Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax:
Kəramət (ad) .
Kəramət Böyükçöl (tam adı: Kəramət Qəşəm oğlu Nəcəfov ; 17 oktyabr 1987 [ 1] , Əliqullar , İmişli rayonu [ 1] ) — Azərbaycan yazıçısı, publisist.
Kəramət Böyükçöl gənclik illərində, 2009 (sağdan ikinci əyləşən).
Kəramət Böyükçöl 17 oktyabr[ 2] 1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub.[ 3] Səbail rayonu 51 saylı orta məktəbini bitirib. 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.[ 4]
Azərbaycan ictimaiyyəti onu ANS TV -də qonaq olduğu bir verilişdə dediyi erotik şeirlə tanıdı.[ 5]
2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olmuşdur. 11 noyabr 2015-ci ildə sərt tənqidləri və çıxışları səbəbilə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıb.[ 6] [ 7]
Böyükçöl 18 avqust 2020-ci ildə kirayə qaldığı bir evdə sərxoş halda "Facebook " hesabından açdığı canlı yayımda hökuməti tənqid edərkən[ 8] polis tərəfindən basılmış və zor tətbiq edilərək saxlanılmışdır.[ 9] [ 10] O, canlı yayımda ölkənin digər bəzi məşhurlarına qarşı təhqirlər də etmişdir.[ 11] Polis verdiyi açıqlamada qonşuların bu vəziyyətdən rahatsız olduğunu və şikayət etdiklərini bildirmişdir.[ 12] [ 13] [ 14] Həmçinin polis yazıçının pis vəziyyətdə olduğunu və intihar edəcəyindən şübhələndiklərini bildirmişdir.[ 15] [ 16] Böyükçöl bir gün sonra sərbəst buraxılmış[ 17] [ 15] [ 13] və yazıçının xəstəxanada məcburi müalicəsinə başlanılmışdır.[ 18] [ 19]
"YouTube " kanalında "Kəramətinə şükür " adlı həftəlik proqram hazırlamış və bu proqramda siyasi mövzular müzakirə edilmişdir.[ 20]
7 oktyabr 2021-ci ildə sağlamlıq problemləri ilə əlaqədar olaraq təkrar məcburi müalicə üçün Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilmiş,[ 21] və 3 həftə sonra, 26 oktyabr 2021-ci ildə müalicəsini tamamlayaraq buraxılmışdır.[ 22] [ 23]
2023-cü ildə "Elçibəyin sirri " adlı kitabını oxucularına təqdim etmişdir.[ 24]
Uzun müddət fəaliyyətini səyyar kitab satıcısı kimi davam etdirən Böyükçöl[ 25] 31 yanvar 2024-cü ildə Kerazon adlı kitab mağazasının açılışını etmişdir.[ 26]
Böyükçöl davamlı olaraq Azərbaycan Yazıçılar Birliyini və onun üzvlərini tənqid etməkdədir.[ 27]
Böyükçöl sazı "cahillik aləti" adlandırıb və "meyxana kimi bir şey" olduğunu bildirib.[ 28]
2 dəfə evlənmiş, ilk evliliyindən bir qızı, ikinci evliliyindən bir oğlu olmuşdur.[ 29]
Azərbaycan şairi və publisist Qəşəm Nəcəfzadənin oğludur.[ 30]
1 bacısı və 1 qardaşı var.
Çöl , Bakı, 2010.[ 31]
Səkkizinci gün , Bakı, Qanun , 240 səh.[ 32]
Məni kim tapa bilər? , Bakı, Mücrü nəşriyyatı, 2020. 128 səh.[ 33]
Əlqəmə , 2021[ 34]
Elçibəyin sirri . Bakı, 2023, 260 səh.[ 35]
Səs , 2023.
↑ 1 2 3 4 5 Freebase Data Dumps . Google .
↑ "Ad günün mübarək, Kəramət Böyükçöl!" . 2023-02-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2023-06-07 .
↑ Mövlud Mövlud, "Yazıçılar Birliyi və onun ədəbi siyasəti yalandır" Arxivləşdirilib 2014-09-22 at the Wayback Machine . kulis.az — 15 avqust 2013
↑ "Kəramət Böyükçöl" . 2021-07-10 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2021-07-10 .
↑ "" Mən Bəxtiyar Vahabzadədən min dəfə böyük adamam" - Kəramət Böyükçöl" . 27 noyabr 2023 tarixində arxivləşdirilib . İstifadə tarixi: 28 noyabr 2023 .
↑ Bahar RÜSTƏMLİ. "Qəşəm Nəcəfzadə: "Onu düz edib AYB-dən qovublar" " . AzNews.az (az.) . 525-ci qəzet. 2023-07-26 tarixində arxivləşdirilib . İstifadə tarixi: 22 aprel 2016 .
↑ "ANAR: "Çox istərdim ki, imkan tapan kimi yazıçılarımızın və ilk növbədə gənclərin yeni çıxan əsərləri ilə tanış olum" " (az.) . AYB.AZ. 13.01.2016. 2018-04-16 tarixində arxivləşdirilib . İstifadə tarixi: 22 aprel 2016 .
↑ "İlham Əliyevi tənqid etmiş yazar Kəramət Böyükçöl saxlanıb" . 15 avqust 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: 12 sentyabr 2023 .
↑ "Yazıçı Kəramət Böyükçöl saxlanılıb (yenilənib)" . 4 iyun 2023 tarixində arxivləşdirilib . İstifadə tarixi: 12 sentyabr 2023 .
↑ "Yazıçı Kəramət Böyükçöl polis tərəfindən saxlanılıb" . 20 avqust 2020 tarixində arxivləşdirilib . İstifadə tarixi: 12 sentyabr 2023 .
↑ "Kəramət Böyükçöl... "Çöllüyü" olan, amma "böyüklüyü" olmayan adam... - Müşfiq Abbasov YAZIR" . 12 sentyabr 2023 tarixində arxivləşdirilib . İstifadə tarixi: 12 sentyabr 2023 .
↑ "Polis Kəramət Böyükçölü saxladı" . 22 may 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: 12 sentyabr 2023 .
↑ 1 2 "Kəramət Böyükçöl sərbəst buraxılıb" . 21 may 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: 12 sentyabr 2023 .
↑ "DİN-dən Kəramət Böyükçölün saxlanılması barədə AÇIQLAMA - YENİLƏNİB" . 12 sentyabr 2023 tarixində arxivləşdirilib . İstifadə tarixi: 12 sentyabr 2023 .
↑ 1 2 "Kəramət Böyükçöl sərbəst buraxılıb" . 28 may 2023 tarixində arxivləşdirilib . İstifadə tarixi: 12 sentyabr 2023 .
↑ "DİN-dən Kəramət Böyükçöllə bağlı daha bir - Açıqlama" . 25 mart 2021 tarixində arxivləşdirilib . İstifadə tarixi: 12 sentyabr 2023 .
↑ "Kəramət Böyükçöl sərbəst buraxıldı" . 30 iyul 2021 tarixində arxivləşdirilib . İstifadə tarixi: 12 sentyabr 2023 .
↑ "Kəramət Böyükçöl müalicəyə başladı" . 1 dekabr 2021 tarixində arxivləşdirilib . İstifadə tarixi: 12 sentyabr 2023 .
↑ "Kəramət Böyükçöl müalicəyə başladı - FOTO" . 12 sentyabr 2023 tarixində arxivləşdirilib . İstifadə tarixi: 12 sentyabr 2023 .
↑ "Tofiq Yaqublu ölkə ziyalılarını təhqir etdi — VİDEO" . 8 sentyabr 2023 tarixində arxivləşdirilib . İstifadə tarixi: 8 sentyabr 2023 .
↑ milli.az. "Kəramət Böyükçölün son vəziyyəti: "Doğum günü üçün 3 tort sifariş etdik" " . news.milli.az ( (az.) ) . news.milli.az. 16 oktyabr 2021. 2021-12-08 tarixində arxivləşdirilib . İstifadə tarixi: 8 dekabr 2021 .
↑ "Kəramət Böyükçöl evə buraxıldı - Foto" . 2021-12-07 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2023-06-07 .
↑ "Kəramət Böyükçöl Narkoloji Dispanserdən evə buraxıldı - FOTO" . 2023-07-26 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2023-06-07 .
↑ "Kəramət Böyükçölün sirri nədədir? - Müsahibə" . 8 sentyabr 2023 tarixində arxivləşdirilib . İstifadə tarixi: 8 sentyabr 2023 .
↑ "Böyükçölün "səyyar kitab satışı"ndan DANIŞDILAR: "Kimisi bəyəndi, kimisi də "mız" qoydu..." 2024-02-01 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2024-01-31 .
↑ "Kəramət Böyükçöl kitab mağazası açıb" . 2024-02-01 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2024-01-31 .
↑ "" AYB-nin o qədər mənasız üzvləri var ki, Elza onların yanında toya getməlidir" " . 8 sentyabr 2023 tarixində arxivləşdirilib . İstifadə tarixi: 8 sentyabr 2023 .
↑ "" Saz cahillik alətidir, meyxana kimi bir şeydir" — Kəramət Böyükçöl" . 2023-07-26 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-11-03 .
↑ "Kəramət Böyükçöl: "Oğlumla qızımı hələ görüşdürməmişəm" - MÜSAHİBƏ" . 2017-09-30 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2023-06-07 .
↑ Mövlud Mövlud, Nərgiz Cavadzadə. "Tənqid eləməsəm, deyəcəklər atasına satılıb…" — MÜSAHİBƏ Arxivləşdirilib 2018-02-27 at the Wayback Machine . teleqraf.com — 16 dekabr 2016
↑ Kəramət Böyükçölün "Çöl"ü çapdan çıxıb Arxivləşdirilib 2023-07-26 at the Wayback Machine . 525-ci qəzet, — 2010. — 9 oktyabr. — Səh.17.
↑ "Kəramət Böyükçöl: "İlk romanım olan "Çöl"ü atam yazıb" " . 2022-05-29 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2023-06-07 .
↑ Kəramət Böyükçölün yeni kitabı çıxdı Arxivləşdirilib 2022-09-21 at the Wayback Machine . kulis.az — 21 may 2020.
↑ "Kəramət Böyükçölün yeni romanı çıxdı" . 2022-09-21 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2021-07-08 .
↑ "Kəramət Böyükçölün yeni kitabı - ELÇİBƏYİN SİRRİ" . 2023-06-02 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2023-06-02 .