Lələ təpə

LələtəpəCəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən 271.1 m hündürlüyə malik təpə.[1]

Lələtəpə
Ümumi məlumatlar
Mütləq hündürlüyü 271 kvadrat metr
Yerləşməsi
39°24′31″ şm. e. 47°16′07″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Vilayət
Lələtəpə xəritədə
Lələtəpə
Lələtəpə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lələtəpə adlandırılan yüksəklik mühüm tarixi, etnoqrafik, dini və mədəni əhəmiyyət kəsb edir. Folklorşünas Sədnik Paşa Pirsultanlının tədqiqatlarından aydın olur ki, "Lələ dağı" (bir adı da Lələ yaylağıdır) Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonunun MirzənağılıQazaxlar kəndi yaxınlığında, qərbi isə Füzuli rayonunun Əhmədalılar kəndindədir. Yerli camaatın dediyinə görə Lələ öz qəbrinə yaxın olan Arğalı türbəsində, ondan xeyli aralı olan Babı gümbəzində yaşamış, yaz-yay aylarında isə "Lələ dağı", "Lələ yaylağı" deyilən yerdə çardaq qurmuşdur."[2]

border=none Əsas məqalə: Aprel döyüşləri

Hərbi strateji əhəmiyyətə malik olan bu təpənin tutulması Horadiz şəhəri və Füzuli rayonunu atəş nəzarətində saxlamağa imkan verir.[3] Lələtəpə Qarabağ müharibəsi zamanı 1994-cü il fevral ayının 11–12-də döyüş yerlərindən biri olub.[4] Yüksəklik 1993-cü ildə Ermənistan ordusu tərəfindən tutulub. Sonra Lələtəpə 1994-cü ildə "Horadiz əməliyyatı" zamanı Azərbaycan ordusu tərəfindən ələ keçirilsə də, sonralar ağır döyüşlər nəticəsində yenidən Ermənistan ordusunun nəzarətinə keçib.[5] 2 aprel 2016-cı ildə Lələtəpə Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.[4][6][7] İşğaldan azad edilmiş Lələtəpə yüksəkliyinə illər sonra ilk dəfə Azərbaycan bayrağını aprelin 2-də təxminən saat 05:45 radələrində asan hərbi qulluqçu Asim Əliyev olub.[8]

2017-ci il Fevral döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyin almaq məqsədilə təxribat törədiblər.[9] Lakin, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirib.

1994-cü ildən 2016-cı ilə qədər düşmən Lələtəpə ərazisindən Füzuli rayonunun Mirzənağılı, Qazaxlar, ƏhmədalılarHoradiz şəhərini daim atəş altında saxlayırdı.

  1. ordu.az. "Lələtəpədən döyüş əməliyyatları teatrına baxış" (az.). ordu.az. 23.10.2018. İstifadə tarixi: 2020-10-20.[ölü keçid]
  2. APREL DÖYÜŞLƏRİ ŞANLI TARİXİMİZDİR [ölü keçid]
  3. "Lələtəpə və Talış yüksəkliklərinin əhəmiyyəti nədir?". 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
  4. 1 2 "Ordumuzun ələ keçirdiyi "Lələ təpə" haradadı və strateji əhəmiyyəti nədən ibarətdir ?" (az.). www.politika.az. 2016-04-02. 2016-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-06.
  5. "Lələtəpədən döyüş əməliyyatları teatrına baxış - HƏRBİ EKSPERT (FOTOLAR)". 2019-12-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
  6. "Прекращение огня в Нагорном Карабахе: "стреляют, но не так сильно"". RIA Novosti. 6 Aprel 2016. 2016-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-07.
  7. "MN: Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan məntəqəsi düşməndən tam təmizlənib". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-11.
  8. "Lələtəpədə illər sonra ilk bayraq necə və kim tərəfindən asıldı?". 2019-12-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
  9. "Arxivlənmiş surət". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]