Marina Durunda (12 iyun 1997, Sevastopol) — Azərbaycanı təmsil edən bədii gimnast.[1]
Marina Durunda | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||
Tam adı | Marina Sergeyevna Durunda | ||||||||||||||||
Vətəndaşlığı |
Ukrayna → Azərbaycan |
||||||||||||||||
Doğum tarixi | 12 iyun 1997 (27 yaş) | ||||||||||||||||
Doğum yeri | |||||||||||||||||
Boyu | 170 sm. (5 ft 6 in) | ||||||||||||||||
İdman növü | Bədii gimnastika | ||||||||||||||||
Karyera illəri | 2001—2017 | ||||||||||||||||
Məşqçisi | Mariana Vasileva | ||||||||||||||||
Komandası | Ocaq İdman Klubu | ||||||||||||||||
Medallar
|
|||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Marina Durunda 1997-ci il iyunun 12-də Sevastopol şəhərində anadan olub. 2001-ci ildən idmanla məşğul olur. 2002-ci ildən Kiprda yaşayır.
Evlidir. 1 uşağı var.
Marina Durunda 2006-2012-ci illərdə Kipr Çempionatlarında qızıl medalların sahibi oldu. Bununla belə Marina Durundanın Kipr vətəndaşlığı olmadığına görə o, beynəlxalq turnirlərdə mübarizə apara bilmirdi. 2012-ci ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən Marina Durunda Azərbaycan yığmasının heyətinə cəlb edildi.
Marina Durunda 2012-ci ilin mayında Rusiyanın Nijni Novqorod şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Gənclərin turnirində çıxış edən Marina Durunda dörd proqramdan birində — topla proqramda final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində Marina Durunda 26.000 balla Avropa Çempionatını yeddinci pillədə başa vurdu.
2013-cü ilin mayında Marina Durunda Avstriyanın Vyana şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Marina Durunda nəticələrə əsasən dörd proqramın üçündə final mərhələsinə vəsiqə qazansa da, heç birində medala sahib ola bilmədi. Marina Durunda halqa ilə proqramda 17.650 balla, topla proqramda 17.700 balla, lentlə proqramda isə 17.766 balla Avropa Çempionatının final mərhələlərini beşinci pillələrdə başa vurdu. Həmin ilin avqustunda Marina Durunda Kiyev şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Təsnifat mərhələsində 50.766 balla doqquzuncu pillədə qərarlaşan Marina Durunda turnirin final mərhələsinə vəsiqə qazandı. Marina Durunda final mərhələsini 64.882 balla 24 gimnast arasında 16-cı pillədə başa vurdu. Ayrı-ayrı turnirlərdə isə Marina Durunda lentlə proqramda final mərhələsinə vəsiqə qazandı. Nəticədə Marina Durunda 17.500 balla turniri beşinci pillədə başa vurdu.
Daha sonra Marina Durunda 2014-cü ilin iyununda Azərbaycanda baş tutan Avropa Çempionatında mübarizə apardı. Nəticədə Marina Durunda ümumi turniri 69.674 balla 20 gimnast arasında altıncı pillədə başa vurdu. Həmin ilin sentyabrında Marina Durunda İzmir şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Ümumi nəticədə 69.565 balla 24 gimnast arasında Dünya Çempionatını altıncı pillədə başa vuran Marina Durunda dörd proqramın üçündə final mərhələsinə vəsiqə qazandı. Marina Durunda topla proqramda 17.266 balla yeddinci, halqa ilə proqramda 17.500 balla altıncı, gürzlərlə proqramda isə 17.466 balla beşinci pillələrin sahibi oldu.
2015-ci ildə Marina Durunda əvvəl mayda Belarusda baş tutan Avropa Çempionatında mübarizə apardı. Nəticələrə əsasən Marina Durunda gürzlərlə və lentlə proqramlarda turnirin final mərhələlərinə vəsiqə qazandı. Marina Durunda gürzlərlə proqramı 17.950 balla beşinci pillədə başa vurdu. Lentlə proqramda isə Marina Durunda 18.000 balla Avropa Çempionatının bürünc medalına sahib oldu. İyunda isə Marina Durunda Azərbaycanda baş tutan Avropa Oyunlarında çıxış elədi. Ümumi nəticədə Marina Durunda turniri 69.850 balla 20 arasında 8-ci pillədə başa vurdu. Marina Durunda nəticələrə əsasən dörd proqramın üçündə final mərhələsinə vəsiqə qazandı. Marina Durunda topla proqramı 16.100 balla altıncı, halqa ilə proqramı 17.800 balla beşinci pillələrdə başa vurdu. Lentlə proqramda isə Marina Durunda 18.200 balla Avropa Oyunlarının gümüş medalına sahib oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Marina Sergeyevna Durunda "Tərəqqi" medalı ilə təltif edildi.[2]
2015-ci ilin sentyabrında isə Marina Durunda Almaniyanın Ştutqart şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Ümumi nəticədə Marina Durunda 72.399 balla turniri 24 gimnast arasında altıncı pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Marina Durunda nəticələrə əsasən dörd proqramın hamısında final mərhələsinə vəsiqə qazansa da, heç birində medala sahib ola bilmədi. Marina Durunda topla proqramda 17.600 balla yeddinci, halqa ilə proqramda 17.916 balla, gürzlərlə proqramda 17.833 balla, lentlə proqramda isə 17.800 balla turnirləri altıncı pillələrdə başa vurdu.
Marina Durunda Azərbaycanı 2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 19-da Rio-de-Janeyro Olimpiadasının fərdi turnirində çıxış edən Marina Durunda təsnifat mərhələsində mübarizə apardı.[3] Marina Durunda topla turnirdə 17.466 bal topladı və 13-cü pillədə qərarlaşdı.[3] Halqa ilə turnirdə də Marina Durunda uğursuz çıxış elədi və 17.466 balla 12-ci pillənin sahibi oldu.[3] Daha sonra Marina Durunda gürzlərlə turnirdə 17.682 bal topladı və 8-ci pillənin sahibi oldu.[3] Lentlə turnirdə də Marina Durunda uğurla çıxış elədi və nəticədə 17.734 balla yeddinci pillənin sahibi oldu.[3] Bununla da ümumi nəticədə Marina Durunda təsnifat mərhələsini 70.348 balla 26 idmançı sırasında 8-ci pillədə başa vurdu və olimpiadanın final mərhələsinə vəsiqə qazandı.[3] Avqustun 20-də isə Rio-de-Janeyro Olimpiadasının final mərhələsi baş tutdu.[3] Marina Durunda əvvəl topa turnirdə çıxış elədi.[3] Nəticədə Marina Durunda 16.950 balla turniri onuncu pillədə başa vurdu.[3] Daha sonra Marina Durunda halqa ilə turnirdə mübarizə apardı və 17.542 balla doqquzuncu pillənin sahibi oldu.[3] Gürzlərlə turnirdə Marina Durunda 17.716 balla altıncı pillədə qərarlaşdı.[3] Sonda Marina Durunda lentlə turnirdə çıxış elədi.[3] Bu turniri Marina Durunda 17.542 balla altıncı pillədə başa vurdu.[3] Ümumi nəticədə isə Marina Durunda 69.750 balla Rio-de-Janeyro Olimpiadasını doqquzuncu pillədə başa vurdu.[3]
Olimpiadadan sonra Marina Durunda 2017-ci ilin mayında Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında üç qızıl, bir gümüş və bir bürünc medala sahib oldu. Bu uğurdan sonra Marina Durunda idmanla vidalaşdığını açıqladı.