Məhbubə Paşayeva

Məhbubə İbad qızı Paşayeva (20 may 1905, Şuşa16 yanvar 1970, Bakı) — Azərbaycan müğənnisi.

Məhbubə Paşayeva
Ümumi məlumatlar
Doğum tarixi 20 may 1905(1905-05-20)
Doğum yeri
Vəfat tarixi 16 yanvar 1970(1970-01-16) (64 yaşında)
Vəfat yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni

Paşayeva Məhbubə İbad qızı 1913-cü ildə Şuşa şəhərində anadan olub. Təxminən 5–6 yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə — dayısının (Üzeyir Hacıbəyovun) yanına köçüb. Burada Asəf Zeynallı adına musiqi məktəbinə daxil olub. Yalnız bundan sonra onun müğənnilik fəaliyyəti başlayıb. Bakı Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur. 1929-cu ildə dram teatrı nəzdindəki opera studiyasına daxil olmuş, burada Ü. Hacıbəylinin "Arşın mal alan" operettasında Gülçöhrə rolunda çıxış etmişdir (1930). Sonradan "Şah İsmayıl"da Ərəbzəngi, "Aşıq Qərib"də Şahsənəm, "Əsli və Kərəm"də Əsli və s. rolları oynamışdır. 1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmiş, "Koroğlu" operasında xanəndə qızın partiyasını oxumuşdur. Dövlət xor kapellasındaAzərbaycan Dövlət Filarmoniyasında da fəaliyyət göstərmişdir. O, Üzeyir Hacıbəylinin böyük bacısı Sayad xanımın kiçik qızıdır. Üzeyir Hacıbəylinin bacısı uşaqlarının tərbiyəsində müstəsna rolu olub. Onların təhsil almasında, ailə qurmasında yaxından iştirak edib. Üzeyir Hacıbəyli onlara nəinki dayılıq, hətta atalıq edib. Onlar bir yerdə yaşayıblar. Ona görə də bacısı Sayad xanım dul qalandan sonra onu dörd uşağı ilə Bakıya gətirib öz mənzilində saxlamışdır. Bu, təxminən 1909–1910-cu illərə təsadüf edir. Həmin vaxtdan bu ailə bir yerdə yaşamışdır. Hazırkı ev-muzeyi yerləşən binada…

Məhbubə xanımın istedadı üzə çıxandan sonra Üzeyir bəy onun barəsində düşünməyə başlamışdı. Nəhayət, "Koroğlu" operasını yazarkən Xanəndə qızı Məhbubə üçün nəzərdə tutmuşdu. Məhbubənin səsi üçün məhz bu ariyanı yazmışdı. Nəticə isə daha uğurlu alınmışdı. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə Məhbubə Paşayeva həmin ariyanı paytaxt tamaşaçıları qarşısında ifa etmişdi. Həmin ifaya görə ona qızıl saat da bağışlamışdılar. Məhbubə xanımın digər bir istedadı diqqətdən yayınmırdı. Son dərəcə gözəl tikişlər tikirdi, üzərinə zərif naxışlar düzürdü. Bu əl işlərini əsasən öz rolları üçün hazırlayırdı. Ən maraqlısı odur ki, Məhbubə xanımın sonralar işlədiyi və "Koroğlu" operasında istifadə olunan yaxalıqlar, sinəliklər, araxçınlar bəstəkarın ev-muzeyinə hədiyyə edilmişdir. Bu gün də nadir eksponat kimi muzeyin bir guşəsində qalmaqdadır. Məhbubə Paşayeva mövzusu üzeyirşünaslıqda digər maraqlı məqamları da üzə çıxartdı. Çox təəssüf ki, Məhbubə Paşayevanın övladı olmayıb, yetirmələri də qalmayıb. Lakin onun bu yığcam repertuarı Azərbaycan ifaçılıq məktəbindən unudulmaz nişanədir. Xüsusilə opera sənətimizin keçdiyi bu möhtəşəm yolda özünəməxsus ifa tərzi olan Məhbubə Paşayeva öz dəst-xəttini göstərə bilmişdir. [1],[2] O, təkcə "Leyli və Məcnun"da deyil, başqa operalarda da müxtəlif xarakterli obrazların yaradıcısı kimi mədəniyyət tariximizdə iz salıb.

  1. "Arxivlənmiş surət". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-17.
  2. "Arxivlənmiş surət". 2017-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Пашаева Махбуба Ибад кызы