Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məhəmmədağa Cürmi
Məhəmmədağa Cürmi (XIX əsr, Bakı) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Məhəmmədağa Cürminin doğum və ölüm tarixi haqqında məlumat yoxdur, O, XIX əsrin 80-ci illərində Bakıda fəaliyyət göstərən "Məcməüş-şüəra" ədəbi məclisinin fəal üzvü və rəhbəri olmuşdur. Müasirlərindən Seyid Əzim Şirvani, Mirzə İsmayıl Qasir, Ağadadaş Sürəyya və başqalarının əsərlərində onun adının çəkilməsi göstərir ki, tanınan şair imiş, Ancaq əsərləri tam halda əldə yoxdur.
Aşağı Məhəmmədağa (Çaldıran)
Aşağı Məhəmmədağa (fars. محمداقاسفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 22 nəfər yaşayır (6 ailə).
Yuxarı Məhəmmədağa (Çaldıran)
Yuxarı Məhəmmədağa (fars. محمداقاعليا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 27 nəfər yaşayır (5 ailə).
Məhəmmədabad
Məhəmmədabad (Zabul)
Məhəmmədrza
Məhəmmədrza — ad. Məhəmmədrza Agahi — Özbək yazıçısı, tarixçisi və tərcüməçisi. Məhəmmədrza İsmayılzadə — Cənubi Azərbaycanlı şair, tarixçi, tərcüməçi, folklorşünas. Məhəmmədrza Gülzar — İranlı gitaraçı və kinoaktyor. Məhəmmədrza Nemətzadə — İranlı siyasətçi və mühəndis Məhəmmədrza Mirzə — Fətəli şah Qacar və gürcü həyat yoldaşı Məryəm xanımın oğlu Digər Cuki-i Məhəmmədrza (Marağa) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd.
Məmmədağa
Məmmədağa — Azərbaycanlı kişi adı. Məmmədağa Məmmədov — Azərbaycan-sovet kimyaçısı, texnoloq və dövlət xadimi Məmmədağa Muradov — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1959). Məmmədağa Umudov — bəstəkar, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008).
Elmira Məhəmmədova
Elmira Məhəmmədova (11 fevral 1972, Mahaçqala) — 1995–1996-cı illərdə Azərbaycanı təmsil edən qadın güləşçi. == Karyerası == Elmira Məhəmmədova 1995-ci ildə Rusiyada baş tutan Dünya Çempionatında mübarizə apardı və turnirin nəticələrinə əsasən 14 idmançı sırasında çempionatını 8-ci pillədə başa vurdu. 1996-cı ildə isə Elmira Məhəmmədova Norveçin Oslo şəhərində baş tutan Avropa Çempionatının bürünc medal uğrunda görüşündə Norveç nümayəndəsi İne Barli üzərində qələbə qazanaraq Avropa Çempionatının bürünc medalına sahib oldu. Bununla da Elmira Məhəmmədova həm də Avropa Çempionatının medalına sahib olan birinci azərbaycanlı qadın güləşçi oldu. 24 yaşında idmanla vidalaşan Elmira Məhəmmədova hal-hazırda Rusiyada məşqçi olaraq çalışır. Onun yetirməsi Zamirə Rəhmanova 2011-ci il Dünya Çempionatının qalibi olub.
Məhəmmədabad (Bicar)
Məhəmmədabad (fars. محمد آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 77 nəfər yaşayır (17 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Məhəmmədabad (Hurand)
Məhəmmədabad (fars. محمداباد‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 110 nəfər yaşayır (28 ailə).
Məhəmmədabad (Kirman)
Məhəmmədabad — — İranın Kirman ostanının şəhərlərindən və Rigan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,773 nəfər və 1,295 ailədən ibarət idi.
Məhəmmədabad (Maku)
Məhəmmədabad (fars. محمداباد‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 88 nəfər yaşayır (18 ailə).
Məhəmmədabad (Sayınqala)
Məhəmmədabad (fars. محمداباد‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 240 nəfər yaşayır (56 ailə).
Məhəmmədabad (Zabul)
Məhəmmədabad — İranın Sistan və Bəlucistan ostanının Zabul şəhristanının Şibab bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,175 nəfərdən ibarət idi.
Məhəmmədabad (İsfahan)
Məhəmmədabad— İranın İsfahan ostanının İsfahan şəhristanının Aşağı Cərqəviyə bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,391 nəfər və 1,093 ailədən ibarət idi.
Məhəmmədabad (Əsədabad)
Məhəmmədabad (fars. محمدآباد‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 430 nəfər yaşayır (138 ailə).
Məhəmmədabad Günbəki
Günbəki və ya Məhəmmədabad Günbəki — İranın Kirman ostanının Rigan şəhristanının Günbəki bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 128 nəfər və 34 ailədən ibarət idi.
Məhəmmədabad Qonbəki
Günbəki və ya Məhəmmədabad Günbəki — İranın Kirman ostanının Rigan şəhristanının Günbəki bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 128 nəfər və 34 ailədən ibarət idi.
Məhəmmədabad körpüsü
Məhəmmədabad körpüsü və ya Şah Abbas körpüsü, (az-əbcəd. شاه عاباس محمدآباد کؤرپۆسۆ‎) — Qəzvin ostanının Buyinzəhra bölgəsində, Gəlinçay (Xərəçay, Şor çayı) üzərində yerləşən tarixi körpüdür. == Haqqında == Bu körpü I Şah Abbas dönəmində, Qəzvin səfəvilərin paytaxtı olduğu zaman Azərbaycanın iki önəmli şəhərlərindən olan Qəzvin və Sava arasında, Xərəçay (Şor) çayı üzərində və Məhəmmədabad-i Xərə kəndinin yaxınlığında tikilmişdir. İndilikdə Qəzvindən 37 kilometr güneydə və Buyinzəhra yolunun qırağında yerləşir. Hazırda körpünün qəzalı olmasından asılı olaraq, körpüdən keçmək qadağadır və daha körpü işlək deyil. Körpüdən 10 kilometr quzeydə isə Məhəmmədabad Karvansarayı yerləşir ki bu körpü ilə eyni vaxtda tikilmişdir. == Memarlığı == Körpünün uzunluğu 52 metr, eni 7,5 metrdir. Körpünün üç aşırımı, iki böyük aşırım və bir daha balaca aşırımı vardır və hər üç aşırımın iti tağları vardır. Su axınının əks istiqamətində olan körpünün əsasları, hər yanın uzunluğu təxminən 3 metr olan üçbucaqlı su qıran silsilələri vardır. Çayın dibindən bir metr hündürlüyə kimi orta tağın yan əsasları daş bloklardan və əhəng məhlulundan düzəldilib və diblərə dəyən dalğaların sıxıntı gücünü azaltmaq üçün əsaslar daş və məhlul köməyi ilə formalaşdırılıb.
Məhəmmədrza Agahi
Məhəmmədrza Agahi (1809[…], Xivə – 1874[…], Xivə) — Özbək yazıçısı, tarixçisi və tərcüməçisi. == Həyatı == Məhəmmədrza Agahi 1809-cu ildə Xivədə anadan olmuşdu. Məhəmmədrza Agahi "Riyazüddövlə" ("Xeyrxahlıq bağları"), "Zübdətüttəvarix" ("Tarixin qaymağı"), "Cami ül-vaqiyyəti sultani" ("Sultan hadisələrinin məcmusu"), "Gülşəni-dövlət" ("Səadət gülşəni") и "Şahid ül-iqbal" ("İqbal şahidi") adlı əsərlərin müəllifidir. Munis Agahinin qardaşı oğlu Məhəmmədrza "Agahi tarixi" adlı əsərlə onun faaliyətlərini davam etdirmiş və əsəri bitirmişdir. Munis və Agahi tarixi hadisələri anlatmaqda bir tərəfə yaxınlaşmış olsalar belə, yənə türkmənlərin tarixini öyrənməkdə ən qiymətli əsərlərdən biri olmağı haqq qazanmışdır. Məhəmmədrza Agahi 1874-cü ildə Xivədə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Otra əsr qaynaqları oğuz-türkmən tayfaları haqqında, Sumqayıt, SDU-nun nəşriyyatı, 2012, 136,-səh.
Məhəmmədrza Gülzar
Məhəmmədrza Gülzar (21 mart 1977, Tehran) — İranlı gitaraçı və kinoaktyor.Tehranda doğulmuş azərbaycanlı aktyordur.
Məhəmmədrza Hikmət
Rza Hikmət (fars. رضا حکمت‎; 1891, Tehran – 1978, Tehran) — İranın siyasi və dövlət xadimi, baş naziri(1947). == Həyatı == Rza Hikmət 1891-ci ildə Qacarlar dövlətinin paytaxtı Tehran şəhərində mülkədar Hacı Heşmətəddin Şirazinin ailəsində anadan olmuşdu. Elmiyyə mədrəsəsini bitirmişdi. Rza Hikmət 1947-ci ildə İranın baş naziri olmuşdu. Rza Hikmət 1947-ci ildən 1955-ci ilədən İran Milli Məclisinin sədri vəzifəsində çalışmışdı. Rza Hikmət 1961-ci ildə təqaüdə çıxmışdı. Rza Hikmət 1978-ci ildə Tehranda vəfat edib. == Mənbə == Sərdar Faxer Ḥekmat, “Mətn-e müṣāḥaba-ye xəbarnegār-e Ruz-nāma-ye Irān bā Mirzā Reżā Ḵān Sardār Fāḵer, 1299/1920,” repr. in Moḥammad-Jawād Şeyx-əl-eslāmi, Simā-ye Əḥməd şah Qacar, 2 cild., Tehran, 1996, II, nəşr 2, s.
Məhəmmədrza Kəlhur
Mirzə Rza Məhəmmədrəhim bəy oğlu Kəlhur (1829, Gilan Qərb, Kirmanşah ostanı – 19 avqust 1892, Tehran) — XIX əsr İran xəttatı. == Həyatı == Nasirəddin şah Qacar dövrünün görkəmli şəxsiyyətlərindən biri olan xəttat Mirzə Rza Kəlhur (1829-1892) Azərbaycanda nəstəlik xəttinin tanınmış və məşhur ustadlarındandır. Xəttatların coxu onun xəttini Mir İmad Qəzvininin xəttindən ustun tuturdular. Məlum olduğu kimi Mir İmad Qəzvini bu xətt növünün böyük ustadı hesab olunur. Məhəmmədhəsən xan Etimadussəltənə 1889-cu ildə yazdığı “Əl-Məasir vəlasar” əsərində öz müasiri haqqında belə yazır: “Mir İmad Qəzvinidən sonra nəstəliq xətti ilə yazmaqda ona bərabər olan yoxdur. Bu incəsənətin böyük ustadları onun xəttini Mirin xətti ilə muqayisə edirlər. Dərviş təbiətli, xosxasiyyət, zarafatcıl bir adamdır. Xarici görkəmi və fitri istedadı ilə bütün xəttatlardan secilir. Digər xəttatlardan üstün, şöhrətli olmasına baxmayaraq, hələ də, yuksək dairələrdən ozunə vəzifə və yardım almır, oz əllərinin zəhməti ilə dolanır”. ().
Məhəmmədrza Mirzə
Şahzadə Məhəmmədrza Mirzə-Fətəli şah Qacar və gürcü həyat yoldaşı Məryəm xanımın oğlu idi.Şahzadə Əlirza Mirzə onun qardaşı idi.Bir müddət Gilan hakimi oldu.Nemətullahi dərvişlərindən idi və şeirdə deyərdi, təxəllüsü Əfsər idi.Onun törəmələri Əfsər sоyаdını dаşıyırlаr.
Məhəmmədrza Nemətzadə
Məhəmmədrza Nemətzadə — İranlı siyasətçi və mühəndis, o 15 avqust 2013-cü ildə İran parlamenti tərəfindən təsdiq edildikdən sonra İran sənayesinin hazırkı naziridir. Nemətzadə 1980-ci ildə İranın Əmək naziri və 1980-1981-ci ilə qədər və yenidən 1989-1997-ci ilə qədər İranın Sənaye naziri kimi xidmət edib.
Məhəmmədrza İsmayılzadə
Məhəmmədrza İsmayıl oğlu İsmayılzadə (23 avqust 1977)—Cənubi Azərbaycanlı şair, tarixçi, tərcüməçi, folklorşünas. == Həyatı == Məhəmmədrza İsmayıl oğlu İsmayılzadə 23 avqust 1977-ci ildə Cənubi Azərbaycanın Urmiya əyalətində Qarahəsənli kəndində doğulub. 1994-cü ildən 1995-ci ilədək həmin bölgənin Məcidhəsəni mədrəsə sində natamam orta məktəbi bitirib. 1996-cı ildən 2000-ci ilədək texnikumda oxuyub və hərbi xidmətdə olub. Məhəmmədrza İsmayılzadə 2001-ci ildən 2005-ci ilədək Urmiya Cəhad Danişqahi Tətbiqi-Elmi universitetində ali təhsil alıb. İxtisasca memardır. Məhəmmədrza İsmayılzadə folklorşünas kimi "Meyvələrin söhbəti" (Urmiya, "Buta", 2011), "Tap-tapmaca"(Urmiya, "Buta", 2011) kitablarının toplayıcısı və tərtibçisi "Urmu folkloruna bir baxış" (Urmiya, 2012) kitabının müəllifidir. Hazırda çoxcilidli "Urmiya folkloru" kitabının üzərində işləyir. Məhəmmədrza İsmayılzadə tərcüməçi, tərtibçi kimi bir neçə kitabı ərsəyə gətirib. 2017-ci ildə Təbrizin "Nəbati" nəşriyyatında Ənvər Çingizoğlunun və Bəhram Məmmədlinin "Urmiya xanlığı" kitabını çapa hazırlayıb.