Həmzə Ablayev

Həmzə Ablayev və ya Amza Ablayev (22 may 1922, Korbek[d], Krım MSSR10 sentyabr 1998, Şumxay[d], Krım Muxtar Respublikası) — krım tatar ictimai xadimi, pedaqoq, krım tatar milli hərəkatının liderlərindən biri. İkinci Dünya Müharibəsinin iştirakçısı[1][2]

Həmzə Ablayev
krımtat. Amza Ablayev
Doğum tarixi 22 may 1922(1922-05-22)
Doğum yeri
Vəfat tarixi 10 sentyabr 1998(1998-09-10) (76 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti ictimai xadim, müəllim
Partiyası

Həmzə Memet oğlu Ablayev 22 may 1921-ci ildə Korbek kəndində anadan olub. 1929-cu ildə onun valideynləri kolxoza daxil olmaqdan imtina etdikləri üçün Urala sürgün ediliblər[1][3].

1942-ci ildə orduya çağırılıb və İkinci Dünya Müharibəsində iştirak edib[4]. 1944-cü ildə Krım tatarları sürgün edildikdən sonra Özbəkistan SSR-də Qovunçu qəsəbəsində yaşayıb[1]. 1948-ci ildə Daşkənd Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakultəsinin qiyabi şöbəsinə daxil olur və yerli şəhər məktəbində riyaziyyat dərsi keçməyə başlayır[3].

1950-ci illərin sonundan Krım tatar Milli Hərəkatında iştirak etməyə başlayıb. Yanqıyolda Əbdürrəhman Muradasılovlar birlikdə təşəbbüs qrupu yaradıb. Krıma qayıdıb orada dövlətçiliyi bərpa etmək uğrunda yaranan milli hərəkatla əlaqə saxlayıb. 1960-cı ildə Daşkənd Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub. Müəllim heyəti ilə ölkənin milli məsələlərdəki siyasəti ilə bağlı olan suallarda mübahisələr yaşadığına görə təhsilini yarımçıq qoyub. Sonradan isə Sov.İKP-dan xaric edilib[1][2].

1965-ci ildən 1970-ci ilə qədər bir çox görüşlərin və proqramların hazırlanmasında iştirak edir[5]. 27 avqust və 2 sentyabr 1967-ci ildə Daşkənddə baş tutmuş Krım tatarlarının kütləvi mitinqlərinin təşkilatçısıdır. 1985-1986-cı illərdə Yanqıyol gənclərdən ibarət təşəbbüs qrupunun yaradılmasına kömək edib[4]. 14 mart 1987-ci ildə Krım tatarlarının təşəbbüs qruplarının Sov.İKP Mərkəzi Komitəsinin katibi Mixayıl Qorbaçovla baş tutacaq görüşündə çıxış etmək üçün o da, xalq təmsilçisi seçilmişdir. 1987-ci ilin aprel ayında Daşkənddə baş tutmuş Krım tatarlarının milli hərəkatının təşəbbüs qruplarının ümumittifaq görüşündə iştirak etmişdir. 16 nəfərdən ibarət olan Mərkəzi Təşəbbüs Qrupunun üzvü olub. 1987-ci ilin iyun ayında Daşkənddə baş tutmuş Krım tatarlarının milli hərəkatının təşəbbüs qruplarının II ümumittifaq görüşündə də iştirak edib. Moskvada baş tutmuş eitraz aksiyalarında iştirak edib[1][2].

1989-cu ildə Krıma geri qayıdıb. Milli hərəkatın veteranları cəmiyyətinin rəyasət heyətinin üzvü olub. "Xalqın faciəsi" əsərinin müəllifidir. 10 sentyabr 1998-ci ildə Şumxay kəndində dünyasını dəyişib. Elə orada da dəfn edilib[1][2].

  • Özbəkistanın əməkdar müəllimi adına layiq görülüb.
  • SSRİ xalq təhsilinin əlaçısıdır.
  1. 1 2 3 4 5 6 Gülnarə Bəkirova. "Амза Аблаев: "Мы отвечаем за судьбу своего народа…" / Həmzə Ablayev: "Biz xalqımızın taleyinə cavabdehik…"" (rus). krymr.com. 20.07.2015. 24.06.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.04.2021.
  2. 1 2 3 4 "Амза Аблаев: вся жизнь на передовой" (rus). crimeantatars.club. 22.05.2019. 05.09.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.04.2021..
  3. 1 2 "Аблаев Амза (1922-2002)" (Krımtatarca). ana-yurt.com. 27.04.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.04.2021.
  4. 1 2 "Амза Аблаев (1922-1998)" (rus). avdet.org. 28.05.2012. 27.04.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.04.2021.
  5. "Амза Аблаев(1922-1998)" (rus). gasprinskylibrary.ru. 09.09.2016. 24.06.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.04.2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]