Kəramət Hüseynov (30 avqust 1998[1], Bakı) — Azərbaycanı təmsil edən cüdoçu.[2]
Kəramət Hüseynov | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||
Tam adı | Kəramət Hüseynov | |||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||
Doğum tarixi | 30 avqust 1998[1] (26 yaş) | |||||||||||||
Doğum yeri | ||||||||||||||
Boyu | 172 sm. (5 ft 6 in) | |||||||||||||
İdman növü | Cüdo | |||||||||||||
Məşqçisi | Emin Fətullayev | |||||||||||||
Medallar
|
||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Kəramət Hüseynov 1998-ci il avqustun 30-da anadan olub. 2007-ci ildən cüdo ilə məşğul olur. İdmana gəlməsinə dayısı (anasının qardaşı), olimpiya çempionu Elnur Məmmədli ilham olub. Atilla İdman Klunun üzvüdür. Şəxsi məşqçisi Emin Fətullayevdir.
Kəramət Hüseynov 2014-cü ilin aprelində Portuqaliyada baş tutan yeniyetmələr arasında European Cup beynəlxalq turnirinin qalibi oldu. Bu onun beynəlxalq turnirlərdə birinci uğuru idi. 2015-ci ildə Antalya şəhərində European Cup beynəlxalq turnirinin qalibi olan Kəramət Hüseynov iyulda Gürcüstanda Avropa Gənclər Olimpiya Festivalını gümüş medalla başa vurdu.
2016-cı il ərzində Kəramət Hüseynov Avstriya, Çexiya və Almaniyada baş tutan European Cup beynəlxalq turnirlərində bir dəst medala sahib oldu. Həmin ilin sentyabrında isə Kəramət Hüseynov Malaqa şəhərində (İspaniya) baş tutan gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu.
Karyerasının ən uğurlu mövsümlərindən biri 2017-ci ilə təsadüf edən Kəramət Hüseynov il ərzində Rusiya, Çexiya və Almaniyada baş tutan European Cup beynəlxalq turnirlərində bir dəst medala sahib oldu, həmçinin gənclər arasında Dünya və Avropa Çempionatlarında ciddi uğurlara imza atdı. Maribor şəhərində (Sloveniya) gənclərin Avropa Çempionatının qızıl, Zaqreb şəhərində (Xorvatiya) isə gənclərin Dünya Çempionatının gümüş medalına sahib olan Kəramət Hüseynov noyabrda Podqoritsa şəhərində (Monteneqro) U-23 Avropa Çempionatını bürünc medalla başa vurdu.
2018-ci ildə Rusiyada və Almaniyada baş tutan European Cup beynəlxalq turnirlərində müvafiq olaraq gümüş və bürünc medallara sahib olan Kəramət Hüseynov həmin ilin sentyabrında Dünya Çempionatında bürünc medal uğrunda görüşdə məğlub olaraq turniri beşinci pillədə başa vurdu. 2019-cu ildə isə Kəramət Hüseynov üçün uğursuz oldu və mövsüm ərzində o, medala sahib ola bilmədi.
Kəramət Hüseynov 2021-ci ildə əvvəlcə martda Tbilisi şəhərində (Gürcüstan) IJF Grand Slam beynəlxalq turnirini, sonra isə apreldə Lissabon şəhərində (Portuqaliya) Avropa Çempionatını bürünc medallarla başa vurdu. İyunda Budapeşt şəhərində (Macarıstan) Dünya Çempionatında da bürünc medala sahib olan Kəramət Hüseynov IJF olimpiya reytinq cədvəlində mövqeyini yaxşılaşdırdı və olimpiya lisenziyasına sahib oldu.
Kəramət Hüseynov Azərbaycanı 2021-ci ilin avqustunda Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. Kişilərin -60 Kq. turnirində çıxış edən Kəramət Hüseynov apreldə Lissabonda (Portuqaliya) Avropa Çempionatının, iyunda isə Budapeştdə (Macarıstan) Dünya Çempionatının bürünc medalına sahib olmuşdu. Olimpiadanın 1/16 final mərhələsində Kəramət Hüseynov Birləşmiş Krallıq nümayəndəsi Eşli McKenzi ilə üz-üzə gəldi.[3] Həmin görüşdə Kəramət Hüseynov rəqibinə vaza-ari balı ilə qalib gəldi və olimpiadanın 1/8 final mərhələsinə adladı.[3] Bu mərhələdə onun rəqibi Gürcüstan nümayəndəsi, Dünya və Avropa Çempionatlarının qalibi Luxumi Çxmiani oldu.[3] Həmin görüşdə Kəramət Hüseynov rəqibinə ipponla məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.[3][4]
Olimpiadadan sonra Kəramət Hüseynov 2022-ci ildə IJF Grand Slam seriyalı beynəlxalq turnirlərin Fransa və İsrail mərhələlərini beşinci pillə, Azərbaycan mərhələsini isə bürünc medalla başa vurdu. 2023-cü il ərzində Kəramət Hüseynov beynəlxalq turnirlərdə uğurlara imza ata bilmədi.