Makinak boğazı- Böyük göllər akvatoriyasına daxil olan Huron gölü və Miçiqan gölünü birləşdirir. Ən dar yerdə eni 8 km təşkil edir. Boğaz üzərində Makinak asma körpüsü tikilmişdir. Bu körpü asma körpülər arasında qabaqcıl yerlərdən birini tutur. Boğazda 4 ada vardır: Bvua-Blan, Makina, Raund Aylend və Müqəddəs Yelena adalarıdır. Burada 4 mayak vardır ki, onlar da tarixi abidə kimi qorunur. Dərinliyi 37 m təşkil edir.
Makinak boğazı | |
---|---|
ing. Strait of Mackinac | |
Ümumi məlumatlar | |
Eni | minimum 8 km |
Yerləşməsi | |
45°48′50″ şm. e. 84°45′00″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Akvatoriyası | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |