Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Raed Həmdan
Raed Həmdan (7 yanvar 1962) — Səudiyyə Ərəbistanını təmsil edən stolüstü tennisçi. == Karyerası == Raed Həmdan Səudiyyə Ərəbistanını 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Əbu Məhəmməd Həmdani
Əbu Məhəmməd əl-Həsən ibn Əhməd əl-Həmdani(ərəb. أبو محمد الحسن بن أحمد بن يعقوب الهمداني‎ ) (akademik İ.Y. Kraçkovski görə — əl-Həsən ibn Əhməd əl-Həmdani, İbn əl-Haiq, İbn əbu əd-Dumayn) (893, Səna — 945, Səna) —Ərəb tarixçisi, filoloqu. == Həyatı == Əbu Məhəmməd əl-Həsən ibn Əhməd əl-Həmdani 893-cü ildə Yəmənin Səna şəhərində anadan olmuşdu.Yaşamının çoxunu Sənada keçirdi. Mükəmməl bir təhsil gördü və çox yer gəzdi; ölkəsini çox yaxşı tanıdı. Bir çox siyasi çəkişmənin içində yer aldı. Bu səbəblə bir dəfə həbsə də atıldı. Amma həbsdən çıxarılması üçün bəzi qəbilələrin üsyanını başladacaq qədər nüfuzluydu. On cildlik ensiklopedik əsəri əl-İklil'in günümüzə yalnızca VIII və X cildləri çatmıdır. Əl-İklil və başqa əsəriSifa Cəzirətü'l-Ərəb (1884-91; Ərəb yarımadası coğrafiyası), Ərəbistan'la ilgili başlıca qaynaqlardandır. Bunlarda Cənubi Ərəbistan şeirinin dəyərli örnəkləri ilə yanaşı qəbilələrin soy-kötüyü, Ərəbistanın topografiyası və tarixi mövzusunda da bir çox bilgi vardır.
Əbu Məhəmməd əl-Həmdani

Büreyr ibn Xudeyr əl-Həmdani
Büreyr ibn Xudeyr əl-Həmdani (ərəb. بُرَيْر بن خُضَيْر ٱلْهَمْدَانِيّ‎) — əslən Yəməndən olan Bəni-Həmdan tayfasının bir qolu olan Bəni-Məşriq nəslindəndir. O, qari idi və Məscidül-Kufədə Quran öyrədirdi. O, həm də tabiinlərdən və Əlinin də səhabəsi idi. Büreyr Hüseyn ibn Əlinin Mədinədən Kərbəlaya hicrət etdiyini eşidəndə Hüseynin ordusuna qoşulmaq üçün Kufəni tərk etdi. == Ömər ibn Sədə etiraz == Hüseynin bəzi səhabələri Ömər ibn Sədi Kərbəla döyüşündə Hüseyn ibn Əlinin su əldə etməsinə icazə vermədiyinə görə qınamışlar ki, onların arasında İbn Sədin yanına gedən Büreyr ibn Xudeyr İbn Sədin yanına gedərək Allahı və Onun Rəsulunu tanıdığını iddia edərkən "peyğəmbər ailəsini susuzluqdan ölümə tərk edib-etməyəcəyini" soruşdu. == Yezidlə mübahilə == Əbdülqeysin müttəfiqi Yezid ibn Moqal Hüseynin düşərgəsinə doğru hərəkət etdi və yaxınlaşaraq uca səslə Büreyr ibn Xudeyri çağırıb soruşdu ki, Allahın onun üçün təyin etdiyi taleyi necə tapdığını soruşdu. Bureyr cavab verdi ki, Allah onun barəsində xeyir, Yezidə isə şər göndərmişdir. Buna cavab olaraq Yezid onu azğınlardan olan yalançı adlandırdı. Büreyr onu "mübahilə"yə (yəni yalançı olana Allahın lənətini yağdırmağa) çağırdı.
Seyf ibn əl-Haris əl-Həmdani
Seyf ibn əl-Haris əl-Həmdani — Aşura günü Kərbəla döyüşündə şəhid. == Nəsil == Seyf ibn Haris (Haras) ibn Surey ibn Cabir əl-Həmdani əl-Cabiri əslən Yəməndən olan və Kufədə yaşayan Həmdan qəbiləsinin bir qolu olan Bəni Cabirdən idi. == Kərbəla döyüşündə == Seyf ibn Haris ibn Surey və Malik ibn Abdullah əmioğlu idilər. Kərbəlaya getdilər və Hüseyn ibn Əlinin səhabələrinə qoşuldular. Aşura günü Hüseynin düşmən qoşunu ilə qarşılaşdığını gördükdə ağlaya-ağlaya onun yanına getdilər. Hüseyn onlara dedi: "Ey əmioğlular! Niyə ağlayırsınız? Vallah, inşallah gözləriniz tezliklə (cənnətə) nurlanar." Cavab verdilər: “Allah bizi sənə qurban eləsin, Allaha and olsun ki, biz özümüz üçün ağlamırıq, lakin ağlamağımız, sizin mühasirəyə düşündüyünüzü görüb müdafiə edə bilməməyimizə görədir." Hüseyn dedi: “Allah sizə müttəqilərə verdiyi mükafatın ən gözəlini sizin səhabəliyiniz və müdafiəniz üçün versin." Hənzələ ibn Əsəd əl-Şibami şəhid olduqdan sonra Seyf və Malik Hüseynə salam verdilər. Hüseyn onların salamına cavab verdi və onlar düşmənə tərəf hərəkət etdilər. Onlar hər ikisi şəhid olana qədər bir-birinə dəstək olaraq vuruşdular.
Heman Hess
Herman İvanoviç Hess (26 iyul (7 avqust) 1802, Cenevrə, Cenevrə kantonu – 30 noyabr (12 dekabr) 1850, Sankt-Peterburq) — Rusiyalı kimyagər. == Tərcümeyi hal == Heman Hess 1802-ci ildə Cenevrə şəhərində rəssam ailəsində anadan olmuşdur. Herman 15 yaşında Derpt şəhərinə köçür, harada ki ilk öncə özəl məktəbdə təhsil alır, daha sonra ise yerli gimnaziyada tehsil alir, hansını ki 1822-ci ildə mükəmməl şəkildə başa vurur. Gimnaziyanı bitirdikdən sonra isə, o yerli Derpt universitetində tibb fakültəsinə daxil olur, harada ki, kimya elminə qeyri-üzvi və analitik kimya üzrə mütəxəssiz olan Hodfird Ozanna'dan yiyələnir.1825-ci ildə Gess tibb elmlər doktoru dərəcəsinə çatmaq üçün nəzərdə tutulan məqaləni mudafiə edir. Universiteti bitirdikdən sonra Ozanna ilə, tərəf müqavili olaraq, o Ozanna tərəfindən yarımillik təyinat verilir və o Stokholma, Yens Berselius labaratoriyasına yola düşür. Orada Gess bəzi mineralların, analizi ilə məşğul olur. Dahi kimyaçı isə onun haqqında belə demişdir:"bu oğlanın çox gözəl əqli var, onun gələcəyi parlaq görünür. Onun bilikləri əla sistemləşmiş formadadır." Derpt şəhərinə qayıdar-qayıtmaz Irkutskda vəzifə alır. Onun vəzifəsi isə, tibbi praktika ilə, məşğul olmaq idi. İrkutsda belə o, mineral suların müalicəvi təsiri və kimyəvi analizi ilə məşğul idi.