Kurt Levin (9 sentyabr 1890[1][2][…] – 12 fevral 1947[1][2][…]) — alman psixoloq. Münxen və Berlin Universitetlərində təhsilini başa vurduqdan sonra, 1914-cü ildə K. Levin doktorluq dərəcəsi alır. O, şəxsiyyət problemini öyrənir. ABŞ-yə emiqrasiya etdikdən sonra Levin Stanford və Kornel Universitetlərində dərs deyir. 1945-ci ildən isə Massaçuset Texnologiya İnstitutunun nəzdindəki Qrup dinamikası üzrə Tədqiqat Mərkəzinə rəhbərlik edir. Baxmayaraq ki, K. Levin cəmisi 3 il Mərkəzin direktoru olub. K. Levin öz nəzəriyyəsini "Psixoloji sahə nəzəriyyəsi" adlandırmışdır.
Kurt Levin | |
---|---|
alm. Kurt Lewin | |
Doğum tarixi | 9 sentyabr 1890[1][2][…] |
Vəfat tarixi | 12 fevral 1947[1][2][…] (56 yaşında) |
Vəfat səbəbi | ürək tutması |
Elm sahəsi | psixologiya |
İş yerləri | |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
K. Levin şəxsiyyətdaxili konflikti öyrənmişdir. Levinə eyni səviyyəli, müxtəlif istiqamətli təsir insanda daxili konflikt yaradır.
Şəxsiyyətdaxili konfliktin həll olunması insanda həyəcan hissi, frustrasiya yaradır, onun peşə fəaliyyətinə mənfi təsir göstərir, insanı asılı edir. Bir çox hallarda şəxsiyyətdaxili konflikt başqa adamlar tərəfindən yaradılır.
ABŞ-yə gəldikdən sonra Levin qrup differensiyası, ünsiyyət üslubunun tipologiyası problemləri ilə məşğul olur. O təklif edir ki, qrupa dinamik sistem, şəxsiyyətin psixoloji sahəsi kimi baxılmalıdır. İnsanın qrupda sosial davranışı qrupdaxili münasibətlər, qrupdaxili ənənələr, ünsiyyət üslubu ilə formalaşır. Davranış psixoloji sahə və tələbat funksiyası ilə birbaşa bağlıdır. K. Levin demokratik, avtoritar və liberal ünsiyyət üslublarını müəyyən etdi. O həm qrupda liderliyin yaranması məsələlərini öyrənmişdir. Bu sosial psixologiyada yeni bir istiqamətin – qrup dinamikası prosesinin yaranmasını şərtləndirdi. Levinin tədqiqatları şəxsiyyət psixologiyası, sosial psixologiya sahəsində eksperimental metodlardan istifadə etməyin mümkünlüyünü əsaslandırırdı. Beləliklə, geştaltpsixoloqların tədqiqatları yaradıcı təfəkkürdən tutmuş şəxsiyyətin fəallığı kimi çoxsaylı problemləri əhatə edir. Psixikanın öyrənilməsi qavrayışın, təfəkkürün, şəxsiyyətin inkişaf qanunauyğunluqlarını, onların əsaslı fərqini müəyyənləşdirmək imkanı verdi. Onların eksperimental yolla aldıqları nəticələr bu gün də aktual olaraq qalır. Lakin geştaltpsixologiya yeganə psixologiya məktəbidir ki, 30-cu illərdən sonra sıradan çıxdı. Bu, Avropada, xüsusilə də Almaniyada gedən siyasi proseslərin nəticəsində baş verdi.