Kəlmeyi Şəhadət

Kəlmeyi-şəhadət
Kəlmeyi-şəhadət

Kәlmeyi-şəhadət (ərəb. الشهادة‎ — əş-şəhadə, tərc. "şahidlik ", tələf.) — İslamın iki əsas ehkamını ifadə edən düsturdur. Tək AllahaMəhəmməd peyğəmbərin onun elçisi olmasına inamı ifadə edir. Müsəlman ibadətlərində şəhadətdən geniş istifadə olunur.

Kәlmeyi-şəhadətin mətni

[redaktə | mənbəni redaktə et]

Ərəbcə:

أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسوُلُ اللَّهِ

Ərəbcə tələffüzü:

Əşhәdü әn la ilahә illәllah,
Əşhәdü әnnә Muhәmmәdәn rәsulullah.

Şiəlikdə aşağıdakı sözlər əlavə edilir:
Əşhәdü әnnә әmirәl-mü'mininə Əliyyən vәliyyullah.

Azərbaycanca:

Şәhadәt verirәm ki, Allahdan başqa ilah yoxdur,
Şәhadәt verirәm ki, Məhәmmәd Allahın elçisidir.


Şәhadәt verirәm ki, möminlәrin әmiri Əli Allahın dostudur (vәlisidir).

  • İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.