Aşağı Gözəldərə

Aşağı Gözəldərə, Vardenik — İrəvan quberniyasmda Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd.[2]

kənd
Aşağı Gözəldərə
40°07′59″ şm. e. 45°26′12″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Göyçə mahalı
Rayon Aşağı Qaranlıq rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1828
Mərkəzin hündürlüyü 1.994 ± 1 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 9.880 nəf. (2011)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 1418
Xəritəni göstər/gizlə
Aşağı Gözəldərə xəritədə
Aşağı Gözəldərə
Aşağı Gözəldərə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 13 km şimalda, Gözəldərə çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə "Kiçikli kimi də tanınan Aşağı Gözəldərə kəndi" kimi qeyd olunmuşdur. 1828-1832-ci illərdə kənddə çar Rusiyası tərəfindən İrandan və Türkiyədən köçürülən ermənilər də məskunlaşdırılmışdır. 1918-ci ildə azərbaycanlılar kənddən qovulmuşdur.

Toponim fərqləndirici əlamət bildirən «aşağı» sözü ilə gözəl və dərə sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinnin 7.XII.1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Vardenik qoyulmuşdur.

1828-ci ilə qədər burada yalnız azərbaycanlı yaşamışdır. Ermənilər buraya Türkmənçay müqaviləsindən sonra, 1828-30-cu illərdə Türkiyədən köçürülüb yerləşdirilmişdir[4]. 1897-ci ildə kənddə ermənilərlə yanaşı 108 nəfər azərbaycanlı yaşamışdır [5].

XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə ermənilərin təcavüzünə mə'ruz qalan azərbaycanlılar deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

  • B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998.
  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.58
  4. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.595-598
  5. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.66-67