Alpay Azər

Alpay Azər oğlu Əhmədov və ya Alpay Azər (6 oktyabr 1974, Bakı) — Azərbaycanlı yazıçı.

Alpay Azər
Alpay Azər oğlu Əhmədov
Təxəllüsü Alpay Azər
Doğum tarixi (50 yaş)
Doğum yeri Bakı şəhəri, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Azər Abdulla[1]
Təhsili Sankt-Peterburq Dövlət Universiteti[2]
İxtisası beynəlxalq münasibətlər[3]
Fəaliyyəti yazıçı
Fəaliyyət illəri 2010–h.h
Əsərlərinin dili azərbaycanca
İstiqamət nəsr
Janrlar hekayə
roman
İlk əsəri "Şax yeriyənlər"
Tanınmış əsərləri "Şax yeriyənlər" (2012)[4]
"Yazıçı və arvadı" (2018)[5][6]
"Həyat epikrizi" (2020)[7][8]
Mükafatları "Yusif Səmədoğlu" mükafatı (2013)[9][10]
"Mahmud Kaşğarlı" mükafatı (2014)[11][12]

Alpay Azər 6 oktyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. 1981–1991-ci illərdə 159 saylı Bakı şəhər tam orta məktəbində və H. Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər liseyində təhsil alıb. 1993–1999-cu illərdə Sankt-Peterburq Dövlət Universitetinin "Şərqşünaslıq" fakültəsində oxuyub. 1999–2001-ci illərdə həmin universitetin "Beynəlxalq münasibətlər" fakültəsinin aspirantı olub.[3] Tarix üzrə fəlsəfə doktorudur. Hazırda Bakı Slavyan Universitetində dosent kimi pedaqoji fəaliyyətini davam etdirir.[2] Mərhum yazıçı Azər Abdullanın oğludur.[1] Evlidir, iki övladı var.

2010-cu ildən Alpay Azər imzası ilə mətbuatda dərc olunmağa başlayıb. Həmin ildən "Azərbaycan", "Ulduz", "Literaturnı Azerbaycan" jurnalları və "Ədəbiyyat" qəzeti kimi ədəbi orqanlarda, dövri mətbuatda müntəzəm şəkildə çap olunub.[13]

2011-ci ildə Azərbaycanda keçirilən III Nəsimi Milli Ədəbiyyat (Debüt) müsabiqəsində nəsr üzrə nominasiyada 2-ci yeri tutub.[14][15]

"Azadlıq" radiosunun 2012-ci ildə keçirdiyi hekayə müsabiqəsində "Ən yaxşı 10 hekayədən biri" nominasiyasına layiq görülüb.[16]

2013-cü ildə "Şax yeriyənlər" hekayələr kitabı ilə Azərbaycan Yazıçılar Birliyinin keçirdiyi ədəbi müsabiqədə Yusif Səmədoğlu adına nəsr nominasiyasının qalibi olub.[9][10]

2014-cü ildə III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinin Azərbaycan üzrə qalibi olub.[11][12] Müsabiqənin beynəlxalq mərhələsində isə üçüncü yerin sahibi olub.[17][18]

2020-ci ildə Mir Cəlal hekayə müsabiqəsində həvəsləndirici mükafata layiq görülüb.[19][20]

2021-ci ildə Monteneqroda çap edilən "Müasir Azərbaycan ədəbiyyatı" almanaxında əsərlərinə yer verilib.[21][22]

2021-ci ildə "Ay işığında tabut" adlı hekayəsi TEAS Press nəşriyyatının 44 günlük müharibəyə həsr etdiyi "44 fəsil" adlı kitabda yer alıb.[23]

2012-ci ildə "Şax yeriyənlər" adlı hekayələr toplusu işıq üzü görüb.[24] Kitabda şəhər həyatını, qadın-kişi münasibətlərini, uşaq və yeniyetmə psixologiyasının həssas məqamlarını, eləcə də bəzi adət-ənənələrə yumoristik-ironik yanaşmanı əks etdirən hekayələr yer alıb.[4]

2018-ci ildə "Yazıçı və arvadı" adlı hekayələr kitabı nəşr edilib.[25] "Hisslər və macəralar" silsiləsindən olan hekayələr, Azərbaycan və Rusiya mühitində qadın-kişi münasibətlərindən, yeniyetmələrin ilk duyğusal sevgilərindən, dostluq macəralarından, gənclərin "şəxsi həyat, yaxud karyera" dilemması qarşısındakı yaşantılarından bəhs edir.[5][6]

2020-ci ildə "Həyat epikrizi" adlanan ilk romanı ilə oxucularının görüşünə gəlib.[7] Sosial mövzulu əsər insanın borc alıb qaytara bilməməsindən, eyni zamanda yaxşılıq etməkdən bezməsindən, bir sözlə, insanın maddi nəsnələrdən asılılığından bəhs edir.[8][26]

  1. 1 2 "Azərbaycanlı yazıçı və oğlu koronavirusa yoluxdu" (az.). news.day.az = 2022-08-12. 2021-03-03. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  2. 1 2 ""Öndə nazir müavini, iki-üç deputat-teleulduz oturmuşdu..."" (az.). www.qafqazinfo.az = 2022-08-12. 2013-06-05.
  3. 1 2 "Alpay Azər: "Ədəbiyyata 35 yaşımda gəldim"" (az.). www.kulis.az = 2022-08-12. 2016-03-16. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  4. 1 2 "Alpay Azərin ilk hekayələr kitabı çap olundu" (az.). www.avanqard.net = 2022-08-12. 2012-11-02. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  5. 1 2 "Alpay Azərin növbəti hekayələr toplusu çap olunub" (az.). www.edebiyyatqazeti.az = 2022-08-12. 2018-03-07. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  6. 1 2 "Alpay Azərin "Yazıçı və arvadı" hekayələr kitabı nəşr olundu" (az.). www.525.az = 2022-08-12. 2018-03-07.
  7. 1 2 "Alpay Azərin romanı çap olundu" (az.). www.kulis.az = 2022-08-12. 2020-12-30. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  8. 1 2 "Alpay Azərdən "Həyat epikrizi"" (az.). www.525.az = 2022-08-12. 2021-01-14. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  9. 1 2 "Yazıçılar Birliyi qaliblərin adlarını açıqladı" (az.). www.aznews.az = 2022-08-12. 2013-04-02. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  10. 1 2 "Qaliblər açıqlandı" (az.). www.adalet.az = 2022-08-12. 2013-04-01. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  11. 1 2 "Gənc yazar beynəlxalq mükafatın qalibi oldu" (az.). www.kulis.az = 2022-08-12. 2014-11-06.
  12. 1 2 "Alpay Azər qalib oldu" (az.). www.teleqraf.com = 2022-08-12. 2014-11-06. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  13. "Alpay Azər: "Ədəbiyyata 35 yaşımda gəldim"" (az.). www.kulis.az. 2016-03-16. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  14. "Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin qalibləri açıqlandı (SIYAHI)" (az.). www.modern.az = 2022-08-12. 2011-06-20.
  15. "Nəsimi mükafatının qalibləri açıqlandı - SİYAHI" (az.). www.kulis.az = 2022-08-12. 2011-06-20. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  16. ""Alpay Azər: "Hekayələrimi nahar vaxtı kafelərdə yazıram"" (az.). www.azadlig.org = 2022-08-12. 2012-05-02.
  17. "Üçüncü Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb" (az.). www.azertag.az = 2022-08-12. 2014-12-08.
  18. "Türk dünyasının "İlin ədəbiyyat adamı-2014" laureatları Bakıda mükafatlandırılıb" (az.). www.report.az = 2022-08-12. 2014-12-08.
  19. "Mir Cəlal adına hekayə müsabiqəsi yekunlaşıb" (az.). www.medeniyyet.az = 2022-08-12. 2020-10-14. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  20. "Ay işığında kəndə gətirilən şəhid - Alpay Azərin hekayəsi" (az.). www.kulis.az = 2022-08-12. 2020-11-17. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  21. ""Müasir Azərbaycan ədəbiyyatı" kitabı Monteneqro dilində çapdan çıxıb" (az.). www.azertag.az = 2022-08-12. 2021-06-16. 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  22. "Anar, Çingiz Abdullayev, Vaqif Səmədoğlu Monteneqro dilində…" (az.). www.kulis.az = 2022-08-12. 2021-06-16. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  23. "44 günlük müharibəyə dair kitab nəşr olunub: "44 fəsil"" (az.). www.musavat.com = 2022-08-12. 2021-09-08. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  24. "Alpay Azərin ilk hekayələr kitabı çap edildi" (az.). www.azadlig.org = 2022-08-12. 2012-11-01. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  25. "Alpay Azərin "Yazıçı və arvadı" hekayələr kitabı nəşr olundu" (az.). www.qaynarinfo.az = 2022-08-12. 2018-03-07.[ölü keçid]
  26. "Alpay Azərin ilk romanı çap olundu - Foto" (az.). www.manera.az = 2022-08-12. 2021-01-14. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.