Agelescape levyi — Çala hörümçəkləri fəsiləsinə, Agelescape cinsinə aid növ. Azərbaycanın endemik canlısı.
Agelescape levyi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Agelescape levyi |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Kiçik ölçülü hörümçəkdir. Erkəklərin uzunluğu 5,3 mm-dir. Baş-gövdə hamiyyəsinin dişilərdə uzunluğu 2,5 mm (eni 1,85 mm) təşkil edir. Baş-gövdə sarı olsa da, boz naxışları vardır. Ayaqları sarı rəngdədir. Agelescape levyi növü ilk dəfə 2005-ci ildə Arаxnoloqlar, Elçin Hüseynov (Elchin F. Guseinov, Zoologiya İnstitutu AMEA, Bakı, Azərbaycan), Yuri М. Marusik (Институт биологических проблем Севера ДВО РАН, Maqadan, Rusiya) və Seppo Koponen (Seppo Koponen, Zoological Museum, University of Turku, Turku, Finlandiya) tərəfindən Agelescape caucasica, Agelescape dunini və Agelescape talyshica Guseinov, Marusik & Koponen, 2005 növləri ilə birlikdə aşkarlanmışdır. Agelescape levyi növü Agelescape affinis (Kulczynski, 1911), Agelescape gideoni Levy, 1996 və Agelescape livida (Simon, 1875) növləri ilə birlikdə Agelescape cinsinə daxil edilmişdir. Növ öz adını İsrailli araxnoloq Qerşom Levinin (Dr. Gershom Lewy, İsrail; 1996-cı ildə Agelescape cinsini adlandırmışdır) adından götürmüşdür[1]