Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kapilyarlıq
Kapilyarlıq və ya Kapilyarlıq hadisəsi — maddənin başqa bir maddəni özünə çəkmə hadisəsi. Bir bitkinin ötürmə sistemində və ya nahamar kağızda asanlıqla müşahidə oluna bilər. Bir maye ilə başqa bir maddənin molekulyar səviyyədə cazibəsi, mayenin öz molekulları arasındakı cazibə qüvvəsindən daha çox olması nəticəsində meydana çıxır. Bu təsir, mayenin dik bir səthə toxunduğu hissədə maye səthinin menisk adlandırılan konkav halına gəlməsinə səbəb olur. Eyni təsir süngər kimi maddələrin suyu əmməsinədə də görülür. Kapilyarlığı müşahidə etmək üçün ən çox istifadə edilən qurğu kapilyar borulardır. Şüşə bir borunun, dik vəziyyətdə, su kimi bir mayenin içinə batırılması nəticəsində konvak bir menisk meydana gəlir. Səth gərginliyi, maye sütununu, cazibə qüvəsi ilə molekülllar arası qüvələr tarazlığa gələnə qədər yuxarı çəkir. Maye sütununun ağırlığı borunun raidusunun kvadratı ilə, maye və boru arasındakı uzaqlığı borunun radiusu mütanasüb olduğundan dar boru mayeni geniş bir borudan daha yuxarı aparır. Misal üçün 0,5 mm radiuslu şüşə boru suyu 2,8 mm yuxarıya çatdırır.
Limfa kapilyarları
Limfa kapilyarları — kiçik, nazik divarlı damarlar. Bir ucu qapalı və mərkəzi sinir sistemi və damar olmayan toxumalar istisna olmaqla, bütün bədənin hüceyrələrarası boşluqlarında yerləşir. == Funksiyası == Əsas məqsədi venoz kapilyarlar tərəfindən reabsorbsiya olunmayan toxumalardan artıq mayenin çıxarılmasıdır. Hər bir limfa kapilyar limfanı limfa damarına aparır, bu da öz növbəsində limfa düyünlərinə, limfa mayesini infeksiyalara qarşı süzən və nəzarət edən kiçik lobya şəkilli vəzi ilə birləşir. Limfa sonda venoz dövriyyəyə qaytarılır. Limfa kapilyarları kapilyar mübadiləsi zamanı interstisial mayedən səmərəli və təsirli şəkildə sorulmaq üçün qanla əlaqəli kapilyarlar arasında strateji olaraq yerləşdirilir. Bu qəsdən formalaşma daha sürətli və davamlı toplanmasına imkan verir. Onların unikal quruluşu interstisial mayeni xaricə deyil içəriyə axmasına imkan verir. Limfa kapilyarının divarını təşkil edən endotel hüceyrələrinin ucları üst-üstə düşür. == Ölçüsü == Limfa kapilyarlarının diametri qan kapilyarlarından bir qədər böyükdür və qapalı uclara malikdir (qan kapilyarlarının ilmə quruluşundan fərqli olaraq).
Kapillyar
Kapillyarlar (lat. capillaris — tükvari) insan və digər canlıların orqanizmində mövcud olan ən nazik damarlardır. Kapillyarlar arteriya və venalar arasında rabitə rolunu oynayaraq toxumaların qidalanmasında, maddələr mübadiləsində mühüm və başlıca rola malikdirlər. Kapillyarların divarı bir qatdan endoteldən və nazik birləşdirici toxuma təbəqəsindən (lat. adventitia capillaris) təşkil olunmuşdur. Endotel təbəqəni təşkil edən bir qatlı nüvəli hüceyrələr yapışqan verən maddə və hüceyrəarası körpücüklər vasitəsilə bir-birilə rabitədədirlər. Endotel o qədər zərif və incə quruluşa malikdir ki, onun malik olduğu lat. stiqmata adlanan kişik və lat. stomata adlanan bıyük məsamələrindən su, oksigen və lipid və s. molekullar keçə bilir.
Papilyar xərçəng
Papilyar xərçəng — qalxanabənzər vəzi şişlərinin 50–72%-ni təşkil edir və qadınlar arasında kişilərə nisbətən çox rast gəlir. Proqnostik cəhətdən xoşgedişlidir. Gedişinə görə yerli, yerli-metastatik və metastatik formaları ayırd edilir. Xərçəngin bu növü boyunun sinir-damar dəstəsinin önü ilə qırtlaqönü, traxeyaönü, yuxarı, orta və aşağı vidaci limfa düyünlərinə limfogen yolla metastazlar verir.
Papilyar tiroid xərçəngi
Papilyar xərçəng — qalxanabənzər vəzi şişlərinin 50–72%-ni təşkil edir və qadınlar arasında kişilərə nisbətən çox rast gəlir. Proqnostik cəhətdən xoşgedişlidir. Gedişinə görə yerli, yerli-metastatik və metastatik formaları ayırd edilir. Xərçəngin bu növü boyunun sinir-damar dəstəsinin önü ilə qırtlaqönü, traxeyaönü, yuxarı, orta və aşağı vidaci limfa düyünlərinə limfogen yolla metastazlar verir.
İker Kasilyas
İker Kasilyas (isp. Iker Casillas; d. 20 may 1981) — İspan qapıçı, Avropanın ən yaxşı qapıçısı (2010). Eyni zamanda İspaniya milli futbol komandası və oyunçusudur. == Karyerası == Gənc yaşda Real Madrid kimi bir komandanın qapısına keçmiş və müvəffəqiyyətli olmuşdur. Yaxşı yer tutması və möhtəşəm refleksləri ilə bir qapıçıya lazım olan bütün yaxşı xüsusiyyətləri saxlayar. Casillas, Real Madrid gənclik sisteminin bir məhsuludur. İlk olaraq 1990-1991 mövsümündə kiçik komandada oynamışdır. 1997-1998 mövsümündə 27 noyabr 1997-ci ildə 16 yaşındaykən bir Çempionlar liqası matçı olan Rosenborg matçında A komanda heyətinə daxil oldu. Lakin komandada Alman İllgner 1.
Alison Mailyar
Kiko Kasilya
Kiko Kasiliya İspaniyalı Futbolçu . Kiko Kasiliya La Liqada "Real Madrid"də oynayır . Kiko Kasiliya 2 oktyabr 1986-cı ildə İsbaniyanın Alkover şəhərində Doğulub. "Real Madrid"in ehtiyat qapıçısıdır. 2015-ci ildən bu komandanın ərəfini qoruyur. İndiyə qədər bu klubda 15 oyun keçirib.
Enriko Kavilya
Enriko Kavilya (it. Enrico Caviglia; 4 may 1862 – 22 mart 1945) – İtaliya dövlət xadimi və İtaliya ordusunun zabiti. Rus-yapon müharibəsinə hərbi müşahidəçi qismində qatılmışdır. == Həyatı == Enriko Kavilya 1862-ci ildə Savona əyalətinin Finale-Liqure kommunasında doğulmuşdur. Turin şəhərində yerləşən hərbi akademiyada təhsil almış, 1884-cü ildə artilleriyada hərbi xidmətə başlamışdır. Əvvəlcə 1888–1889-cu illərdə, daha sonra 1896–1897-ci illərdə Eritreyada hərbi xidmət göstərmişdir. 1903-cü ildə mayor rütbəsinə yüksəlmişdir. 1903-cü ildə Rus-yapon müharibəsini Yaponiya tərəfdən müşahidə etmək üçün Mancuriyaya göndərilmişdir. 1911-ci ilə qədər Şərqi Asiyada qalmış, Tokio və Pekində İtaliyanın hərbi ateşesi kimi fəaliyyət göstərmişdir. Asiya qitəsini at belində keçərək İtaliyaya qayıtmış və 1912-ci ildə Liviya hərəkatında döyüşmüşdür.
Dhruv Kapila
Dhruv Kapila (1 fevral 2000, Ludhiana, Pəncab ştatı) — Hindistanı təmsil edən qadın badmintonçu.
Kaplya adası
Kaplya adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Pioner adasında yerləşən Xolmistiy burnundan yarım km aralıda yerləşir. == Təsviri == Uzunluğu 300 m təşkil edir. Gözlə seçilən yüksəklik yoxdur.
"Açıq qapılar" doktrinası
"Açıq qapı" doktrinası (ing. Open Door Policy) — 1899-cu ildə ABŞ böyük dövlətlərdən tələb etdi ki, Çindəki nüfuz dairələrində Amerika mallarının gətirilməsi və satışına şərait yaratsınlar. Özünün iqtisadi üstünlüyünə arxalanan ABŞ bu yolla rəqiblərini Çindən sıxışdırıb çıxarmaq istəyirdi. XIX əsrin sonu — XX əsrin əvvəllərindən ABŞ-nin Uzaq Şərq siyasətində Çin mərkəzi obyekt oldu. Amerika diplomatiyası Çinə gələcəkdə kapital qoymaqda mühüm bazar kimi baxırdı. Lakin Çin artıq digər böyük dövlətlər tərəfindən bölüşdürülüb qurtardığından belə vəziyyət ABŞ-ni təmin edə bilməzdi. Amerika diplomatiyası Çini bölüşdürən dövlətlərlə diplomatik mübarizəyə başladı. 1899-cu ildə ABŞ dövlət katibi Aleksandr Heyq Çin barəsində öz dövlətinin siyasətini açıqladı. Bu siyasət "açıq qapılar" doktrinası adını aldı. Doktrinaya görə Çində bütün millətlərin kapitalının fəaliyyəti üçün bərabər imkanlar və bərabər şərtlər yaradılmalı və Çində azad iqtisadi fəaliyyət prinsipi gözlənilməli idi.