Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gözəlləmə
Gözəlləmə – gözəllərin vəsfinə həsr edilən aşiqanə məzmunlu qoşma. Adından göründüyü kimi əksərən qoşma və müxəmməs formalı gözəlləmələrdə qadın və qızların zahiri cazibədarlığı, yaraşığı, ağıl və mərifəti təsvir, onlara hörmət və məhəbbət duyğuları tərənnüm olunur. Gözəlləmələr həm dastan daxilində, həm də ayrı müstəqil əsər kimi ifa edilirlər. Bir çox gözəlləmələr konkret qadınlara, qızlara həsr edildiyindən burada onların adları çəkilir, kəmnişanları, xasiyyətləri və s. haqqında məlumat verilir. Məsələn, Ələsgərin müasiri olduğu, toyda-düyündə, şadlıq məclislərində və s. gördüyü Kəklik, Gülxanım, Maral, Sarıköynək, Ceyran, Səlbi, Bəyistan, Salatın, Tərlan, Yaxşı xanım, Güləndam, Güllü, Gülpəri, Leyli və s. gözəllər haqqında gözəlləmələri var: XVIII əsr aşığı Xəstə Qasımın gözəlləmələrindən bir nümunə: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə.
Gözəldərə
Gözəldərə (Pəmbək) — Pəmbək mahalında kənd. Baş Gözəldərə — İrəvan quberniyasmda Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Aşağı Gözəldərə — İrəvan quberniyasmda Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Gözəldərə dehestanı — İranda, Zəncan ostanının Əbhər şəhristanının Sultaniyə bəxşində inzibati ərazi vahidi. Gözəldərə — Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd! olmuşdur. XIX əsrin əvvəllərində ləğv edilmişdir. Gözəldərə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Gözəldərə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda dağ. Gözəldərə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda çay.
Aşağı Gözəldərə
Aşağı Gözəldərə, Vardenik — İrəvan quberniyasmda Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km şimalda, Gözəldərə çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə "Kiçikli kimi də tanınan Aşağı Gözəldərə kəndi" kimi qeyd olunmuşdur. 1828-1832-ci illərdə kənddə çar Rusiyası tərəfindən İrandan və Türkiyədən köçürülən ermənilər də məskunlaşdırılmışdır. 1918-ci ildə azərbaycanlılar kənddən qovulmuşdur. Toponim fərqləndirici əlamət bildirən «aşağı» sözü ilə gözəl və dərə sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinnin 7.XII.1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Vardenik qoyulmuşdur.
Baş Gözəldərə
Baş Gözəldərə, Yuxarı Gözəldərə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Göyçə gölünün yaxınlığında, Gözəldərə çayının yanında, Gözəldərə başı dağının ətəyində yerləşir. Kəndə həm də Yuxarı Gözəldərə deyilir. Toponim fərqləndirici əlamət bildirən baş (yuxarı) sözü ilə gözəl və dərə sözlərinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Ermənilər buraya 1828-ci ildən sonra Türkiyədən köçürülmüşdür. 1897-ci ildə burada ermənilərlə yanaşı 108 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən deportasiya edilmişdir.
Gözəldərə (Pəmbək)
Gözəldərə, Xancığaz — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının sol sahilində yerləşir. Kəndin adı erməni mənbələrində Xancuğaz, Qafqazın 5 verstlik xəritəsində Xancuqaz, formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin qədim adının Xuncuğaz olduğu göstərilir. Kənd İbrahim adlı xana məxsus olmuşdur. Ona görə də kənd İbrahimli də adlanırmış. Toponim «varlı», «sahibkar», «ağa» mənasında, işlənənxan sözünə kiçiltmə mənası bildirən - cığaz şəkilçisinin artırılması yolu ilə əmələ gəlib, kiçik xana məxsus kənd mənasını ifadə edir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l.VI.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Gözəldərə, sonra Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə bir daha dəyişdirilib Aznavadzor qoyulmuşdur. == Coğrafiyası və iqlimi == Dağların, meşələrin arasında yerləşir. Qışı çox soyuq, yayı sərin keçir.
Gözəldərə dehestanı
Gözəldərə dehestanı (fars. دهستان گوزل دره‎‎) — İranda, Zəncan ostanının Sultaniyə şəhristanının Sultaniyə bəxşində inzibati ərazi vahidi. 2011–ci il siyahıyaalınmasına əsasən dehestan inzibati cəhətdən 8 kəndi əhatə edir.
Gözəldərə dehistanı
Gözəldərə dehestanı (fars. دهستان گوزل دره‎‎) — İranda, Zəncan ostanının Sultaniyə şəhristanının Sultaniyə bəxşində inzibati ərazi vahidi. 2011–ci il siyahıyaalınmasına əsasən dehestan inzibati cəhətdən 8 kəndi əhatə edir.
Gözəldərə kəndi
Gözəldərə (Pəmbək) — Pəmbək mahalında kənd. Baş Gözəldərə — İrəvan quberniyasmda Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Aşağı Gözəldərə — İrəvan quberniyasmda Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Gözəldərə dehestanı — İranda, Zəncan ostanının Əbhər şəhristanının Sultaniyə bəxşində inzibati ərazi vahidi. Gözəldərə — Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd! olmuşdur. XIX əsrin əvvəllərində ləğv edilmişdir. Gözəldərə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Gözəldərə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda dağ. Gözəldərə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda çay.
Gözəldərə (Duzluca)
Gözəldərə — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1928-ci il qeydlərində Kirempe kimi qeyd olunur.
Gözləmə (Urmiya)
Gözləmə (az-əbcəd. گؤزلَمه‎) — Güney Azərbaycanın Urmiya şəhərinə aid qəlyanaltı növü. Qeyd edək ki Urmiya gözləməsi Türkiyə gözləməsi ilə fərqlidir. Bu yemək tez hazırlanmasına görə belə adlandırılıb. == Lazım olan ərzaqlar == 3 stəkan süzmə və ya qatıq 4 ədəd yumurta 4 diş sarımsaq Yarım fincan su Lazım olan miqdarda kərə yağı və ya sarı yağ Lavaş çörəyi Duz == Hazırlanma qaydası == İlk olaraq tavaya yağ töküb, sonra yumurtaları əlavə edib qızardın. Yaxşıca qızardıqdan sonra isə üzərinə duz tökün. Sonra isə qatıq və ya süzməni su ilə birlikdə bir qazanda qarışdırın ki qatıq parçalanmasın. Sonda ocağı söndürüb, öncədən nəzərdə tutulmuş qablarda sarımsaqlı qatıq və yumurtanı töküb qarışdırın. Əlbəttə qatıq (süzmə) və yumurtanı tonqal üstündə də qarışdırıb, hazırlamaq olar. Bu qəlyanaltı çörək ilə yeyilir.
Gözəldərə-i Süfla (Sultaniyə)
Gözəldərə-i Süfla (fars. گوزلدره سفلي‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,604 nəfər yaşayır (489 ailə).
Məni daha gözləmə (mahnı)