Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəramət
Kəramət – xariqüladə hadisə olub, ruhi paklıq, batini saflıq və Allaha yaxınlıq sayəsində baş verir. Bəzən haqqın təntənəsi və ucalığı haqqında yaranan qeyri-adi hallara kəramət deyilir. Kəramət dedikdə fövqəladə şeylər nəzərdə tutulur. Bu fövqəladəlik bir peyğımbərdə olduğu halda möcüzə, vəlilərdə, seyidlərdə və s. olduğu halda isə kəramət adlanır. Peyğəmbərdə vəhylə həyata keçirildiyi üçün möcüzə, vəlilərdə ilhamla gerçəkləşdiyi üçün kəramətdir. Kəramət əsla peyğəmbərlik iddiasında olmayan şəxsə aiddir.
Şəhadət
Kәlmeyi-şəhadət (ərəb. الشهادة‎ — əş-şəhadə, tərc. "şahidlik ", ) — İslamın iki əsas ehkamını ifadə edən düsturdur. Tək Allaha və Məhəmməd peyğəmbərin onun elçisi olmasına inamı ifadə edir. Müsəlman ibadətlərində şəhadətdən geniş istifadə olunur. == Kәlmeyi-şəhadətin mətni == Ərəbcə: Ərəbcə tələffüzü: Azərbaycanca: == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.
Kəlalə
Kəlalə- İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Kəlalə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,661 nəfər və 6,446 ailədən ibarət idi.
Ədalət
Ədalət — mücərrəd mənalı sözlərdəndir. İnsanlar arasında mübahisəli məsələlərdə düzgün, qərəzsiz qərar verənlər ədalətli adlanırlar. Əxlaqi-hüquqi, həmçinin sosial-siyasi şüur kateqoriyası. Ədalət "Ədl" sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s… buna misal ola bilər. == Ümumi məlumat == Ədalət anlayışı cəmiyyətdə ayrı-ayrı fərdlərin (sosial qrupların) praktiki rolu ilə onların sosial mövqeyi, hüquq və təəhhüdləri, əməl və əcri, əmək və mükafatlandırılması, cinayət və cəzası, insanın xidmətləri və bunların cəmiyyət tərəfindən qəbul edilməsi arasında uyğunluq tələbini ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir. Ədalət şəxsiyyət, cəmiyyət və dövlətin, həmçinin hüquqi münasibətlərdə iştirak edənlərin maraqları arasındakı tarazlığı müəyyənləşdirir, bərabərlik və azadlıq ideyalarını əks etdirir. İctimai şüur tarixində Ədalətin ilk anlamı ibtidai-icma quruluşu normalarına, ümumi qəbul olunmuş qaydalara danışıqsız riayət edilməsinin qəbulu ilə bağlı idi.
Ətalət
Ətalət – cismə başqa cisimlərin təsiri olmadıqda sürətin saxlanması hadisəsinə deyilir. Ətalət hadisəsi nəticəsində çox qısa müddətdə cismin sürətini artırmaq və sürətlə hərəkət edən cismi ani olaraq dayandırmaq qeyri-mümkündür. Cismin Nyutonun birinci və ikinci qanunlarını ödəyən xassəsidir. Kütlə cismin ətalət ölçüsüdur.
Əyalət
Əyalət — ölkə (dövlət) daxilində, bir neçə şəhər və kənddən ibarət olan inzibati-ərazi vahidi.
Əhlət
Əxlat (türk. Ahlat) — Van gölünün şimal-qərb sahilində, əhalisi 35 000 nəfər olan, Bitlis ilinin tərkibində bir ilçə. Şimalında Muş ilinə bağlı Bulanıq və Malazgirt ilçələri, qərbində Muş ili, cənubunda Van gölü, şimal-qərbində Tatvan və Bitlis, şərqində isə yenə Van gölü və Adilcəvaz ilçəsiylə həmsərhəddir. Şəhərin ən qədim sakinləri urartlar buranı Halads adlandırarkən, türklər və iranlılar "Əxlat", kürdlər "Xelat", ermənilər "Xlat", süryanilər "Kelat", ərəblər isə "Xilat" adlandırmışlar. İslam aləmində "Qübbət-ül islam" kimi də tanınır.
Kəlaləq (Kəleybər)
Kəlaləq (fars. كلالق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 512 nəfər yaşayır (107 ailə).
Kəlimeyi-şəhadət
Kәlmeyi-şəhadət (ərəb. الشهادة‎ — əş-şəhadə, tərc. "şahidlik ", ) — İslamın iki əsas ehkamını ifadə edən düsturdur. Tək Allaha və Məhəmməd peyğəmbərin onun elçisi olmasına inamı ifadə edir. Müsəlman ibadətlərində şəhadətdən geniş istifadə olunur. == Kәlmeyi-şəhadətin mətni == Ərəbcə: Ərəbcə tələffüzü: Azərbaycanca: == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.
Kəlmeyi-şəhadət
Kәlmeyi-şəhadət (ərəb. الشهادة‎ — əş-şəhadə, tərc. "şahidlik ", ) — İslamın iki əsas ehkamını ifadə edən düsturdur. Tək Allaha və Məhəmməd peyğəmbərin onun elçisi olmasına inamı ifadə edir. Müsəlman ibadətlərində şəhadətdən geniş istifadə olunur. == Kәlmeyi-şəhadətin mətni == Ərəbcə: Ərəbcə tələffüzü: Azərbaycanca: == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.
Kəlmeyi Şəhadət
Kәlmeyi-şəhadət (ərəb. الشهادة‎ — əş-şəhadə, tərc. "şahidlik ", ) — İslamın iki əsas ehkamını ifadə edən düsturdur. Tək Allaha və Məhəmməd peyğəmbərin onun elçisi olmasına inamı ifadə edir. Müsəlman ibadətlərində şəhadətdən geniş istifadə olunur. == Kәlmeyi-şəhadətin mətni == Ərəbcə: Ərəbcə tələffüzü: Azərbaycanca: == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.
Kəlmeyyi şəhadət
Kәlmeyi-şəhadət (ərəb. الشهادة‎ — əş-şəhadə, tərc. "şahidlik ", ) — İslamın iki əsas ehkamını ifadə edən düsturdur. Tək Allaha və Məhəmməd peyğəmbərin onun elçisi olmasına inamı ifadə edir. Müsəlman ibadətlərində şəhadətdən geniş istifadə olunur. == Kәlmeyi-şəhadətin mətni == Ərəbcə: Ərəbcə tələffüzü: Azərbaycanca: == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.
Kəqaləq (Əhər)
Kəqaləq (fars. كقالق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 785 nəfər yaşayır (204 ailə).
Kəramət Böyükçöl
Kəramət Böyükçöl (tam adı: Kəramət Qəşəm oğlu Nəcəfov; 17 oktyabr 1987, Əliqullar, İmişli rayonu) — Azərbaycan yazıçısı, publisist. == Həyatı və fəaliyyəti == Kəramət Böyükçöl 17 oktyabr 1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Səbail rayonu 51 saylı orta məktəbini bitirib. 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Azərbaycan ictimaiyyəti onu ANS TV-də qonaq olduğu bir verilişdə dediyi erotik şeirlə tanıdı. 2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olmuşdur. 11 noyabr 2015-ci ildə sərt tənqidləri və çıxışları səbəbilə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıb. Böyükçöl 18 avqust 2020-ci ildə kirayə qaldığı bir evdə sərxoş halda Facebook hesabından açdığı canlı yayımda hökuməti tənqid edərkən polis tərəfindən basılmış və zor tətbiq edilərək saxlanılmışdır. O, canlı yayımda ölkənin digər bəzi məşhurlarına qarşı təhqirlər də etmişdir. Polis verdiyi açıqlamada qonşuların bu vəziyyətdən rahatsız olduğunu və şikayət etdiklərini bildirmişdir.
Kəramət Hüseynov
Kəramət Hüseynov (30 avqust 1998, Bakı) — Azərbaycanı təmsil edən cüdoçu. == Həyatı == Kəramət Hüseynov 1998-ci il avqustun 30-da anadan olub. 2007-ci ildən cüdo ilə məşğul olur. İdmana gəlməsinə dayısı (anasının qardaşı), olimpiya çempionu Elnur Məmmədli ilham olub. Atilla İdman Klunun üzvüdür. Şəxsi məşqçisi Emin Fətullayevdir. == Karyerası == Kəramət Hüseynov 2014-cü ilin aprelində Portuqaliyada baş tutan yeniyetmələr arasında European Cup beynəlxalq turnirinin qalibi oldu. Bu onun beynəlxalq turnirlərdə birinci uğuru idi. 2015-ci ildə Antalya şəhərində European Cup beynəlxalq turnirinin qalibi olan Kəramət Hüseynov iyulda Gürcüstanda Avropa Gənclər Olimpiya Festivalını gümüş medalla başa vurdu. 2016-cı il ərzində Kəramət Hüseynov Avstriya, Çexiya və Almaniyada baş tutan European Cup beynəlxalq turnirlərində bir dəst medala sahib oldu.
Məharət Həsənov
Məharət Ramil oğlu Həsənov (25 oktyabr 1987; Şirvan, Azərbaycan — 15 oktyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhatət Həsənov 1987-ci il oktyabrın 25-də Şirvan şəhərində anadan olub. 1994-cü ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub. 2002-ci ildə 9-cu sinfi bitirən Məharət bir müddət İdman Kollecində oxusa da, təhsilini davam etdirməyib. Şirvan şhərində bərbər işləyirdi. Ailəli olan Məharətin bir oğlu, 3 bacısı, bir qardaşı var idi. == Hərbi xidmətləri == 2005-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Tərtər rayonunun N saylı hərbi hissəsində manqa komandiri kimi xidmət edib. Polad Həşimovun əsgəri olmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Məharət Həsənov Cəbrayılın azad edilməsində savaşıb.
Vəkalət müharibəsi
Vəkalət uğrunda müharibə — 1524-1534-cü illərdə Səfəvilər dövlətinin Vəkalət vəzifəsi uğrunda iri qızılbaş əmirləri arasında baş vermiş müharibə idi. 1524-cü ildə şah I İsmayılın ölümundən sonra hakimiyyətə gələn şah I Təhmasibin azyaşlı olmasından istifadə edən iri Qızılbaş əmirləri imperiyanı idarə etmək üçün bir-birilərilə vuruşmağa başladılar. Bu müharibə zamanı üç qızılbaş tayfası Rumlu, Təkəli, Şamlı tayfaları bir-birini əvəz etməklə vəkalət vəzifəsini ələ keçirmişdi. Buna görə bu müharibə üç dövrə bölünür. == Rumlu dövrü == 1524-cü ildə şah I İsmayılın oğlu Təhmasib Mirzə formal olaraq şah elan edildi. Lakin on yaşlı oğlan qızılbaş tayfa əmirlərinin əlində oyuncağa çevrildi. Dövlət işləri üzərində əməli nəzarəti rumlu tayfasının rəhbəri, Təhmasibin lələsi Əli bəy Rumlu(ləqəbi Div sultan) ələ keçirdi. Lakin ustaclı tayfasının Mustafa bəy Ustaclı (ləqəbi Köpək sultan) və Abdulla xan kimi qüdrətli əmirləri onun hakimiyyətinin güclənməsinə yol vermək istəmirdilər. Təbrizdə ustaclı əyanlarının çıxış edəcəyindən qorxan Əli bəy Rumlu özbəklərin Xorasana basqınlarını dəf etmək bəhanəsi ilə paytaxtdan çıxdı və guya xarici düşmənə qarçı qoşun toplamaq üçün Lar yaylağına yola düşdü. Bir çox hakimlər onun çağırışı olə öz qoşunları ilə bura gəldilər.
Zirehdəki xəyalət
Zirehdəki xəyalət və ya Yaponiyada tanınan adı ilə Ghost in the Shell (攻殻機動隊, Ko:kaku Kido:tai) Masamune Şironun 1991-ci ildə yaratdığı elmi-fantastik manqa. Adın İngilis dilinə müəllif özü tərcümə edib. Manqa Production I.G kompaniyası və rejissor Mamoru Oşii tərəfindən iki tam metrajlı film kimi ekranizasiya olunmuşdur: «Ghost in the Shell» (1995) və «Ghost in the Shell 2: Innocence» (2004). Həmçinin, Production I.G anime-serialı da çəkmişdi: «Ghost in the Shell: Stand Alone Complex» (birinci mövsüm 2002-ci ildə, ikinci mövsüm «2nd GIG» postfiksi ilə — 2004-cü ildə, rejissor Kenci Kamiyama). 1 sentyabr 2006 tarixində Production I.G-nın serialı bitirən «Ghost in the Shell: Stand Alone Complex - Solid State Society» adlı tam metrajlı anime-filmi ekranlara çıxıb. 2002-ci ildə manqanın sikvelı çıxdı - «Ghost in the Shell 2: Man/Machine Interface» (攻殻機動隊 : 2 ManMachine Interface). 22 iyun 2013-cü ildə 4 seriyadan ibarət olan «Ghost in the Shell: Arise» serialı çıxdı, hər seriya 50 dəqiqə çəkirdi. 31 mart 2017-ci ilə bədii filmin premyerası planlaşdırılıb, mayor Makoto Kusanaqinin rolunu Skarlet Yohansson, Daysuke Aramakinin rolunu isə Takeşi Kitano ifa edəcəklər. == Personajlar == === Doqquzuncu bölmə === İctimai təhlükəsizlik nazirliyi adından fəaliyyət göstərən Yaponiya DİN-nin bir bölməsi. Faktiki olaraq isə xoşagəlməz şəxslərin və polisin bacara bilmədiyi işlərin həll dilməsi üçün yaranan taktiki kəşfiyyat təşkilatı.
Şəhadət (Göyçay)
Şəhadət — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göyçay rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Oykonimin Şəhadət şəxs adı ilə bağlılığı güman edilir. Şəhadət eyni zamanda ər.”şahidlik” və ya “şəhidlik” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 900 nəfər əhali yaşayır. Əsasən azərbaycanlılardan ibarətdir. Kənddə 11 türk ailəsi məskunlaşmışdır.
Şəhadət (dəqiqləşdirmə)
Kəlmeyi-şəhadət — İslamın iki əsas ehkamını ifadə edən formuldur. Şəhadət (Göyçay) — Göyçay rayonunda kənd. Şəhadət bələdiyyəsi — Göyçay rayonunda bələdiyyə.
Şəhadət Usubov
Şahadət Qalib oğlu Üsüfov (13 dekabr 2000, Göylər, Şamaxı rayonu – 10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi xidmətçisi (əsgər), İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Şahadət Üsüfov 2000-ci ilin dekabr 13-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2006-2017-cı illərdə Ə.Məmmədov adına 1 saylı Göylər kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Şahadət Üsüfov 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Şahadət Üsüfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 10-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahadət Üsüfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahadət Üsüfov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Şəhadət barmağı
Şəhadət barmağı-ikinci barmaqdır, baş barmaqla orta barmaq arasında yerləşir. Bu barmaqdan daha çox işarə məqsədilə istifadə olunur. Jestlərlə danışanda çox istifadə olunur. Məsələn, kimisə işarə etdikdə, diqqəti nəyəsə çəkmək istədikdə bu barmaqdan geniş istifadə olunur. Bununla yanaşı, bütün barmaqlar kimi, şəhadət barmağının da tiblə əlaqəsi vardır. Bu barmaq böyrək və sidik kisəsi ilə əlaqəlidir. Fiziki simptonlaraşağıdakılardır: qarın sancısı, dəri problemləri, baş ağrısı, əsəbilik.
Şəhadət bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kəramət (ad)
Kəramət Böyükçöl — Azərbaycan yazıçısı, publisist. Kəramət Hüseynov — Azərbaycanlı cüdoçu.
Aşıq Ədalət
Aşıq Ədalət (Ədalət Məhəmmədəli oğlu Nəsibov; 27 yanvar 1939, Qazax – 14 sentyabr 2017, Bakı) — Azərbaycan aşığı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1990). == Həyatı == Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda pinəçi ailəsində anadan olmuşdur. Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır. 11 yaşındaykən Kremlin Qurultaylar Sarayında saz çalır. 1950-ci ildə Bakıya dəvət olunur. Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdır, saza yeniliklər gətirir. Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur. UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında diski buraxılmışdır. Saza 5 pərdə, o cümlədən 7 yarım pərdə, 6 sinə pərdəsi əlavə etmişdir.