Mirdza Kempe (latış. Mirdza Ķempe d. 27 yanvar (9 fevral) 1907[1], Liepaya, Kurlandiya quberniyası[d][2] – 12 aprel 1974[1], Riqa) — Latviya və Sovet şairəsi. Latviya SSR əməkdar mədəniyyət işçisi (1957), Latviya SSR xalq şairi (1967), SSRİ dövlət mükafatı laureatı (1967).
Mirdza Kempe | |
---|---|
latış. Mirdza Ķempe | |
Doğum tarixi | |
Doğum yeri | Liepaya, Rusiya İmperiyası |
Vəfat tarixi | (49 yaşında) |
Vəfat yeri | Riqa, Latviya SSR, SSRİ |
Dəfn yeri |
|
Vətəndaşlığı |
Rusiya imperiyası→ Latviya→ SSRİ |
Milliyyəti | latış |
Təhsili | |
Fəaliyyəti | şair, təscüməçi |
Fəaliyyət illəri | 1924-cü ildən |
Əsərlərinin dili | latış, |
İstiqamət | Sosialist realizmi |
Janrlar | Şeir, poema |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
27 yanvar 1907-ci ildə Libava (indiki Liepaya, Latviya) şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1927-1928-ci illərdə Latviya Universitetində oxuyur. Bir müddət Riqa Radiosunun aparıcısı işləyir sonra "İnformator" qəzetində çalışır. 1940-1941-ci illərdə Latviya SSRİ-yə daxil olduqdan sonra Riqa Radio Komitəsinin ədəbi və bədii yayımının rəhbəri vəzifəsini icra edir.
Böyük Vətən müharibəsi illərində Həştərxan, İvanovo və Moskvada yaşayıb və çalışmışdır. Müharibədən sonra Riqaya qayıdır. Əsərləri "Çinya" ("Mübarizə"), "Latvijas strelnieks" ("Latviya atıcısı") qəzetlərində və "Karoqs" almanaxında ("Bayraq") nəşr edilmişdir.
12 aprel 1974-cü ildə vəfat etdir. Riqada Raina qəbiristanlığında dəfn edildir.
1980-ci ildə Riqada qurulan yeni bir küçələrdən birinə Mirdza Kempenin adı verilir.
1924-cü ildə şeirlərini çap etməyə başlayır. 1940-cı ildən bəri "Bryvis zemnieks" qəzetində şeirləri dərc edilir.
Onun poeziyası mülki xarakteri daşıyır. Bir çox şeyrləri sülh uğrunda mübarizəyə həsr edilmişdir. Tərcümə ilə məşğul idi. Teatr üçün əsərlər də yazırdı. Latın dilinə Aleksandr Puşkin, Mixail Lermontov, Volt Vitmen, Musa Cəlil, Edurad Mejelaytis əsərlərini tərcümə etmişdir. Konstantin Fedinin "Qeyri-adi yay", Migel de Servantesin "Don Kixot", Conatan Sviftin "Qulliverin səyahəti" və başqalarını da latış dilinə tərcümə edir.
Kempenin bir çox əsərləri SSRİ-nin bir çox dillərinə çevrilmişdir.