Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mərhəmət
Mərhəmət — lüğətlərdə “bir kəsin və ya bir başqa canlının qarşılaşdığı pis vəziyyət səbəbi ilə hiss edilən üzüntü, kədər, yazığı gəlmə” olaraq müəyyənləşdirilir. Neo-spiritualist terminologiyada da istifadə olunan terminlərdən biridir.
Mərhəmət Həmzəyev
Mərhəmət Rizvan oğlu Həmzəyev (24 fevral 1997, Keçili, Naxçıvan Muxtar Respublikası – 27 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mərhəmət Həmzəyev 1997-ci il fevralın 24-də Şahbuz rayonunun Keçili kəndində anadan olub. 2003-cü ildən 9-cu sinfə qədər Şahbuz rayon Keçili kənd tam orta məktəbində, 9-cu sinifdən Heydər Əliyev adına Hərbi Liseydə təhsil almışdır. == Hərbi xidməti == Mərhəmət Həmzəyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsi ilə xidmət edirdi. Şəmkir rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam edən leytenant Həmzəyev 2020-ci ilin iyul ayında baş tutan Tovuz döyüşlərində fəal iştirak edib. Azərbaycan Ordusunun leytenantı olan Mərhəmət Həmzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Mərhəmət Həmzəyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Dekabrın 22-də Şahbuz rayonunun Keçili kənd qəbiristanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mərhəmət Həmzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Mərhəmət Kvantı
"Mərhəmət kvantı" — Ceyms Bond haqqında 22-ci film, "Royal Kazinosunun" sikveli. Əsas mahnısı – "Another Way to Die" (bəstəkar Cek Vayt, ifaçısı Alişiya Kis).
Mərhəmət kvantı (film, 2008)
"Mərhəmət kvantı" — Ceyms Bond haqqında 22-ci film, "Royal Kazinosunun" sikveli. Əsas mahnısı – "Another Way to Die" (bəstəkar Cek Vayt, ifaçısı Alişiya Kis).
Mərhəmət zərbəsi
Mərhəmət zərbəsi (fr. coup de grâce; fransız: [ku də ɡʁɑs] ( dinlə)) — ağır yaralanan bir insanın və ya heyvanın əzabını sonlandırmaq üçün edilən ölüm zərbəsi. Mərhəmət zərbəsi bəzi hallarda özbaşına tibbi yardım məntəqəsinə çata bilməyən, ağrılı ölüm və iztirablara məhkum olanların istəyi ilə və ya onların razılığı olmadan öz əsgərləri tərəfindən həyata keçirilir. Mərhəmət zərbəsi təkcə soyuq silah ilə vurulan zərbə deyil, həm də eyni əsaslarla edilən odlu silahdan atış adlandırıla bilər.
Mərhəmət Əhmədov
Mərhəmət Adil oğlu Əhmədov (14 may 1991, Oğuzkənd, Naxçıvan Muxtar Respublikası – 25 oktyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mərhəmət Əhmədov 14 may 1991-ci ildə Şərur rayonun Oğuzkənddə anadan olub. Ailəli idi. 2 övladı yadigar qalıb. == Hərbi xidməti == === İkinci Qarabağ müharibəsində iştirakı === Mərhəmət Əhmədov 2019-cu ilin iyun ayından 3 aylıq təlim müddətini bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlısı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu vəzifəsində xidmət etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Mərhəmət Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşaltının Tuğ kəndinin azad olunmasında cəsarətlə döyüşüb. 25 oktyabr tarixində Şuşa istiqamətindəki döyüşlərdə şəhid olub. Şərur Şəhidlər Xiyabanı dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərhəmət Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Mərhəmətin dadı (film, 2007)
== Filmin heyəti ==
Mərhəmətin dadı
== Filmin heyəti ==
Məlhəm
Məlhəm (Səlmas) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. Məlhəm (Şamaxı) — Şamaxı rayonunda kənd. Məlhəm (dərman) — Yaraya və ya ağrıyan yerlərə sürtülən yağlı dərman.
Məryəm
Məryəm (həmçinin Bakirə Məryəm, Tanrının anası, Madonna və s.) — İsa Məsihin anası. Məryəm barəsində əsas mənbə - "Məryəmin doğulması haqqında kitab"dır (sonrakı adı "Kiçik Yaqubun İlkincili"). Bu kitaba görə Məryəm padşah Davud qəbiləsindən gəlir. Onun valideynləri İoakim və Annadır.
Bakirə Məryəm
Məryəm (həmçinin Bakirə Məryəm, Tanrının anası, Madonna və s.) — İsa Məsihin anası. Məryəm barəsində əsas mənbə - "Məryəmin doğulması haqqında kitab"dır (sonrakı adı "Kiçik Yaqubun İlkincili"). Bu kitaba görə Məryəm padşah Davud qəbiləsindən gəlir. Onun valideynləri İoakim və Annadır.
Bərhəm Saleh
Bərhəm Əhməd Saleh (ərəb. برهم أحمد صالح‎‎, kürd. بەرھەم ئەحمەد ساڵح‎; 12 sentyabr 1960, Süleymaniyyə) — İraqın 8-ci prezidenti, Kürdüstan regionunun 2-ci baş naziri, İraq Respublikasının deputatı. 2018-ci ildən İraq İslam Respublikasının prezidenti. == Həyatı == Bərhəm Saleh 1960-cı il 12 iyul tarixində Süleymaniyyə şəhərində anadan olub. 1979-cu ildə Bəəs Sosialist Ərəb partiyasına etdiyi qarşıdurmalar nəticəsində 43 gün azadlıqdan məhrum olub. Həbsdən çıxandan sonra Birləşmiş krallığa qaçan Saleh Təhsilini Kardiff və Liverpul universitetində davam etdirir. Daha sonra Sərbaq Salehlə evlənib. Cütlüyün 2 övladı var.
Bərhəm Salih
Bərhəm Əhməd Saleh (ərəb. برهم أحمد صالح‎‎, kürd. بەرھەم ئەحمەد ساڵح‎; 12 sentyabr 1960, Süleymaniyyə) — İraqın 8-ci prezidenti, Kürdüstan regionunun 2-ci baş naziri, İraq Respublikasının deputatı. 2018-ci ildən İraq İslam Respublikasının prezidenti. == Həyatı == Bərhəm Saleh 1960-cı il 12 iyul tarixində Süleymaniyyə şəhərində anadan olub. 1979-cu ildə Bəəs Sosialist Ərəb partiyasına etdiyi qarşıdurmalar nəticəsində 43 gün azadlıqdan məhrum olub. Həbsdən çıxandan sonra Birləşmiş krallığa qaçan Saleh Təhsilini Kardiff və Liverpul universitetində davam etdirir. Daha sonra Sərbaq Salehlə evlənib. Cütlüyün 2 övladı var.
Həzrət Məryəm
Məryəm (həmçinin Bakirə Məryəm, Tanrının anası, Madonna və s.) — İsa Məsihin anası. Məryəm barəsində əsas mənbə - "Məryəmin doğulması haqqında kitab"dır (sonrakı adı "Kiçik Yaqubun İlkincili"). Bu kitaba görə Məryəm padşah Davud qəbiləsindən gəlir. Onun valideynləri İoakim və Annadır.
Müqəddəs Məryəm
Məryəm (həmçinin Bakirə Məryəm, Tanrının anası, Madonna və s.) — İsa Məsihin anası. Məryəm barəsində əsas mənbə - "Məryəmin doğulması haqqında kitab"dır (sonrakı adı "Kiçik Yaqubun İlkincili"). Bu kitaba görə Məryəm padşah Davud qəbiləsindən gəlir. Onun valideynləri İoakim və Annadır.
Məlhəm (Maku)
Məlhəm (fars. ملحم‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 187 nəfər yaşayır (38 ailə).
Məlhəm (Səlmas)
Məlhəm (fars. ملحم‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiyası == Yaşayış məntəqəsi Qərbi Azərbaycan ostanının mərkəzində, Zola çayının sağ sahilində yerləşir. Dəniz səviyyəsindən 1 405 metr təşkil edir.Məlhəm Urmiya şəhərindən 65 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 4 576 nəfər. yaşayır.
Məlhəm (Şamaxı)
Məlhəm – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən biridir. Məlhəm kəndi əsasən Azərbaycanda elm ocağı kimi tanınır. Burada yetişən saysız alimlər, şairlər və elm adamları saymaqla bitməyəcək qədər çoxdur. Burda yetişən ən böyük şairlərdən biri olararaq Əfzələddin Xaqani`ni rahatlıqla göstərə bilərik. Hal-hazırda Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən hesab olunur. Tarixdə Azərbaycana paytaxtlıq edən Şamaxının ən böyük elm ocaqlarından biri olmuşdur. Burada mədrəsələr, məscidlər və elm ocaqları çoxdur. Elm ocaqları yerindən yeksan olub, hələ də onların qalıntıları gözlə görüləcək qədər asandır. == Mədəniyyəti == Mədəniyyəti heç təsəvvür edilməyəcək qədər zəngindir.Hələ də öz köhnə ata-baba adət ənənəsinə görə hərəkət edən yeganə kəndlərimizdən biridir.Hər bölgənin özünə məxsus mədəniyyəti vardır.Məlhəm kəndinin mədəniyyəti Azərbaycan`ın ən gözəl mədəniyyət ocaqlarından biri olaraq göstərilir.Hətta, adət ənənəsinə görə bu kənddə "Bəyin oğurlanması" adında kinofilm çəkilmişdir.Filmdə kəndin gözəl adət ənənələrindən biri olan toy mərasimi lentə alınmışdır Məşhur Bəyin oğurlanması (film, 1985) filmi Məlhəm kəndində çəkilib.
Məryəm (ad)
Məryəm — ad.
Məryəm (Çaroymaq)
Məryəm (fars. مريم‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (21 ailə).
Məryəm Anqubazova
Məryəm Anqubazova – Sosialist Əməyi Qəhrəmanı (1949). Tütünçülük sahəsində yüksək nailiyyətlər əldə etmişdir.
Məryəm Aydəmirova
Məryəm Aydəmirova (1 yanvar 1924 – 2 noyabr 1992, Qroznı) — Çeçen müğənnisi, musiqiçi, bəstəkar, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Xalq artisti, RSFSR əməkdar artisti. == Bioqrafiya == 1 yanvar 1924-cü ildə Nadterek rayonunun Beno-Yurt kəndində anadan olmuşdur. Ailənin yeganə övladı olur. Məktəbdə onunla birlikdə oxuduğu Mahmud Esambayev tərəfindən bir həvəskar sənət dərnəyində mahnı oxumağa çağrılır. Beşinci sinifdə Pyatiqorskda istedadlı uşaqlar üçün keçirilən yarışmada iştirak edir. Ancaq xüsusi bir musiqi təhsili almır. Deportasiya illərini Cambulda keçirir. Bir tanış onu ziyarətçilər üçün mahnı oxuduğu yeməkxanada işləməyə dəvət edir. Ailəyə verilən cüzi yardımla anası bir qarmon alır. Məryəm bunun üzərində çalmağı öyrənməyə başlayır.
Məryəm Vahidova
Məryəm Adıyevna Vahidova (15 oktyabr 1959, Qazaxıstan) — Sovet və rus filoloqu, publisist və ictimai-siyasi xadim, jurnalist, Mixail Lermontov, A. Puşkin, Lev Tolstoy və başqalarının tədqiqatçısı. O, Beynəlxalq Fundamental Təhsil Universitetinin (IUFS) təşkilatçılığı ilə 11–12 noyabr 2014-cü il tarixlərində Sankt-Peterburqda keçirilən VI Dünya Elmi Konqresində Oksford Universitetindən fəxri fəlsəfə doktoru (Ph. D.) diplomu aldı. Elə orda Dostoyevskinin "Gözəlliyə görə. "Humanizm, Ədalət" medalı və "Şərəf və Cəsarət" ordeni ilə də təltif edilmişdir. 2017-ci ildə incəsənət və mədəniyyət sahəsində Fəxri Böyük Doktor Diplomunu almışdır (No 17 08 00041). 9 oktyabr 2018-ci ildə Jurnalistika və Ədəbiyyat üzrə Böyük Doktor diplomu alıb, Tacikistan Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib. == Həyatı == Məryəm Adıyevna Vahidova 15 oktyabr 1959-cu ildə Qazaxıstanda anadan olub. O, 1985-ci ildə N. K. Krupskaya adına Semipalatinsk Pedaqoji İnstitutunu bitirib. İxtisasca filoloqdur.
Məryəm İmanova
Məryəm İmanova (25 yanvar 1998) — Azərbaycanlı stolüstü tennisçi. == Karyerası == 2014-cü ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin (GİN), Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) birgə təşkilatçılığı ilə "Olimpik Star" idman-əyləncə kompleksində yeniyetmə və gənclər arasında keçirilən stolüstü tennis üzrə Azərbaycan birinciliyində 1996–1998-ci il təvəllüdlülər arasında qarışıq-qoşa stolüstü tennis qaydalarına uyğun təşkil edilmiş yarışda Bakını təmsil edən Nurlan Həsənovla birinci yer olub. Həmçinin qızlar arasında keçirilmiş şəxsi yarışlarda da qalib olub. Həmçinin 1996–1998-ci il təvəllüdlü qızlar arasında keçirilmiş qoşa yarışlarda isə Şərmin Şirinova (Sumqayıt) ilə birinci yeri tutublar. 2015-ci ilin yanvarında İran İslam Respublikasının paytaxtı Tehran şəhərində böyüklər arasında IV Fəcr Kuboku uğrunda yarışlar məşqçilər Niyaz Əzimov və Xəyalə Qiyasovanın rəhbərliyi ilə qızlar arasında qoşa yarışlarda Azərbaycan yığma komandasının üzvləri Rüfət Quliyeva ilə cütlük şəklində III yerə sahib olub, bürünc medal qazanıblar. 2015-ci il fevralında Bakıda stolüstü tennis üzrə beynəlxalq "Top-16" turnirində qadın tennisçilərin yarışında Azərbaycanı təmsil edib. "Bakı-2015" I Avropa Oyunlarında stolüstü tennisçilərin fərdi yarışlarında iştirak edib. 2017-ci ildə Azərbaycan yığmasının heyətində IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Komanda yarışlarında o, Jinq Ninq, Miao Vanq və Xinqtai Çen ilə birgə 2-ci yeri tutdu və İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu. 2019-cu ildə Qazaxıstanın Çimkənt şəhərində keçirilən Qazaxıstanın Milli Qəhrəmanı Akpan Batırın xatirəsinə həsr olunmuş stolüstü tennis üzrə beynəlxalq turnirdə Azərbaycan yığmasının heyətində qadınların komanda yarışlarında Nəzakət Qarayeva ilə gümüş medal qazanıb.
Məryəm Şabanova
Məryəm Şabanova (d. 2 iyun 1985, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı müğənni, 2010 Avroviziya Mahnı Müsabiqəsində milli seçimin finalçısı. == Karyerası == Məryəm Şabanova (qızlıq soyadı: Aranoviç) 1985-ci ildə Bakı şəhərinin Füzuli küçəsində (əvvəlki adla Basin) anadan olub. Yəhudi əsillidir. Uşaqlıqdan musiqi ilə məşğul olub. Orta musiqi təhsili vardır. 2002-ci ildə orta təhsilini bitirdikdən sonra musiqi ilə məşğul olmağa başlamışdır. 2006-cı ildə Məryəm Rüstəm adlı bir şəxslə ailə həyatı qurub və həyat yoldaşının soyadını götürüb. 2007-ci ildə onun bu nikahdan Daniel adlı oğlu olub. Məhz həmin zamanda Məryəm Şabanova musiqi fəaliyyətini dayandırır.
Məryəm Şeyxəlizadəxangah
Məryəm Şeyxəlizadəxangah (18 iyul 2004, Tehran) — Azərbaycanı təmsil edən üzgüçü. == Karyerası == Məryəm Şeyxəlizadəxangah 2015-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edib və beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edib. Karyerası ərzində bir sıra beynəlxalq turnirlərdə medallara sahib olub. Məryəm Şeyxəlizadəxangah Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turnirində çıxış edən Məryəm Şeyxəlizadəxangah təsnifat mərhələsinin D qrupunda 1:00.36 dəqiqə nəticə göstərdi. Bu nəticələrə əsasən Məryəm Şeyxəlizadəxangah ümumi nəticədə olimpiadanı 30-cu pillədə başa vurdu. Məryəm Şeyxəlizadəxangah 2022-ci ildə Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunlarında bir gümüş və bir bürünc medala sahib olub.
Məryəm Əlibəyli
Məryəm Əliəkbər qızı Əlibəyli (d. 1 oktyabr 1968) — bəstəkar, musiqişünas. == Həyatı == Məryəm Əli Əkbər Qızı Əlibəyli 1 oktyabr 1968-ci ildə Bakıda anadan olmuşdur. 1976-1987-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində "fortepiano və tarixi nəzəriyyə" ixtisası üzrə təhsil almış, 8-ci sinifdən hekayə, şeir və mahnılar yazmağa başlamışdır. 1987-1991-ci illərdə Bakı Musiqi Akademiyasının "tarixi nəzəriyyə və musiqişünaslıq" fakültəsində təhsil alaraq musiqişünas ixtisasına yiyələnmişdir. == Yaradıcılığı == 1993-2000-ci illərdə xalq artisti, bəstəkar Aqşin Əlizadənin tövsiyəsi ilə Azərbaycan Dövlət Teleradio şirkətində - televiziyada musiqi redaksiyasında, radioda "Xarici ölkələrə verilişlər" şöbəsində musiqi redaktoru vəzifələrində çalışmışdır. "Durna teli", "Ailələr və talelər", "Xəyalə və dostları", "Çərək, çərək, gəl görüşək", "Uşaqların şəhəri" adlı televiziya proqramlarının musiqi və ssenari müəllifi, musiqi redaktoru olmuşdur. 1990-cı ildə Xəyalə Manaflını 5 yaşında estrada janrında oxuyan ilk uşaq müğənni kimi səhnəyə gətirmiş, musiqi prodüseri kimi onun formalaşmasında əmək sahibi olmuşdur. 2000-ci ildə bəstəkar Natiq Qəzənfəroğlu ilə birlikdə gənclərdən ibarət "NM" pop qrupunun, 2004-cü ildə isə Azərbaycanda ilk uşaq pop qrupu olan "Can Bala" qrupunu yaratmış və bədii rəhbəri olmuşdur. 2005-2015-ci illərdə "Noğullar", "Gülən Notlar","Kəpənəklər", "Dostlar" kimi uşaq estrada qruplarının yaradıcısı və musiqi rəhbəri olmuşdur.
Məryəm Əlizadə
Məryəm Əli qızı Əlizadə (14 aprel 1950, Bakı) — teatr tənqidçisi, teatrşünas, sənətşünaslıq doktoru (1998), professor (1999), 1986-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əməkdar incəsənət xadimi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru. == Həyatı == Məryəm Əlizadə 14 aprel 1950-ci ildə Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. Burada 31 saylı orta məktəbi bitirdikdən sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil almışdır (1967–1972). Professor Əbdül Əlizadənin bacısıdır. == Fəaliyyəti == Əmək fəaliyyətinə Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun Teatr və Kino şöbəsində baş laborant kimi başlamışdır (1972–1975). Bakı Kitabxanaçılıq Texnikumunda müəllimlik etmiş (1976–1978), M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna dəyişilmiş, teatr tarixi kafedrasında müəllim (1978–1985), baş müəllim (1985-?), sonra isə dosent və professor vəzifəsində çalışmışdır. == Ədəbi fəaliyyəti == Ədəbi fəaliyyətə 1972-ci ildən "Qobustan" toplusunda teatr tənqidi barədə dərc olunan məqalələrlə başlamış, bundan sonra dövri mətbuatda teatr tənqidinə və teatrşünaslığa dair məqalələrlə müntəzəm çıxış etmişdir. "Əhməd Ağdamski" və "Həbibbəy Mahmudbəyov" elmi-ədəbi oçerkləri "Unudulmaz səhnə ustaları" kitabında (1981, Yazıçı) dərc olunmuşdur.
Məryəm Ərdoğan
Məryəm Ərdoğan (doğum adı: Mariya Tanga və ya Mariya Hana Dingo) (24 aprel 1990) — Efiopiya əsilli Türkiyəli marafonçu. Məryəm Ərdoğan Türkiyəni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Məryəm Ərdoğan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 54 dəqiqə 4 saniyəyə qət edərək 157 marafonçu sırasında 112-ci yeri tutdu.
Salam Məryəm
Salam Məryəm ( lat. Ave Maria ) İsanın anası Məryəmə ünvanlanan ənənəvi xristian duasıdır. Dua Lukanın İncilində təsvir olunan iki bibliya epizoduna əsaslanır: Mələk Cəbrayılın Məryəmə ziyarəti ( Elan ) və Məryəmin Vəftizçi Yəhyanın anası Elizabetə sonrakı ziyarəti ( Ziyarət ). Salam Məryəm, Theotokos (Allahın Anası) olaraq qəbul edilən Məryəm üçün həmd və ona müraciətdir. 16-cı əsrdən bəri, Katolik Kilsəsində istifadə edilən dua versiyası onun şəfaəti üçün müraciətlə sonlanır. Duanın müxtəlif adət-ənənələrdə çeşidli versiyaları var və tez-tez musiqi olaraq bəstələnir. Latın kilsəsində Salam Məryəm Angelus və Rozari kimi digər duaların əsasını təşkil edir. Şərq Pravoslav Kilsələrinin məzmurunda Theotokion Allahın Anasına həmd etmək üçün həsr edilmişdir. Şərqi pravoslav kilsələri Theotokiondan başqa, həm yunanca, həm də tərcümələrdə tez-tez fərdi dua üçün Salam Məryəmə (Məryəmin şəfaəti üçün açıq tələb olmadan) olduqca oxşar bir duaya malikdirlər. Şərqi Katolik Kilsələri öz ənənələrinə əməl edirlər və ya Lüteranlar, Anqlikanlar, Müstəqil Katoliklər və Köhnə Katoliklər kimi tarixən Katolik Kilsəsi ilə əlaqəli bir çox digər Qərb qrupları tərəfindən də istifadə edilən Latın Kilsəsi versiyasını qəbul edirlər.
Məryəm Bayraməlibəyova
Bayraməlibəyova Məryəm Teymur bəy qızı — azərbaycanlı pedaqoq, Lənkəranda ilk qadın Xeyriyyə cəmiyyətinin təşkilatçısı, "Ünas" (qızlar) məktəbinin müdiri, 1919–1920-ci illərdə Lənkəran qızlar gimnaziyasının inspektoru, 1920–21-ci illərdə savadsızlığın ləğv olunması üzrə ilk qadın kurslarının təşkilatçılarından biri. == Həyatı == Məryəm Bayraməlibəyova 1898-ci ilin soyuq yanvar günlərinin birində Lənkəran şəhərində Azərbaycanın görkəmli xalq müəllimi Teymur bəy Bayraməlibəyovun maarif nurlu ocağında dünyaya göz açıb. Məryəm Teymur bəyin doqquz uşağından biri idi. Teymur bəy bütün çətinliklərə sinə gərərək bu uşaqları böyüdüb tərbiyə etmiş, onlara ali təhsil vermişdi. Teymur bəy maarifpərvər bir xalq müəllimi idi və Məryəm xanımın taleyində böyük rolu olmuşdur. Məryəm xanım atasının yolu ilə gedərək müəllimliyi ömrünün qayəsi etmişdi. Məryəm xanım ibtidai təhsilini "Nicat" xeyriyyə cəmiyyətinin hesabına 1905–1911-ci illərdə Bakıda, Hacı Zeynalabdin Tağıyevin qız məktəbində — I rus-tatar qızlar məktəbində almışdır. O, təhsilini davam etdirmək məqsədi ilə 1911-ci ildə "Müqəddəs Nina" qızlar məktəbinə daxil olmuş və 1917-ci ildə bu məktəbin 8-ci pedaqoji sinfini qızıl medalla bitirmişdir. Oxumağa böyük həvəs göstərən Məryəm xanım ali təhsil almaq üçün Moskvaya gedir və tibb institutuna qəbul edilir. Moskvada tibb institutuna daxil olan Bayraməlibəyovanın təhsil xərclərini Bakı milyonçusu — xeyriyyəçisi Murtuza Muxtarov öz üzərinə götürmüşdü.
Məryəm Firuz
Məryəm Fərmanfərmaiyan və ya Məryəm Firuz — şahzadə Əbdülhüseyn mirzə Fərmanfərma və Bətul xanımın qızı idi.O, İranda Tudə (kommunist) Partiyasının qadın bölməsini yaradıb.1949-cu ildə İran Tudə Partiyasının üzvü və sonra baş katibi Nurəddin Kiyanuri ilə evləndi.
Məryəm Fərmanfərmaiyan
Məryəm Fərmanfərmaiyan və ya Məryəm Firuz — şahzadə Əbdülhüseyn mirzə Fərmanfərma və Bətul xanımın qızı idi.O, İranda Tudə (kommunist) Partiyasının qadın bölməsini yaradıb.1949-cu ildə İran Tudə Partiyasının üzvü və sonra baş katibi Nurəddin Kiyanuri ilə evləndi.
Merrem
Blazius Merrem (alm. Blasius Merrem‎; 4 fevral 1761, Bremen – 23 fevral 1824, Marburq, Hessen) — Alman təbiətşünası, Duysburq Universiteti və Marburq Universitetlərinin professoru.
Blazius Merrem
Blazius Merrem (alm. Blasius Merrem‎; 4 fevral 1761, Bremen – 23 fevral 1824, Marburq, Hessen) — Alman təbiətşünası, Duysburq Universiteti və Marburq Universitetlərinin professoru.
Meryem Uzerli
Məryəm Sahra Uzərli (türk. Meryem Sahrah Uzerli; 12 avqust 1983, Kassel, Hessen) — Möhtəşəm əsr serialında Hürrem Sultan rolu ilə tanınan türk əsilli almaniyalı aktrisa. == Həyatı == Ailənin üçüncü uşağı olan Məryəm Üzərlinin atası türk, anası almandır. Hamburqun Schauspielstudio Frese'də aktyorluq təhsili alıb. İki böyük qardaşı və bir bacısı vardır. Almaniyada bir çox filmdə rol almışdır. 172 sm boyunda olan gənc aktrisa 8 ay davam edən seçmələr sonrasında Meral Okay'ın yazdığı Teymur Savcı'nın prodüserliyini etdiyi 2011-ci ilin iddialı seriallarından olan "Möhtəşəm yüzil" serialında Qanuni Sultan Süleymanı Xalid Ergenç oynayarkən, Xürrəm rolunu canlandırmışdır. Aktrisanın ana dili Alman dilidir bununla yanaşı əla səviyyədə ingilis dili bilir. Türk dilini isə Möhtəşəm Yüzil serialında olarkən Xürrəm Sultan kimi danışacaq qədər inkişaf etdirmişdir. Atıcılıq, üzmə və basketbol idmanları ilə məşğul olub.
Mərkəz Kərəm oğlu Məmmədov
Məmmədov Mərkəz (tam adı: Mərkəz Kərəm oğlu Məmmədov; 2 fevral 1940, Dəllər, Şamxor rayonu) — kimya üzrə elmlər doktoru, professor. == Həyatı == Mərkəz Kərəm oğlu Məmmədov 2 fevral 1940-cı ildə Azərbaycan Respublikası Şəmkir rayonunun Dəllər qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. O, 1947-ci ildə Dəllər orta məktəbinin birinci sinfinə daxil olmuş və 1957-ci ildə isə həmin məktəbi bitirmişdir. 1957-59-cu illərdə istehsalatda işləmək tələb olunurdu. Ona görə də o, Dəllər 7 illik məktəbində laborant işləmişdir. 1959-cu ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə qəbul olunmuş, 1964-cü ildə oranı bitirmişdir. M. Məmmədov 1964-cü ildə təyinat ilə bitirdiyi Dəllər orta məktəbinə müəllim təyin olunmuş və burada 1967-ci ilə kimi müəllim və tədris işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. O, 1967-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda əyani aspiranturaya daxil olmuşdur. 1973-cü ildə apardığı tədqiqatları yekunlaşdıraraq "Doymuş alifatik aldehidlərin vinilləşmə reaksiyasının tədqiqi və sintez edilmiş məhsulların bəzi çevrilmələri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, elmlər namizədi adı almışdır. 1995-ci ildə M.Məmmədov uzun illər alitsiklik sırası mürəkkəb efirlərin sintezi sahəsində apardığı tədqiqatları "Tsikloolefin karbohidrogenləri və tsiklanonlar əsasında efir və ketoefirlərin alınması, xassə və tətbiq sahələrinin öyrənilməsi" mövzusunda doktorluq dissertasiyası şəklində müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi, 2014-cü ildə professor elmi adı almışdır.