Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gihon
Gihon (təq. 1206, Yaponiya – təq. 1260, Okinava prefekturası) — Tenson sülaləsindən sonra Ryukyu kralı. Hakimiyyətə gələndə 44 yaşında idi. Hakimiyyət dövrü ölkədə xəstəlik və təbii fəlakətlər yayılmışdı. 1254-cü ildə gənc əyanlardan olan Eysonu özünə köməkçi götürdü. Lakin ölkəni fəlakətdən qurtara bilməyəcəyini görüb taxtdan imtina edərək yerini Eysoya verdi. Beləliklə Tenson sülaləsinin hakimiyyəti də bitdi. Ölüm tarixi məlum deyil.
Nadiya Mimoun
Nadiya Mimun (28 dekabr 1978) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Nadiya Mimun Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Playa Giron
Playa Giron (isp. Playa Girón) — Kubanın cənubunda, Donuzlar körfəzinin sahilində, Giron qəsəbəsi yaxınlığında yerləşən çimərlik. Ərazi 17 aprel 1961-ci ildəki Donuzlar Körfəzi əməliyyatı ilə tanınır. Əməliyyat Kuba inqilabı vasitəsi ilə hakimiyyətə gələn Fidel Kastro və tərəfdarlarının hakimiyyətdən salınması üçün həyata keçirilmişdir. 2 gün davam edən döyüşlərdən sonra ABŞ tərəfindən dəstəklənən Sürgün Kuba Hökuməti birlikləri məğlub olmuş və nəticədə əməliyyat ordunun qələbəsi ilə başa çatmışdır.
Ququn
Yasaq şəhər və ya Ququn imperator sarayı (Çincə: 紫禁城) — ən gözəl orta əsr saray ansambllarından biridir və Pekinin düz mərkəzində yerləşir. == Tarixi == Hər bir tərəfdən o, hündür şəhər divarları ilə əhatə olunmuşdur, dördkünc qüllələrinə malikdir, divar boyunca su ilə doldurulmuş enli şəhər xəndəyi qazılmışdır. Tikilməyə başladığı 1420-ci ildən düz son Çin imperatorunun taxtdan salındığı 1911-ci ilədək təqribən 500 il ərzində burada Min və Tzin sülalələrinin 24 imperatoru yaşamış və hökmranlıq etmişlər. Bu qədim divarlar çox hadisələrin şahidi olmuşlar. Qədimdə "Yasaq şəhər" adlandırılan Ququnu Min sülaləsi imperatoru Çju Di öz hakimiyyətinin dördüncü ilində tikməyə başalmışdır və bu tikinti 14 il davam etmişdir. Bu orta əsrlər dövrünün ən nəhəng və ən bitkin memarlıq abidəsidir. Ququn sarayında saysız-hesabsız çoxlu pavilyonlar və köşklər həmahəng yerləşmişdir. Rəvayətə görə onların sayı 9995 olub. Bu rəqəm haradandır? Çinlilərin əcdadları hesab edirdilər ki, səmavi hökmdarın 10 minlərlə otağı olmalıdır, özünü səmavi hökmdarın oğlu adlandıran onunla bərabər tutula bilməz.
GIGN
GIGN (fransızca: Groupe d'intervention de la Gendarmerie nationale) Fransa Milli Jandarmeriyasının xüsusi təyinatlılardan ibarət elit dəstəsidir. Bu dəstə indiyə qədər bir çox xüsusi əməliyyatlarda uğurla iştirak etmişdir. GIGN 1974-cü ildə baş verən Münxen qətliamından sonra yaradılmışdır. Təşkilatın baş qərargahı Paris şəhəri yaxınlığında Versal-Satoridə yerləşir. Əməliyyatların çox hissəsinin Fransa daxilində keçirilməsinə baxmayaraq, Fransa Silahlı Qüvvələrinin tərkib hissəsi kimi dünyanın istənilən yerində əməliyyat keçirə bilər. GIGN üzvləri indiyə qədər müxtəlif yerlərdə 1800-dən çox əməliyyatda iştirak etməklə, həmçinin 600-dən çox girov xilas etməklə dünyada terrorizmə qarşı mübarizə aparan ən təcrübəli birliklərdən hesab olunur. == Vəzifələri == Anti-terror əməliyyatları; Girovların xilas edilməsi; Silahlı şəxslərin zərərsizləşdirilməsi; Məhbus üsyanlarının qarşısının alınması; Cinayətkar və terroristlərin izlənilməsi; Hərbi xüsusi əməliyyatlar; Rəsmi dövlət nümayəndələrinin mühafizəsi; Müharibə baş verən ölkədə səfirliyin mühafizə olunması; Təlim.
Giqen zirvəsi
Giqen zirvəsi (bolq. връх Гиген, ‘Vrah Gigen’ \'vr&h gi-'gen\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənubda yerləşən, 1092 m hündürlüklü qaya zirvəsidir. Erul yüksəkliyinə daxildir. Benz aşırımından cənubda, Russell İst buzlağından cənub-qərbdə yerləşmişdir. Zirvə şimali Bolqarıstanda yerləşən Giqen şəhərinin adını daşıyır. == Yerləşməsi == Giqen zirvəsi 63°41′19″ c. e. 58°24′53″ q. u. koordinatlarında yerləşmişdir.
Qidon Kremer
Qidon Kremer (d. 27 fevral 1947) — məşhur skripka ifaçısı. Qidon Kremer P.İ.Çaykovski adına Beynəlxalq musiqi müsabiqəsinin, habelə "Qremmi" mükafatlarının laureatıdır.
Senqay Qibon
Senqay Qibon (仙厓義梵, 1750[…], Mino[d], Gifu prefekturası – 1837[…], Fukuoka) – Yaponiya rəssamı və xəttatı. Onun əsərləri üçün yumor və satira səciyyəvidir. == Həyatı == Senqay Qibon 1750-ci ildə Yaponiyanın Mino əyalətində doğulmuşdur. O, 11 yaşında Rinzay sektasının keşişi olmuş və özünə buddist ad olaraq Qibon adını seçmişdir. 50 il keşişlik etdikdən sonra 1811-ci ildə Hakatada yerləşən Şofuku məbədinin 123-cü abbatı vəzifəsini tərk etmişdir. Senqay həyatının son 26 ilində müəllimlik, rəssamlıq və xəttatlıqla məşğul olmuşdur. Onun mürəkkəblə çəkdiyi işlər ciddi sənət kimi olunmaya bilər. Bir çox şəxs onu ziyarət edərək ondan fırça işi istəyirdilər və Senqay onların xahişini yerinə yetirirdi. Onun əsərləri Daruma və Kannon kimi buddist fiqurlara həsr olunmaqla yanaşı, mənzərə, çiçək, bitki və heyvan kimi mövzuları əhatə etmişdir. Onun əsərlərində söz oyunları və zarafatlar yer alırdı.
Tiqon (heyvan)
Tiqon (ing. "Tiger"-pələng və "lion"-şir) — erkək pələng və dişi şir arasənda hibrid yırtıcı heyvan. Tiqonun liqrdan fərqi odur ki, tiqon ata tərəfdən pələng və ana tərəfdən şirdir. Liqr isə əksinə. Tiqonlar da liqrlar kimi təbiətdə görsənmirlər. Tiqonlar hər iki valideynlərinin əlamətlərini daşıyırlar. Məsələn, onun başındakı ləkələr ana genlərindən (şirlər ləkə ilə doğulur), zolaqlar isə ata genlərindən qaynaqlanır. Zooloq ekspertlər deyirlər ki, tiqonlar liqrlardan fərqli olaraq təsadüfən təbiətə düşsə, yaşaya bilər. Çünki tiqonun qaçış sürəti saatda 70–75 km-dir. Bu da ov ovlamaq üçün kifayətdir.
Qiromun oğlu Drust
Qiromun oğlu Drust və ya IV Derst - müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. == Həyatı == Qiromun oğlu Drust və ya IV Derst Qiromun üç oğlundan biridir. "Piktlərin xronikası"nda xəbər verildiyi kimi IV Drest III Drestlə eyni vaxtda hakimiyyətdə olmuşdur. Müxtəlif mənbələrə görə o, bir ildən on beş ilədək hakimiyyətdə olmuşdur. Qiromun oğlu Drust və ya IV Derstin iki qardaşı I Qartnark və Keyltran sonralar Piktlər krallığının davamçıları olmuşdur. Onların başçısı Qvined krallığının hökmdarı Maylquna ərə getmişdir. == Mənbə == Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской.
La-Roş-Qiyon
La-Roş-Qiyon (fr. La Roche-Guyon) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 550 nəfər (1999). «Fransanın ən gözəl kəndləri» siyahısına daxildir Bələdiyyə Paris şəhərinin təxminən 60 km şimal-qərbdə, Serji belediyyənin 32 km qərbdə yerləşir.
Qion Nankay
Qion Nankay (祇園 南海, 1676, Edo[d] – 26 oktyabr 1751) – Yaponiya şairi, xəttatı və bucinqa rəsm sənətinin pionerlərindən biri. Qion Yu əsl adıdır. == Yaradıcılığı == Kii hanında (indiki Vakayama prefekturası) yaşayan bir konfusiçi alimin və həkimin ilk oğlu kimi dünyaya gəlmişdir. Uşaq olanda atası ilə birlikdə Edo şəhərinə gedib Kinoşita Cunandan konfusiçiliyi və Çin poeziyasını öyrənmişdir. Tezliklə Çin dilində şeirlər yazan şair və xəttat kimi tanınmışdır. 1697-ci ildə Kiiyə qayıdaraq hanın rəsmi konfusiçi alimi olmuşdur. 1700-cü ildə qeyri-müəyyən cinayətə görə kiçik bir kənddə dustaq edilmişdir. 10 il sonra bağışlanılmış və Koreya diplomatik nümayəndəliyinin qəbulunda iştirak etməyə dəvət edilmişdir. 1713-cü ildə açılmış yeni məktəbin professoru təyin olunmuşdur. Nankayın spesifik rəsm müəllimi olmamış, öz-özünə təhsil vermişdir.
Qiqo Qabaşvili
Giorgi "Qiqo" İvanes dze Qabaşvili (gürc. გიორგი [გიგო] ივანეს ძე გაბაშვილი; 9 (21) noyabr 1862, Tiflis – 28 oktyabr 1936[…], Tsihisdziri (Acarıstan), Acarıstan Muxtar Respublikası) gürcü rəssam və pedaqoq. Realist məktəbinin ilk gürcü nümayəndələrindən biri. Yaradıcılığı şərqşünas obyektivlər vasitəsilə gündəlik həyatın müxtəlif mövzularını, mənzərələrini və səhnələrini əhatə etməsi ilə məşhurdur. Qərbdə çox tanınmasa da, Qabaşvilinin rəsmləri çox yüksək qiymətləndirilir, 19-cu əsrin sonlarında rəssamın amerikalı biznesmen Çarlz Riçard Kreninin sifarişi ilə çəkilmiş Səmərqənddəki Bazar əsəri 2006-cı ildə Christie's-də 1,36 milyon dollara satıldı. == Bioqrafiya == 9 noyabr 1862-ci ildə Gürcüstanın (o zamanlar Rusiya İmperiyasının bir hissəsi) Tbilisi şəhərində anadan olan Qabaşvili təhsilini İmperator İncəsənət Akademiyası (1886–1888) və Münhen İncəsənət Akademiyasında (1894–1897) almışdır. Vətənə qayıdaraq Tiflisdə fərdi sərgisi ilə təltif olunan ilk rəssam kimi debüt etdi. 1900–1920-ci illərdə Qafqaz İncəsənətin Təbliği Dərnəyinin nəzdindəki sənət məktəbində dərs demişdir. Qabaşvili Tbilisi Dövlət Rəssamlıq Akademiyasının qurucu professorlarından biri idi (1922) və Gürcüstan SSR Xalq artisti fəxri adına layiq görülmüşdür (1929). Dövrün məşhur rəssamları Apollon Kutateladze və Yelena Axvlediani ilə eyni sırada dərs demişdir.
GIGO (zibil girən zibil çıxar)
GIGO (zibil girən zibil çıxar) - (ingiliscə GIGO (garbage in, garbage out), rusca “мусор на входе, мусор на выходе” – hesablama texnikasında: kompüterin təbiətini və orada yerinə yetirilən prosesləri xarakterizə edən aksiomlardan biri; prosesin girişinə yanlış və ya korlanmış verilənlər daxil olduqda nəticə də yanlış və ya korlanmış alınır. garbage - (rusca мусор) - tullantı – dəyərsiz verilənlər; yanlış və ya korlanmış verilənlər. garbage collection (GC) - rusca сборка мусора - tullantı toplama – yaddaşın istifadə olunmayan bloklarını boşaldan və onları “boş” kimi nişanlayan silmə üsulu. Bütün yaddaş sahəsi boyu səpələnməş “boş” blokların yerdəyişmə yolu ilə iri “boş” blok şəklində bir yerə toplanması da belə adlandırılır. == Microsoft Windows == [1] Zibil qutusu (Корзина, Recycle Bin) İşçi stol üzərindəki hər bir nişan və yarlıq konkret obyekti təmsil edir. Həmin obyekt haqqında informasiya almaq üçün kursoru nişanın üzərinə qoyub siçanın sağ düyməsini sıxmaq, açılmış menyuda Xassə (Свойства, Properties) əmrini yerinə yetirmək lazımdır. Bu zaman açılmış pəncərədə obyektin tipi, həcmi/, yaranma tarixi, harada yerləşməsi və s. atributlar barədə məlumat əldə etmək mümkündür. İşçi stolun üzərindəki nişanı və ya yarlığı ləğv etmək üçün kursoru nişanın üzərində qoyub, siçanın sol düyməsini sıxmaqla onu qeyd etmək, sonra isə klaviaturadan “Delete” düyməsini basmaq lazımdır. Bu zaman onun təmsil etdiyi obyektləri – fayl və ya qovluğu Zibil qutusuna göndərmək haqda pəncərədi açılır.