Kapillyarlar (lat. capillaris — tükvari) insan və digər canlıların orqanizmində mövcud olan ən nazik damarlardır. Kapillyarlar arteriya və venalar arasında rabitə rolunu oynayaraq toxumaların qidalanmasında, maddələr mübadiləsində mühüm və başlıca rola malikdirlər. Kapillyarların divarı bir qatdan endoteldən və nazik birləşdirici toxuma təbəqəsindən (lat. adventitia capillaris) təşkil olunmuşdur. Endotel təbəqəni təşkil edən bir qatlı nüvəli hüceyrələr yapışqan verən maddə və hüceyrəarası körpücüklər vasitəsilə bir-birilə rabitədədirlər. Endotel o qədər zərif və incə quruluşa malikdir ki, onun malik olduğu lat. stiqmata adlanan kişik və lat. stomata adlanan bıyük məsamələrindən su, oksigen və lipid və s. molekullar keçə bilir. Kapillyarlar arteriyalar kimi yığılmağa və pulsasiya etməyə qadirdirlər. Bu xüsusiyyət birləşdirici toxumada olan saya əzələ lifləri ilə izah olunur. Kapillyarların diametri müxtəlifdirÇ orta hesabla 10 mikrona bərabərdir: ən geniş kapillyar (12-20 mikron) qaraciyərdə, sümük iliyində, diş özəyində, əndar kapillyar (5-6 mikron) əzələlərdə və gözün torlu qişasında təsadüf olunur. Kapillyar sisteminin ümumi diametri 1185 sm² və böyüklərdə miqdarı dırd milyarda yaxındır. Kapillyarlarda qanın təzyiqi azaldığı üçüç orada qan yavaş-yavaş axır; bunun artıq dərəcədə fizioloji əhəmiyyəti var; qanın yavaş axması maddələr mübadiləsinə imkan verir. Kapillyarlar bir tərəfdən arteriyalarla və digər tərəfdən venalarla rabitədə olduqları üçün iki qismə bölünürlər:
Üzvlərdəki kapillyarların şəkli və quruluşu üzvlərin quruluşuna müvafiq olaraq müxtəlifdir.
Anatomiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |