şəbəkələr əsasən dövlət tərəfindən idarə olunan mediaya və xarici internet xidmətlərinin milli alternativlərinə çıxışla təmin edilir: axtarış sistemləri, veb-əsaslı e-poçt və s.[2]
İranınMilli İnformasiya ŞəbəkəsiÇininBöyük Od Divarı kimi işləyir.[9][10][11] 2011-ci ilin aprelində yüksək səviyyəli İran rəsmisi Əli Ağa-Məhəmmədi hökumətin islam dəyərlərinə uyğun gələn və müvafiq xidmətlər göstərən öz "halal internet"ini işə salmağı planlaşdırdığını elan etmişdir.[12]Şimali Koreya nümunəsinə bənzər belə bir şəbəkənin yaradılması İrandan kənarda istənməyən məlumatların qapalı sistemə daxil olmasının qarşısını almaq imkanına malikdir.[13] İranın divarlı bağının öz lokallaşdırılmış e-poçt xidmətinin və axtarış sisteminin olması planlaşdırılır.[14]