Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məqubə Sırtlanova
Məqubə Sırtlanova (tam adı: Sırtlanova Məqubə Həsən qızı, tatar. Мәгубә Хөсәен кызы Сыртланова, rus. Магуба Гусейновна Сыртланова; 15 iyul 1912, Bələbəy, Ufa quberniyası – 1 oktyabr 1971, Kazan) — baş leytenant və İkinci dünya müharibəsində 46-cı Taman qvardiyası gecə bombardmançıları aviasiya alayında komandirin köməkçisi. Müharibə zamanı 780 hücumu başa vurduğuna görə 15 may 1946-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. == Həyatı == 15 iyul 1912-ci ildə Rusiya İmperiyasının Başqırdıstan ərazisində Bələbəy şəhərində anadan olmuş Məqubə Sırtlanova 1932-ci ildə Başalov Uçuş Məktəbini bitirmiş və Tbilisidə uçuş klubu planer məktəbinə qatılmışdı. İkinci Dünya müharibəsi başladıqdan sonra 1941-ci ilin iyulunda ordu sıralarına çağırılmışdır. O, mənşəcə tatardır və 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur İkinci Dünya müharibəsindən sonra, o, 1951-ci ildən 1962-ci ilə qədər Kazanda bir zavodda işləmişdir. Kazanda onun adına bir küçə, abidə və idman zalı var. 1 oktyabr 1971-ci ildə vəfat etmiş və Novo-Tatar Sloboda qəbiristanlığında dəfn edilmişdir. == Hərbi karyerası == Sırtlanova 27 dekabr 1942-ci ildə ön cəbhəyə vuruşmağa göndərilmişdi.
Mənqəbə
Mənqəbə – Ərəb sözü olan mənqəbə kəlməsinin cəmi mənaqibdir. Bu kəlmə lüğətdə bir insanın fəzilət, məziyyət, hünər kimi öyüləcək vəsflərini ifadə edir. İstilahda isə tarixi şəxsiyyətlər, peyğəmbər, məzhəb imamları və sufilərin tərif ediləcək fəzilət və məziyyətlərini ehtiva edən rəvayətlərdir. Mənqəbə təsəvvüf cərəyanı ilə birlikdə yaranıb yayılan məfhum olub, təsəvvüf tarixində "sufilərin göstərdikləri fövqəladə hadisə" demək olan kəramətləri nəql edən hekayələr mənasında IX əsrdən etibarən istifadə olunmuşdur. Bu şəkildə mənqəbələrin əsasını kəramətlər təşkil edir. Mənqəbələrin toplandığı əsərlərə Mənaqibnamələr adı verilmişdir. Mənaqibnamələri araşdıran tarixçi A.Y.Ocaq bu məsələ ilə əlaqədar yazır: "Türk mədəniyyətinin, İslami dövrdə ortaya qoyduğu əhəmiyyətli ədəbi məhsullardan biri olan övliya mənqəbələrinin, bu mədəniyyətin tarixi, psixoloji, sosioloji və folklor baxımından tədqiq edilməsində mənbə rolunu oynaması çox əhəmiyyətlidir. Ancaq övliya mənqəbələri təəsssüf ki, indiyə qədər bu yöndən tədqiqə və təhlilə cəlb edilməmişdir.(A.Y.Ocak-Kültür tarihi kaynağı olan Menakıbnameler,Ankara,1992) Təsəvvüf tarixçisi H.K.Yılmaz da "Bu rəvayətlər bəzən həddən artıq məhəbət və bağlılığın nəticəsi kimi çox qabarıq şəkildə yazılmış olsa da,onlarda çox vaxt etibarlı məlumatlar da görülür.
Mərtəbə
Mərtəbə (от fr. étage) — iki qonşu horizontal örtük arasındakı hissə. Bu hissədə bir qayda olaraq yaşayış və ya texniki hissə yerləşir. == Mənbə == Виды этажей, этажность домов. Определение этажности.
Məhbubə Hacıyeva
Məhbubə Hacıyeva (17 iyul 1958, Bakı) — yazıçı. == Həyatı == Hacıyeva Məhbubə Cəfər qızı 1958-ci il iyul ayının 17-də Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. 1975-ci ildə Suraxanı rayonundakı 226 saylı orta məktəbi bitirmiş, elə həmin il SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) fransız dili fakültəsinə qəbul olmuşdur. 1984 – 2008-ci illərdə Bakının 79 saylı orta məktəbində fransız dili müəllimi, sonra təlim-tərbiyə işləri üzrə direktor müavini və dərs hissə müdiri vəzifələrində işləmişdir. 1998 – 2001- ci illərdə Belçikanın “Sərhədsiz Həkimlər” beynəlxalq humanitar təşkilatında çalışmışdır. Məktəb illərində tanınmış şair-publisist Teyyub Qurbanın təşkil etdiyi “Nonparel” – Gənc jurnalistlər dərnəyində fəal iştirak etmişdir. “Ədəbiyyat və İncəsənət” qəzetində müntəzəm hekayə və publisistik məqalələri dərc olunmuş, bundan əlavə Azərbaycan Dövlət Radio və Televiziya verilişlərinin “İncəsənət” redaksiyasının ştatdankənar müxbiri kimi çalışmışdır. Radionun məşhur “Bulaq” verilişində dəfələrlə bayatıları səsləndirilib və radionun “Qızıl fond”unda indiyədək qorunub saxlanılır. Ailəlidir, iki övladı var. == Yaradıcılığı == Məhbubə Hacıyeva “Lahıc nağıllı dünyam” etnoqrafik kitabın, “Fələklər yandı ahimdən”, “Məhəmməd bəy Kavaler”, “Qızılgül ətri”, ““Səadət”dən qopan qorxu”, “Taclı Bəyim”, “9 Sevdalı”, “Tay sırğa”, “Son mükafat”, "Zöhrə ulduzum" və 3 cildlik "Dövlətin açarı" romanlarının müəllifidir.
Məhbubə Məlikova
Məhbubə Məlikova — Azərbaycan aktrisası. == Həyatı == Səhnəyə ilk addımları universiteti bitirdikdən sonra olub. Tofiq Kazımov onu Aleksandr Vampilovun "Övlad" tamaşasına dəvət edib. Daha sonralar İlyas Əfəndiyevin "Unuda bilmirəm", "Mahnı dağlarda qaldı" tamaşalarında oynayıb. Tamaşaçı aktrisanı daha çox "Sevil" teatr tamaşasında Gülüş obrazı, Ağ atlar üçün vals və Gülüş sanatoriyası teletamaşalarından tanıyır. 1994-cü ildən sənətdən gedib. Aktyor Pərviz Bağırovun həyat yoldaşı olub. Hazırda Türkiyədə yaşayır.
Məhbubə Paşayeva
Məhbubə İbad qızı Paşayeva (20 may 1905, Şuşa – 16 yanvar 1970, Bakı) — Azərbaycan müğənnisi. == Həyatı == Paşayeva Məhbubə İbad qızı 1913-cü ildə Şuşa şəhərində anadan olub. Təxminən 5–6 yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə — dayısının (Üzeyir Hacıbəyovun) yanına köçüb. Burada Asəf Zeynallı adına musiqi məktəbinə daxil olub. Yalnız bundan sonra onun müğənnilik fəaliyyəti başlayıb. Bakı Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur. 1929-cu ildə dram teatrı nəzdindəki opera studiyasına daxil olmuş, burada Ü. Hacıbəylinin "Arşın mal alan" operettasında Gülçöhrə rolunda çıxış etmişdir (1930). Sonradan "Şah İsmayıl"da Ərəbzəngi, "Aşıq Qərib"də Şahsənəm, "Əsli və Kərəm"də Əsli və s. rolları oynamışdır. 1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmiş, "Koroğlu" operasında xanəndə qızın partiyasını oxumuşdur.
Mərqişə (Çaypara)
Mərqişə (fars. مرقشه‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 260 nəfər yaşayır (57 ailə).
Məhbubə xanım Mahmudbəyova
Məhbubə xanım Kərim bəy qızı Mahmudbəyova (11.6. 1902, Şuşa — 13.1.1976, Bakı) — tibb e. d. (1961), prof. (1963), əməkdar həkim (1960), professor, Kərim bəy Mehmandarovun qızı. == Həyatı == Məhbubə xanım Kərim bəy qızı 11 iyun 1902-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Bakıda orta məktəbi bitirəndən sonra ATİ-yə (hazırkı ATU) qəbul olmuşdur. İnstitutu tamamlayandan sonra həkim işləmişdir. Ömrünü doğma təhsil ocağına bağlamışdır. 1933–70-ci illərdə Azərb.
Günəşə bir mərtəbə yaxın (film, 1967)
== Filmin heyəti ==
Mergus
Pazdimdik (lat. Mergus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Məəgüb
Məəgüb - İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında,Sovet dövründə Ellər rayonu (Kotayk, Abovyan) rayonunda kənd. Kəndin adı bəzi mənbədə Muqub olaraq keçir. Kəndin adı 26.12.1968 tarixində dəyişdirilərək Balahovit qoyulmuşdur.
Adi ərgüdə
Adi ərgüdə (lat. Vitex agnus-castus) — viteks cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Afrika, Avropa, Asiyanın mülayim iqlim zonası və subtropikləri, ön Asiya, Zaqafqaziya, orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 4–8 m olan ağacvari koldur. Bitki sıx, yapışıq tükcüklərdən ibarət boz keçəldir. Budaqları qonur, dörd hissəli, kəskin qoxuludur. Yarpaqları iri, uzun saplaqlarda (4 sm), üzbəüz yerləşmiş, barmaqvari mürəkkəb, 5-7 xırda yarpaqlıdır, yalançı zoğları yoxdur. Çiçəkləri çoxsaylı, açıq bənövşəyi, iki dodaqlı, sıx süpürgəvari sünbülvari çiçək quruplarında budaqların uclarında yığılmışdır. Kasacığı beş hissəli, bitişik yarpaqlı, boruvari formalı, uzunluğu 9 mm-dir. Dörd erkəkciyi çiçək tacının üzərindən yuxarı çıxır.
Mergus albellus
Nazik pazdimdik (lat. Mergellus albellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin kiçik pazdimdik cinsinə aid heyvan növü.
Mergus merganser
Böyük pazdimdik (lat. Mergus merganser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin pazdimdik cinsinə aid heyvan növü.
Ərgünə-xun
Ərgənəqon (türk. Ergenekon) və ya Ərgünə-xun (monq. Эргүнэ Хун/Ergüne xun) — mənbələrə görə Göytürklərin dirilişi ilə əlaqəli hekayə. Ərgənəqon türklərin Orta Asiyadakı əfsanəvi anayurdu. Rus tarixçi Gumilevin araşdırmalarına görə Dik Yamac mənasını daşıyır., Qədim əsərlərdəki təsvirlərə görə Ərgənəqonun Altay dağlarındakı, Beluça dağında olduğundan bəhs edilir. == Tarixi əsərlərdə == XIV əsrdə Rəşidəddin Fəzlullah ibn Əbil-Xeyrə Əli Həmədaninin qələmə aldığı Cəmi ət-Təvarix (Tarix toplusu) adlı əsərinin "Mujallad-i Awwal" (Birinci Kitabı: Monqol tarixi)in "Bab-i Awwal" (Birinci Bölüm: Türk ve Monqol qəbilələrinin tarixi)ində monqolların yaradılış dastanı olaraq qeyd edilmiş əfsanə, 17. yüzildə Şibanın nəvələrindən və Xivə xanlığının xanı olan Əbulqazi Bahadır xanın qələmə aldığı Şəcərəyi Türk adlı əsərdə də monqolların yaradılış dastanı olaraq qeyd edilmişdir, lakin bəzi mənbələrə görə də Türk dastanıdır. Bəhsi keçən hər iki tarixi mənbədə Nekuz (Nüküz) və Qiyan (Kıyan) adlı qardaşlar ilə xanımları tatarlar tərəfindən məğlub edildikdən sonra Ərgənəqon (Farsca:ارگنه قون; Ergene Qon) adı verilən dar və sıldırım bir yerə getmiş, 400 ildə sülaləsi çoxalıb Ərgənəqondan çıxmşdır. Ərgənəqondan çıxdıqları zaman yol göstərənin Börteçine olduğu düşünülməkdədir. Ancaq Göytürklərin diriliş dastanı ilə olan oxşarlıqları səbəb göstərərək Türklərə aid bir dastan olduğunu iddia edən tədqiqatçılar da var.
Ərgünə (Həştrud)
Ərgünə (fars. رقنه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 432 nəfər yaşayır (95 ailə).
Mergus serrator
Uzunburun pazdimdik (lat. Mergus serrator) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin pazdimdik cinsinə aid heyvan növü.