Enriko Kavilya

Enriko Kavilya (it. Enrico Caviglia; 4 may 1862[1]22 mart 1945[1]) – İtaliya dövlət xadimi və İtaliya ordusunun zabiti. Rus-yapon müharibəsinə hərbi müşahidəçi qismində qatılmışdır.

Enriko Kavilya
it. Enrico Caviglia
Şəxsi məlumatlar
Doğum adı Enrico Caviglia
Doğum tarixi 4 may 1862(1862-05-04)[1]
Vəfat tarixi 22 mart 1945(1945-03-22)[1] (82 yaşında)
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Rütbə general
Döyüşlər
Təltifləri Knight Commander of the Order of the Bath Knight Grand Cross of the Order of Saints Maurice and Lazarus Knight grand cross of the order of the crown of Italy Order of the Most Holy Annunciation Qələbə medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Enriko Kavilya 1862-ci ildə Savona əyalətinin Finale-Liqure kommunasında doğulmuşdur. Turin şəhərində yerləşən hərbi akademiyada təhsil almış, 1884-cü ildə artilleriyada hərbi xidmətə başlamışdır. Əvvəlcə 1888–1889-cu illərdə, daha sonra 1896–1897-ci illərdə Eritreyada hərbi xidmət göstərmişdir. 1903-cü ildə mayor rütbəsinə yüksəlmişdir.[2]

1903-cü ildə Rus-yapon müharibəsini Yaponiya tərəfdən müşahidə etmək üçün Mancuriyaya göndərilmişdir. 1911-ci ilə qədər Şərqi Asiyada qalmış, TokioPekində İtaliyanın hərbi ateşesi kimi fəaliyyət göstərmişdir. Asiya qitəsini at belində keçərək İtaliyaya qayıtmış və 1912-ci ildə Liviya hərəkatında döyüşmüşdür. Birinci dünya müharibəsi zamanı 1915-ci ildə briqada, 1916-cı ildə diviziya, 1917-ci ildə korpus və 1918-ci ildə ordu komandanı olmuşdur. 1920-ci ildə qısa müddətliyinə müharibə naziri təyin olunmuşdur. 1920-ci ildə faşist Qabriele Dannunsionu Fiume şəhərində çıxarmışdır. 1926-cı ildə İtaliya marşalı rütbəsinə yüksəlmişdir.[2]

Kavilya İtaliya kralı II Viktor Emanuelə sadiq qalmış, antifaşizmi dəstəkləmiş, İkinci dünya müharibəsi zamanı Benito Mussoliniyə qarşı hərbi çevrilişdə və İtaliyanın təslim olmasında iştirak etmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 Kowner. səh. 77

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Kowner, Rotem. Historical Dictionary of the Russo–Japanese War (ingiliscə). The Scarecrow Press. 2006. 83. ISBN 978-0-8108-4927-3. İstifadə tarixi: 1 may 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]