Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ləvain su anbarı
Ləvain (Lovain) su anbarı — Azərbaycanın Astara rayonunun ərazisində yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1967-ci ildə istismara verilmişdir. Su anbarı 3 mənbədən qidalanır: Ləvain, Sixaru və Digədi çayları. Bu çaylardan su götürülərək 5 km-lik kanal vasitəsi ilə su anbarına verilir. Azərbaycan Nazirlər Kabinetinin sərəncamına müvafiq olaraq azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tapşırığı ilə 2008-ci ildə Ləvain su anbarının təmir olunmasına başlandı. Təmir işlərinin layihəsi Azdövsutəslayihə institutu tərəfindən hazırlanmışdır. Su anbarının əsas texniki göstəriciləri: Bəndin hündürlüyü 17.5m, bəndin uzunluğu 2200m və su anbarının ümumi həcmi 6.3mln.m³-dur. Suvarma sahəsi 1700ha-dır.
Nəvai
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Ləvin (Piranşəhr)
Ləvin (fars. لاوينب‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 522 nəfər yaşayır (65 ailə).
Nəvai (Xoy)
Nəvai (fars. نوايي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Nəvai Məmmədoğlu
Nəvai Məmmədoğlu (Nəvai Məmməd oğlu İbrahimov) — rəssam, şair, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin Təmsilçisi, Azəbaycan Rəsim Komitəsinin başkanı. == Həyatı == Nəvai Məmməd oğlu İbrahimov 1965-ci il iyul ayının 3-də Qazaxın Qarayazı qəsəbəsində dünyaya göz açıb. Əslən Qazax rayonunun Aslanbəyli kəndindəndir. 1972-1982-ci illərdə Ağstafa rayonunun Zəlimxan kəndində orta təhsil alıb. 1982-1989-cu illərdə APU-nun bədii qrafika fakültəsində ali təhsil alıb. 1989-cu ildən mütəmadi olaraq mətbuatda əsərləri nümayiş olunur. Fərdi və qarışıq sərgilərin iştirakçısıdır. Bir çox kitabların tərtibatçısı olub. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. “METİN-X” reklam şirkətinin rəhbəridir.
Nəvai vilayəti
Nəvai vilayəti — Özbəkistanda vilayət.
Əlişir Nəvai
Əlişir Nəvai (9 fevral 1441, Herat, Teymurilər dövləti – 3 yanvar 1501, Herat, Teymurilər dövləti) — özbək əsilli şair, filosof. Nizami Gəncəvinin davamçılarından biri.[mənbə göstərin] == Həyatı == Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində anadan olmuşdur. Atası Siyasetddin Kiçkinə Bahadır Teymuroğullarına mənsub aristokrat ailənin başçısı idi və Xorasan əmiri Əbül Qasım Baburun xidmətində dayanırdı. Ana tərəfdən ulu babası Əbu Səid Çiçək isə Mirzə Bayqaranın bəylərbəyi idi. Əsl adı Nizaməddin Əlişir olan Nəvai Mirzə Bayqaranın nəvəsi Hüseyn Bayqara ilə birlikdə böyümüş və təhsil almışdır. Daha sonralar Hüseyn Bayqara Teymurilər dövlətinin hökmdarı olan zaman uşaqlıq dostu Nəvaini özünə köməkçi etdi. Ona möhürdarlıq, divanbəyliyi və sonra da "əmir" rütbəsini verdi. Dövrünün tanınmış alim və şairlərindən biri olan Hüseyn Bayqara və Əlişir Nəvai Heratı dövrün ən böyük mədəniyyət mərkəzinə çevirdilər. Nəvai yaxşı bir dövlət xadimi olduğunu da göstərmişdir. Yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də böyük xidmətləri olmuşdur.
Levant
Levant (həmçinin Transiordaniya və Məşriq olaraq tanınır) - Aralıq dənizinin şərqindən Mesopotamiyaya qədər uzanan tarixi ərazinin bəzi qaynaqlardakı adı. Osmanlı İmperiyası zamanında Genuya və Venesiyalı tacirlərinin burada çoxlu ticari faktoriyaları olduğu üçün Levanten adlandırılırdılar.
Levaşi
Levaşi (darg. Лаваша) — Dağıstan Respublikası, Levaşi rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Levaşi rayonunun və Levaşi kənd sovetliyinin mərkəzidir. Levaşi kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. == Coğrafiya == Levaşi kəndi Mahaçqaladan 95 km cənub-qərbdə, Qalaqork çayının yatağında (Paraulozen çayının hövzəsi), 1222 metr yüksəklikdə, Buynaks dəmiryolu stansiyasından 67 km cənub-şərqdə yerləşir. Yolların qovşağındadır. == Kəndin tarixi == Kənd XVII əsrdə salınmışdır. İlk əvvəllər Levaşı kəndi bir yüksəklikdə yerləşirdi. Yerli əhali bu zirvəni «Kyak» adlandırır (təpə mənasını verir). Kəndlərin mənşəyi haqqında müxtəlif fərziyyələr vardır.
Leach
Vilyam Elford Liç (ing. William Elford Leach 2 fevral 1790, Plimut, Devon qraflığı – 25 avqust 1836 və ya 26 avqust 1836) — İngiltərə zooloqu və dəniz bioloqu. == Çap olunmuş işləri == Zoological Miscellany (1814–1817) Monograph on the British Crabs, Lobsters, Prawns and other Crustacea with pendunculated eyes (1815–1817) Systematic catalogue of the specimens of the indigenous Mammalia and birds in the British Museum (1816) (1882-ci il nəşri) Synopsis of the Mollusca of Great Britain (circulated 1820, but not published until 1852).
Levan
Levan (Kartli)
Levni
Levni (əsl adı Abdülcəlil Çələbi; XVII əsr, Ədirnə – 1732[…], Konstantinopol) — miniatür sənətçisi. == Həyatı == Levni Ədirnədə doğulmuşdur. Növşəhərli Paşa nəqqaş kimi Levnini saraya gətirmişdi. Yaradacı zəkasıyla sənətində yeni cığırlar açaraq, bu himayəyə layiq olduğunu isbat etmişdir. 1732-ci ildə vəfat etmiş və Otaqçılar məscidi yanındakı Sadilər Təkkəsində dəfn olunmuşdur.
Fərhad və Şirin (Nəvai)
Fərhad və Şirin (özb. Farhod va Shirin) - özbək şairi Əlişir Nəvainin "Xəmsə" toplusuna daxil olan ikinci əsərdir. Şair bu poemanı 1484-cü ildə yazmışdır. Əsər Nizaminin “Xosrov və Şirin” poemasına nəzirə yazılmışdır və vəzni də Nizamidə olduğu kimi həzəc bəhridir. Lakin, Nəvainin “Fərhad və Şirin”i həm də, özündən əvvəlki bütün eyni məzmunlu əsərlərdən fərqlənən yeni bir əsərdir. Bu əsəri fərqləndirən birinci xüsusiyyət budur ki, Nəvai özündən əvvəlki bütün şairlər kimi, əsəri fars dilində yox, öz dilində - özbək dilində yazmışdır. Digər yenilik isə, əsərdə özbək xalqının, türkdilli xalqların adət-ənənə, istək və arzularının tərənnüm edilməsidir. Əsərdə surətlər, hadisələr, məqsəd və hədəf tamamilə başqadır. Burada yeni tipli şəxslər təsvir olunmuş, əsərin məzmunu, həm də qəhrəmanı Nizami əsərindən tamamilə fərqlidir. == Məzmunu == Fərhad Çin xaqanının oğludur.
Leyli və Məcnun (Nəvai)
"Leyli və Məcnun" — özbək şairi Əlişir Nəvainin "Xəmsə" toplusuna daxil olan üçüncü əsərdir. Şair bu poemanı 1484-cü ildə yazmışdır. Əsər Nizaminin "eyni adlı" poemasına nəzirə yazılmışdır. == Məzmunu == Nəvai də əsəri Nizami kimi başlayır. Burada Qeysin doğulması, əzizliklə böyüdülməsi, məktəbə gedib Leylini görməsi və gənclərin sevişmələri təsvir olunur. Qeys məktəbi buraxıb hər gün Leylinin qəbiləsinə gedir. Tezliklə Qeys Məcnun adı ilə məşhurlaşır. Hadisədən Leylinin atası xəbərdar olur, Məcnunun atasına qasid göndərir: Atası Məcnunu zəncirə vurur. Məcnun iztirab çəkir. Leyli gülşəndənqayıdanda İbn Salama rast gəlir.
Bulbophyllum levatii
Bulbophyllum levatii (lat. Bulbophyllum levatii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Levaşi rayonu
Levaşi rayonu — Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 830 km², inzibati mərkəzi Levaşi kəndidir. == Əhalisi == Rayonun əhalisi 74.044 nəfərdir (2015-ci il).
Proprioseiopsis levani
Proprioseiopsis levani (lat. Proprioseiopsis levani) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis levani Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Əhməd Zevail
Əhməd Zevayl (ərəb. أحمد حسن زويل‎, ing. Ahmed H. Zewail; 26 fevral 1946[…], Dəmənhur – 2 avqust 2016[…], Pasadena, Kaliforniya) — Misir-ABŞ kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1999). == Həyatı == === Uşaqlıq illəri === Əhməd Zevayl 1946-cı il fevralın 26-da Misirin şimalındakı Damanhur şəhərində anadan olub. Uşaqlıq illəri Nil çayının sahilində yerləşən Desuk qəsəbəsində keçib. Atası Xasan Zevayl və anası Rauxin Dar övladlarının gələcəyi barədə ciddi düşünür, Əhmədin elmlərə can atmasını hərtərəfli dəstəkləyirdilər. Həmyaşıdlarının xoşagəlməz təsiri altına düşməməsi üçün atası onu gözündən qoymayıb. Öz ailəsinə çox yaxşı qayğı göstərən atası onun üçün örnək idi. O, oğluna öz işinə sədaqətlə xidmət etməyi öyrədirdi. Əhmədin anası təhsil almamışdı, lakin o, övladlarının yaxşı təhsil almasına can atırdı.
Cənubi Levant
Cənubi Levant — Levantın cənub yarısını əhatə edən coğrafi region. Bu, təxminən müasir İsrail, Fələstin və İordaniyaya uyğundur. Bəzi təriflərə Livanın cənubu, Suriyanın cənubu və Sinay yarımadası da daxildir. Ciddi bir coğrafi təsvir olaraq, bəzən arxeoloqlar və tarixçilər tərəfindən ərazinin digər adlarının dini və siyasi mənalarından qaçmaq üçün istifadə olunur. == Terminologiya == Cənubi Levant Levantın aşağı yarısına aid edilir, lakin coğrafi tərifdə bəzi fərqlər var. Ən geniş tərifə İsrail, Fələstin, İordaniya, Livan, Suriyanın cənubu və Sinay səhrası daxildir. Arxeologiya sahəsində Cənubi Levant "əvvəllər Suriya-Fələstin kimi müəyyən edilmiş və Kənanın da daxil edildiyi regiondur". "Cənubi Levant" termini də qeyri-dəqiq və yöndəmsiz ad kimi tənqid olunur. Cənubi Levant termini akademik diskursda "Kənan", "Müqəddəs torpaqlar", "İsrail torpağı" və ya "Fələstin" kimi adların "dini və siyasi məzmunu"ndan qaçaraq, regionun "ən azı ciddi coğrafi" təsviri kimi müəyyən edilmişdir.
Levant Ərəbcəsi
Şami dialekti və ya Levant Ərəbcəsi (endonimi : شامي šāmi və ya اللهجة الشامية el-lahje š-šāmiyye) Livan, İordaniya, Suriya, Fələstin, İsrail və Türkiyənin bəzi hissələrini əhatə edən Levant regionunda danışılan dildir. Dünyada 50 milyondan çox danışan var. Ərəb dilinin beş əsas ləhcəsindən biri hesab olunur.
Turret-Levans
Turret-Levans ( (fr. Tourrette-Levens) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Turrent-Levans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Levens kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 16,5 km², əhalisi — 4639 nəfərdir (2006) artım tendensiyası ilə: 4786 nəfər (2012), əhalinin sıxlığı 290,1 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 4731 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 4786 nəfər.
Adam Levin
Adam Noah Levin ( 18 mart, 1979) musiqiçi, mahnı sözləri yazan və gitarist. Pop-rok qrupu Maroon 5-ın vokalisti.
Agelescape levyi
Agelescape levyi — Çala hörümçəkləri fəsiləsinə, Agelescape cinsinə aid növ. Azərbaycanın endemik canlısı. == Qısa məlumat == Kiçik ölçülü hörümçəkdir. Erkəklərin uzunluğu 5,3 mm-dir. Baş-gövdə hamiyyəsinin dişilərdə uzunluğu 2,5 mm (eni 1,85 mm) təşkil edir. Baş-gövdə sarı olsa da, boz naxışları vardır. Ayaqları sarı rəngdədir. Agelescape levyi növü ilk dəfə 2005-ci ildə Arаxnoloqlar, Elçin Hüseynov (Elchin F. Guseinov, Zoologiya İnstitutu AMEA, Bakı, Azərbaycan), Yuri М. Marusik (Институт биологических проблем Севера ДВО РАН, Maqadan, Rusiya) və Seppo Koponen (Seppo Koponen, Zoological Museum, University of Turku, Turku, Finlandiya) tərəfindən Agelescape caucasica, Agelescape dunini və Agelescape talyshica Guseinov, Marusik & Koponen, 2005 növləri ilə birlikdə aşkarlanmışdır. Agelescape levyi növü Agelescape affinis (Kulczynski, 1911), Agelescape gideoni Levy, 1996 və Agelescape livida (Simon, 1875) növləri ilə birlikdə Agelescape cinsinə daxil edilmişdir. Növ öz adını İsrailli araxnoloq Qerşom Levinin (Dr.
Bernard Levis
Bernard Luis (ing. Bernard Lewis; 31 may 1916[…], London – 19 may 2018[…]) — Prinston Universitetində professordur. İslam tarixi və islam-Qərb əlaqəsi haqqında mütəxəssisləşmişdir. Orta şərq haqqında mütəxəssisləşmiş qərbli mütəxəssislər arasında ən çox oxunan yazıçılardandır. Yəhudi mənşəlidir və Corc V. Buşun məsləhətçilərindəndir. Lewis, 1993-cü ildə "Le Monde"nə verdiyi bir bildirişdə 1915-ci ildə Ermənilərin Osmanlılar tərəfindən öldürülməsinin bir "soyqırım" olmadığını, "döyüşün bir tərəf məhsulu" olduğunu söyləmişdi. Parisdə bir məhkəmə bunu Erməni soyqırımının inkarı olaraq qəbul etmiş və tarixçiyə simvolik olaraq 1 frank pul cəzası kəsmişdir. London Universitetində təhsil aldı; yüksək lisansını Orta şərq Tarixi sıxlıqlı olmaq üzrə Tarix mövzusunda, doktorasınıysa İslam Tarixi mövzusunda etdi. Paris Universitetindəki araşdırmaları əsnasında Türkcə öyrəndi. 1938-ci ildə dərs verməyə başladı.
Daucus levis
Yabanı yerkökü (lat. Daucus carota) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yabanı yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur. Yerkökünün tərkibində orta hesabla 4–12% şəkər, 0,53–2,23% zülal, 0,1–0,7% yağ, 0,54–3,50% sellüloza, 0,4–2,9% pektin maddəsi, 2,3–5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6–1,7% kül olur.
Grevillea levis
Grevillea levis (lat. Grevillea levis) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea levis (Olde & Marriott) Christenh.
Hyalmar Levin
Hyalmar Levin (14 iyun 1884 — 8 mart 1983) — İsveçli keçmiş peşəkar velosiped yarışçısı. Hyalmar Levin İsveçi 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hyalmar Levin birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Indira Levak
Indira Levak – Xorvatiyalı müğənni.
Kurt Levin
Kurt Levin (1890-1947) — alman psixoloq. Münxen və Berlin Universitetlərində təhsilini başa vurduqdan sonra, 1914-cü ildə K.Levin doktorluq dərəcəsi alır. O, şəxsiyyət problemini öyrənir. ABŞ-yə emiqrasiya etdikdən sonra Levin Stanford və Kornel Universitetlərində dərs deyir. 1945-ci ildən isə Massaçuset Texnologiya İnstitutunun nəzdindəki Qrup dinamikası üzrə Tədqiqat Mərkəzinə rəhbərlik edir. Baxmayaraq ki, K.Levin cəmisi 3 il Mərkəzin direktoru olub. K.Levin öz nəzəriyyəsini “Psixoloji sahə nəzəriyyəsi” adlandırmışdır. K.Levin şəxsiyyətdaxili konflikti öyrənmişdir. Levinə eyni səviyyəli, müxtəlif istiqamətli təsir insanda daxili konflikt yaradır. Şəxsiyyətdaxili konfliktin həll olunması insanda həyəcan hissi, frustrasiya yaradır, onun peşə fəaliyyətinə mənfi təsir göstərir, insanı asılı edir.
Levan (Kartli)
Levan və ya müsəlman olandan sonrakı adı ilə Şahqulu xan - Kartli qəyyumu. == Həyatı == 1653-cü ildə V Vaxtanqın dördüncü övladı olaraq doğulmuşdur. 1675-ci ildə XI Georginin qəyyumu kimi təyin olunmuşdu. 1677-ci ildə müsəlman olaraq Şahqulu adını almış, Kirman naibi adını almışdı. 1698-1701-ci illər arası üsyançı bəluclara qarşı ölkəni qorumuşdu. 1703-cü ildə divanbəyi təyin olunmuşdu. Şair idi. == Ailəsi == 1762-ci ildə Tuta Qurieli ilə evlənmişdi. Övladları: Keyxosrov — qəyyum və çar. VI Vaxtanq — çar.
Levan Kenia
Levan Kenia (gürc. ლევან ყენია; 18 oktyabr 1990, Tbilisi, Gürcüstan SSR, ) gürcü futbolçu, "Saburtalo" klubunun yarımmüdafiəçisidir. Gürcüstan millisində oynamışdır. == Bioqrafiya == === Klub karyerası === Levan Gürcüstan çempionatında ilk matçını 16 yaşında keçirdi. 2008 -ci ilin yanvar ayında Şalke 04 -ə keçdi və 2012 -ci ilə qədər müqavilə imzaladı . 2008/09 mövsümü başlamazdan əvvəl "Şalke" nin gənclər heyətində oynadı və yeni mövsümdə klubun əsas heyətinə daxil edildi. Kenia Almaniya klubunda son oyununu 25 oktyabr 2009 -cu ildə keçirdi. Ayaq biləyi ağrısından əziyyət çəkirdi və üç əməliyyat keçirmişdi. 2011 -ci ilin yanvar ayında oyunçu məşqlərə başladı, lakin tezliklə yenidən zədələndi. Kenia, 2011 -ci ilin sentyabr ayında yenidən yaralandı və qeyri -müəyyən müddətə təqaüdə çıxdı.
Levan Kobiaşvili
Levan Kobiaşvili (gürc. ლევან ზურაბის ძე კობიაშვილი; doğum 22 fevral 1973, Tbilisi, Gürcüstan SSR, SSRİ) — sol cinah yarımmüdafiəçisi və müdafiəçisi mövqelərində oynamış keçmiş gürcüstanlı futbolçu. 1996-2011-ci illər ərzində Gürcüstan milli futbol komandasının heyətində 100 oyun keçirib və 12 qol vurub. Milli komandanın tarixində ən çox oyun keçirmiş futbolçudur. 2015-ci ilin oktyabrından Gürcüstan Futbol Federasiyasının prezidentidir. == Klub karyerası == ==== Avaza, Dinamo, Alaniya ==== 1984-cü ildə, Levanın 7 yaşı olarkən atası onu keçmişdə futbolçu olmuş dostu Piruz Rexviaşvilinin məsləhəti ilə Tbilisidə direktoru Mixail Mesxinin olduğu "Avaza" futbol məktəbinə aparıb. Doqquz il ərzində "Avaza]" futbol məktəbində çıxış edib. Uşaq komandası onunla birlikdə dəfələrlə müxtəlif respublika turnirlərinin qalibi olub. 1980-ci illərin sonunda Leninqrad-da uşaq ümumittifaq turnirinin qalibi olublar. 1993-cü ilin əvvəlində "Avaza" klubunun Gürcüstan çempionatının üçüncü dəstəsində uğurlu çıxışı aparıcı məşqçilərin diqqətini cəlb etdi.