Əbu Məhəmməd əl-Həsən ibn Əhməd əl-Həmdani(ərəb. أبو محمد الحسن بن أحمد بن يعقوب الهمداني ) (akademik İ.Y. Kraçkovski görə — əl-Həsən ibn Əhməd əl-Həmdani, İbn əl-Haiq, İbn əbu əd-Dumayn)[1] (893, Səna — 945, Səna) —Ərəb tarixçisi, filoloqu.
Əbu Məhəmməd əl-Həmdani | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Səna, Yəmən |
Vəfat tarixi | |
Vəfat yeri | Səna, Yəmən |
Milliyyəti | ərəb |
Əbu Məhəmməd əl-Həsən ibn Əhməd əl-Həmdani 893-cü ildə Yəmənin Səna şəhərində anadan olmuşdu.Yaşamının çoxunu Sənada keçirdi. Mükəmməl bir təhsil gördü və çox yer gəzdi; ölkəsini çox yaxşı tanıdı. Bir çox siyasi çəkişmənin içində yer aldı. Bu səbəblə bir dəfə həbsə də atıldı. Amma həbsdən çıxarılması üçün bəzi qəbilələrin üsyanını başladacaq qədər nüfuzluydu. On cildlik ensiklopedik əsəri əl-İklil'in günümüzə yalnızca VIII və X cildləri çatmıdır. Əl-İklil və başqa əsəriSifa Cəzirətü'l-Ərəb (1884-91; Ərəb yarımadası coğrafiyası), Ərəbistan'la ilgili başlıca qaynaqlardandır. Bunlarda Cənubi Ərəbistan şeirinin dəyərli örnəkləri ilə yanaşı qəbilələrin soy-kötüyü, Ərəbistanın topografiyası və tarixi mövzusunda da bir çox bilgi vardır. Bunların xaricində günümüzə qədər çatmamış, yalnızca adları bilinən Sirr ül-hikmə, Kitab ül-hayavan il-müfteris, Kitab ül-qüvvə adlı əsərlər də onundur.
Əbu Məhəmməd əl-Həmdani 945-ci ildə vəfat edib.