Məlhəm (Şamaxı)

MəlhəmAzərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd.

Məlhəm
40°41′30″ şm. e. 48°37′50″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Şamaxı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.118 m
Saat qurşağı
Əhalisi
Əhalisi 1.347 nəfər
Xəritəni göstər/gizlə
Məlhəm xəritədə
Məlhəm
Məlhəm

Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən biridir. Məlhəm kəndi əsasən Azərbaycanda elm ocağı kimi tanınır. Burada yetişən saysız alimlər, şairlər və elm adamları saymaqla bitməyəcək qədər çoxdur. Burda yetişən ən böyük şairlərdən biri olararaq Əfzələddin Xaqani`ni rahatlıqla göstərə bilərik. Hal-hazırda Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən hesab olunur. Tarixdə Azərbaycana paytaxtlıq edən Şamaxının ən böyük elm ocaqlarından biri olmuşdur. Burada mədrəsələr, məscidlər və elm ocaqları çoxdur. Elm ocaqları yerindən yeksan olub, hələ də onların qalıntıları gözlə görüləcək qədər asandır.[1][2]

Mədəniyyəti heç təsəvvür edilməyəcək qədər zəngindir.Hələ də öz köhnə ata-baba adət ənənəsinə görə hərəkət edən yeganə kəndlərimizdən biridir.Hər bölgənin özünə məxsus mədəniyyəti vardır.Məlhəm kəndinin mədəniyyəti Azərbaycan`ın ən gözəl mədəniyyət ocaqlarından biri olaraq göstərilir.Hətta, adət ənənəsinə görə bu kənddə "Bəyin oğurlanması" adında kinofilm çəkilmişdir.Filmdə kəndin gözəl adət ənənələrindən biri olan toy mərasimi lentə alınmışdır Məşhur Bəyin oğurlanması (film, 1985) filmi Məlhəm kəndində çəkilib.

Kənd sakinlərinin böyük hissəsi İran dil qrupuna aid olan tat dilində danışan yerli tatlardır. Buna baxmayaraq kənddə az sayda gəlmələr də var. SSRİ-nin dağılmasından sonra yaranan iqtisadi çətinliklərlə əlaqədar xeyli sayda kənd sakini xüsusilə Rusiyaya miqrasiya etmişdir. Kənd əhalisi 1347 nəfərdir ki, onunda 687 nəfəri kişi, 660 nəfəri isə qadınlar təşkil edir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd təsərrüfatı-taxılçılıq, malqara təsərrüfatı- əsas dolanışıq mənbəyidir.1980-ci illərin sonunda SSRİ-də alkoqolizmə qarşı mübarizənin elan edilməsi ilə kəndin əsas təsərrüfatı olan üzümçülük sahələrin məhv edilməsi sıradan çıxarılmışdır. O zamandan bəri, böyük potensiala baxmayaraq bu sahə hələ də dirçəlməyib.

Görkəmli şəxslər

[redaktə | mənbəni redaktə et]
  1. “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 102
  2. N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.70

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]