Qion Nankay

Qion Nankay (祇園 南海?, 1676, Edo[d]26 oktyabr 1751)Yaponiya şairi, xəttatı və bucinqa rəsm sənətinin pionerlərindən biri. Qion Yu əsl adıdır.

Qion Nankay
yap. 祇園南海
Doğum tarixi 1676
Doğum yeri
Vəfat tarixi 26 oktyabr 1751(1751-10-26)
Fəaliyyəti rəssam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
Əsərlərindən bir hissə.

Kii hanında (indiki Vakayama prefekturası) yaşayan bir konfusiçi alimin və həkimin ilk oğlu kimi dünyaya gəlmişdir.[1] Uşaq olanda atası ilə birlikdə Edo şəhərinə gedib Kinoşita Cunandan konfusiçiliyi və Çin poeziyasını öyrənmişdir.[1] Tezliklə Çin dilində şeirlər yazan şair və xəttat kimi tanınmışdır. 1697-ci ildə Kiiyə qayıdaraq hanın rəsmi konfusiçi alimi olmuşdur.[1] 1700-cü ildə qeyri-müəyyən cinayətə görə kiçik bir kənddə dustaq edilmişdir.[1] 10 il sonra bağışlanılmış və Koreya diplomatik nümayəndəliyinin qəbulunda iştirak etməyə dəvət edilmişdir.[1] 1713-cü ildə açılmış yeni məktəbin professoru təyin olunmuşdur.[1]

Nankayın spesifik rəsm müəllimi olmamış, öz-özünə təhsil vermişdir.[1] "Rəssamlığın səkkiz albomu" kimi qravür dərsliklərindən yararlanmışdır.[1] Nankayın bucinqa sənətinə marağının hardan qaynaqlandığı dəqiq məlum deyil, lakin atası Zen buddizminin Obaku sektasına keçdiyi üçün çinli Obaku keşişlərinin rəsmləri və xəttatlığı ilə tanış olmuşdur.[1] Onun rəsm əsərlərinin və xəttatlıq işlərinin çoxu məhz bu dövrdən sonrasına aiddir.[1] Onun xəttatlıqdakı modeli Çjao Menfu, rəssamlıqdakı modeli isə Tan İn olmuşdur.[1] Lakin onun rəsmlərindəki üslub Yuan dövrünün üslubunlarından XVII əsr üslublarına qədər müxtəliflik göstərirdi və sabit üslubu yox idi.[1]

  • Kodansha Encyclopedia of Japan. III cild. Tokio: Kodansha. 1983. səh. 34. ISBN 0-87011-623-1. İstifadə tarixi: 7 noyabr 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]