Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səffət bəy Məlikov
Səfvət bəy Həsən bəy oğlu Məlikov (mühacirətdə: Safvet Melik Zerdabi; 12 (24) noyabr 1891, Zərdab, Göyçay qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1976, Ankara, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyətinin İstanbuldakı konsulluğunun əməkdaşı, Türkiyədə fəaliyyət göstərmiş memar və Azərbaycan mühacirətinin üzvlərindən biri. Məlikovlar ailəsinin üzvü olan Səfvət bəy Həsən bəy Zərdabinin oğludur. == Həyatı == Səfvət bəy Həsən bəy oğlu Məlikov köhnə təqvimlə 12 noyabr 1891-ci ildə Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. 1915-ci ildən fasilələrlə xaricdə yaşamış və nəhayət, 1927-ci ildə davamlı olaraq Türkiyəyə yerləşmişdir. Türkiyədə Nəsihə adlı bir xanımla ailə həyatı qurmuş və 1976-ci ildə dünyasını dəyişmişdir. Səfvət bəyin məzarı Ankara şəhərinin Qarşıyaxa məzarlığında yerləşir. == Təhsili == O, Bakı real məktəbini bitirdikdən sonra 1915-ci ildə Riqa Politexnik İnstitutuna daxil olub. Özü də atasının adına təsis olunmuş təqaüdlə təhsil alıb. 1917-ci ildə bolşeviklərin inqilabından sonra təhsilini yarımcıq qoyub Bakıya geri dönməyə məcbur olur. Buraya gəldikdən sonra cümhuriyyət quruculuğu prosesində iştirak edir.
Osman bin Əffan
Osman ibn Əffan (ərəb. عثمان بن عفان الأموي القرشي‎; 574, Məkkə – 656, Mədinə) — 644–656-cı illərdə üçüncü Rəşidi xəlifəsi. == Həyatı == Fil hadisəsindən 6 il sonra Taifdə dünyaya gəldi. Qureyşin ən varlı tacirlərindən olan atası Əfvan cahiliyyət dövründə dünyasını dəyişdi. Anası Ərva binti Qüreyz Rəsulallahın bibisi Ümmü Hakim Bəyza binti Əbdülmüttəlibin qızıdır. Mənsub olduğu Əməvi (Üməyyə) qəbiləsinin soyu Əbdümənaf ibn Quseydə Həzrəti Peyğəmbərin nəsəbilə birləşir. Rəsuli-Əkrəmdən altı yaş kiçikdir. Gənclik dövründə atasının yanında ticarətlə məşğul olan Osman, İslamdan əvvəl Məkkənin önəmli tacirlərindən biri idi. İslami dəvətin ilk mərhələsində Əbu Bəkrin vasitəsilə Rəsulallahın yanına gedərək müsəlman oldu və ilk on müsəlman arasında yer aldı. Əşrafdan olması səbəbilə İslamı qəbul etməsi Qureyş qəbiləsi içində əks-səda doğurdu.
Osman ibn Əffan

Səffət bəy Məlik-Zərdabi
Səfvət bəy Həsən bəy oğlu Məlikov (mühacirətdə: Safvet Melik Zerdabi; 12 (24) noyabr 1891, Zərdab, Göyçay qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1976, Ankara, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyətinin İstanbuldakı konsulluğunun əməkdaşı, Türkiyədə fəaliyyət göstərmiş memar və Azərbaycan mühacirətinin üzvlərindən biri. Məlikovlar ailəsinin üzvü olan Səfvət bəy Həsən bəy Zərdabinin oğludur. == Həyatı == Səfvət bəy Həsən bəy oğlu Məlikov köhnə təqvimlə 12 noyabr 1891-ci ildə Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. 1915-ci ildən fasilələrlə xaricdə yaşamış və nəhayət, 1927-ci ildə davamlı olaraq Türkiyəyə yerləşmişdir. Türkiyədə Nəsihə adlı bir xanımla ailə həyatı qurmuş və 1976-ci ildə dünyasını dəyişmişdir. Səfvət bəyin məzarı Ankara şəhərinin Qarşıyaxa məzarlığında yerləşir. == Təhsili == O, Bakı real məktəbini bitirdikdən sonra 1915-ci ildə Riqa Politexnik İnstitutuna daxil olub. Özü də atasının adına təsis olunmuş təqaüdlə təhsil alıb. 1917-ci ildə bolşeviklərin inqilabından sonra təhsilini yarımcıq qoyub Bakıya geri dönməyə məcbur olur. Buraya gəldikdən sonra cümhuriyyət quruculuğu prosesində iştirak edir.
Lemben
Lemben (fr. Lumbin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38214. Kommunanın 2012-ci il üçün əhalisi 2080 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 222 ilə 880 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 20 km şimal-qərbdə yerləşir.
Leyden
Leyden (nid. Leiden) — Niderland Krallığında şəhər. == Coğrafiyası == Leyden Qədim Reyn çayının sahilində, Haaqa şəhərindən 20 km şimalda və Amsterdam şəhərindən 40 km cənubda yerləşən qədim və gözəl şəhərdir. Şəhərin şimal-şərqində Kaaq gölləri mövcuddur. == Əhalisi == 329000 nəfər sakini olan Leyden şəhərinin insanları çox mehriban və qonaqpərvərdirlər. == Turizm == Qədim şəhərin saysız-hesabsız tarixi abidələri, Muzey və qalereyaları (Morsport şəhər qapıları, Rapenbürx kanalı, Milli Etnologiya muzeyi, çoxmərtəbəli külək dəyirmanı - Molen De Valk muzeyi, "Hortus Botanicus" botanika bağı, qədim kilsələr və s.) buraya çoxlu sayda turist cəlb edir. == Elm və təhsil == Leyden elm və təhsil şəhəri kimi tanınır. Bu şəhərdə rəssam Rembrandt, hüquqşünas Huqo Qrotius, riyaziyyatçı Rene Dekart, kondensatoru kəşf etmiş fizik Piter van Müshenbruk, məşhur professor Kamerlinq-Onnes, dahi Eynşteyn yaşayıb və yaradıblar. Leyden şəhəri işığın sınması, elektrik kondensator, termodinamikanın molekulyar əsası, elektron nəzəriyyə, yüksək keçiricilik, Qalaktikanın strukturu və kometaların mənşəyi, elektro-kardioqrafiya və s. kəşflərin vətənidir.
Alber Lebren
Alber Lebren (fr. Albert Lebrun; 29 avqust 1871, Mersi-le-O, Fransa – 6 mart 1950, Paris, Fransa) — 1932-1940-cı illərdə Fransa Respublikasının 15-ci prezidenti.
Françeska Lebren
Françeska Lebren (24 mart 1756[…], Manhaym – 14 may 1791[…], Berlin) — italyan əsilli alman müğənnisi, bəstəkarı və pianoçusu
Giffen əmtəəsi
Giffen əmtəələri (ing. giffen good) — iqtisadiyyat və istehlakçı seçimi nəzəriyyəsində insanların qiyməti artıqca istehlakını artırdığı bir əmtəə növü. Hansı ki, bu tələb qanunun əksidir. Tələb qanuna əsasən bir əmtəənin qiyməti artıqda onun istehlak miqdarı azalmalıdır. == Tarix == Bu anlayış Şotlandiyalı iqtisadçı Robert Qiffenin adı ilə bağlıdır. İrlandiyada aclıq(qıtlıq) zamanı o bu paradoksu müşahidə etmişdir.O kartofun qiymətinin qalxmasına baxmayaraq insanların kartof istehlakını artırdığını müşahidə etmişdir. == Fərziyyələri == Bir əmtəənin qiffen əmtəəsi ola bilməsi üçün müəyyən fərziyyələr vardır ki, onlar ödəndikdə əmtəə qiffen əmtəəsi olur. Yəni əmtəələr şəraitə görə qiffen əmtəələrinə çevrilirlər. Bu fərziyyələrdə aşağıdakılardır : Əmtəə keyfiyyətsiz əmtəə olmalıdır Əmtəə istehlakçının büdcəsində əhəmiyyətli Əmtəənin yaxın əvəzləyicisi olmamalıdır Əmtəənin istehlakçıları orta və aşağı gəlir səviyyəlilərdir Belə bir şəraitdə İrlandiyada kartofun qiyməti qalxsada ona olan tələb miqdarı artırdı.
Kefken adası
Kefken adası (türk. Kefken, əvvəllər — Dafnusiya (q.yun. Δαφνουσία) — Qara dənizdə, Türkiyə sahillərində yerləşən ada. Kocaeli ili, Kandıra ilçəsi ərazisinə daxildir. İlk əvvəllər Afina dəniz ittifaqının (431 b.e.ə) ərazisi olmuşdur. Antik dövrdə Apolloniya və Tinias adlarını aşımışdır. Sonralar Roma imperiyasına və Şərqi Roma imperiyasına (Bizanas) daxil olur (395–1204-cü illər). Adada yepiskopluq fəaliyyət göstərmişdir. 1204-cü ildə ada Latın imperiyasının tərkibinə daxil olur. 1310-cu ildə ada osmanlı sərkərdəsi Ağçaqoca tərəfindən ələ keçirilir.
Lefter Küçükandonyadis
Lefter Küçükandonyadis (22 dekabr 1924, Böyükada, İstanbul ili – 13 yanvar 2012, İstanbul) — Yunan əsilli Türk futbolçu və məşqçi. Doğum adı Yunancada azad mənasını verən Elefterios olan futbolçu qısaca olaraq Lefter kimi tanınır. Həmçinin ordinaryüs ləqəbi ilə də tanınır. Türk futbolunun və Fənərbaxçanın ən məşhur futbolçularından biri olan Lefter Fənərbaxça Marşında adı keçən simvolik oyunçulardandır. Fənərbaxça ilə İstanbul Futbol Liqalarında ümumi 3, Milli Kümədə 1 və Super Liqada 3 dəfə olmaqla Türkiyə çempionatlarında ümumi 4 dəfə çempionluq yaşadı. 13 yanvar 2012-ci ildə o, müalicə gördüyü Amerika Xəstəxanasında 86 yaşındakı ağır sətəlcəm səbəbli ürək çatışmazlığından öldü. == Həyatı == 22 dekabr 1925-ci ildə Büyükadadaki Hamam küçəsində doğulmuşdur. Onun atası balıqçı Hristo, anası isə Argiro idi. Küçükandonyadisin ailəsi, 20-ci əsrin əvvəllərində Albaniyadan Böyükayaya köçən Yunan mənşəli bir ailə idi. == Karyerası == Futbola Böyükadada başladı.
Leuven universiteti
Löven Katolik Universiteti (nid. Katholieke Universiteit Leuven və ya nid. K.U.Leuven) — Belçikanın Flandriya siyasi-coğrafi regionunda, Löven şəhərində yerləşir. Universitet ölkənin ən böyük və qədim ali məktəbidir. Kortreyk şəhərində də ali məktəbin kampusu mövcuddur. == Reytinq == Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Löven Katolik Universiteti 100 ən yaxşı ali məktəb arasında 65-ci yerdə olub. == Xarici əlaqələri == Koimbra qrupunun üzvüdür.
Leyden Universiteti
Leyden Universiteti (nid. Universiteit Leiden) — Niderland Krallığında, Leyden şəhərinin mərkəzində yerləşən ali təhsil müəssisəsi. Ölkənin ən qədim ali təhsil ocaqlarından biridir. == Tarixi == 1575-ci ilə qədər Hollandiyanın şimalında hələ də universitet yox idi. Burada yeganə universitet Leuven şəhərində yerləşirdi, lakin ona nəzarəti ispanlar ələ keçirmişdilər. Elmi Renessans ərəfəsində ispanların hücumlarına qarşı müdafiəsinə görə Leyden şəhərinə şahzadə Villiam tərəfindən mükafat verilir. Həmin mükafat ilk holland universitetinin bu şəhərdə yaradılması olur. Deyilənə görə, Leyden vətəndaşlarına universitet yaradılması və ya müəyyən vergilərdən azad olunması arasında seçim təklif edilib. Lakin vətəndaşlar bildiriblər ki, vergilərdən azad edilmək haqqında qanun dəyişir, Avropanın böyük universitetləri isə əsrlər boyu yaşayır. Əvvəllər Müqəddəs Barbara kilsəsində yerləşən universitet 1581-ci ildə Ağ Rahibələr kilsəsinə köçürülür.
Moffen adası
Moffen adası (norv. Moffen) — Şpitsbergen arxipelaqına daxil olan adalardan biri. Viyde-fiord ərazisində yerləşir. Qərbi Şpisbergen adasının şimalında qərarlaşır. Ada ilk dəfə hollan xəritələrində 1655-ci ldə qeyd olunur. == Mənbə == Conway, W. M. 1906. No Man’s Land: A History of Spitsbergen from Its Discovery in 1596 to the Beginning of the Scientific Exploration of the Country. Cambridge: At the University Press.
Xefren Türam
Xefren Türam-Ulien (fr. Khéphren Thuram; 26 mart 2001, Recco nel Emiliya, Emiliya-Romanya) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Monako === Türam Monako akademiyası vasitəsilə inkişaf etmişdir. Türam peşəkar karyerasında debütünü 28 noyabr 2018-ci ildə Atletiko Madrid klubuna qarşı oyunda etmişdir. O, 63-cü dəqiqədə Aleksandr Qolovini əvəz etmişdir. UEFA Çempionlar Liqasının qrup mərhələsi görüşündə Monako rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Türam İtaliyada anadan olmuşdur. Valideynləri isə, daha dəqiqi atası isə Qvadelupa vətəndaşıdır. O, hal-hazırda Fransa millisinin müxtəlif yaş qruplarında çıxış edir. == Şəxsi həyatı == Türam Fransa millisinin keçmiş futbolçusu olan Liliam Türamın kiçik oğludur.
Xefren ehramı
Xefren ya da Xafra, Misirin paytaxtı Qahirədə, Giza bölgəsində yerləşən edən bir ehram. Ehramın hündürlüyü 143,5 metr, mailliyi 53,2 dərəcədir. Firon Kefrenin oğulu Mikerinos tərəfinən tikilməsi güman edilir. Ən əhəmiyyətli xüsusiyyəti onun ən üst hissəsindəki qoruyucu örtmələrinin pozulmadan günümüzə qədər gəlməsidir. Ən üstündəki daş 36 tondur və bu daşın ora necə qoyulduğu hələ də müəyyən edilməmişdir. Xeops ehramı ilə müqayisədə daha kiçik olmasına baxmayaraq yüksək bir zəminə oturdulduğundan daha böyük görünür. Ehramın alt qatında hökmdar və üst qatında isə hökmdarın arvadına məxsus otaq yerləşir.
Şliffen planı
Şliffen planı — Almaniya imperiyası tərəfinən hazırlanmışdır. 1905-ci ildə "ildırımsürətli" müharibə planı hazırlandı.Bu Alfred fon Şliffen rəhbərliyi ilə Fransa və Rusiya ilə müharibəni nəzərdə tutan plan idi.Plana görə müharibə iki cəbhədə aparılmalı idi.
Şteffen Fetzner
Steffan Fetzner (17 avqust 1968) — Qərbi Almaniyanı və Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Steffan Fetzner Qərbi Almaniyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub. Daha sonra Steffan Fetzner Almaniyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, cüt turnirdə isə gümüş medalın sahibi olub. Steffan Fetzner Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 4-cü pillənin sahibi olub.
Alfred fon Şliffen
Alfred fon Şliffen (alm. Alfred von Schlieffen‎; 28 fevral 1833[…], Berlin – 4 yanvar 1913[…], Berlin) — alman hərb xadimi, general-feldmarşal, 1891-1905-ci illərdə Almaniyanın Baş Qərargahının rəisi.
CWTS Leiden Ranking
CWTS Leiden Ranking — Niderlandda yerləşən Leyden Universitetinin Elm və Texnoloji Tədqiqatlar Mərkəzi tərəfindən illik təqdim olunan dünyanın nüfuzlu ali təhsil müəssisələrinin reytinqlərindən biri. Müxtəlif sahələr üzrə dünyanın ən nüfuzlu bibliometrik reytinq göstəricilərindən biri olan "CWTS Leiden Ranking" çoxsaylı ali təhsil müəssisələri, biznes subyektləri o cümlədən ictimai sferada fəaliyyət göstərən qurumlar tərəfindən mötəbər mənbə kimi qəbul olunur. == Metodologiya == Hesabatların hazırlanmasında Klarivayt Analitiks şirkətinin və "Web of Science" saytının məlumat bazasından istifadə olunur. Burada ölçülən meyarlar sırasına hər bir elmi subyekt üzrə dərc edilən məqalə sayı, dərc olunan jurnalların göstəriciləri (milli sıralaması, istinad sayı, təsir faktoru və s.) və sıralamaya daxil edilən institutların tədqiqat potensialı daxildir.
Qustav Mittaq-Leffler
Maqnus Qustav Mittaq-Leffler (16 mart 1846 - 7 iyul 1927) — İsveç riyaziyyatçısı idi. Sankt-Peterburq Riyaziyyat Cəmiyyətinin üzvü olub. Onun riyazi töhfələri əsasən bu gün kompleks analiz adlanan funksiyalar nəzəriyyəsi ilə bağlıdır. == Həyatı == Mittaq-Leffler Stokholmda anadan olub, məktəb direktoru Con Olof Leffler və Qustava Vilhelmina Mittaqın oğludur; sonra atasının soyadına anasının qızlıq soyadını da əlavə etdi. Onun bacısı yazıçı Anna Şarlotta Leffler idi. O, 1865-ci ildə Uppsala Universitetində təhsil alıb, doktorluq elmi dərəcəsini 1872-ci ildə universitetdən alıb. O, həmçinin Stokholm milləti cəmiyyətinin kuratoru (sədr) idi (1872-1873). Daha sonra Parisə, Göttingenə və Berlinə səyahət edən Qustav Mittaq, sonda Karl Vilhelm Veyerştrassdan təhsil alır. Daha sonra o, 1877-1881-ci illərdə Helsinki Universitetində (Lorenz Lindelöfün varisi kimi) və sonra Stokholm Universitet Kollecində (sonradan Stokholm Universiteti) ilk riyaziyyat professoru kimi çalışdı; 1891-ci ildən 1892-ci ilə qədər kollecin prezidenti olmuş və 1911-ci ildə kafedrasından təqaüdə çıxmışdır. Mittaq-Leffler biznes sahəsində də özünü sınadı və öz başına uğurlu iş adamı oldu, lakin 1922-ci ildə Avropadakı iqtisadi çöküş onun sərvətinində dağılmasına səbəb oldu.
Ursula fon der Leyen
Ursula fon der Leyen (8 oktyabr 1958[…], İksel[d]) — 2019-cu ildən Avropa Komissiyasının 13-cü prezidenti vəzifəsində çalışan alman həkim və siyasətçi. O, 2005-2019-cu illər arasında Almaniya federal hökumətində çalışıb, Angela Merkelin kabinetində ardıcıl vəzifələr tutub, axırıncı dəfə federal müdafiə naziri olub. Von der Leyen mərkəz-sağ Xristian Demokrat İttifaqının (XDİ) və onun Aİ-yə bağlı qrupu olan Avropa Xalq Partiyasının (EPP) üzvüdür. Ursula fon der Leyen Belçikanın Brüssel şəhərində alman ailədə doğulub və böyüyüb. Onun atası Ernst Albrext Avropanın ilk dövlət qulluqçularından biri idi. O, ikidilli olaraq alman və fransız dillərində böyüyüb və atası Almaniya siyasətinə qoşulduqda 1971-ci ildə Almaniyaya köçüb. O, 1978-ci ildə London İqtisadiyyat Məktəbini bitirib, 1987-ci ildə isə Hannover Tibb Məktəbindən tibbi lisenziya alıb. Həkim yoldaşı Heiko von der Leyen ilə evləndikdən sonra 1990-cı illərdə ailəsi ilə birlikdə dörd il ABŞ-da yaşayıb. Almaniyaya qayıtdıqdan sonra 1990-cı illərin sonlarında Hannover bölgəsində yerli siyasətlə məşğul olub və 2003-2005-ci illərdə Aşağı Saksoniya əyalət hökumətində kabinet naziri vəzifəsində çalışıb. 2005-ci ildə o, federal kabinetə qatılıb, əvvəlcə 2005-2009-cu illərdə ailə və gənclər naziri, sonra 2009-2013-cü illərdə əmək və sosial işlər naziri, nəhayət, 2013-2019-cu illərdə ilk qadın müdafiə naziri olub.
Ursula von der Leyen

13. SS Waffen Dağ Korpusu
13. SS Waffen Dağ Korpusu (alm. 13. Waffen-Gebirgs-Division der SS „Handschar“ (kroatische Nr. 1)‎) - Vaffen SS-in tabeliyində olan 38 korpsudan biri. Korpusun almancadan adı olan Handschar ifadəsi korpusun gerbində öz əksini tapıb. 13-cü Dağ Korpusu ölkədə yaşayan müsəlman boşnaklar və katolik xorvatlardan təşkil olnumuşdu. II Dünya müharibəsi illərində balkan yarımadasındakı kommunist paritzanlarla mübarizə aparmaqları üçün Qüds Baş Müftüsü Emin el-Hüseyninin dəstəyi ilə yaradılmışdır.