Seyf ibn əl-Haris əl-Həmdani

Seyf ibn əl-Haris əl-HəmdaniAşura günü Kərbəla döyüşündə şəhid.

Seyf ibn əl-Haris əl-Həmdani
سیف بن الحارث بن سُرَیع الهمدانی
Vəfat tarixi
Vəfat yeri Kərbəla, İraq
Vəfat səbəbi Kərbəla döyüşündə şəhid
Milliyyəti ərəb
Dini İslam

Nəsil[redaktə | mənbəni redaktə et]

Seyf ibn Haris[1] (Haras)[2] ibn Surey ibn Cabir əl-Həmdani əl-Cabiri əslən Yəməndən olan və Kufədə yaşayan Həmdan qəbiləsinin bir qolu olan Bəni Cabirdən idi.[3]

Kərbəla döyüşündə[redaktə | mənbəni redaktə et]

Seyf ibn Haris ibn Surey və Malik ibn Abdullah əmioğlu idilər. Kərbəlaya getdilər və Hüseyn ibn Əlinin səhabələrinə qoşuldular.

Aşura günü Hüseynin düşmən qoşunu ilə qarşılaşdığını gördükdə ağlaya-ağlaya onun yanına getdilər. Hüseyn onlara dedi: "Ey əmioğlular! Niyə ağlayırsınız? Vallah, inşallah gözləriniz tezliklə (cənnətə) nurlanar."

Cavab verdilər: “Allah bizi sənə qurban eləsin, Allaha and olsun ki, biz özümüz üçün ağlamırıq, lakin ağlamağımız, sizin mühasirəyə düşündüyünüzü görüb müdafiə edə bilməməyimizə görədir."

Hüseyn dedi: “Allah sizə müttəqilərə verdiyi mükafatın ən gözəlini sizin səhabəliyiniz və müdafiəniz üçün versin."

Hənzələ ibn Əsəd əl-Şibami şəhid olduqdan sonra Seyf və Malik Hüseynə salam verdilər. Hüseyn onların salamına cavab verdi və onlar düşmənə tərəf hərəkət etdilər. Onlar hər ikisi şəhid olana qədər bir-birinə dəstək olaraq vuruşdular.[4][1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Tabari. Ṭabarī, Tārīkh al-umam wa l-mulūk. 5. 442. 2021-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.
  2. Samāwī. Ibṣār al-ʿayn. 132. 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.
  3. Samʿānī. al-Ansāb. 419. 2023-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.
  4. Samāwī. Ibṣār al-ʿayn. 132–133. 2023-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.