Məhəmmədrza İsmayıl oğlu İsmayılzadə (23 avqust 1977)—Cənubi Azərbaycanlı şair, tarixçi, tərcüməçi, folklorşünas.
Məhəmmədriza İsmayılzadə | |
---|---|
fars. محمدرضا اسماعیل زاده | |
Doğum tarixi | |
Doğum yeri | Qarahəsənli, Urmiya, İran |
Vətəndaşlığı | İran |
Fəaliyyəti | tarixçi |
Məhəmmədrza İsmayıl oğlu İsmayılzadə 23 avqust 1977-ci ildə Cənubi Azərbaycanın Urmiya əyalətində Qarahəsənli kəndində doğulub. 1994-cü ildən 1995-ci ilədək həmin bölgənin Məcidhəsəni mədrəsə sində natamam orta məktəbi bitirib. 1996-cı ildən 2000-ci ilədək texnikumda oxuyub və hərbi xidmətdə olub.
Məhəmmədrza İsmayılzadə 2001-ci ildən 2005-ci ilədək Urmiya Cəhad Danişqahi Tətbiqi-Elmi universitetində ali təhsil alıb. İxtisasca memardır.
Məhəmmədrza İsmayılzadə folklorşünas kimi "Meyvələrin söhbəti" (Urmiya, "Buta", 2011), "Tap-tapmaca"(Urmiya, "Buta", 2011) kitablarının toplayıcısı və tərtibçisi "Urmu folkloruna bir baxış" (Urmiya, 2012)[1] kitabının müəllifidir. Hazırda çoxcilidli "Urmiya folkloru" kitabının üzərində işləyir.
Məhəmmədrza İsmayılzadə tərcüməçi, tərtibçi kimi bir neçə kitabı ərsəyə gətirib. 2017-ci ildə Təbrizin "Nəbati" nəşriyyatında Ənvər Çingizoğlunun və Bəhram Məmmədlinin "Urmiya xanlığı" kitabını çapa hazırlayıb.
Məhəmmədrza İsmayılzadə Urmulu təxəllüsü ilə xoştəb şeirlər yaradır.