Məhbubə Məlikova — Azərbaycan aktrisası.
Məhbubə Məlikova | |
---|---|
Fəaliyyəti | Aktrisa |
Səhnəyə ilk addımları universiteti bitirdikdən sonra olub. Tofiq Kazımov onu Aleksandr Vampilovun "Övlad" tamaşasına dəvət edib. Daha sonralar İlyas Əfəndiyevin "Unuda bilmirəm", "Mahnı dağlarda qaldı" tamaşalarında oynayıb. Tamaşaçı aktrisanı daha çox "Sevil" teatr tamaşasında Gülüş obrazı, Ağ atlar üçün vals və Gülüş sanatoriyası teletamaşalarından tanıyır. 1994-cü ildən sənətdən gedib. Aktyor Pərviz Bağırovun həyat yoldaşı olub. Hazırda Türkiyədə yaşayır.[1]