Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Makina
== Çap maşını == Makina (Çap maşını) — mexaniki, elektromexaniki və elektron-mexaniki cihaz. Klaviaturaya barmaq basmaqla mürəkkəbli lent vasitəsi ilə kağıza mətnlər yazılır.Bu maşın 1871-ci ildə Xristofer Latham tərəfindən icad edilib. == Daktilo yazısı == Müasir dövrdə bir sıra qrafika növləri olduğu kimi, yazı növləri də vardır. Qrafika bütöv yazı sistemini əhatə edir. Yazının növləri isə tamamilə başqadır. Buraya, görməyən adamların qalın kağız üzərində açdıqları deşiklərdən ibarət yazı, Morze əlifbası deyilən yazı sistemi (bundan rabitə sistemində geniş istifadə edilir) də aiddir. Yazı növlərindən biri də daktilo yazısıdır. Daktilos- yunanca barmaq deməkdir. Barmaqlar vasitəsilə fikrin ifadə edilməsi kar-lalların əsas ünsiyyət vasitəsidir. Daktilo necə yaranmışdır?
Baykar Makina
Baykar Makina — 1984-cü ildə əsası Özdemir Bayraktar tərəfindən qoyulmuş Türkiyə təyyarə düzəltmə şirkəti. == Ümumi məlumat == Əsası qoyulduqdan sonra ilk illərdə şirkət mühərriklər, nasoslar və avtomobil ötürücüləri üçün hissələrin istehsalı ilə məşğul idi. 1986-cı ildə Özdemir Bayraktar tərəfindən Baykar Makina olaraq yerliləşdirməyə tabe olan həssas mühərrik, nasos və sürət qutusu hissələrinin istehsalında avtomobil sənayesinə xidmət etmək üçün yaradılmışdır. 2000-ci ildən başlayaraq Baykar Makina təyyarə istehsalı sahəsində, xüsusən də pilotsuz uçuş aparatlarının (PUA) tədqiqi və istehsalı sahəsində fəaliyyət göstərməyə başladı. Özdemir Bayraktarın oğulları - Haluk, Səlçuk və Axmet ​​Bayraktar - bu işlərdə fəal iştirak edirlər. Şirkətin tədqiqat və elmi inkişaf qrupu 800 nəfərdən ibarətdir. Bunların arasına mühəndislər və texniki işçilər daxildir. == Fəaliyyəti == 2007-ci ildə şirkət ilk Türk pilotsuz kəşfiyyat dronu "Kale-Baykar Mini"ni hazırladı. Türk Quru Qoşunları Komandanlığı, şirkətlə 19 ədəd PUA sistemi almaq üçün müqavilə imzaladı. Baykar Makina, xarici müştərilərə pilotsuz uçan aparatları ixrac etməyə başlayan ilk Türkiyə şirkəti oldu.
Makina boğazı
Makinak boğazı- Böyük göllər akvatoriyasına daxil olan Huron gölü və Miçiqan gölünü birləşdirir. Ən dar yerdə eni 8 km təşkil edir. Boğaz üzərində Makinak asma körpüsü tikilmişdir. Bu körpü asma körpülər arasında qabaqcıl yerlərdən birini tutur. Boğazda 4 ada vardır: Bvua-Blan, Makina, Raund Aylend və Müqəddəs Yelena adalarıdır. Burada 4 mayak vardır ki, onlar da tarixi abidə kimi qorunur. Dərinliyi 37 m təşkil edir.
Makinak boğazı
Makinak boğazı- Böyük göllər akvatoriyasına daxil olan Huron gölü və Miçiqan gölünü birləşdirir. Ən dar yerdə eni 8 km təşkil edir. Boğaz üzərində Makinak asma körpüsü tikilmişdir. Bu körpü asma körpülər arasında qabaqcıl yerlərdən birini tutur. Boğazda 4 ada vardır: Bvua-Blan, Makina, Raund Aylend və Müqəddəs Yelena adalarıdır. Burada 4 mayak vardır ki, onlar da tarixi abidə kimi qorunur. Dərinliyi 37 m təşkil edir.
Yazı makinası
== Çap maşını == Makina (Çap maşını) — mexaniki, elektromexaniki və elektron-mexaniki cihaz. Klaviaturaya barmaq basmaqla mürəkkəbli lent vasitəsi ilə kağıza mətnlər yazılır.Bu maşın 1871-ci ildə Xristofer Latham tərəfindən icad edilib. == Daktilo yazısı == Müasir dövrdə bir sıra qrafika növləri olduğu kimi, yazı növləri də vardır. Qrafika bütöv yazı sistemini əhatə edir. Yazının növləri isə tamamilə başqadır. Buraya, görməyən adamların qalın kağız üzərində açdıqları deşiklərdən ibarət yazı, Morze əlifbası deyilən yazı sistemi (bundan rabitə sistemində geniş istifadə edilir) də aiddir. Yazı növlərindən biri də daktilo yazısıdır. Daktilos- yunanca barmaq deməkdir. Barmaqlar vasitəsilə fikrin ifadə edilməsi kar-lalların əsas ünsiyyət vasitəsidir. Daktilo necə yaranmışdır?
Makino
Tomitaro Makino (牧野 富太郎, Makino Tomitaro, 24 aprel 1862 - 18 yanvar 1957) — yapon botaniki.
Malina
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Yayılması == Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.
Marina
Marina — qadın adı. Latın adı Mariusun formalarından biri olan Marinusun qadın versiyasıdır. Mariusun mənası Roma müharibə tanrısı Marsla və ya latınca erkək mənasını verən "maris" sözü ilə əlaqələndirilə bilər. O, həmçinin sonralar latınca "dəniz" mənasını verən marinus sözü ilə əlaqələndirilir. Bir çox Avropa dillərində, eləcə də Yapon dilində rast gəlinir.
Culyetta Mazina
Culyetta Mazina (it. Giulietta Masina; 22 fevral 1921 — 23 mart 1994) — italyan aktrisası. Federiko Fellininin həyat yoldaşı.
Dactylis marina
Dactylis glomerata (lat. Dactylis glomerata) — qırtıckimilər fəsiləsinin dactylis cinsinə aid bitki növü. == Sinonim == Bromus cylindraceus (Brot.) Brot. Bromus glomeratus (L.) Scop. Dactylis abbreviata Bernh. ex Link Dactylis altaica Besser Dactylis aschersoniana Graebn. Dactylis canariensis Nees ex Steud. [Invalid] Dactylis capitellata Link Dactylis ciliata (Peterm.) Opiz Dactylis cylindracea Brot. Dactylis decalcata Brand Dactylis fasciculata C.Sm. ex Link [Invalid] Dactylis glaucescens Willd.
Malina Olinesku
Malina Olinesku — 1998 Avroviziya Mahnı Müsabiqəsində Rumıniyanı təmsil edən ifaçı == Həyatı == Malina Olinesku 1974-cü il yanvarın 29-da Buxarestdə anadan olub. == Karyerası == Peşəkar musiqi karyerasına 1995-ci ildə ölkənin "Mamaia and Cerbul de Aur (Golden Stag)" kimi musiqi festivallarında iştirakı ilə başlayıb. == Ölümü == Malina Olinesku intihar edib. 37 yaşlı müğənni 2011-ci il dekabrın 11-dən 12-nə keçən gecə Buxarestdə yaşadığı binanın 6-cı mərtəbəsindən özünü atıb. O, yerindəcə keçinib.
Marina-Alta
Marina-Alta (isp. Marina Alta) — İspaniyada yerləşən rayon.
Marina-Baxa
Marina-Baxa (isp. Marina Baja) — İspaniyada yerləşən rayon.
Marina (rəssamlıq)
Marinistika (ital. marina - su) - dəniz görünüşü, dəniz döyüş səhnəsin və ya digər dənizdə hadisələri təsvir edən incəsənət janrı. == Rəssamlar == İvan Ayvazovski - erməni əsilli rus marinist.
Marina Akobiya
Marina Akobiya (d. 12 yanvar 1975) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Marina Akobiya, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Marina Anisina
Marina Vyaçeslavovna Anisina (rus. Марина Вячеславовна Анисина; d. 30 avqust 1975, Moskva, Sovet İttifaqı) — rus əsilli Fransa buzüstü rəqs üzrə xanım fiqurçusu. Marina Anisina, Qvendal Peyzera ilə birgə 1998-ci ildə baş tutan XVIII Qış Olimpiya Oyunlarında bürünc medal, 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında isə qızıl medal qazanıb. Anisina və Peyzera cütlüyü həmdə 2000-ci ildə Dünya Çempionatının, 2000 və 2002-ci illərdə isə Avropa Çempionatının qalibi olub. Marina Anisina 1998-ci ildə Fransanın Xidmətlərə görə ordeninin Kavaler dərəcəsi ilə, 2003-cü ildə isə Fəxri Legion ordeninin Kavaler dərəcəsi ilə təltif edilib.
Marina BerBeryan
Marina BerBeryan (ing. Marina BerBeryan; 22 sentyabr 1980, İrəvan) — amerikalı aktrisa, model və jurnalist. == Həyatı == Amerika aktrisası Marina BerBeryan 22 sentyabr 1980-ci ildə İrəvandə anadan olub. Marina ailənin böyük uşağı idi. == Filmoqrafiya == 2015: Beverly Hills Pawn 2013: Tia & Tamera 2011: RMs.
Marina Diamandis
Marina Lambrini Diamandis (yun. Μαρίνα-Λαμπρινή Διαμαντή; 10 oktyabr 1985, Brinmavr[d]) keçmiş səhnə adı ilə Marina and the Diamonds — uelsli müğənni-bəstəkar. Marina Diamandis Brinmavrda anadan olub və Aberqavennidə böyüyüb. O, musiqi təhsili olmamasına baxmayaraq, müğənni kimi karyera qurmaq üçün Londona köçür. 2009-cu ildə o, BBC-nin tərtib etdiyi "Sound of 2010" sorğusunda ikinci yeri tutaraq məşhurlaşır. Marina 2010-ci ildə indi-pop və yeni dalğa musiqi üslublarının qarışdıraraq yaratdığı "The Family Jewels" adlı ilk studiya albomunu təqdim etdi. Albom UK Albums Chart-da beşinci pilləyə yüksəlmiş və Britaniya Fonoqrafik Sənayesi tərəfindən qızıl sertifikat almışdır. Albomdan ikinci sinql olan "Hollywood" UK Singles Chart-da 12-ci sırada qərarlaşmışdır. Marinanın 2012-ci ildə yayımladığı ikinci albomu "Electra Heart" eyniadlı personaj haqqında olan konseptual albom idi. Bu albom elektropop və dans-pop janrlarında olan mahnılardan ibarət idi.
Marina Durunda
Marina Durunda (12 iyun 1997, Sevastopol) — Azərbaycanı təmsil edən bədii gimnast. == Həyatı == Marina Durunda 1997-ci il iyunun 12-də Sevastopol şəhərində anadan olub. 2001-ci ildən idmanla məşğul olur. 2002-ci ildən Kiprda yaşayır. Evlidir. 1 uşağı var. == Karyerası == Marina Durunda 2006-2012-ci illərdə Kipr Çempionatlarında qızıl medalların sahibi oldu. Bununla belə Marina Durundanın Kipr vətəndaşlığı olmadığına görə o, beynəlxalq turnirlərdə mübarizə apara bilmirdi. 2012-ci ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən Marina Durunda Azərbaycan yığmasının heyətinə cəlb edildi. Marina Durunda 2012-ci ilin mayında Rusiyanın Nijni Novqorod şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.
Marina Hmelevskaya
Marina Hmelevskaya (30 iyul 1990) — Özbəkistanlı marafonçu. Marina Hmelevskaya Özbəkistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Marina Hmelevskaya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 45 dəqiqə 6 saniyəyə qət edərək 157 marafonçu sırasında 77-ci yeri tutdu.
Marina Kanetta
Marina Kanetta (1 aprel 1989, San-Paulu, Braziliya) — Braziliyalı oxatan. Marina Kanetta Braziliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Marina Kanetta birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Xalq Respublikasının nümayəndəsi Qi Yuhong ilə üz-üzə gəldi. Həmin görüşdə Marina Kanetta rəqibinə 1:7 hesabı ilə uduzdu.
Marina Kanetti
Marina Kanetti (d. 24 yanvar 1983) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Marina Kanetti, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Marina Kuzmina
Marina Kuzmina (d. 7 oktyabr 1978) — Azərbaycanı təmsil edən voleybolçu. Marina Kuzmina, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Marina Kuzmina, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Marina Litvinenko
Marina Nikolayevna Litvinenko — Azərbaycan aktrisası. == Həyatı == Marina Litvinenko 25 sentyabr 1956-cı ildə Estoniyanın Tallin şəhərində anadan olmuşdur. 1989-cu ildə A.Zeynallı adına Musiqi məktəbini bitirib. 1987-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına artist-vokalist vəzifəsinə qəbul olunmuşdur. İşlədiyi müddət ərzində "Filumena Marturano"da Rozaliya, "Pominalnaya molitva"da Qodl, "Qırmızı papaq"da Qırmızı papaq, "Düyməcik"də Düyməcik, "Odnajdı v Baqdade"də Afət, "Sıqan premyer"də Yulişka, "Silva"da Stassi, "Maritsa"da Liza, "Vesyolaya vdova"da Valentina, Elqa, "Arşın mal alan"da Asya, "İki küpə girən qarı"da Duni, "Nu volk poqodi"də Dovşan kimi rolları ifa etmişdir. Həmçinin uzun illərdir Parni iz Baku teatrında da çıxış edir. Subaydır, 1 övladı var. == Filmoqrafiya == Güllələnmə təxirə salınır!...
Marina Mnişek
Marina Mnişek (pol. Maryna Mniszech, rus. Марина Мнишек; 1588, Murovanoye[d], Lvov vilayəti – 24 dekabr 1614, Kolomen Kremli[d], Kolomna), rus folklorunda Cadugər Marinka olaraq tanınır — siyasi avanturist. XVII əsrin əvvəllərində Polşanın Rusiyaya qarşı hərbi müdaxiləsinin təşkilatçılarından biri olan Yeji Mnişekin qızı. Əvvəlcə I Yalançı Dmirti, sonra isə II Yalançı Dmitri ilə nikahlanmışdır. II Yalançı Dmitri 1610-cu ilin dekabrında vəfat etdikdən sonra Mnişek ataman İvan Zarutskinin simasında özünə himayədar tapmışdır. Lakin Zarutskinin Mnişekin II Dmitridən olan oğlu İvanı Rusiya taxt-tacına sahib etmək cəhdləri boşa çıxmışdır. 1614-cü ildə kazaklar Həştərxanda Mnişeki, oğlunu və Zarutskini taparaq Rusiya hökumətinə vermişdir. Zarutski və Mnişekin oğlu Moskvada edam edilmiş, Mnişek özü ilə zindanda vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Костомаров Н. И. Русская история в жизнеописаниях её главнейших деятелей.
Marina Nekrasova
Marina Nekrasova (19 aprel 1995, Voronej) — Rusiyanı və Azərbaycanı təmsil edən idman gimnastı. == Karyerası == Marina Nekrasova 1998-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçisi Olqa Barlalavadır. Rusiyada ciddi rəqabətə görə Marina Nekrasova yığmanın əsas heyətində yer almağı bacarmırdı və buna görə də Dünya və Avropa Çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə çıxış edə bilmirdi. 2014-cü ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) Marina Nekrasovanı Azərbaycan yığmasının heyətinə cəlb elədi. Həmin ildə Marina Nekrasova Azərbaycan Çempionatının qalibi oldu. Marina Nekrasova 2015 və 2019-cu illərdə Azərbaycanı Avropa Oyunlarında təmsil elədi. 2016-cı ildə AGF Trophy beynəlxalq turnirinin bürünc medalına sahib olan Marina Nekrasova 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. 2019-cu ilin iyulunda İtaliyanın Neapol şəhərində Universiada Oyunlarının qalibi olan Marina Nekrasova daha sonra Almaniyanın Ştutqart şəhərində baş tutan Dünya Çempionatının nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu. Marina Nekrasova 2021-ci ildə Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi.
Marina Lapina
Marina Lapina (6 mart 1981, Volqoqrad) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Marina Lapina Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, çəkic atma turnirində 55.34 metr nəticə göstərdi və təsnifat mərhələsini 46-cı pillədə başa vuraraq mübarizəsini dayandırdı.