Senqay Qibon

Senqay Qibon (仙厓義梵?, 1750[1][2][…], Mino[d], Gifu prefekturası1837[1][2][…], Fukuoka)Yaponiya rəssamı və xəttatı.[3] Onun əsərləri üçün yumor və satira səciyyəvidir.[3]

Senqay Qibon
yap. 仙厓義梵
Doğum tarixi 1750[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1837[1][2][…]
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti bhikşu, rəssam, xəttat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
"Dairə, üçbucaq və kvadrat".

Həyatı[redaktə | mənbəni redaktə et]

Senqay Qibon 1750-ci ildə Yaponiyanın Mino əyalətində[a] doğulmuşdur.[3] O, 11 yaşında Rinzay sektasının keşişi olmuş və özünə buddist ad olaraq Qibon adını seçmişdir.[3] 50 il keşişlik etdikdən sonra 1811-ci ildə Hakatada yerləşən Şofuku məbədinin 123-cü abbatı vəzifəsini tərk etmişdir.[3]

Senqay həyatının son 26 ilində müəllimlik, rəssamlıq və xəttatlıqla məşğul olmuşdur.[3] Onun mürəkkəblə çəkdiyi işlər ciddi sənət kimi olunmaya bilər.[3] Bir çox şəxs onu ziyarət edərək ondan fırça işi istəyirdilər və Senqay onların xahişini yerinə yetirirdi.[3] Onun əsərləri DarumaKannon kimi buddist fiqurlara həsr olunmaqla yanaşı, mənzərə, çiçək, bitki və heyvan kimi mövzuları əhatə etmişdir.[3] Onun əsərlərində söz oyunları və zarafatlar yer alırdı.[3] Ən məşhur əsəri "Dairə, üçbucaq və kvadrat" hesab olunur.[3] Bu əsərdə mürəkkəbin müxtəlif tonlarından istifa etmiş, sürətli və həlledici fırça zərbələrindən yararlanmışdır.[3]

Əsərlərinin böyük hissəsi Tokioda yerləşən İdemitsu İncəsənət Qalereyasında sərgilənir.[3]

Qeydlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Sengai // Union List of Artist Names (ing.).
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Kodansha Encyclopedia of Japan

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 63. ISBN 0-87011-627-4. İstifadə tarixi: 1 yanvar 2023.