Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İlkay Gündoğan
İlkay Gündoğan (24 oktyabr 1990, Helzenkirxen, Şimali Reyn-Vestfaliya) — La Liqa təmsilçisi "Barselona" klubunda çıxış edən Almaniya futbolçusu, Almaniya milli futbol komandasının üzvü.
İlay Erkök
İlay Erkök (d. 1 oktyabr 1993, İstanbul) — Türk aktrisa. == Həyatı == İlay Erkök 1 oktyabr 1993-cü ildə İstanbulda anadan olmuşdur. İstanbul Universiteti Dövlət Konservatoriyası məzunudur. İlk olaraq 2013-cü ildə "Günəşi Beklerken" adlı serialda Demet obrazını canlandırdı. Daha sonra İnadına Aşk (2015-2016) adlı serialda, Hayatımın Aşkı (2016) adlı serialda və Çetin Çeviz 2 adlı filmdə rol aldı. 2017-ci ildə ise "Seni Gidi Seni" ve "İlk Öpücük" filmlərində rol aldı. 2018-ci ildə ise Darısı Başımıza adlı serialda "Nur" obrazını canlandırdı. 2019-cu ildən bəri Hercai adlı serialda "Yaren Şadoğlu" obrazını canlandırıyor.
İlay Uollak
Eli Vallax (ing. Eli Herschel Wallach, (d. 7 dekabr 1915, Nyu-York — v. 24 iyun 2014, Nyu-York) — ABŞ aktyoru. == Həyatı == Kino karyerasına 1956-cı ildə Baby Doll adlı filmlə başladı. Bu film ilə ən yaxşı çıxış aparan aktyor kimi BAFTA mükafatını qazandı. Kino karyerasındakı ən böyük çıxışı isə Tuco xarakteriylə "Yaxşı, pis, zalım" filmində etdi. 24 iyun 2014-cü ildə vəfat etmişdir. == Filmoqrafiya == Baby Doll (1956) The Lineup (1958) Yeddi oğru (1960) Qanuni Yeddilik (1960) The Misfits (1961) Gənc adam Hemingwayın macəraları (1962) Qərb necə qazandı? (1962) Viktorlar (1963) Birinci hərəkət (1963) Ay-Dönən adamlar (1964) Prezidəntə öpüşlər (1964) Lord Cim (1965) Çingiz xan (1965) Lalədə bir çiçəkdir (1966) Milyonu necə oğurlamaq olar?
İlqar İlkin
İlqar İlkin (Bayraməliyev İlqar Bayraməli oğlu; 15 mart 1972, Yormuğanlı, Kaxetiya) — Birlik jurnalının baş redaktoru, şair, Azərbaycan Yazıçılar Birliyinin və Ulduz jurnalının redaksiya heyətinin üzvü. == Həyatı == Bayraməliyev İlqar Bayraməli oğlu 1972-ci ildə Gürcüstan, Saqareco rayonu, Qaraçöp mahalında anadan olub. === Ailəsi === Ailəlidir. Bir oğlu, bir qızı var. === Təhsili === 1979-cu ildə Yor-Muğanlı kənd orta məktəbinə daxil olub, 1989-cu ildə Bakı şəhəri, 5 saylı kimya-biologiya təmayüllü internat məktəbini bitirib. 1990-95-ci illərdə Bakı Dövlət Üniversitetinin filologiya fakültəsində filoloq ixtisası üzrə təhsili alıb. == Fəaliyyəti == === Mətbuat və diaspor fəaliyyəti === Tələbəlik illərindən yaradıcılıq fəaliyyətilə aktiv şəkildə məşğul olub və şeirlərim aparıcı qəzet və jurnallarda nəşr olunub. 100-ə yaxın kitabın redaktoru olub. 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və “Ulduz” jurnalının redaksiya heyətinin üzvüdür. 1998-ci ildə yaradılan Dünya Gənc Türk Yazarlar Birliyinin əsas yaradıcılarından biri olub, 2004-ci ildən təşkilatın Məclis sədri olub.
Alkan
Alkanlar (Doymuş karbohidrogenlər və ya Parafinlər) — yalnız karbon (C) və hidrogen (H) elementlərindən təşkil olunmuş və CnH2n+2 formuluna cavab verən doymuş karbohidrogenlərdir. Məsələn bir karbonu olan metanın formulu CH4 Alkanlardan bir hidrogen çıxarılması ilə əldə edilən grupa alkil grupu (radikal qrup) deyilir ve 'R' ilə göstərilir. Məsələn metandan bir hidrogen çıxarılırsa metil (CH3), etandan bir hidrogen çıxarılırsa etil (C2H5) əldə edilir. Bu molekullar daha bir rabitə yaradaraq karbohidrogen zəncirinə bağlanır. CnH2n+2 kimi yazılır. Alkanların şaxələnməsi üçün, formuldakı n ədədi 3-dən böyük (n>3), halqalı (tsiklo) halında ola bilməsi üçünsə 2-dən böyük olmalıdır (n>2). == Alkanlarda izomerlik == Üç karbondan artıq karbonu olan alkanlarda izomerilik xüsusiyyəti vardır. Ən sadə izomer, şaxələnməmiş olan normal (n-) izomerdir. Bu izomer şaxələnərək çox saylı izomerlər yarada bilər. Karbonun sayı artdıqca şaxələnmə növü və sayı artdığından izomer sayı da artar.
Alkoy
Alkoy (isp. Alcoy) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vals-d-Alkoy ərazisinin 129,86 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 61417 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 60 km uzaqlıqda yerləşir.
Altay
Altay — kişilərə verilən ad. Şəxslər Altay Yusifoğlu — nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, Altay Zahidov — Azərbaycan jurnalisti. Fəxrəddin Altay — Türkiyəli hərbçi və siyasətçi. Yerlər Altay Respublikası — Rusiya Federasiyası subyektlərindən biri, muxtar inzibati- ərazi vahidi. Altay diyarı — Rusiya Federasiyası subyektlərindən biri, inzibati- ərazi vahidi. Altay vilayəti — Çində bir vilayət. Altay — Altay vilayətinin paytaxtı. Altay dağları — Asiyada dağ sistemi. Digər Altay tankı — Türkiyədə istehsalı planlaşdırılan tank. Altay — Türkiyənin futbol klubu.
Likak
Likək və ya Likak — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Bəhməi şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 12,226 nəfər və 2,201 ailədən ibarət idi.
Likan
Canavar adam (yun. λυκάνθρωπος, ing. Werewolf, alm. Werwolf‎, ukr. Вовкулака, fr. loup-garou) – insandan canavara (və yaxud əksinə) çevrilmək xüsusiyyətinə malik olan mifik varlıq. Qurd adam bütöv ay sırasında qurd kimi qorxunc bir bədheybətə dönüşən əfsanəvi insandır. Bir insanın bir heyvan şəklində, xüsusən də canavar şəklində olması, canavar əfsanəsinin mənşəyi üçün kifayət qədər bir izah deyil. Ümumiyyətlə, bir canavar tərəfindən dişlənmə və ya müəyyən bir ayda doğulma kimi tanınır. Qurd adam hekayələri uzun müddətdir müxtəlif mənbələrdə və cəmiyyətlərdə tapılmışdır.
İbray
İbray (Avurğazı)
İlham
İlham — kişi adı, soyadı və təxəllüsü. İlham Axundov — İlham Əliyev (dəqiqləşdirmə) İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən). İlham Əliyev (deputat) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. İlham Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. İlham Əliyev (jurnalist) — jurnalist, Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri. İlham Əhmədov İlham Əhmədov — Azərbaycan aktyoru, rejissor. "İlham" Miniatür teatrının direktoru və bədii rəhbəridir. İlham Əhmədov (alim) — alim, həkim. İlham Əsgərov — Azərbaycan aktyoru. İlham Həsənov — Azərbaycan Milli Qəhrəmanı İlham İsmayılov (əsgər) — şəhid İlham Məmmədli — Azərbaycan alimi, jurnalist.
İlmaya
İlqar
İlqar — Kişi adı və təxəllüs. İlqar Məmmədov İlqar Məmmədov (riyaziyyatçı) — Azərbaycanlı alim. İlqar Məmmədov (siyasətçi) — siyasətçi, Respublikaçı Alternativ hərəkatının sədri. lqar Məmmədov (hərbçi) — Ali Hərbi Məktəbin rəisi. İlqar Məmmədov (idmançı) — Azərbaycanlı qılıncoynatma ustası, rapiraçı.
İlyas
Qur`ani-Kərimdə iki yerdə İlyasın adı gəlib, biri "Ən`am" surəsində, o birisi isə "Saffat" surəsində. "Ənam" surəsində Allah taala buyurur: -"Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə qovuşdurduq). Onların hamısı buna layiqli idilər. "Saffat" surəsində buyurur: -"Həqiqətən, İlyas da (Bizim tərəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir! Bir zaman o öz tayfasına belə demişdi: -"Siz (bütlərə ibadət etməklə) Allahdan qorxmursunuz? Siz yaradanların ən yaxşısını (Allahı) qoyub Bələ (Bəl adlı bütə) ibadət edirsiniz? Həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəlki atalarınızın (babalarınızın) Rəbbi olan Allahı (tərk edirsiniz)?" Lakin onlar onu təkzib etdilər, buna görə də (Qiyamət günü Cəhənnəmə) gətiriləcəklər. Yalnız Allahın xalis bəndələrindən başqa! Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. (Onu belə yad edirlər:) "İlyasinə (İlyasa) salam olsun!" Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
İnkar
İnkar (inversiya, lat. inversio — çevriliş sözündən, məntiqi "YOX") məntiqdə — hökmlər üzərində vahid bir əməliyyat, nəticəsi orijinala "əks" olan bir qərar (müəyyən mənada). Qərarın qarşısında ¬ işarə və ya — ilə göstərilir. məntiq əməllərindən biri; məntiqi nəticələrdə “doğru deyil” ifadəsi kimi işlədilir; fəlsəfi kateqoriya. Materialist dialektikaya görə, inkar inkişafın zəruri momenti, şeylərin keyfiyyət dəyişkənliyinin şərtidir; qrammatikada əşyanın, keyfiyyət əlamətlərinin, hərəkət və ya vəziyyətin yoxluğunu, eləcə də narazılıq, etiraz bildirən kateqoriya. Həm klassik, həm də intuisistik məntiqdə "ikiqat inkar" ¬ ¬ A {\displaystyle \neg \neg A} qərarın nəticəsidir A {\displaystyle A} , yəni bir teatoloji var: A → ¬ ¬ A {\displaystyle A\rightarrow \neg \neg A} . Əks ifadəsi ¬ ¬ A → A {\displaystyle \neg \neg A\rightarrow A} klassik məntiqdə doğrudur (ikiqat inkar qanunu), lakin intuisistik cəhətdən tutmur. Yəni, istədikləri ifadənin rədd edilməsi, klassik məntiqdən fərqli olaraq, intuisistik bir sübut kimi xidmət edə bilməz. İki məntiqi sistem arasındakı bu fərq ümumiyyətlə əsas hesab olunur. == Ədəbiyyat == Əliquliyev R..
İsekay
İsekay (yaponca: 異世界) (hərf. "fərqli dünya") – Yaponiya fentezi anime, manqa, ranobe və videooyunlarının altjanrı. Bu altjanrda heç bir fərqli xüsusiyyəti olmayan personaj paralel kainata düşür və ya həbs olur. Çox vaxt bu kainatlar bu personajların dünyasında uydurma kainat kimi məlumdur, lakin bəzən bu onlara məlum olmaya ola bilər. Bu kainat virtual dünya da ola bilər (məsələn, "Sword Art Online") və ya tamamilə fərqli və ancaq protaqonistin əvvəlki dünyadan xatirələr daşıdığı dünya da (məsələn, "Saga of Tanya the Evil") ola bilər. Bəzən isə ikisi də baş verə bilər. Məsələn "Log Horizon" və "Overlord" seriyalarında virtual reallıq reallığa çevrilir. == Xarakteristika == Bu altjanr arzunun həyata keçirilməsi ilə xarakterizə olunur: NEET, oyunçu və ya hikikomori xüsusiyyətləri daşıyan şəxs fərqli dünyaya transportasiya olur. Yeni fentezi dünyasında onlar real həyatda onlar üçün əhəmiyyətli olmayan oyun bacarıqlarından istifadə edə bilirlər. Onların yeni dünyada əldə etdikləri güc bəzən hər kəsi məhv edəcək qədər güclü (məsələn, "In Another World With My Smartphone") və ya çox zəif ola bilər (məsələn, "Re:Zero"-da baş qəhrəman öləndə yenidən dirilmək gücündən başqa heç bir gücə malik deyil).
İskya
İskya — Kampaniya (İtaliya) vilayətinin Neapol əyaləinə məxsus İskya adasında yrləşən kiçik icmaya malik, bir turist şəhəri. Şəhər icması 18 864 nəfərdən ibarətdir. == Demoqrafiya == İskya icması 8378 evdən ibarətdir. 1991-2001-ci illərdə əhali sayı 16013 dən 18253 nəfərədək - 14 % artmışdır.
İmkan
İmkan — varlığın determinasiya əlaqələrini ifadə edən kateqoriyalardan biri. kafilik, reallaşması mümkün olan vəziyyət; həyatın hər bir hadisəsində mövcud olan inkişaf istiqaməti; həm qarşıdan gələn, həm də izahedici, yəni kateqoriya kimi çıxış edir. == Tarixi == İmkan və ya potensiya anlayışı Aristotel tərəfindən ilk dəfə işlənib hazırlanmışdır. Aleksandr Baumqarten mümkün olanı (lat. possibile – mümkün) “tərkibində ziddiyyət olmayan şey” kimi müəyyən etmişdir. Konsepsiyanın kateqorik mahiyyəti Q.İhqeyzer (1933), A.Gehlen və V.Kamlax tərəfindən qeyd edilmişdir. Kateqorik şərhin fəlsəfi əsasları Vilhelm Diltey tərəfindən qoyulmuşdur. İmkan anlayışı rasional şəkildə tamamilə izah edilə bilməz: hər bir ehtimalda ehtimal olunan qeyri-mümkünlük, “qeyri-mümkün olanın mümkünlüyü” var. İmkan nəyin ola biləcəyini bilməklə müəyyən edilmir. Ehtimalları, imkanları bilmək həmişə imkanımıza təsir etmir.
Ablakim İlmiy
Ablakim İlmiy — (1887 – 1947, Mecidiya[d], Konstantsa) — krım tatar yazıçı, jurnalist, pedaqoq, ictimai xadim. == Haqqında == Ablakim İlmiy 1887-ci ildə Tavrida quberniyasının Simferopol uyezdinin Duvankoy volostinin Eski-El kəndində anadan olub. İbtidai təhsilini kənd məktəbində aldıqdan sonra Baxçasarayda orta təhsilini davam etdirib. İstanbulda təhsil aldığı dövrdə krım tatar tələbələrinin gizli "Tələbə cəmiyyəti" təşkilatına üzv olub. Burada o Krım tatar milli hərəkatının fəalları Cəfər Seyidəhməd Krımər, Noman Çələbi Cihan, Həbibulla Odabaş ilə tanış olur. Ablakim İlmiyin "Xanların çəhrayı gül bağı və ya Krımın tarixi" kitabının tərcüməsi onu tanıdan əsas əsərlərdən biri olur. Bu əsər 1811-ci ildə Gəraylar nəslindən olan Həlim Gəray tərəfindən Krım xanlığının tarixi haqqında yazılıb. 1909-cu ildə Ablakim İlmiy öz şərhləri ilə bu əsərin tərcüməsini İstanbulda çap etdirdi. 1914-cü ildə Ablakim İlmiy Krıma geri dönür. Tavdair mədrəsəsinin rektoru kimi fəaliyyət göstərir.
Abıyev İlkin
İlkin İslam oğlu Abıyev (18 yanvar 1995; Biləsuvar rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Abıyev 1995-ci il yanvarın 18-də Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. 2002-2013-cü illərdə Əsgərabad kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == İlkin Abıyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan İlkin Abıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İlkin Abıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Alakay (İşembay)
Alakay (başq. Алаҡай, rus. Алакаево) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Skvorçixa kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 12 km, kənd sovetliyindən (Skvorçixa): 20 km. ən yaxın dəmiryol stansiyasından (Salavat stansiyası): 6 km.
Albay Əfəndi
Abbas Zahid oğlu Babayev səhnə adı ilə Albay Əfəndi (16 fevral 1986, Bakı, Azərbaycan) — repçi, yazar. Albay - təxəllüsünü Türkiyə hərbi sistemində polkovnik anlamına gələn rütbədən götürmüşdür. Albay Sheriff adını 2007-ci ildə Albay Əfəndi olaraq dəyişdirmişdir. İxtisasca iqtisadçıdır. Musiqi və ədəbiyyatdan başqa, səs rejissorluğu sahəsində də fəaliyyət göstərir. Musiqi karyerasına 2001-ci ildə özünün də qurulmasında böyük rolu olan RAPressia CLAN adını verdikləri rep birliyində başlamışdır. 2011-ci ildə birliyi tərk edərək solo fəaliyyətə başlamış və 2012-ci ildə ilk solo Anomalia albomunu yayımlamışdır. 2012-ci il, Türkiyənin Kurşun Kalem (Qurşun Qələm) ədəbi dərgisinin iyul-avqust, 18-ci buraxılışında Albay Əfəndinin Yeyilmiş Pozan adlı şeiri Türkiyə türkçəsinə tərcümə edilmişdir. Heç bir siyasi, dini partiyaya mənsub deyil. == Həyatı == Albay Əfəndi 16 fevral 1986-cı ildə Bakı şəhərində anadan olub.
Allay xan
Allay xan — türk və altay mifologiyalarında vətən tanrısı. Alay xan və ya Alıy xan olaraq da tanınmaqdadır. Vətəni qoruyar. Nurlu bir görünüşü vardır. Yurduna xəyanət edənlərə xəstəlik və bəla gətirər. İlk Ata olan Elley ilə adında bir əlaqə vardır. Lakin eyni adam olduqlarını iddia etmək o qədər də mümkün görünməməkdədir. Arvadının adı da eynidir: Allay Xanım. == Allay xanım == Vətən, digər variantda isə torpaq ilahəsi. Allay Xanın arvadıdır.
Alpay Azər
Alpay Azər oğlu Əhmədov və ya Alpay Azər (6 oktyabr 1974, Bakı) — Azərbaycanlı yazıçı. == Həyatı == Alpay Azər 6 oktyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. 1981–1991-ci illərdə 159 saylı Bakı şəhər tam orta məktəbində və H. Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər liseyində təhsil alıb. 1993–1999-cu illərdə Sankt-Peterburq Dövlət Universitetinin "Şərqşünaslıq" fakültəsində oxuyub. 1999–2001-ci illərdə həmin universitetin "Beynəlxalq münasibətlər" fakültəsinin aspirantı olub. Tarix üzrə fəlsəfə doktorudur. Hazırda Bakı Slavyan Universitetində dosent kimi pedaqoji fəaliyyətini davam etdirir. Mərhum yazıçı Azər Abdullanın oğludur. Evlidir, iki övladı var. == Fəaliyyəti == 2010-cu ildən Alpay Azər imzası ilə mətbuatda dərc olunmağa başlayıb.
Alpay Özalan
Alpay Özalan - əvvəlki Türkiyə futbolçusu. 2008-ci ildə futbolçu karyerasını qurtarıb. FİFA Dünya Kubokunun (2002) və FİFA Konfederasiyalar Kubokunun (2003) bürünc medal alıb. Bu gün Siitsporun məşqçisidir. == Klub karyerası == === Türkiyə klubları === Alpay öz karyerasını 1992-ci ildə "Altay" klubunda başlamışdı. Onun müvəffəqiyyətli oyunu ona Türkiyənin ən gülcü klublarının diqqətini cəlb edəndən sonra, 1993-cü ildə Alpay "Beşiktaş" komandası ilə müqaviləni imzaladı. O Türkiyənin Super Liqasında altı ayın ərazisində üç qırmızı vərəqə alaraq, yeni rekord əyin etmikdi. "Beşiktaş"da Özalan 148 oyun çempionatda oynamışdı, və 9 oyun ölkə kubokunda. 1999-cü ildə, "Beçiktaş"da altı il oynamaqdan sonra, onun kontraktın "Siirt Jetapspor" almışdı, sonra "Fənərbaxça"ya arendaya verilmişdi. "Fənərbaxça" üçün Alpay 1 sezonda, 29 oyun oynamışdı və 3 qol vurmuşdu.